Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

 
 
 
Fiziki pulların əsas xüsusiyyətlərindən biri onların anonimliyidir, daha dəqiq 
desək,  onların  üzərində  bu  pulları  kimin  nə  zaman  istifadə  etdiyi  göstərilmir. 
Hazırda  4  cür  kredit  kartları  mövcuddur.  Onlardan  ən  çox  istifadə  edilənləri 
bank  və  ticarət  kartlarıdır.  Bu  kartlar  istifadəçi  üçün  çox  sərfəlidir.  Belə  ki, 
daşınmada da istifadəçinin rahatlığı ön plana çəkilir. Lakin bunlarla yanaşı onların 
çatışmayan cəhətləri də mövcuddur. Diskin və ya smart-kartın korlanması elektron 
pulların geri qaytarılmaması ilə nəticələnə bilər.   
 
 
 
 
Elektron  pulların  əsas  fərqləndirici  cəhətlərindən  biri  də  mikroödəmələri 
yerinə yetirə bilmək qabiliyyətidir. (qəpiklərlə ödəmələr)  
 
 
 
 
 
 
 
 
 
 
 
Elektron  pulları  həm 
bank, həm də qeyri-bank təşkilatları emissiya edə bilər. Lakin indiyə kimi hələ də 
müxtəlif  növ  elektron  pulların  konvertləşməsinin  vahid  sistemi  işlənib 
hazırlanmamışdır.  Buna  görə  də  yalnız  emitentlərin  özləri  buraxdıqları  elektron 
pulların ödənilməsi ilə məşğul ola bilirlər.   
 
 
 
 
 
 
 
 
 
Plastik  kartlar  –  ilk  dəfə  təxminən  40  il  bundan 
əvvəl ABŞ-da yaranmış və dünyaya yayılmışdır. Bu kartlar ilk dəfə kredit kartları 
şəklində yayılmışdı. Müasir plastik kartları 2 hissəyə ayrılırlar:   
 

Kredit kartları;   
 
 
 
 
 
 
 
 

Debet kartları
 
 
 
 
 
 
 
 
 
Kredit  kartı  vasitəsilə  kart  sahibi  əməliyyat  aparan  zaman  kart  hesabında 
tələb olunan vəsait olmadıqda belə, ticarət və ya digər təşkilatlarla hesablaşmalar 
apara bilər.   
 
 
 
 
 
 
Debet 
kartları 
isə 
müştərinin kart hesabında olan yalnız müsbət qalıq həddində əməliyyat aparmağa 
imkan verir. 
 
3. Pulun funksiyaları. 
 
Pulun  dəyər  ölçüsü  funksiyası.  Pul  ümumi  ekvivalent  kimi  bütün 
əmtəələrin dəyərini tərənnüm edir. Bütün əmtəələrin ictimai zəruri əməyin nəticəsi 
olduğunu nəzərə alsaq, özünün də dəyəri olan real pullar bütün başqa əmtəələrin 
dəyərinin  ölçülməsi  üçün  etalon  ola  bilər.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  digər 
əmtəələrin dəyərlərinin pulla ölçülməsi ideal şəkildə, daha dəqiq desək nəğd pulun 
özü olmadan baş verir.   
 
Pulun  tədavül  funksiyası.  Tədavül  və  ya 
mübadilə  vasitəsi  kimi  pul  cəmiyyəti  barter  mübadiləsinin  narahatçılıqlarından 
qorumuş oldu. Pul gündəlik olaraq çox asan şəkildə mübadilə aləti kimi çıxış edir. 
Bu  xüsusi  ixtira  istehsalçılara  imkan  yaratdı  ki,  onlar  öz  məhsullarını  pulla  əvəz 
edib bazardan istənilən digər malları ala bilsinlər. Pul əmtəələrlə mübadilə imkanı 
yaratmaqla cəmiyyətdə regional ixtisaslaşma və əməyin bölgüsü imkanını yaratmış 
oldu.  Dəyər  funksiyasından  fərqli  olaraq  (dəyərin  ölçülməsində  pullar  iştirak 
etmirlər) tədavül funksiyasında pullar real şəkildə iştirak etməlidirlər.  
Pulun  tədiyyə  funksiyası.  Pulun  bu  funksiyası  kredit  münasibətlərinin 
inkişafı ilə bağlıdır. Pul tədiyyə vasitəsi kimi iki halda iştirak edir: 
 
 
 
 
 
 
 
 
 
 
 
1. 
əmtəələrin 
kreditlə satışı zamanı. Bu isə əmtəələrin istehsalı və reallaşma şəraitlərinin üst-üstə 
düşmədiyindən,  istehsalın  və  tədavülün  uzlaşmaması,  istehsalın  mövsümi 
KitabYurdu.az 
136
 


 
 
xarakterindən və s. şərtlərdən irəli gələ bilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
2.  fəhlə  və  qulluqçulara  əmək 
haqlarının verilməsi zamanı. 
 
 
Aydındır  ki,  pul  tədiyyə  funksiyasını 
yerinə  yetirərkən  özünün  spesifik  hərəkətinə  malikdir.  Belə  ki,  əgər  pul  tədavül 
funksiyasını  yerinə  yetirdiyi  zaman  mal  və  pulların  bir-birləri  ilə  rastlaşması  baş 
verirsə,  tədiyyə  funksiyasını  yerinə  yetirən  zaman  pul  və  əmtəə  arasındakı  əlaqə 
kəsilmiş olur. Yəni, əmtəəni kreditlə alarkən borclu satıcıya borc öhdəliyi verir ki, 
bu da müəyyən olunmuş müddətdən sonra ödənilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Pulun yığım funksiyası. Pul öz 
yiyəsinə istənilən mal və xidmətlərə sahib olmanı təmin etdiyi zaman istər-istəməz 
ictimai  varlığın  tərənnümünə  çevrilmiş  olur.  Məhz  bu  səbəbdən  də  insanlarda 
pulun  yığımına  meyl  artmış  olur.  Öz  istehsalına  görə  insan  pul  əldə  etdikdə  onu 
ehtiyatla çevirmək həvəsinə düşür. Bu ehtiyyat isə həm qısa, həm də uzunmüddətli 
ola  bilər.  Bu  zaman  satış  prosesinin  arxasında  alış  durmur.  Pullar  tədavüldən 
çıxaraq  artıq  yeni  bir  funksiyanı  yerinə  yetirərək  dəfinəyə  çevrilir.  Lakin  bu 
funksiyanı  yerinə  yetirə  bilməsi  üçün  pullar  həqiqi  və  real  olmalıdırlar.  Müasir 
qərb  iqtisadi  ədəbiyyatlarında,  kağız  pulların  həqiqi  pullar  olmaması,  arxasında 
qızılın  dayanmaması  səbəbindən,  dəfinə  funksiyası  yığım  funksiyası  ilə  əvəz 
olunmuşdur.  Yığım  funksiyasını  yerinə  yetirdiyi  zaman  pullar  istehsalın 
genişlənməsinin,  onun  yeniləşməsinin  və  effektivliyinin  artmasının  ən  başlıca 
vasitələrindən hesab olunur. 
 
 
 
 
Dünya  pulu  funksiyası. 
Bu  funksiya  pulun  daxili bazardakı tədavül  və tədiyyə  funksiyalarından fərqlidir. 
Dünya pulları: 
 
 
 
1. ümumi beynəlxalq ödəmə vasitəsi; 
 
 
 
 
 
 
2. ümumi beynəlxalq tədavül vasitəsi; 
 
 
 
 
 
 
3.  ümumi  beynəlxalq  ictimai  varlığın 
tərənnümü hesab olunur.   
Pullar  beynəlxalq  balanslar  üzrə  hesablaşmalar 
zamanı beynəlxalq ödəmə vasitəsi rolunda çıxış edirlər. Əgər hər hansı bir dövlətin 
müəyyən mərhələ üçün ödəmələri onun digər dövlətlərdən valyuta daxilolmalarını 
üstələyirsə,  bu  zaman  bu  dövlət  ödəmə  vasitəsi  şəklində  qızıldan  istifadə  edir. 
Müxtəlif dövlətlər  arasındakı əmtəə  mübadiləsində bərabərlik pozulduğu hallarda 
bu  dövlətlərdən  biri  bu  və  ya  başqa  malları  digər  dövlətlərdən  onları  nəğd 
ödəməklə  gətirmək  məcburiyyətində  qalır.  Bu  zaman  pullar  dünya  bazarında 
tədavül vasitəsi kimi çıxış edir. Pullar bir ölkədən başqasına keçirilir. Pulun ümumi 
dəyər  ekvivalentilə  istənilən  malı  almaq  mümkündür.  Pulun  bir  dövlətdən 
başqasına keçirilməsi məsələn, aşağıdakı hallarda baş verir
 
 
1. müharibədə qalib gələn dövlət uduzan dövlətdən pul təzminatı alır; 
 
2. bir dövlət başqasına borc verir. 
 
 
 
 
 
 
Ümumiyyətlə, demək olar ki, bu funksiyanı da pullar dolğun şəkildə məhz, 
pulun  ilkin  mənasında,  yəni,  qızıl  sikkələrin  tədavüldə  olduğu  dövrdə  yerinə 
yetirmişlər.  Dünya  bazarına  çıxdıqda  K.Marksın  dediyi  kimi,  qızıl  sikkələr  öz 
“Milli mundirlərini” kənara atıb çəkiləri ilə ödəmələrə qoşulurdular. Heç bir başqa 
pullar  qızıl  sikkə  standartında  tədavüldə  olan  qızıl  sikkələr  kimi  sərbəst  və 
məhdudiyyətsiz  hərəkət  edə  bilmirdilər.  Qızıl  pulun  bütün  funksiyalarını  yerinə 
yetirdiyi  şəraitdə  pul  və  valyuta  sistemi  demək  olar  ki,  eyni  məna  kəsb  edirdi. 
Beləliklə,  pulun  bu  funksiyasından  müasir  pul  sistemində  şərti  danışmaq  olar. 
KitabYurdu.az 
137
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə