Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

 
 
 
 
 
 
 
 
 
 
 
-  maliyyə  öhdəlikləri.
 
 
 
 
 
 
 
 
 
 
I  qrupa  -  əmtəə  və 
xidmətlər üzrə nağdsız hesablaşmalar aiddir.  
II  qrupa  –  büdcə  ödəmələri 
(gəlirdən  vergi,  əlavə  dəyər  vergisi,  fiziki  şəxslərdən  gəlir  vergisi,  digər  məcburi 
ödəmələr) və büdcədənkənar fond, bank ssuda faizləri, kredit üzrə faiz ödəmələri, 
sığorta kompaniyaları üzrə hesablaşmalar aiddir. 
 
 
 
 
2. Pul tədavülü qanunu. 
 
Pul  tədavülü  qanunu  K.Marks  tərəfindən  formalaşdırılmışdır.  Özünün 
“Kapital”  əsərində  K.Marks  iqtisadi  göstəricilər  olan  pul  kütləsi,  mal  və 
xidmətlərin,  kreditin,  qarşılıqlı  və  nağdsız  ödəmələrin  qiymət  məbləği  və  pulun 
dövretmə  sürətinin  qarşılıqlı  iqtisadi  asılılığının  elmi  açıqlamasını  vermişdir.  Bu 
qarşılıqlı əlaqə iki növ asılılığın məcmusu kimi başa düşülür:   
 
 
 
 
 
 
 
 
 
-  tədavül  vasitəsi  kimi  lazım 
olan pulun miqdarı ilə realizə olunan mal və xidmətlərin qiymət məbləği arasındakı 
birbaşa asılılıq; 
 
 
- tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə 
pulun dövretmə sürəti arasındakı tərsinə asılılıq.   
 
 
 
 
 
 
 
Bütün bunları aşağıdakı formulada göstərmək olar: 
K= S / C     (1) 
Burada: K – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı; 
 
 

– 
realizə olunan mal və xidmətlərin qiymət məbləği;   
 
 
C  –  tədavül 
vasitəsi kimi pulun dövrlərinin orta sayı. (pulun dövretmə sürəti) 
 
 
 
 
 
 
 
 
 
 
 
Pulun 
tədiyyə 
funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər qəlizləşdi və 
pulun  tədavüldəki  miqdarını  müəyyən  edən  qanun  aşağıdakı  kimi  formalaşmış 
oldu: 
K= (S1-S2+S3-P) / C       (2) 
Burada: S1 – mal və xidmətlərin qiymət məbləği;   
 
 
 
S2 – kreditə satılmış malların qiymət məbləği; 
 
 
 
 
S3 – öhdəliklər üzrə ödəmələrin məbləği; 
 
 
 
 
 
P – qarşılıqlı ödəmələr. 
 
Pulun  dövretmə  sürəti  (pulun  tədavül  sürəti)  –  pulun  tədavül  və 
tədiyyə  funksiyasını  yerinə  yetirdiyi  zaman  pul  hərəkətinin  intensivliyinin 
göstəricisi  olub,  il  ərzində  hər  bir  dövri  gəlirlərin  xərclərinə  xidmət  edən  pul 
kütləsinin dövrlərinin sayını göstərir.   
 
Aydındır ki, metal pul tədavülü 
dövründə  pulun  dəfinə  funksiyası  vasitəsilə  tədavüldə  pulun  miqdarı  avtomatik 
olaraq  tənzimlənirdi.  Yəni,  əgər  pula  tələbat  azalırdısa,  artıq  pullar  dəfinəyə 
yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman dəfinədən tədavülə əlavə pul 
buraxılırdı.  Elə  buna  görə  də  tədavüldə  pulun  miqdarı  həmişə  lazımi  səviyyəsini 
saxlaya bilirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmçinin  onu  da  qeyd  etmək  lazımdır  ki,  əgər,  tədavüldə  qızıla 
KitabYurdu.az 
146
 


 
 
xırdalanmaya  banknotlar  və  ya  kağız pullar  dövr  edərsə  və buraxılan  bu  pulların 
miqdarı tədavül üçün lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman 
da  heç  bir  problem  ortaya  çıxmaz.  Belə  ki,  kağız  pullar  bu  zaman  ideal  şəkildə 
qızıl pulları əvəz etmiş olar. 
 
 
Lakin problem o zaman qalxır ki, heç 
bir  şeylə  məhdudlanmayan  kağız  pul  emissiyası  pul  tədavülü  qanununu  pozmuş 
olur,  tədavül  kanalları  artıq  pullarla  dolur  ki,  bu  da  son  nəticədə  ölkədə 
inflyasiyanın yaranmasına səbəb olur.  
 
 
 
 
 
 
 
 
Əlbəttə  ki,  pulun  dövretmə  sürətinin  dəyişməsi  həm  ümumi 
iqtisadi amillərdən, həm də monetar amillərdən asılıdır.   
 
 
Pulun 
dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti baxımından 
əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun vəziyyətinin 
yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s. təkan verə bilər. 
Bazar  münasibətlərində  pullar  daima  tədavüldə  fəaliyyət  göstərir.  Yeni 
pullar tədavüldə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları 
vasitəsilə  yaradırlar.  Məhz  bu  səbəbdən  də  pul  emissiyasının  kredit  xarakteri 
istənilən dövlətin pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur.  
 
 
 
 
 
 
 
 
“Pul  emissiyası”  və  “pulun 
tədavülə  buraxılması”  anlayışları  bir-birindən  fərqlidir.  Belə  ki,  pulun  tədavülə 
buraxılması  nəticəsində  onların  dövriyyədəki  ümumi  miqdarı  praktiki  olaraq 
artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kommersiya banklarının 
öz  müştərilərinə  kredit  verdiyi  zaman  buraxılır.  Nağd  pullar  isə  tədavülə 
kommersiya  banklarının  kassa  əməliyyatları,  yəni  onların  müştərilərinə  öz 
əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir. Lakin burada həmçinin 
əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş 
borcların  nağdsız  qaydada  ödənilməsi  prosesi  də  baş  verir.  Bundan  başqa  nəzərə 
almaq  lazımdır  ki,  kommersiya  bankları  “ikinci  pullara”,  daha  dəqiq  desək,  artıq 
ölkənin mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir. Bununla da demək 
olar ki, tədavüldə pulun miqdarı dəyişmir.   
 
 
 
 
Pulun emissiyası dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir 
ki,  bu  zaman  pul  kütləsi  tədavüldə  artmış  olsun.  Həmçinin  onu  da  qeyd  etmək 
lazımdır ki, pul emissiyası hər bir ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilir 
ki, bununla da tədavülə əlavə “ilkin” pullar buraxılmış olur. 
 
 
 
 
 
 
 
 
 
Beləliklə 
də 
tədavülə 
pulun 
buraxılmasını analoji olaraq pulun nağd və nağdsız emissiyasına bölürlər. 
 
 
3. Bank multiplikatorunun mahiyyəti. 
 
İqtisadiyyatda  inzibati  amirlik  dövründə  nağd  və  nağdsız  pul  emissiyası 
anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı dövlətin mərkəzi 
bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi.   
Bazar  iqtisadiyyatı  şəraitində 
isə emissiya funksiyası bölünməyə başlayır:   
 
 
 
 
 
 
 
 
 
 
 
-  Nağdsız  pul  emissiyası  kommersiya 
bank sistemi və qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 
 
 
 
 
 
 
 
-  Nağd  pul  emissiyasını  isə  Milli  Bank 
KitabYurdu.az 
147
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə