Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

 
 
 
Cavan  və  kökəldilməkdə  olan  heyvanlar  üzrə  normativ  planlaşdırılan  ilin 
axırına  təsərrüfatda  saxlanılan  cavan  heyvanların,  quşların,  vəhşi  heyvanların  və 
kökəldilmədə  olan  heyvanların  plan  üzrə  qalıq  dəyərinin  ödənilməsini  nəzərdə 
tutur. Cavan mal-qara üzrə normativ hesablanarkən, bura südəmər cavanlarda daxil 
edilərək  ilk  növbədə  hər  növ  heyvan  üzrə  dövriyyə  vəsaitinin  norması  müəyyən 
edilir. 
 
Cavan  heyvanlar,  quşlar,  vəhşi  heyvanlar  və  kökəldilmədə  olan  heyvanlar 
üzrə  norma,  planlaşdırılan  ildə  onların  saxlanmasına  plan  məsrəflərini  əlavə 
etməklə ilin əvvəlinə hər bir başın faktiki maya dəyərinə görə bilavasitə hesablama 
yolu ilə müəyyən edilir. 
 
Hər  baş  cavan  iri  buynuzlu  mal-qaraya  və  donuzlara  məsarifi  müəyyən 
etmək üçün, planda qəbul edilən ilin axırına onların diri çəkisi ödənilir. Dövriyyə 
vəsaitlərinin  normasına  planlaşdırılan  ilin  axırına  plan  üzrə  müəyyən  edilən  sürü 
dövriyyəsindəki  başların  sayına  vurmaqla  normativ  hesablanılır.  Yaş  qrupu  üzrə 
cavan heyvanların hər növü üçün belə hesablama aparılır. 
 
Gələcək  dövrə  xərclər  üzrə  normativ  ilin  axırına  tam  vəsait  qoyuluşu 
həcmində  müəyyənləşdirilir.  O,  bir  neçə  istehsal  bölməsin  aid  olan  xərcləri 
ödəmək  üçün  nəzərdə  tutulur  (heyvanları  saxlamaq  üçün  yay  düşərgələrinin 
tikintisinə,  silos  quyuların  və  digər  obyektlər).  Məsrəfin  bir  hissəsi  bu  ilin 
məhsulların maya dəyərinə, digər hissəsi gələn istehsal dövrünün məhsullarına aid 
edilir. Dövriyyə vəsaitinin normativi, keçən il çəkilən xərcin üzərinə planlaşdırılan 
ildəki  xərcləri  əlavə  etməklə  müəyyən  edilir.  Alınan  məbləğdən  istehsal  smetası 
üzrə  planlaşdırılan  ilin  məhsulunun  maya  dəyərinə  aid  edilən  məsrəflər  hətda 
xüsusi mənbə hesabına ödənilən məsrəflər çıxılır. 
 
İkinci  qrupda  normativ  analitik  metodla  minimum  prinsiplə  hesablanır. 
Normativi  hesablamaq  üçün  planlaşdırılan  ildə  istehsal  şəraitinin  dəyişikliyinə 
uyğun düzəliş edilərək keçən ilin hesabatı üzrə minimum qalıq götürülür. 
  
-  Yaradıcı  sənaye  istehsalının  bitməmiş  istehsalatında  xüsusi  dövriyyə 
vəsaitlərinin  normativi  keçən  ilin  aylıq  hesabatı  üzrə  müəyyən  edilən  yardımçı 
istehsalın  bitməmiş  sənaye  istehsalının  minimum  qalıq  dəyərindən  asılı  olaraq 
müəyyənləşdirilir.  
 
Dövriyyə vəsaitinin norması faiz şəklində əks etdirilir. Bunun üçün keçən ilə 
görə  minimum  qalıq,  bu  il  istehsal  olunan  sənaye  məhsulunun  dəyərinə 
bölünməklə  müəyyən  edilir.  Planlaşdırılan  ildə  planlaşdırılan  sənaye  məhsulunun 
dəyərini  normaya  vurmaqla  dövriyyə  vəsaitinin  normativini  alırıq.  Həmçinin  bu 
yolla yardımçı müəssisədə emal üçün xammalın normativi hesablanılır. Normativ 
keçən  ilin  xammalının  minimum  qalığına,  həmçinin  yardımçı  müəssisənin  keçən 
ilin və planlaşdırılan ilin xərclərinə görə müəyyən edilir. 
 
- Təmir emalatxanasının bitməmiş istehsalat üzrə normativi, keçən ilin aylıq 
hesabatında  qəbul  edilən  bitməmiş  istehsalın  minimum  qalıq  dəyərinə  və  başa 
çatmamış  əsaslı  təmirə  xərclərə  görə  hesablanılır.  Dövriyyə  vəsaitinin  norması 
faizlə  əks  etdirilir.  Faizi  müəyyən  etmək  üçün  xərclər  hesabat  ilində  yerinə 
yetirilən  əsaslı  təmirin  maya  dəyərinə  bölünür.  Normativi  müəyyən  etmək  üçün 
dövriyyə  vəsaitinin  norması,  planlaşdırılan  ildə  təmir  emalatxanasında  yerinə 
yetirilən əsaslı təmir xərcinə vurulur. 
KitabYurdu.az 
127
 


 
 
 
-  Neft  məhsulları  üzrə  normativi  müəyyən  etmək  üçün  keçən  ilin  aylıq 
balansları üzrə minimum qalıqlar götürülür. Bu qalıq dəyərini keçən ilin gündəlik 
yanacaq məsrəfinə bölməklə dövriyyə vəsaitinin gündəlik norması alınır. Cari ilin 
plan  üzrə  gündəlik  yanacaq  məsrəfini  normaya  vurmaqla  planlaşdırılan  ilə 
normativ məbləği müəyyən edilir. 
 
Xüsusi  dövriyyə  vəsaiti  hesabına  yalnız  işlərin  fasiləsizliyi  üçün  minimum 
ehtiyatın  yaradılması  təmin  olunur.  Mövsümi  ehtiyatın  hamısı  bankın  krediti 
hesabına ödənilir. 
 
-  Az  qiymətli  əşyalar  üzrə  normativ  keçən  ilin  aylıq  hesabatındakı  faktiki 
minimum  qalığa  görə  hesablanılır.  Minimum  qalıq  müəyyən  edilərkən  həmin 
əşyaların köhnəlmə dəyəri və lazımsızların dəyəri çıxılır. Həmçinin planlaşdırılan 
ildə  tələbat  və  təklif  şərtlərindəki  dəyişiklik  nəzərə  alınmalıdır.  Norma  faizlə 
hesablanılır.  Normanı  hesablamaq  üçün  keçən  ilə  az  qiymətli  və  tez  xarab  olan 
əşyaların qalıq dəyərini, planlaşdırılan ildə plan maya dəyəri ilə qiymətləndirməklə 
bitkiçilikdə  və  heyvandarlıqda  ümumi  məhsulların  dəyərinə  bölmək  lazımdır. 
Planlaşdırılan ildə nəzərdə tutulan ümumi məhsulların dəyərini normaya vurmaqla 
cari  il  üçün  dövriyyə  vəsaitinin  normativi  hesablanılır.  Bu  prinsiplə  həmçinin 
köməkçi  materiallar  üzrə  normativ;  tara  və  tara  materialları  üzrə  normativ  də 
hesablanılır. 
 
Yemin,  ehtiyat  hissələrinin  və  təmir  materiallarının,  mineral  gübrələrin  və 
zəhərli  maddələrin,  tədarük  təşkilatları  ilə  hesablaşmaların,  təxirə  salınmaz 
ehtiyaclara  kassadakı  pul  vəsaitlərinin  qalıqlarının  normativləri  möhkəm  faizlərə 
görə hesablanılır. 
 
-  Yem  üzrə  xüsusi  dövriyyə  vəsaitinin  normativi,  yemin  sığorta  fondu 
həcmində  müəyyənləşdirilir.  Bütün  mövsüm  ərzindəki  ehtiyat  bank  krediti 
hesabına  ödənilir.  Normativ  məbləğinə  ot  və  samana  illik  tələbatın  uyğun  olaraq 
15-20%  həcmində  dənli  yem  bitkilərinin  dəyəri  də  əlavə  edilir.  Bundan  başqa 
normativə  hər  arı  ailəsi  üçün  5kq  bal  (sığorta  ehtiyatı)  əlavə  edilməlidir.  Əgər 
təsərrüfat il boyu heyvanları silosla yemləyirsə, onda normativə aylıq silos ehtiyatı 
da əlavə olunur. 
 
Normativ  hesablanarkən  yem  plan  maya  dəyəri  ilə  qiymətləndirilir.  Satın 
alınan yem qiymətləndirilərkən satın alınan qiymətə nəqliyyat xərci də əlavə edilir. 
 
Əgər  təsərrüfat  kənd  təsərrüfatı  məhsullarını  emal  edən  müəssisədən  yem 
tullantısını  gətirirsə,  onda  normativ  bir  aylıq  tələb  olunan  tullantının  dəyəri 
həcmində  müəyyənləşdirilir.  Vəhşi  heyvandarlıq  təsərrüfatlarında  normativə 
soyuducuda  saxlanılması  mümkün  olan  balıq-ət  yemlərinin  sığorta  ehtiyatı  da 
əlavə olunur. (bir aylıq tələbatdan artıq olmamaqla) 
 
- Mineral kübrələr və zəhərli kimyəvi preparatlar üzrə normativ, onların orta 
aylıq daxilolmalarının dəyərləri həcmində hesablanılır. Mineral kübrələr üzrə orta 
aylıq  daxilolmalarının  dəyərini  müəyyən  etmək  üçün  planlaşdırılan  ilə  təchizat 
müqaviləsindəki məbləği 12-yə bölmək lazımdır.  
 
Tibbi  ləvazimat  və  dezinfeksiya  (dərmanlama)  üçün  vəsaitlərin  normativi 
də, bu material qiymətlisindən təsərrüfata aylıq tələbatın dəyərinə əsasən müəyyən 
edilir.  Bərk  yanacaq  üzrə  normativ  kommunal  təsərrüfata  və  ictimai  iaişəyə  iki 
aylıq tələbat həcmində hesablanılır. Yanacağın qiymətləndirilməsi, onların istifadə 
KitabYurdu.az 
128
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə