Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   93

 
 
3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və 
planlı ödəmə. 
 
Nağdsız  hesablaşmaların  təşkili  prinsiplərinə  görə  hər  bir  müəssisə  özünə 
uyğun,  onun  mənafeyinə  cavab  verən  hesablaşma  formasından  istifadə  edə  bilər. 
Bu  barədə  heç  bir  kənar  tərəfin  o  cümlədən  bankların  təsiri  olmadan  müqavilə 
imzalanır və tərəflər arasında hesablaşmalar ilə əlaqədar iddialar bankların iştirakı 
olmadan tərəflərin özləri vasitəsi ilə həll edilir. 
 
Bütün  nağdsız  hesablaşmalar  müvafiq  sənədlər  vasitəsi  ilə  aparılır.  Həmin 
sənədlər  dövlət  standartları  səviyyəsində  olub  əməliyyatın  mahiyyətini 
açıqlamalıdır.  Nağdsız  hesablaşmaların  formaları  əsasən  hesablaşmalarda  tətbiq 
olunan sənədin adı ilə adlandırılır.  
 
Nağdsız hesablaşmalar zamanı: 
 
- ödəmə tapşırıqlarından; 
 
- çeklərdən; 
 
- akkreditivlərdən; 
 
- ödəmə-tələbnamə tapşırıqlarından istifadə edilir. 
 
Nağdsız  hesablaşmalarda  istifadə  olunan  sənədlər  dövlət  standartlarına 
cavab  verməli  və  hesablaşma  haqqında  tam  təsəvvür  yaratmalıdır.  Bunun  üçün 
bütün sənədlər aşağıdakı əsas rekvizitlərə malik olmalıdır: 
 
1. Hesablaşma sənədinin adı. 
 
2. Hesablaşma sənədinin yazılma tarixi və nömrəsi. 
 
3. Ödəyicinin adı, onun bankdakı hesab nömrəsi, onun bankının adı və kodu. 
 
4. Satıcı təşkilatın adı, onun bankdakı hesabının nömrəsi, onun bankının adı 
və kodu. 
 
5. Ödənişin təyinatı, yəni nə məqsəd daşıması. 
 
6. Ödənişin məbləği yazı və rəqəmlə. 
 
Bütün  hesablaşma  sənədinin  birinci  nüsxəsində  bankdakı  hesab  üzrə 
məbləğlərə sərəncam vermək hüququ olan şəxslərin imzası ilə yanaşı müəssisənin 
möhürü  olmalıdır.  Vəsait  ödəyicinin  hesabından  yalnız  sənədin  birinci  nüsxəsi 
əsasında silinir. 
 
Hüquqi şəxs tərəfindən filiallar, nümayəndəliklər, şöbələr vasitəsi ilə həyata 
keçirilən  əməliyyatlar  üzrə  təqdim  olunan  hesablaşma  sənədləri  həmin  hüquqi 
şəxsin vəkil etdiyi şəxslər tərəfindən imzalanır. 
 
Hazırda  nağdsız  hesablaşmaların  ən  geniş  yayılmış  forması  ödəmə 
tapşırıqları ilə olan hesablaşmalardır. 
 
Ödəmə  tapşırığı  –  bankda  hesabı  olan  müəssisənin  həmin  hesabdan 
müəyyən  məbləğdə  vəsaitin  silinib,  başqa  müəssisənin  hesabına  daxil  edilməsi 
haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə 
həm şəhər daxili, həm də kənar şəhərli hesablaşmalar aparılır. 
 
Hesablaşmalarda ödəmə tapşırığından istifadə imkanı genişdir. Belə ki, həm 
əmtəə əməliyyatları, həm də qeyri-əmtəə əməliyyatları üzrə olan hesablaşmalarda 
ödəmə tapşırığından istifadə etmək mümkündür. 
 
Ödəmə  tapşırıqları  bank  tərəfindən  qəbul  edilmiş  formada  xüsusi  bankda 
texniki vəsaitdən istifadə olunmaqla 4 nüsxədə tərtib edilir: 
KitabYurdu.az 
158
 


 
 
 
I  nüsxə  ödəyici  bankda  vəsaitin  silinməsinə  əsas  verən  sənəd  kimi  qəbul 
edilir və həmin bankda saxlanılır. 
 
IV  nüsxə ödəmə  tapşırıqlarının  icra  olunmağa  tələb  edilməsini  təsdiq  edən 
sənəd kimi ödəmə tapşırıqları verən müəssisəyə qaytarılır və qəbz rolunu oynayır. 
 
II, III nüsxə isə satıcıya xidmət edən banka göndərilir.  
 
Bu  zaman  ikinci  nüsxədən  vəsaitlərin  satıcının  hesabına  daxil  edilməsini 
təsdiq edən sənəd kimi istifadə olunur və bankın gündəlik sənədlərində saxlanılır. 
 
III  nüsxə  isə  satıcının  hesabında  əməliyyatların  aparılmasını  təsdiq  edən 
sənəd  kimi  şəxsi  hesabdan  çıxarışla  birlikdə  satıcı  təşkilata  verilir.  Ödəmə 
tapşırıqları icra üçün onun hesabındakı vəsait ödənişə tam təminat verdikdə qəbul 
edilir. Yəni, ödəyicinin hesabındakı vəsaitlər ödənişi tam təmin etməzsə və yaxud 
onun hesabında vəsait olmazsa, ödəmə tapşırıqları bank tərəfindən icra üçün qəbul 
edilmir.  Bank  ilə  hesab  sahibi  arasında  ödəmə  tapşırığının  icraya  qəbul  edilməsi 
haqda başqa şərt də müəyyən oluna bilər. Bu halda sənədlər icra üçün həmin şərt 
daxilində  qəbul  edilir.  Məsələn,  ödəyici  təşkilat  bankda  ssuda  almaq  hüququna 
malik  olarsa,  ödəniş  bank  ssudası  hesabına  aparıla  bilər.  Yəni,  sənədin  təqdim 
olunma  tarixinə,  müəssisənin  hesabında  vəsait  olmazsa,  lakin  müəssisə  bankdan 
kredit  almaq  imkanına  malik  olarsa,  ödəmə  tapşırığı  bank  tərəfindən  icra  üçün 
qəbul edilə bilər. 
 
Ödəmə  tapşırıqları  yazıldığı  gündən  üç  təqvim  günü  müddətinə  etibarlıdır 
(yazıldığı  gün  nəzərə  alınmır).  Yəni,  üç  gün  ərzində  müəssisə  onu  banka  təqdim 
edə  bilər.  Ödəmə  tapşırıqları  ilə  hesablaşma  zamanı  hesablaşma  sənədlərinin 
hərəkət sxemini aşağıdakı kimi göstərmək olar: 
 
Bu o deməkdir ki, məhsulların yola salınmasını, xidmətlərin göstərilməsini və ya 
işlərin görülməsini təsdiq edən sənədlər alıcı təşkilata təqdim olunur. Alıcı təşkilat 
təqdim olunan sənədə müvafiq məbləğə ödəmə tapşırığı tərtib edərək özünə xidmət 
edən bank şöbəsinə təqdim edir. Bank həmin sənədin qanuniliyinə əmin olduqdan 
sonra ödəmə tapşırığını müvafiq hesablarda əks olunmaq üçün özünə xidmət edən 
hesablaşma-kassa mərkəzinə göndərir.  
Satıcı 
Alıcı 
Alıcıya xidmət edən 
Bank 
KHM (alıcı bankı) 
Satıcıya xidmət edən 
bank 
KHM (satıcı) 
KitabYurdu.az 
159
 


 
 
 
Hesablaşma kassa mərkəzi qəbul etdiyi sənədlər üzrə ödəniş aparır. Ödəmə 
tapşırığında  göstərilən  məbləği  ödəyici  təşkilata  xidmət  edən  bankın  hesabından 
silərək, satıcı banka xidmət edən kassa-hesablaşma mərkəzinə köçürür, yəni aviza 
göndərir.  Satıcıya  xidmət  edən  kassa  hesablaşma  mərkəzi  həmin  viza  əsasında 
satıcıya xidmət edən bankın müxbir hesabına vəsait daxil edir. Daha sonra vəsaitlər 
bankın  müxbir  hesabından  silinərək,  satıcının  hesabına  daxil  edilir  və  satıcıya 
vəsaitlərin  köçürülməsini  təsdiq  edən  ödəmə  tapşırığının  3-cü  nüsxə  ilə  birlikdə 
şəxsi hesabdan çıxarış təqdim olunur. 
 
Ödəmə  tapşırıqlarından  eyni  zamanda  hesablaşmaları  müntəzəm  xarakter 
daşıyan  müəssisələr  arasında  tətbiq  olunan  planlı  ödəniş  qaydasında  aparılan 
hesablaşmalarda da istifadə olunur.   
 
 
Bu  zaman  hesablaşmalar 
hər  yola  salınan  mal  üzrə  deyil,  müəyyən  olunmuş  tarixlərdə  dövri  olaraq  vəsait 
köçürmək yolu ilə həyata keçirilir. Planlı ödəniş qaydasında hesablaşmalardan bir-
biri  ilə  müntəzəm  əlaqədə  olan  müəssisələrin  hesablaşmalarında  istifadə  olunur. 
Məsələn, ticarət təşkilatları ilə ticarətə hər gün və ya günaşırı mal verən təşkilatlar 
arasında  və  ya  hər  gün  yanacaqdan  istifadə  edən  müəssisə  ilə  yanacaq  verən 
müəssisə arasındakı planlı ödəniş qaydasında hesablaşmalar mütərəqqi hesablaşma 
qaydası  hesab  olunur.  Belə  ki,  hesablaşmalar  malın  göndərilməsindən  asılı 
olmayaraq  aparılır.  Belə  qayda  eyni  zamanda  hesablaşmaları  sadələşdirir  və 
qarşılıqlı debitor, kreditor borclarının yaranmasına imkan vermir. Tərəflər arasında 
bağlanan  müqavilələr  əsasında  tərəflər  bir-birinə  mal  göndərişini  davam  etdirir. 
Ödəyici təşkilat isə tərəflər arasında razılaşdırılmış müddətlərdə, eləcə də hər ayın 
sonuncu  günü  ödəniş  aparır.  Axırıncı  gün  ödəniş  ilə  göndərilmiş  mal  məbləği 
müqayisə  edilir  və  borclu  tərəf  öz  borcunu  ödəməli  olur.  Yəni  satıcı  az  mal 
göndəribsə, gələcək mal göndərişində onu nəzərə alır. Ödəyici təşkilat az ödəyibsə, 
ödəmə  tapşırığı vasitəsi ilə həmin  kəsiri ödəməli  olur.  Bütün ara  müddətdə,  yəni 
müəyyən olunmuş dövrlərdə satıcıların  hesabına vəsaitlərin daxil edilməsi ödəmə 
tapşırıqları vasitəsilə keçirilir. Digər ödəmələrdən fərqli olaraq ödənişin səbəbləri 
göstərilən qrafada “planlı ödəniş” sözü yazılır. 
 
 
4. Çeklərlə hesablaşma 
 
Hazırki  şəraitdə  nağdsız  hesablaşmaların  bir  forması  da  çeklər  ilə 
hesablaşmadır.  Çek  ödəyicinin  onun  hesabından  müəyyən  məbləğin  ödənilməsi 
haqqında  öz  bankına  verdiyi  yazılı  sərəncamdır.  Çeklərin  pul  və  hesablaşma 
çekləri  forması  mövcuddur.  Pul  çeklərdən  müəssisənin  hesabından  nəğdi  pulun 
alınması  üçün  istifadə  edilir.  Əmək  haqqına,  təsərrüfat  ehtiyaclarına,  ezamiyyə 
xərclərinə, pensiya, təqaüd verilməsinə və eləcə də kənd təsərrüfatı məhsullarının 
satın  alınması  üçün  banklardan  nəğdi  pulun  alınması  pul  çekləri  vasitəsi  ilə 
aparılır.  Hesablaşma  çekləri  isə  nağdsız  hesablaşmaların  bir  forması  kimi  tətbiq 
olunur və hesablaşma çeki dedikdə ödəyicinin onun hesabından müəyyən məbləğin 
silinib,  başqa  müəssisənin  hesabına  köçürülməsi  haqqında  banka  verdiyi  yazılı 
sərəncam başa düşülür. Hesablaşma çekləri ödəmə tapşırıqları kimi ödəyici təşkilat 
tərəfindən tərtib olunur və öz bankına ödəniş üçün təqdim olunur. 
KitabYurdu.az 
160
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə