Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə71/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   93

 
 
 
Müsbət  aksept  dedikdə  ödəyici  təşkilatların  hər  bir  ödəniş  sənədi  üzrə 
ödənişə razılığını yazılı surətdə banka təqdim etməsi başa düşülür. 
 
Mənfi  akseptdə  isə  ödəyici  təşkilat  yalnız  ödəyişdən  imtina  zamanı  yazılı 
surətdə  banka  məlumat  verir,  ödənişə  razılığı  isə  yalnız  susmaqla  bildirir,  yəni 
ödəniş  üçün  ayrılmış  müddət  ərzində  ödəyici  təşkilat  ödəniş  üzrə  narazılığını 
bildirməzsə,  həmən  sənəd  akseptləşdirilmiş  hesab  edilir  və  ödəniş  üçün  qəbul 
edilir.  Müddətlərinə  görə  əvvəlcədən  və  sonradan  aksept  formaları  mövcuddur. 
Əvvəlcədən aksept o deməkdir ki, ödəyici təşkilat pul vəsaitləri onun hesabından 
silinənədək  öz  razılığını  bildirməlidir.  Həmin  sənəd  3  iş  günü  ərzində 
akseptləşdirilməlidir. 
 
Kommersiya banklarının yaranması, onların hesablaşma kassa mərkəzləri ilə 
hesablaşmaları hazırki şəraitdə - aksept formasının əvvəlcədən aksept qaydalarına 
üstünlük  verir.  Yəni  sənəd  aksept  müddəti  keçdikdən  sonra  ödənilir.  Ödəniş 
ödəyicinin razılığı əsasında aparılırsa, deməli, ödəyici təşkilat ödənişdən imtina da 
edə bilər. Ödəyici təşkilatlar əsasən ödənişdən: 
 
- mal sifariş verilməmişdir; 
 
- əmtəəsiz hesab təqdim olunub
 
- razılaşdırılmış qiymət yoxdur; 
 
-  mal  aidiyyatı  üzrə  göndərilməyib  və  s.  motivlərin  əsasında  tam  imtinalar 
təqdim  edilə  bilər.  Göstərilən  motivlər  ilə  yanaşı  müqavilədəki  digər  şərtlərin 
pozulmasına  da  istinad  etməklə  ödənişdən  imtina  etmək  olar.  Bir  qayda  olaraq 
akseptlərdən  imtinalar  yazılı  surətdə  təqdim  olunur  və  imtinaların  motivi  tərəflər 
arasında  bağlanan  müqavilənin  müvafiq  müddəalarına  əsaslanmalıdır.  Bank 
akseptlərdən  imtinalar  üzrə  satıcının  və  ödəyicinin  heç  bir  iddialarına  görə 
cavabdeh deyildir. Bu iddialar məhkəmə vasitəsilə həll olunmalıdır. 
 
Qeyd etdiyimiz kimi ödənişə razılığı bilmək üçün ödəyici təşkilatlara kənar 
şəhərli hesablaşmalara görə 3 iş günü möhlət verilir. Bu zaman sənədin daxil olma 
və  ödəniş  günü  nəzərə  alınmır.  Həmən  müddətdə  sənədlər  1N-li  kartotekada 
saxlanılır.  Ödənişə  razılıq  əldə  edildikdən sonra  ödəmə  tələbnaməsi ödənişi  üçün 
təqdim  olunur  və  müəssisənin  hesabındakı  pul  vəsaitləri  müqabilində  ödənilir. 
Ödəmə  tələbnaməsi  tam  və  ya  qismən  ödənilə  bilər.  Ödəyici  təşkilat  yuxarıda 
göstərilən  motivlər  əsasında  ödənişdən  tam  və  ya  qismən  imtina  edə  bilər.  Tam 
imtina  təqdim  olunarsa  ödəmə  tələbnaməsi  ödənilmədən  geri  qaytarılır.  Qismən 
imtina zamanı isə ödəmə tələbnaməsi üzərindəki məbləğdə bank tərəfindən düzəliş 
edilir  və  “Ödəniş  məbləği  –  rəqəmlə”  göstərilir.  Hər  iki  halda  ödəmə 
tələbnamələrinin  tam  və  ya  qismən  ödənilməsi  təqdim  olumuş  imtina  sənədləri 
əsasında  aparılır.  Ödənişindən  imtina  edilmiş  mal  material  qiymətliləri  alıcı 
tərəfindən məsul mühafizəyə qəbul edilir və həmin mallar satıcının sərəncamı ilə 
sərəncamlaşdırılır,  yəni  mallar  ya  geri,  ya  da  başqa  ünvana  göndərilir.  Ödəmə 
tələbnamə tapşırığının mənfi cəhəti ondadır ki, bu zaman ödənişə təminat verilmir. 
 
 
 
 
 
KitabYurdu.az 
163
 


 
 
Mövzu 13. Kredit və kredit sistemi.  
 
P l a n 
 
1. Kreditin meydana gəlməsi və inkişafı. 
2. Kreditin mahiyyəti və quruluşu. 
3. Kreditin funksiyaları və növləri. 
4.Kreditin prinsipləri və formaları. 
5.İpoteka və banklararası kredit. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
164
 


 
 
1. Kreditin meydana gəlməsi və inkişafı. 
 
Kredit (latıncadan creditum – borc) – qaytarılmaq və faiz ödənilmək şərti ilə 
pul və ya əmtəə formasında verilən borca deyilir.  
 
Kreditin  meydana  gəlməsi  ibtidai  icma  quruluşunun  dağılması  dövrünə 
təsadüf edir. Onun əmələ gəlməsinin əsas şərtlərinə daxildir: istehsal vəsaitləri və 
əmək  əşyaları  üzərində  xüsusi  mülkiyyətin  yaranması,  mübadilənin  müntəzəm 
inkişafı və pulun meydana çıxması, əmlak qeyri-bərabərliyi. 
 
Pul varidatının bəzilərinin əlində toplanması və digərlərində pula ehtiyacın 
olması  kreditin  birinci  forması  olan  sələmçiliyin  yaranması  üçün  əsas  oldu. 
Əvvəllər  borc  natura  formasında  verilirdi,  lakin  əmtəə-pul  münasibətləri  inkişaf 
etdikcə pulla da verilməyə başladı.  
 
Borc üçün təminat rolunu torpaq, həm də borc alanın və onun ailə üzvlərinin 
şəxsiyyəti  oynayırdı.  Buna  görə  kredit  xırda  sahibkarların  torpaqsızlaşması 
hesabına  torpaq  mülkiyyətinin  az  qisim  şəxslərin  əlində  cəmləşməsinə,  borc 
alanların  əsarətə  düşərək borc  verənlərin quluna  çevrilməsinə gətirib  çıxarırdı  ki, 
bu da son nəticədə ibtidai icmanın dağılmasına və quldarlıq cəmiyyətinin meydana 
gəlməsi səbəbinə çevrilirdi. Kapitalizmə qədərki bütün dövrlərdə kredit kapitalist 
kreditinin  tarixi  sələfi  olan  sələm  formasında  çıxış  edirdi.  Sələm  krediti  üçün 
aşağıdakı əlamətlər xarakterik idi: borc alanlar simasında əsasən xırda istehsalçılar, 
quldarlar və feodal əyanları, borc verənlər (kreditorlar) simasında isə tacirlər, vergi 
yığanlar, məbədlər, manastırlar və kilsələr çıxış edirdilər. Bu dövrdə alınan faizin 
həcmi həddindən artıq yüksək idi. Faiz nəinki izafi məhsulun hamısını, hətta zəruri 
məhsulun  da  müəyyən  hissəsini  udurdu.  Sələmə  görə  daha  yüksək  faiz  alındığı 
üçün  (ildə  100-200%)  o  yığımın  qarşısını  alır  və  iqtisadiyyatın  inkişafını 
ləngidirdi. 
 
Borc  kapitalının  hərəkəti  kimi  çıxış  edən  kapitalist  krediti  başlıca  olaraq 
xüsusi  mülkiyyətə  əsaslanır.  Kreditor  və  ya  borc  alan  simasında  əsasən  alınan 
vəsaiti  kapital  formasında,  mənfəət  almaq  məqsədi  ilə  istifadə  edən  kapitalistlər 
çıxış edir. Buna görə də kapitalist krediti üçün faizin səviyyəsi sələmçi kredit üçün 
verilən faizdən xeyli aşağıdır və yalnız mənfəətin az bir hissəsini təşkil edir. 
 
 
 
2. Kreditin mahiyyəti və quruluşu. 
 
Kredit  latın  dilindən  tərcümədə  iki  məna  kəsb  edir:  -  “inanıram,  etibar 
edirəm” və “borc”. 
 
Kredit  iqtisadi  kateqoriya  olub,  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin 
yenidənbölgüsü  ilə  əlaqədar  olaraq  təsərrüfat  subyektlərinin  bir-birləri  ilə 
müddətlilik, ödənc və geri qaytarılmaq şərtləri üzərində qurulan qarşılıqlı iqtisadi 
əlaqəsini tərənnüm edir. 
 
Kreditin  mahiyyətini  açıqlamaq  üçün  onun  quruluşunu,  hərəkət 
mərhələlərini, əsasını araşdırmaq lazımdır.  
KitabYurdu.az 
165
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə