Fənn: Maliyyə, pul tədavülü və kredit


 İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

 
 
2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri 
 
 
İnvestisiya  qoyuluşunun  maliyyələşdirilməsi  mənbələri  –  xüsusi  borc  və 
büdcə  vəsaitlərinə  ayrılır.  Maliyyələşdirilməsi  mənbələrindən  asılı  olaraq 
investisiya qoyuluşu mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qoyuluşlara ayrılır. 
Mərkəzləşdirilmiş  investisiya  qoyuluşu  əsasən  büdcə  vəsaiti  hesabına  yerinə 
yetirilir. Xüsusilə də sahələrarası istehsalın inkişafına yeni tikintiyə və s. yönəldilir. 
Mərkəzləşdirilməmiş  investisiya  qoyuluşu  isə  xüsusi  vəsait  və  bank  krediti 
hesabına yerinə yetirilir. 
 
İnvestisiya qoyuluşunun maliyyələşdirilməsinin  xüsusi mənbələrinə aiddir: 
mənfəətdən bu məqsədə ayırma; səhm buraxılışından səfərbər edilən vəsait; icarə 
haqqı  əsaslı  tikintidən  daxili  resursların  səfərbər  edilməsi;  əsas  istehsal  fondları 
üçün  nəzərdə  tutulan  amortizasiya  ayırması;  artıq  və  lazımsız  əsas  fondların 
satışından gəlir; məhsuldar və iş heyvanlarının çıxdaş edilməsindən gəlir və s.  
 
İnvestisiya  qoyuluşunun  maliyyələşdirməsi  mənbələrindən  ən  əsaslısı 
amortizasiya ayırmasıdır. 
 
 
 
3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya 
 
 
Bazar iqtisadiyyatına keçid şəraitində əsas fondların təzələnməsi ilə əlaqədar 
olan  xərclərin  ödənilməsinin,  müəssisənin  özünü  maliyyələşdirilməsinin  əsas 
mənbəyi  müəssisənin  xüsusi  vəsaitidir.  Bu  vəsait  əsas  fondların  bütün  xidməti 
müddətində  amortizasiya  ayırmaları  şəklində  yığılır.  Amortizasiya  ayırmaları 
müəssisənin öz maliyyə resursları içərisində başlıca yer tutur. 
 
Amortizasiya əsas fondların fiziki və mənəvi aşınmasının pul ilə ifadəsidir. 
Amortizasiya əsas fondlar sıradan çıxdıqda onları tam dəyişmək məqsədilə həyata 
keçirilir. Məhsul satışından əldə edilən gəlirin bir hissəsi (amortizasiya ayırmaları 
həcmində) amortizasiya fonduna daxil olur. 
 
 Amortizasiya  fondu  –  əsas  istehsal  fondlarının  amortizasiya  ayırmaları 
hesabına  yığılmış  və  köhnəlmiş  əsas  fondların  bərpasına  və  yeni  əsas  fondların 
alınmasına yönəldilən pul vəsaitidir. 
 
 Amortizasiya  ayırmalarının  məbləği  məhsulun  istehsal  xərclərinə  (maya 
dəyərinə) daxil edilir və bununla da məhsulun qiymətinin üzərinə keçir. Müəssisə 
amortizasiya  ayırmaları  məbləğini  yığmağa  borcludur.  Bu  baxımdan  müəssisə 
həmin  məbləği  məhsulun  satış  pulundan  ayıraraq  amortizasiya  fonduna 
keçirməlidir. Müəssisənin illik amortizasiya ayırmalarının kəmiyyəti əsas fondların 
dəyərindən, onun tərkibindən və amortizasiya normasından asılıdır. 
Amortizasiya  hər  ay  hesablanır,  yəni  daimi  və  fasiləsiz  xarakter  daşıyır. 
Fondun  vəsaiti  dövri  olaraq  xərclənir  yəni  vəsaitin  xərclənməsi  normativ  xidmət 
müddətinin  başa  çatması  ilə  əlaqədar  onların  təkrar  istehsalı  prosesində  həyata 
keçirilir.  Bu  anadək  həmin  vəsaitlər  azad  olur  və  əsas  fondların  təkrar  istehsalı 
üçün maliyyə resursları mənbəyi kimi istifadə edilə bilər. 
KitabYurdu.az 
116
 


 
 
  Amortizasiya  ayırmaları  sistemində  əsas  problemlərdən  biri  də 
amortizasiya  ayırmaları  normalarının    təkmilləşdirilməsi,  əsas  fondların,  xüsusən 
onların aktiv hissəsinin – maşın və avadanlıqların sürəti amortizasiya metodundan 
istifadə edilməsidir. 
Amortizasiya ayırmalarının məbləği amortizasiya normasına görə müəyyən 
edilir. Amortizasiya norması əsas fondların hazır məhsulun üzərinə hər il keçirilən 
hissəsini əks etdirir. Amortizasiya norması aşağıdakı düsturla hesablanır: 
 
 
Fİ –  FL  
      Na = ───── ∙100 
TN ×Fİ 
   
burada,  Na – amortizasiya norması;  
Fİ  – əsas fondların ilk dəyəri, man.; 
FL – əsas fondların ləğv etmə dəyəri, man.  
TN – əsas fondların normativ xidmət müddətidir (amortizasiya müddəti), il. 
Amortizasiya  normasının  səviyyəsi  əsas  fondların  aşınmış  hissəsinin  bərpa 
edilməsi  üçün  lazım  olan  resursların  həcmini  müəyyən  edir.  Amortizasiya 
normasının  köməyilə  əsas  fodların  dövretmə  sürəti  tənzimlənir,  onların  təkrar 
istehsalı prosesi intensivləşdirilir. Amortizasiya norması və əsas fondların qrupları 
üzrə bu normaların diferensiallaşdırılması vasitəsilə müəssisədə texniki və istehsal 
siyasəti həyata keçirilir. 
Əsas  fondların  tam  bərpası  üçün  amortizasiya  ayırmalarının  məbləği 
aşağıdakı düsturla hesablanır: 
 
Aa = Na ∙ F 
burada, Aa – amortizasiya ayırmalar,  F – əsas fondların orta illik dəyəridir, 
man. 
Amortizasiya  ayırmalarının  həcmi  üç  metodla  müəyyən  edilir:  bərabər, 
bərabər  sürətləndirilmiş,  sürətləndirilmiş  (və  ya  qeyri-bərabər).  Bərabər  metodla 
amortizasiya  ayırmaları  belə  hesablanır:  əsas  fondların  orta  illik  dəyəri 
amortizasiya ayırmalarının illik normasına vurulur. 
Məsələn: 5 il istifadə müddətinə orta illik dəyəri 100,0 mln manat avadanlıq 
alınmışdır.  Amortizasiya  ayırmalarının  illik  norması  20%-dir.  Buradan 
amortizasiya ayırmalarının illik məbləği 100x20:100=2,0 mln man. olacaqdır.  
Amortizasiya ayırmalarının hesablanmasının bərabər metodu əsas fondların 
fiziki  və  mənəvi  cəhətdən  bərabər  aşınmasına  əsaslanır.  Belə  hesablama  fiziki 
aşınma üçün tam qanunauyğundur. Lakin  mənəvi aşınma üzrə vəziyyət tamamilə 
başqa cürdür, çünki elm, texnika, istehsal texnologiyası qeyri-bərabər inkişaf edir. 
Əsas  fondların  mənəvi  aşınması  əksər  hallarda  amortizasiya  normasında  nəzərdə 
tutulduğu kimi bərabər sürətlə deyil, sürətləndirilmiş qaydada baş verir. Ona görə 
də  əsas  fondların  sürətləndirilmiş  mənəvi  aşınması  baş  verdikdə  sahibkar  onların 
dəyişdirilməsini  təmin  edən  amortizasiya  ayırmalarına  malik  olmalıdır.  Həmin 
problemi  əsas  fondların  sürətləndirilmiş  amortizasiyası  metodundan  istifadə 
KitabYurdu.az 
117
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə