Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

 
 
etməklə həll  etmək olar. Bu zaman ilk üç ildə artırılmış normalar tədbiq edilir ki, 
bu da əsas fondların ilk dəyərinin 2/3 hissəsinə qədərinin məhsulun maya dəyərinə 
keçirilməsinə  imkan  verir.  Bundan  sonra  dəyərin  qalan  hissəsi  qəbul  olunmuş 
amortizasiya  müddəti  hədlərində  yerdə  qalan  hər  bir  xidmət  ili  üçün  eyni  (sabit) 
amortizasiya normaları üzrə keçirilir. 
Hazırda  qeyri-bərabər  amortizasiya  geniş  yayılmaqdadır.  Bu  zaman 
avadanlığın  dəyərinin  əsas  hissəsi istismarın  ilk illərində  istehsal  xərclərinə daxil 
edilir.  Məsələn,  birinci  il  50%,  ikinci  il  30%,  üçüncü  il  20%.  Bu  isə  inflyasiya 
şəraitində  çəkilmiş  xərcləri  daha  tez  ödəməyə  və  onu  avadanlıq  parkının 
yeniləşdirilməsinə yönəltməyə imkan verir.  
Amortizasiyanın aşağıdakı qaydaları geniş tədbiq edilir: 
 
1.  Amortizasiyaya  məruz  qalacaq  əmlak  aşağıdakı  kateqoriyalar  üzrə 
birləşdirilir: 
- binalar, tikililər və onların sturuktur komponentləri; 
-  minik  avtonəqliyyatı,  yüngül  yük  avtonəqliyyatı,  idarə  avadanlığı  və  mebel, 
kompüter texnikası, informasiya sistemləri və məlumatların işlənməsi sistemləri;  
-  enerji,  nəqliyyat  və  digər  texnoloji  avadanlıq  eləcə  də  birinci  və  ikinci 
kateqoriyaya daxil edilməyən maddi aktivlər;  
- qeyri-maddi aktivlər. 
 
Vergiyə  cəlbolunmanı  asanlaşdırmaq  üçün  amortizasiyaya  məruz  qalacaq 
əmlakın  tərkibinə  faydalı  xidmət  müddəti  bir  ildən  çox  olan,  dəyəri  əməyin 
ödənilməsinin  aylıq  minimum  ölçüsünün  100  mislindən  artıq  olan  əmlak  daxil 
edilir.  Torpaq  sahələri,  yerin  təki  və  meşələr,  eləcə  də  maliyyə  aktivləri 
amortizasiyaya məruz qalacaq əmlaka daxil edilmir.  
2.    Amortizasiyanın  illik  normaları:  birinci  kateqoriya  üçün  –  5%,  ikinci 
kateqoriya  üçün  –  25%,  üçüncü  kateqoriya  üçün  15%  müəyyən  edilir.  Dördüncü 
kateqoriya  üçün  amortizasiya  ayırmaları  müvafiq  qeyri-maddi  aktivlərin  mövcud 
olması  müddəti  ərzində  bərabər  hissələrlə  həyata  keçirilir.  Qeyri-maddi  aktivin 
istifadə  müddətini  müəyyən  etmək  deyildirsə,  amortizasiya  müddəti  10  il  qəbul 
edilir. 
3.  İkinci  və  üçüncü  amortizasiya  kateqoriyalarına  aid  edilən  əmlak  üçün 
amortizasiya  ayırmalarını  müəyyən  etmək  üçün  əmlakın  cəmi  dəyərini 
amortizasiya normasına vurmaq lazımdır. Birinci və dördüncü kateqoriyadan olan 
əmlak üzrə isə amortizasiya ayırmaları hər bir avadanlıq vahidi üçün ayrı-ayrılıqda 
hesablanılır. 
4.  Amortizasiya  ayırmaları  hesablanarkən  istismar  şərtlərini  nəzərə  alan 
əmsaldan  istifadə  olunur.  Bu  əmsal  ayrı-ayrı  istehsal  növlərinin  xüsusiyyətlərini, 
maşın  və  avadanlığın  istismar  rejimlərini,  əsas  fondların  istismarının 
sürətləndirilməsinə təsir edən təbii şərtləri və ətraf mühiti əks etdirir. Amortizasiya 
ayırmaları aşağıdakı düsturla hesablanır: 
Aa = ND∙KG∙F, 
burada, KG – istismar şərtlərini nəzərə alan əmsaldır. 
 
 
 
KitabYurdu.az 
118
 


 
 
4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi 
 
 
Təmir  -  obyektlərin  ilk  istehsal  güclərinin,  texnikanın  iş  qabiliyyətinin  və 
çoxillik  əkmə  plantasiyaların  bərpasına  yönəldilən  təşkilati,  texniki  və  digər 
tədbirlər sistemindən ibarətdir. 
 
Təmir işlərinə və məsrəflərinə aiddir: təmir işlərinin aparılması ilə əlaqədar 
layihə-smeta  və  axtarış  işləri;  avadanlıqların  sökülməsinə  və  quraşdırılmasına, 
obyektin  təmirə  aparılmasına  xərclər;  avadanlığın  qismən  və  tam  sökülməsi, 
qırılmış  və  ya  köhnəlmiş  konstruksiya  və  digər  hissələrin  dəyişilməsi;  yaşayış 
evlərinin təmiri və s. 
 
Müəssisə  və  təşkilatların  mülkiyyət  formasından  və  tabeçiliyindən  asılı 
olmayaraq  əsas  istehsal  fondlarının  bütün  növ  təmirinə  məsrəflər  istehsalın  və 
məhsulların satışına (iş, xidmət) xərclərin tərkibinə aid edilir. 
 
Müəssisə  və  təşkilatlarda  təmirə  məsrəfləri  məhsulların  maya  dəyərinə 
bərabər  səviyyədə  aid  etmək  üçün  təmir  (ehtiyat)  fondu  yaradıla  bilər.Təmir 
fonduna ayırmalar təsdiq edilmiş normativ üzrə yerinə yetirilir. 
 
Qeyri-istehsal  təyinatlı  fondların  təmirinə  məsrəflər  məhsulların  maya 
dəyərinə aid edilir. Yerinə yetirilməsi isə müəssisənin sərəncamında qalan mənfəət 
və  digər  xüsusi  vəsaitlər  (istifadə  edilməyən  təmir  fondunun  qalığı)  hesabına 
həyata keçirilir. 
 
Əsas  istehsal  fondlarının  təmirinə  xərclərin  maliyyələşdirilməsini 
müəssisələr iki formada həyata keçirə bilərlər. Birinci formada faktiki məsrəf maya 
dəyərinə  aid  edilir;  ikinci  formada  sərbəst  müəyyən  edilmiş  normativ  ayırmalar 
üzrə təmir fondu yaradılır. Birinci halda təmirə xərclərin azaldılmasına maraq olur. 
Lakin  təmir  üzrə  xərclərin  faktiki  maya  dəyərinə  aid  edilməsi  il  ərzində  maya 
dəyərinə əhəmiyyətli təsir edir. 
 
Təmir  fondu  yaradılarkən,  bu  fonddan  ayırma  il  ərzində  bərabər  həcmdə 
maya dəyərinə aid edilir. Təmir işlərinə edilən xərclər il ərzində bərabər olmasa da 
maya dəyəri dəyişir. Belə halda ola bilsin  maya dəyəri real xərci əks etdirməsin. 
Həm də təmir fonduna ayırma yerinə yetirilən işdən çox və ya az ola bilər. Amma 
təmir işini aparmaq üçün müəssisənin etibarlı mənbəyi olur, lazım gəldikdə həmin 
vəsaitin qalığından digər lazımi tədbirlərə istifadə edilə bilər.  
 
Təmir fonduna ayırmanın normativini təsərrüfat hər məhsul, iş və xidmətin 
maya  dəyərinə  uyğun  faizlə  müəyyən  edir.  Təmir  fondunun  vəsaiti  təmir  üçün 
lazım  olan  material  qiymətlilərin  ehtiyatının  (ehtiyat  hissələri,  hissələri  dəyişilən 
birləşmələr, materiallar və s.) yaradılmasına yönəldilir. 
 
Təmirə  vəsaitlər  təsərrüfatın  özündə  təsdiq  edilmiş  maliyyə  planına  aid 
edilən  təmirin  maliyyələşdirmə  planına  uyğun  sərf  edilir.  Smeta  dəyəri  üzrə 
məsrəfin  həcmi  təmirə  dayanan  obyektin  təlimatına,  hər  obyektin  nöqsan 
cədvəlinə,  fəaliyyətdə  olan  norma  və  qiymətə  görə  müəyyən  edilir.  İcarəyə 
götürülən  əsas  fondların  təmiri  müqavilə  şərtindən  və  fəaliyyətdə  olan 
qanunvericilikdən  asılı  olaraq  icarədarın  və  ya  icarəçinin  vəsaiti  hesabına  yerinə 
yetirilir. Əgər təmiri icarəçi yerinə yetirərsə xərclər təsərrüfatın təmir planına aid 
edilir.  
KitabYurdu.az 
119
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə