Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

 
 
Buna  görə  normativ  vəsaiti  azad  olana  qədər  belə  məsrəflər  normativdən  artıq 
adlanır və kredit hesabına ödənilir. 
 
Bitkiçilik  üzrə  aşağıdakı  məsrəflər  kreditləşdirilir:  cari  ilin  məhsulunun 
səpindən  əvvəlki  işlərinə,  bitkilərin  becərilməsinə  ,  açıq  və  örtülü  torpaq 
tərəvəzləri ilə əlaqədar bilavasitə məsrəflərə, istilikxanaların cari təmirinə, elektrik 
enerjisi  ilə  qızdırılmasına  və  materialların  satın  alınması  üzrə  məsrəflərə, 
məhsuldar  çoxillik  əkmələrə,  tingliklərə  və  meşə  zolaqlarına  qulluq  üzrə 
məsrəflərə. 
 
Cələn  ilin  məhsullarına  bilavasitə  məsrəflərə  aiddir:  torpağın  işlənməsi  və 
şumlanması, payızlıq bitkilərin səpini və onlara qulluq, üzvü və mineral gübrələrin 
daşınması, çoxillik otların əkilməsi və onlara qulluq, bitkiçiliyə sərf edilən material 
qiymətlilərinin dəyəri- toxum, gübrə, kimyəvi maddələr, dərmanlar və s. 
 
Ümumiyyətlə  20  nömrəli  “Əsas  istehsalat”,  25  nömrəli  “Ümumi  istehsalat 
xərcləri” və 26 nömrəli”Ümumi təsərüfat xərcləri”(bitkiçiliyə aid edilən) hesabında 
uçota alınan məsrəflər kreditləşdirilir(bu sahədə məhsul çıxımını, bitməmiş istehsal 
üzrə xüsusi dövriyyə vəsaiti normativini və bu sahəyə aid edilən kreditor borclarını 
çıxmaqla). 
 
K-t müəssisələrində heyvandarlıq üzrə də vəsaitlərdən istifadə də mövsümlə 
əlaqədar  tələbat  dəyişir.  Heyvandarlıqda  qışlama  dövründə  məhsul  çıxımı  ilə 
əlaqədar xərclər artır. Bu isə kreditin obyektidir. Mal-qara, quşlar, vəhşi heyvanlar 
üzrə birbaşa məsrəflər kreditləşdirilir. Kreditləşdirməyə qəbul edilən məsrəflər 20 
nömrəli  “Əsas  istehsal”  hesabının    2-ci  “Heyvandarlıq”  sub  hesabında,  həmçinin 
25  nömrəli  “Ümumi  istehsalat  xərcləri”  və  26  nömrəli  “Ümumi  təsərrüfat 
xərcləri”(heyvandarlıq sahəsinə aid olan) hesabında uçota alınır. Bu zaman məhsul 
çıxımı,  bitməmiş  istehsalat  üzrə  xüsusi  dövriyyə  vəsaitləri  normativləri  və 
heyvandarlığa  aid  olan  kreditor  borcları  məbləğləri  qeyd  edilən  hesablardakı 
xərclərin cəmindən çıxılır. 
 
K-t  müəssisələrində  il  boyu  əsaslı  təmir  xərclərinə  məsrəflər  və  onların 
ödənilməsi(amortizasiya  və  onların  ödənilməsi  və  s.)  bərabər  bölüşdürülmür. 
Əsaslı təmirə məsrəflərin təmirə ayrılan  amortizasiya ayırmalarından yüksək olan 
hissəsi kreditləşmə obyektidir. 
 
3. Qısa müddətli  kreditə təlabatın hesablanması. 
 
 
K-t  müəssisələri  qısa  müddətli  kreditə  illik  təlabatı  rüblərə  bölməklə 
hesablayır.  Hesablama  planlaşdırılan  ilin  biznes-planına  əsasən  planlaşdırılan 
xərclərə, mıhsul çıxımına və kreditləşən əmtəə-material qiymətlilərin qalığına görə 
yerinə yetirilir. Həmçinin xüsusi dövriyyə vəsaitlərinin il ərzində şatışmazlığı üzrə 
kreditə təlabat da nəzərə alınır. 
 
Qısa müddətli kreditə təlabatın hesablanması zamanı istehsala məsrəflərin və 
məhsul  şıxımının  rüblər  üzrə  bölüşdürülməsi  köməkçi  hesablamalar  əsasında 
yerinə  yetirilir.  Kreditə  təlabat  hesablanarkən  məsrəflərə  ilin  əvvəlinə  bitməmiş 
istehsalın uçotuda əlavə edilir. 
KitabYurdu.az 
178
 


 
 
 
Rüblər  üzrə  bitkiçilikdə  məhsul  çıxımı,  k-t  bitkilərinin  yığımının  təqvim 
müddətinin  uçotu  ilə  müəyyən  edilir.  Məhsul  çıxımı  və  məsrəflər  artan  yekunla 
qeyd edilir. 
 
Heyvandarlıq  üzrə  məsrəflər  planlaşdırılan  malqaranın  baş  sayına,  hər 
heyvan  qrupu  üzrə  yem  günlərinin  miqdarına,  onların  plan  maya  dəyərinə  görə 
hesablanır.  Heyvandarlıq  üzrə  illik  məsrəflərin  və  məhsul  çıxımının  rüblər  üzrə 
bölüşdürülməsi, bu məhsulların istehsalını və bölüşdürülməsini əks etdirən xüsusi 
hesablamalar, hətda cədvəllər əsasında yerinə yetirilir. 
 
İstehsalat  ehtiyyatlarının,  hazır  məhsulların  rüblər  üzrə  bölüşdürülməsi, 
onların təsərrüfatda hərəkəti planına uyğun olaraq yerinə yetirilir.  
Cavan  və  kökəlmədə  olan  heyvanların  miqdarının  hansı  rübdə  nə  qədər 
olması sürü dövriyyəsinin göstəricilərinə uyğun müəyyən edilir. Cari ildə doğulan 
bir baş heyvanın plan maya dəyəri balanın plan maya dəyəri və onun həmin dövrdə 
saxlanması xərcinə görə müəyyən edilir. Keçən il doğulan balaların plan dəyəri isə 
planlaşdırılan  ilin  əvvəlinə  faktiki  maya  dəyəri  və  cari  ildə  saxlanması  üzrə  plan 
məsrəflərinə görə müəyyən edilir. 
 
Yem  üzrə  tələbat  isə  yeni  məhsula  qədər plan  maya  dəyərinə görə,  sənaye 
istehsalının  ehtiyyatları  onların  gətirilmə  xərcləri  nəzərə  alınmaqla  satınalma 
qiyməti üzrə qiymətləndirilir. 
 
Cari istehsalat  məsrəflərinə  verilən kreditin  qaytarılması  həmin  ilin  axırına 
qədər  məhsul  çıxımı  və  xüsusi  dövriyyə  vəsaitlərinin  artımı  hesabına  tam  təmin 
edilməlidir. 
 
Bank  k-t  müəssisəsinin  biznes  planına  əsasən  kreditə  təlabatı  və  onun 
müəyyən  olunmuş  müddətə  qaytarmaq  imkanını  aydınlaşdırır. Bunun  üçün  bank, 
müəssisənin  istehsalat  maliyyə  fəaliyyətini  dərindən  təhlil  edərək,  xüsusi 
vəsaitlərdən  düzgün  istifadə  edilməsini,  uzun  müddətli  maliyyə  kəsirlərinin, 
təsərrüfatsızlığın  və  zərərin  ödənilməsinə  kreditin  verilməməsinin,  ssudanın  öz 
vaxtında geri qaytarılmasının təmin edilməsini müəyyən edir. 
 
Qısa müddətli kreditin ümumi həcmi rüblük kredit planına əsasən müəyyən 
edilir.  K-t  müəssisələri  üçün  qısa  müddətli  kreditə  təlabat,  k-t  məhsulları 
istehsalının həcminə əsasən xüsusi dövriyyə vəsaitlərinin ümumi normativi nəzərə 
alınmaqla müəyyən edilir. 
 
4.Kredit müqaviləsi 
 
Bankla  müəssisə,  birlik  və  təşkilatlar  arasındakı  kredit-hesablaşma 
münasibətləri kredit müqaviləsi vasitəsilə həyata keçirilir. Bi zaman ümumdövlət 
marağına,  qarşılıqlı  öhdəliklərə  və  xüsusi  vəsaitlərdən  və  kreditlərdən  səmərəli 
istifadəyə  görə  qarşılıqlı  iqtisadi  məsuliyyətə  riayət  edilir.  Kredit  müqaviləsi 
bağlanarkən  qarşıdakı  tərəfin  istehsal  fəaliyyətini,  maliyyə  fəaliyyətini,  ödəmə 
qabiliyyətini və s. öyrənir. 
 Bankla  müıssisə  arasında  kredit  müqaviləsi  istehsal  şəraitindən  irəli  gələn 
müddətlərdə bağlanır. 
 Kredit müqaviləsində aşağıdakı hissələrdən ibarətdir: 
1.müqavilənin predmeti; 
KitabYurdu.az 
179
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə