Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

 
 
yerinə yetirir. 
 
 
 
Nağdsız  pul  emissiyasının  başlıca  məqsədi 
hüquqi  şəxslərin  tədavül  vasitələrinə  olan  əlavə  tələblərinin  ödənilməsindən 
ibarətdir.  Lakin,  kredit  təşkilatlarında  olan  vəsaitlər  hesabına  hüquqi  şəxslərin 
tədavül  vasitələrinə  olan  əlavə  tələbatını  deyil,  adi  tələbatı  ödənilir.  Aydındır  ki, 
əlavə  tələbat  əlavə  vasitələr  hesabına  ödənilə  bilər.  Bunun  üçün  də  bu  əlavə 
vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İkipilləli 
bank sistemi şəraitində emissiya mexanizmi bank (depozit) multiplikatoru əsasında 
fəaliyyət  göstərir.  Multiplikator  –  (lat.  multiplicator  –  çoxaldan)  –  iqtisadi 
göstəricidir. Onun miqdarı o dərəcəni xarakterizə edir ki, o səviyyədə investisiya 
tələbinin, yaxud investisiyaların özünün artırılması məhsulun buraxılış həcminin və 
bu  məhsula  istehlak  tələbinin  (və  bu  səbəbdən  də  gəlirin)  dəyişməsini  əmələ 
gətirir. Sayca  multiplikator vahiddən çoxdur və bu nisbətə bərabərdir: M=1/İSM. 
Burada  İSM  istehlakçının  bu  məhsulun  istehlakına  son  həddəki  meylidir,  yaxud 
taraz  YDM–in,  investisiyaların  həcminin  dəyişilməsinin  nisbətinə  bərabərdir. 
(“İzahlı iqtisadi terminlər lüğəti” – II cild səh. 106-107)   
 
 
 
 
 
 
 
Bank  multiplikatoru  ölkənin  bank  sistemi 
çərçivəsində  nağdsız  pulların  bir  bankdan  başqa  banka  hərəkəti  prosesində 
kommersiya banklarının hesablarında onların həcminin artması deməkdir. 
 
 
Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit multiplikatoru 
müxtəlif  nöqteyi  nəzərdən  multiplikasiyanın  vahid  mexanizmini  xarakterizə  edir.
 
 
 
 
 
 
 
 
 
Bank 
multiplikatoru 
multiplikasiya  prosesini  onun  subyektlərinin  mövqeyindən  tərənnüm  edir.  Buraya 
pulu  multiplikasiyalaşdıran  –  kommersiya  bankları  və  qeyri-bank  təşkilatları 
aiddir. 
 
 
 
 
Kredit 
multiplikatoru 
bu 
prosesin 
hərəkətverici  qüvvəsini  açıqlayır.  Yəni  multiplikasiyanın  yalnız  bazar 
münasibətlərinin kreditləşməsi zamanı baş verə bilməsi faktını açıqlayır. 
 
 
 
 
Kredit  multiplikatoru  dedikdə  kommersiya  banklarının 
kreditlərinin mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi 
başa düşülür. 
 
 
 
 
 
 
 
 
 
Depozit 
multiplikatoru 
multiplikasiyanın  obyektini,  daha  dəqiq, 
multiplikasiya  prosesində  artan  kommersiya  banklarının  depozit  hesablarındakı 
pulları tərənnüm edir. 
 
 
 
 
 
 
 
Ümumi 
şəkildə  pul  multiplikatorunu  pul  təklifinin  pul  bazasına  qarşı  münasibəti  kimi 
təsəvvür etmək olar. 
 
 
 
 
 
 
Pul  təklifi  birbaşa 
pul bazasının həcmindən və pul multiplikatorundan asılıdır. 
 
 
 
 
 
 
 
 
 
Pul  bazası  dedikdə  mərkəzi  bank 
tərəfindən  buraxılan  (Milli  Bankın  xəzinədarlığında  olan  nağd  pullar  nəzərə 
alınmadan)  nağd  pullar  və  kommersiya  banklarının  məcburi  ehtiyatları  nəzərdə 
tutulur. 
 
 
Ölkəmizin  timsalında  son illər pul bazası sferasında baş 
verən dəyişiklikləri ümumi şəkildə müsbət qiymətləndirmək olar. Belə ki, statistik 
məlumatlara əsasən qeyd etmək lazımdır ki, 2007-ci ilin mart ayının sonuna geniş 
mənada pul bazası (və ya ehtiyat pullar) ilin əvvəlinə nəzərən 246.2 mln. AZN və 
ya  12%  azalaraq  1798.4  mln.  AZN  təşkil  etmişdir.  Manatla  pul  bazası  isə  ilin 
əvvəlinə  nəzərən  63  mln.  AZN  və  ya  3.9%  artaraq  1662.5  mln.  AZN  təşkil 
KitabYurdu.az 
148
 


 
 
etmişdir.  
 
 
 
Pul  multiplikatoru  pul  bazasının  artması  zamanı 
pul  təklifinin  necə  dəyişməsini  göstərir.  Depozit  əmsalı  və  ehtiyat  normasının 
artması uyğun olaraq pul multiplikatorunu azaltmış olur. 
 
 
4. Pul aqreqatları. 
 
 
Pul aqreqatı pul kütləsinin göstəricisidir. 
Pul  kütləsi  pul  bazasının  kommersiya  bank  sistemində  genişlənməsi  ilə 
yaranır  və  tədavüldəki  nağd  pullardan  və  müştərilərin  hesablarındakı  pul 
qalıqlarından ibarətdir.   
 
 
 
 
 
Statistikada 
pul 
aqreqatları  müəyyən  müddətdə  pulun  hərəkətindəki  dəyişikliklərinin  təhlili  üçün 
nəzərdə  tutulmuşdur.  Pul  aqreqatlarının  düzülüşünün  əsasını  maddi  sərvətlərin 
likvidlik  səviyyəsi  ardıcıllığı  təşkil  edir.  Maddi  sərvətlərin  likvidliyi  dedikdə 
onların  tez  bir  zamanda  böyük  itkilər  vermədən  pula  çevrilmə  qabiliyyəti  durur. 
Maddi  sərvətlərin  likvidliyi  zamanla  ölçülür.  Bu  sərvətlərin  pula  çevrilməsi  nə 
qədər  az  müddətdə  baş  verərsə,  demək  onun  likvidliyi  bir  o  qədər  yüksəkdir. 
Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır. 
 
Tədavüldə  nağd  pullar  M0  aqreqatı  ilə  müəyyənləşir.  Bu  aqreqat  özündə 
banknotları, xəzinə biletlərini və metal pulları cəmləşdirir. 
 
M0  aqreqatını  pul  bazasından  fərqləndirmək  vacibdir.  Belə  ki,  yuxarıda 
qeyd  etdiyimiz  kimi  pul  bazasının  tərkibinə  kommersiya  banklarının  mərkəzi 
banklarda olan  məcburi  ehtiyatları  aiddir.  Lakin  M0  aqreqatına  isə  formal  olaraq 
bu ehtiyatlar daxil deyil. 
 
Ardıcıl  olaraq  M0  aqreqatına  azdan  başlayaraq  likvidli  vəsaitləri 
birləşdirərək ondan sonrakı aqreqatları almaq olur. 
 
Aqreqatların  sayı  və  tərkibi  ölkənin  kredit  sisteminin  struktur 
xüsusiyyətlərindən və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır. 
 
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları: 
 
M0 – tədavüldəki nağd pullar; 
 
M1 = M0+ bankın cari hesablarındakı vəsaitlər; 
 
M2 = M1+ kommersiya banklarında müddətli və əmanət qoyuluşları; 
 
M3 = M2+ qeyri-bank təşkilatlarındakı əmanətlər; 
 
M4 = M3+ depozit sertifikatları, səhmlər və müxtəlif kredit öhdəlikləri. 
 
Milli  Bank  pul  kütləsi  kimi  M2  aqreqatını  qəbul  etmişdir  ki,  bu  da  nağd 
pullardan, hesablarda və müddətli depozitlərdə olan qalıqlardan ibarətdir. 
 
Əvvəllər  pul  aqreqatlarından  istifadə  xarici  ölkələrlə  müqayisədə 
Azərbaycanda bir o qədər də yüksək səviyyədə olmasa da son illərdə Milli Bankın 
bu  istiqamətdə  apardığı  işləri  qənaətbəxş  hesab  etmək  olar.  Azərbaycan 
Respublikasında  məcmu  pul  kütləsini  hesablamaq  üçün  (pul  bazası)  M0 
(dövriyyədə pul), M1 (M0 və tələbolunanadək əmanətlər və depozitlər), M2 (M1 
və müddətli əmanətlər), M3 (M2 və istiqraz və əmanət sertifikatları, xarici valyuta 
ilə depozitlər) pul aqreqatlarından istifadə edilir. 
 
 
KitabYurdu.az 
149
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə