Fənn: Maliyyə, pul tədavülü və kredit


 İnflyasiyanın mahiyyəti, onun forma və növləri



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

 
 
 
5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri. 
 
İnflyasiya  anlayışı  pul  tədavülü  qanununun  pozulması  yolu  ilə  dövriyyə 
kanallarının dolması kimi başa düşülür.  
 
“İnflyasiya”  termini  kütləvi  şəkildə  kağız  pullara  keçidlə  əlaqədardır  və 
kağız  pulların  çoxluğu  onların  ucuzlaşmasına  və  bunun  ardınca  isə  qiymətlərin 
qalxmasına səbəb oldu. 
 
İnflyasiya  –  yalnız  kağız-kredit  tədavülünə  məxsus  olan,  mal  dövriyyəsi 
təklifi ilə müqayisədə artıq kağız pulların dövriyyə etməsi, qiymətlərin qalxması və 
bununla  da  pulların  dəyərsizləşməsi  və  alıcılıq  qabiliyyətinin  aşağı  düşməsi  ilə 
müşayət olunan pulun tədavül qanununun pozulmasıdır. 
 
Başqa  sözlə  desək,  inflyasiya  hər  şeydən  əvvəl  pul  tədavülü  kanallarının 
artıq pul kütləsi ilə dolması, lakin bunun qarşısında əmtəə kütləsinin artmamasının 
nəticəsində yaranır. İqtisadiyyatda qiymətlərin səviyyəsi dövriyyədə tədavül edən 
pulların  həcmindən  asılıdır.  Klassik  mübadilə  qaydasına  görə  bu  aşağıdakı  kimi 
göstərilir: 
MV = PQ 
 
Burada;  
 P – mal və xidmətlərin qiymət səviyyəsi
 
 
 
 Q – real mal və xidmətlərin həcmi
 
M – dövriyyədə olan pul kütləsi;  
 
V – pulun dövretmə sürəti. 
 
Buna  uyğun  olaraq  inflyasiya  proseslərinin  artmasının  vacib  səbəblərindən 
biri nominal pul kütləsinin Milli məhsulun artmasından daha tez çoxalmasıdır. 
 
İnflyasiyanın  sürəti pul  kütləsinin  artım  sürəti  və  pulun dövretmə  sürətinin 
artması ilə düz mütənasib, real məhsulun artım sürəti ilə isə tərs mütənasibdir. Pul 
kütləsinin sabitliyi  şəraitində  real  məhsulun  aşağı düşməsi  inflyasiyanın sürətinin 
artmasına  səbəb  olur.  Çünki,  az  həcmdə  məhsulun  qarşısında  pulların  əvvəlki 
həcmi durmuş olur. Əksinə, əvvəlki həcmdə pul kütləsinin qarşısında real məhsul 
həcminin artması isə deflyasiyaya, başqa sözlə qiymətlərin aşağı düşməsinə səbəb 
olur.  Qeyd  etmək  lazımdır  ki,  təcrübədə  deflyasiyaya  çox  nadir  hallarda  rast 
gəlmək olur. Müasir iqtisadi şəraitdə inflyasiya prosesi çox zaman real məhsulun 
artıb azalmasından asılı olmayaraq inkişaf edir. 
 
Pulun  dövretmə  sürəti  və  məhsulun  real  artımının  sabitliyi  şəraitində 
inflyasiya pul kütləsinin artım sürəti ilə müəyyənləşir.  
 
Tədavüldə  pul  kütləsinin  artması  bütövlükdə  mərkəzi  bankların  kredit 
emissiyası  ilə  müəyyənləşir.  İstənilən  istiqamətdə  mərkəzi  bankların  aktivlərinin 
artması,  yəni  hakimiyyətə,  kommersiya  banklarına,  əhaliyə,  xarici  dövlətlərə 
verilən  kreditlər,  həmçinin  xalis  beynəlxalq  ehtiyatların  artımı  pul  bazasının 
artmasına  səbəb  olur.  Multiplikativ  effektlə  pul  bazasının  artması  pul  kütləsinin 
genişlənməsinə  səbəb  olur.  Pul  kütləsi  isə  öz  növbəsində  inflyasiyanın 
sürətlənməsinə  gətirib  çıxarır.  Beləliklə,  demək  olar  ki,  mərkəzi  bankların 
aktivlərinin  istənilən  genişlənməsi  inflyasiya  xarakteri  daşıyır  və  bu  aktivlərin 
strukturuna  və  artmasına  görə  inflyasiya  mənbələri  haqda  mühakimə  yürütmək 
olar.  Kredit  emissiyası  nəticəsində  yaranan  pul  kütləsi  inflyasiya  tempinə  dərhal 
KitabYurdu.az 
150
 


 
 
deyil,  hissə-hissə  təsir  göstərir.  Qeyd  etmək  lazımdır  ki,  pul  kütləsinin  artması 
inflyasiya tempinin artmasına təsir göstərdiyi kimi, onun azalması da inflyasiyanın 
azalmasına səbəb olur.  
 
İnflyasiyanın yaranmasının aşağıdakı forma və növləri vardır: 
1.
 
Qiymətlərin artım sürətinə görə: 
 
- Mötədil inflyasiya – qiymətlərin orta illik artım tempinin 5-10% olması ilə 
müşayət olunan qiymətlərin tədricən qalxmasıdır. 
 
- Çaparaq inflyasiya – qiymətlərin orta illik artım tempinin 10-50% olması 
ilə müşayət olunan qiymətlərin birdən-birə qalxmasıdır. 
 
-  Hiperinflyasiya  –  qiymətlərin  artım  tempi  100%-dən  artıq  olduqda, 
qiymətlərin  çox  yüksək  templə  artmasıdır.  (BVF  hiperinflyasiyanı  qiymətlərin 
ayda 50% qalxması kimi müəyyənləşdirmişdir) 
 
2. Yaranma üsuluna görə: 
 
-  İnzibati  inflyasiya  –  qiymətlərin  inzibati  yolla  idarə  edilməsindən 
qalxmasıdır. 
 
-  Xərclər  inflyasiyası  –  istehsal  faktorlarına,  əsasən  istehsal  resurslarına 
qiymətlərin qalxması, bunun nəticəsində tədavül və istehsal xərclərinin artması və 
onlarla birgə istehsal olunan malların qiymətlərinin qalxmasıdır. 
 
-  Tələb  inflyasiyası  –  tələbin  təklifdən  çox  olması  nəticəsində  qiymətlərin 
qalxmasıdır 
 
-  Təklif  inflyasiyası  –  istehsal  resurslarının  tam  istifadə  olunmaması 
şəraitində istehsal xərclərinin qalxması ilə nəticələnən qiymətlərin qalxmasıdır. 
 
-  İdxal  inflyasiyası  –  xarici  faktorların  təsiri  nəticəsində;  məsələn,  ölkəyə 
həddən  çox  xarici  valyuta  axını  və  import  qiymətlərinin  qalxması  ilə  yaranan 
inflyasiyadır.  Belə  ki,  xaricdən  axıb  gələn  valyuta  ölkənin  mərkəzi  bankı 
tərəfindən  milli  valyutaya  dəyişdirilir  və  bu  zaman  məcburiyyət  qarşısında 
arxasında əmtəə kütləsi olmayan əlavə milli valyuta emissiya edilir. 
 
Kredit inflyasiyası – hədsiz kredit ekspansiyasının yaratdığı inflyasiyadır
Kredit  ekspansiyası  dedikdə,  uzun  və  qisamüddətli  kreditləşmənin  miqyasının 
genişlənməsindən söhbət gedir. 
 
3. Təzahür formalarına görə: 
 
-  Açıq  –  istehlak  mallarının  və  istehsal  resurslarının  sərbəst  şəkildə 
qiymətlərinin qalxması ilə yaranan inflyasiyadır. 
 
-  Qapalı  –  dövlətin  qiymətləri  əvvəlki  səviyyədə  saxlamaq  arzusu  ilə 
müşayət  olunan  əmtəə  qıtlığından  yaranan  inflyasiya.  Bu  zaman  malların  açıq 
bazardan qapalı bazara keçməsi baş verir ki, burada da qiymətlər aydın məsələdir 
ki, artır. 
 
İnflyasiyanın təsnifləşdirilməsi sxem şəklində aşağıdakı kimi göstərilə bilər: 
 
Aydın məsələdir ki, inflyasiya dərhal ölkənin iqtisadi və sosial inkişafına öz 
mənfi  təsirini  göstərir.  İnflyasiya  faktorları  ilə  mübarizə  üçün  dövlət  özünün 
iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  kompleks  tədbirlərini  daha  dəqiq  desək, 
antiinflyasiya  siyasətini  həyata  keçirir.  Bu  siyasətin  iki  istiqaməti  mövcuddur  ki, 
onlar aşğıdakılardır: 
-
 
deflyasiya siyasəti; 
-
 
gəlirlər siyasəti. 
KitabYurdu.az 
151
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə