Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

 
 
 
Deflyasiya  siyasəti  –  bu  pul  tələbinə  qarşı  pul-kredit  və  vergi  mexanizmi 
vasitəsilə,  dövlət  xərclərinin  aşağı  salınması,  yenidənmaliyyələşdirmə 
dərəcələrinin qaldırılması, vergi prosesinin təzyiqinin güclənməsi və pul kütləsinin 
məhdudlaşdırılmasına  tərəf  yönəldilən  bir  mexanizmdir.  Deflyasiya  siyasətinin 
yerinə  yetirilməsinin  əsas  xüsusiyyəti  iqtisadiyyatda  böhran  hallarının  yaranması 
və iqtisadi artımın ləngiməsidir. 
 
Gəlirlər  siyasəti  –  bu  siyasət  qiymətlər  və  əmək  haqqlarına  qarşı,  onların 
tam  doldurulması  və  yaxud  da  artırılmasına  məhdudiyyətlərin  qoyulması  ilə  baş 
verən paralel nəzarətdən ibarətdir. 
 
Antiinflyasiya  siyasətinin  variantlarından  istifadə  ölkədəki  vəziyyət  və 
müəyyən  mərhələdəki  cəmiyyət  qanunauyğunluqlarından  asılıdır.  Əgər  məqsəd 
iqtisadi artımın qarşısını almaqdırsa bu zaman deflyasiya siyasəti həyata keçirilir. 
Əksinə,  iqtisadi  artımı  stimullaşdırmaq  lazım  gəldikdə  isə  gəlirlər  siyasətindən 
istifadə  olunur.  Elə  hallar  da  olur  ki,  inflyasiya  ilə  mübarizə  məqsədilə  paralel 
olaraq hər iki antiinflyasiya siyasətindən istifadə oluna bilər. 
 
İnflyasiyanın təsnifləşdirilməsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qiymətlərin 
artım sürətinə 
görə 
 İ 





S          
İ 


İnzibati inflyasiya 
Təzahür 
formalarına  
Yaranma 
üsuluna görə 
Xərclər inflyasiyası 
 
Hiper inflyasiyası 
Çaparaq  inflyasiyası 
Mötədil inflyasiyası 
Tələb inflyasiyası 
Kredit inflyasiyası 
İdxal inflyasiyası 
Təklif inflyasiyası 
Açıq inflyasiyası 
Qapalı inflyasiyası 
KitabYurdu.az 
152
 


 
 
6. Pul islahatları 
 
 
Pul  tədavülünün  inflyasiya  proseslərinin  vəziyyətindən  asılı  olan  əsas 
sabitləşmə formaları pul islahatları və antiinflyasiya siyasətidir.  
 
Müharibələrdən sonrakı dövrlərdən iqtisadiyyatın bərpasının əsas üsulu olan 
pul tədavülünün sabitləşməsi aşağıdakı metodların köməyi ilə həyata keçirilirdi: 
 
nullifikasiya; 
 
- revalvasiya; 
 
- devalvasiya; 
 
- denominasiya. 
 
Nullifikasiya – güclü surətdə qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi 
və yeni valyutanın tədavülə buraxılması deməkdir. 
 
Revalvasiya  –  pul  vahidinin  əvvəlki  qızıl  məzmununun  bərpa  olunması 
deməkdir.  Məsələn,  birinci  dünya  müharibəsindən  sonra  1925-1928-ci  illərin  pul 
islahatları  zamanı  İngiltərədə  funt sterlinqin  müharibədən  əvvəlki  qızıl  məzmunu 
bərpa olundu. 
 
Devalvasiya  –  pul  vahidinin  qızıl  məzmununun  düşməsi,  ikinci  dünya 
müharibəsindən  sonra  isə  milli  valyutanın  xarici  valyutaya  nisbətən  rəsmi 
məzənnəsinin və qızıl məzmununun aşağı düşməsidir. 
 
Denominasiya  –  “sıfırların  pozulması”  metodudur,  daha  dəqiq  desək, 
qiymət miqyasının möhkəmlənməsidir. Məsələn, Braziliyada 1988-ci ildə yeridilən 
yeni pul vahidi əvvəlki 1000 pul vahidi ekvivalentinə bərabər idi. Denominasiya, 
həmçinin  Rusiyada  da  1998-ci  ildə  rublun  1:1000  nisbətində  denominasiyası  baş 
vermişdi.  Azərbaycan  Respublikasında  pul  nişanlarının  nominal  dəyərinin  və 
qiymətlər  miqyasının  dəyişdirilməsi  (denominasiyası)  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan 
Respublikasında  milli  valyutanın  –  manatın  denominasiyası  həyata  keçirilmişdir. 
Fərmana  əsasən  yeni  manata  keçid  zamanı  1  yeni  manat  5000  köhnə  manata 
bərabər tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
153
 


 
 
Mövzu 12. Nağd və nağdsız pul hesablaşmaları 
 
P l a n 
 
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti. 
2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri. 
3.  Nağdsız  hesablaşmaların  formaları.  Ödəmə  tapşırığı  ilə  hesablaşma  və  planlı 
ödəmə. 
4. Çeklərlə hesablaşma. 
5. Akkreditivlərlə hesablaşma. Planlı ödəmə. 
6. Ödəmə tələbnaməsi (aksept). 
 
 
ƏDƏBİYYAT 
 
1. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
154
 


 
 
 
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti. 
 
İstehsal  prosesini  həyata  keçirən  hər  bir  müəssisə  müvafiq  müəssisə  və 
təşkilatlarla arası kəsilməz əlaqədə olur. Onlar mal material qiymətliləri əldə edir, 
istehsal  etdiyi  məhsulu  reallaşdırır,  fəhlə  və  qulluqçulara  əmək  haqqı  verir, 
büdcəyə  ödəmələri  həyata  keçirir,  kreditdən  istifadə  edir  və  onu  geri  qaytarır. 
Bütün bu proseslər pul hesablaşmaları vasitəsilə və ya bilavasitə pulun iştirakı ilə 
həyata keçirilir. 
 
Dövlətin,  müəssisə  və  təşkilatların  əhali  ilə  hesablaşmaları,  əhali  qrupları 
arasındakı  hesablaşmalar,  müəssisə  və  təşkilatlar  arasındakı  hesablaşmaların  bir 
qismi  nağdı  pulların  iştirakı  ilə  yəni  nağd  qaydada  aparılır.  Nağdsız 
hesablaşmaların  inkişafı  pul  tədavülü  üçün  böyük  əhəmiyyət  kəsb  edir,  belə  ki, 
nağdsız  hesablaşmaların  əsas  məqsədi  ödəmə  dövriyyəsində  nəğdi  pulu  əvəz 
etməkdir. 
Nağdsız 
hesablaşmalar 
pul 
vəsaitlərinin 
dövriyyəsinin 
sürətləndirilməsinə kömək edir, material fondlarının hərəkətinə nəzarəti təmin edir, 
tədavüldə  olan  pulların  həcminin  azalmasına,  pul  tədavülü  xərclərinin  aşağı 
salınmasına,  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  banklarda  cəmləşməsinə  və 
onlardan kredit resursları kimi istifadəyə şərait yaradır. 
 
Nağdsız hesablaşmalar sisteminin qarşısına qoyulan tələblər hesablaşmaların 
müəyyən prinsiplər əsasında aparılmasını tələb edir. 
 
Nağdsız hesablaşmalar əsasən aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 
 
1. Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün 
bankda açılmış  hesablarda  saxlamalıdırlar  və  nağdsız  hesablaşmalar  həmin hesab 
vasitəsi ilə aparılmalıdır. 
 
2.  Hesablardan  ödənişlər  hesab  sahibinin  razılığı  və  ya  sərəncamı  ilə onun 
müəyyən etdiyi növbəlilik əsasında hesabdakı vəsait müqabilində aparılmalıdır. Bu 
zaman ödənişlərin ləngidilməsinə imkan verilməməlidir.  
 
3.  Nağdsız  hesablaşmalar  tərəflər  arasında  bağlanmış  müqavilədə  nəzərdə 
tutulmuş formalarda aparılmalıdır və s. 
 
 
 
 
 
 
2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri. 
 
Pul  vəsaitlərinin  saxlanılması  və  onlar  vasitəsi  ilə  nağdsız  hesablaşmaların 
aparılması  üçün  bankda  müəssisə  və  təşkilatlara  hesablaşma  hesabı  və  ya  cari 
hesab açılır. 
 
Mülkiyyət  formasından  asılı  olmayaraq  kommersiya  fəaliyyəti  ilə  məşğul 
olub, hüquqi şəxs statusuna malik olan müəssisə və təşkilatlara hesablaşma hesabı 
açılır.  Hesablaşma  hesabı  olan  müəssisə  və  təşkilat  hüquqi  şəxs  hesab  edilərək 
KitabYurdu.az 
155
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə