Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə73/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   93

 
 
görə nağdsız hesablaşmalar vasitəsilə vəsaitlərin bir hesabdan silinib başqa hesaba 
köçürülməsi, qarşılıqlı ödəmələrin zaçotu, nağd pul ödəmələrinin azaldılmasına və 
pul tədavülünün strukturunun yaxşılaşmasına imkan yaratmış olur.  
 
Kreditin 
üçüncü 
funksiyası 
– 
kapitalın 
təmərküzləşməsi 
və 
mərkəzləşməsinin  sürətlənməsi  funksiyasıdır.  Kapitalın  təmərküzləşməsi 
dedikdə fərdi yığımların hüdudlarının genişlənməsindən söhbət gedir. Belə ki, bir 
fərdin kapitalı digərlərinin kapitallarına əlavə edilməklə artırılır, bunun nəticəsində 
fərdi müəssisələr səhmdar cəmiyyətlərə çevrilir. 
Kreditin  növünün  xarakteristikası  dövlətin  təşkili-iqtisadi  prinsiplərindən 
asılıdır.  Kreditin  növləri  üçün  vahid  ümumdünya  prinsip  mövcud  deyil.  Kreditin 
növü  təkrar  istehsaldan,  iqtisadiyyatın  inkişaf  istiqamətindən,  kreditləşmənin 
obyektlərindən,  onun  təminatından,  müddətliliyindən,  ödəncliyindən  asılı  olaraq 
müəyyənləşir.  Kommersiya  bankları  öz  müştərilərinə  kreditin  müxtəlif  növlərini 
təqdim edirlər. Bunları aşağıdakı kimi təsnifləşdirmək olar:  
 
1. ilk növbədə borcalanın əsas qrupları üzrə: 
 
- təsərrüfat fəaliyyəti üçün verilən kreditlər
 
- əhaliyə verilən kreditlər; 
 
- dövlət və hakimiyyət orqanlarına verilən kreditlər. 
 
2. verilmə istiqamətinə görə: 
 
- istehlak krediti; 
 
- istehsal krediti; 
 
- ticarət krediti; 
 
- kənd təsərrüfatı krediti. 
 
3. istifadə müddətinə görə: 
 
- tələbolunanadək (müddətsiz); 
 
- müddətli kreditlər; 
 
müddətli kreditlər özləri də öz növbəsində: 
 
- qısamüddətli (1 ilə qədər); 
 
- orta müddətli (1 ildən 3 ilə qədər); 
 
- uzunmüddətli (3 ildən yuxarı). 
 
Bir  illik  qısamüddətli  kreditlər  əsasən  dövriyyə  fondunu  formalaşdıran 
kreditlərdir.  Orta  və  uzunmüddətli  kreditlər  isə  əsas  fondun  formalaşmasında 
iştirak edirlər.  
 
4. həcminə görə: 
 
- irihəcmli kreditlər
 
- orta həcmli kreditlər; 
 
- xırda həcmli kreditlər. 
 
5. təminatına görə: 
 
- təminatlı kreditlər (bunlara girovlu, zəmanətli, sığortalı kreditlər); 
 
- təminatsız kreditlər (blanklı kreditlər). 
 
6. verilmə üsuluna görə: a) təminatlı kreditlər; b) ödənişli kreditlər. 
 
I  halda  yəni,  təminatlı  kredit  növündə  kredit  borclarının  hesablaşma 
hesabına  mal-material  qiymətlərinə  qoyulmuş  xüsusi  vəsaitin  ödənilməsinə 
yönəldilir. 
KitabYurdu.az 
168
 


 
 
 
II  halda  isə  yəni,  ödənişli  kredit  növündə  kredit  borclarına  ödəniş  üçün 
təqdim olunan hesablaşma pul sənədlərinin ödənilməsinə yönəldilir. 
 
7) ödənilmə üsuluna görə: 
 
- hissə-hissə ödənilən möhlətli kreditlər; 
 
- müəyyən olunmuş vaxtda tamam ödənilən kreditlər. 
 
8) geniş təkrar istehsalın istifadə sahələrinə görə: 
 
- əsas fondların geniş təkrar istehsalında iştirak edən kreditlər
 
- dövriyyə fondlarının təşkilində iştirak edən kreditlər. 
4. Kreditin prinsipləri və formaları. 
 
 
Subyektlər  bir-birləri  ilə  kredit  münasibətlərinə  girərkən  ciddi  şəkildə  kreditin 
prinsiplərinə riayət etməlidirlər. Bu prinsiplərin qorunması həm kreditorun,həm də 
borcalanın  iqtisadi  hüquqlarının  qorunmasının  zəmanəti  hesab  olunur.  Kreditin 
aşağıdakı prinsipləri mövcuddur: 
        - qaytarilma müddəti
        - ödənçilik; 
        -differesiallıq; 
        -təminatlılıq; 
Qaytarılma müddəti  özündə kreditin müəyyən olunmuş zamanda qaytarılmasını 
tərənnüm  edir.  Bu  prinsipə  uyğun  kredit  təkcə  qaytarılmamalı,ciddi  şəkildə 
müəyyən  edilmiş  vaxtda  geri  qaytarılmalıdır.  Deməli,müddətlilik  qaytarılmanın 
zamanını  müəy-yənləşdirən  prinsipdir.  Bu  prinsipin  qorunması  kommersiya 
banklarının  likvidliyinin  (yəni  onların  krediti  vaxtında  və  tam  şəkildə  geri 
qaytarılması  müddətinin  göstəricisi,ölkənin  bank  sistemində  bankın  nüfuzu) 
təminatı üçün vacibdir. Buradan da kreditin təminatlılıq prinsipi ortaya çıxır. Belə 
ki,banklar  bu prinsipə  arxayın olaraq,yəni  borcalanların bankların  pul vəsaitlərini 
vaxtında  geri  qaytarmasından  əmin  olmaqla,öz  kredit  fəaliyyətlərini 
qurur,kreditlərin nə zaman qaytarılacağını qabaqcadan bilməklə müştərilərdən borc 
götürdükləri  pul  vəsaitlərini  öz  əməliyyatlarına  arxayınlıqla  cəlb  edir.  Kreditin 
müddəti müəyyən kreditləşmə normativlərə uyğun olaraq kreditləşən mal-material 
qiymətlilərinin dövriyyə  müddətinə və xərclərin ödənilməsinə uyğun  olaraq  bank 
tərəfindən müəyyənləşir. 
 
Kreditin  differensiallıq  prinsipi  o deməkdir  ki,kreditor  hər  kredit  istəyən 
müştəriyə kredit verməməlidir. O,yalnız bu krediti vaxtında qaytara bilən təsərrüfat 
orqanlarına  verilir.  Borcalanların  bu  xüsusiyyətləri  borc  götürməyə  hazırlaşan 
müəssisə  və  təşkilatların  balansının  likvidliyinin  təhlilinə,borcalanın  cari  və 
gələcək rentabellik səviyyəsinə əsasən müəyyənləşir. 
 
Kreditin  ödənclilik  prinsipi  o  deməkdir  ki,hər  bir  borcalan  müəssisə 
müvəqqəti  götürdüyü  borc  vəsaitlərinə  görə  kreditora  müəyyən  haqq  ödəməlidir 
ki,bu da özünü faizdə göstərir. Kreditə görə borc faizi dedikdə bir növ kreditin satış 
qiyməti başa düşülür. Müasir kommersiya bankları  borc faizinin dərəcəsi bir sıra 
əlamətlərə görə müəyyənləşir ki,onlar aşağıdakılardır: 
 
- Milli Bankın kommersiya bankları üçün təqdim etdiyi baza faiz dərəcələri
        - banklararası kreditlərə görə orta faiz dərəcəsi
KitabYurdu.az 
169
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə