Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

 
 
kredit  sürətləndirir.  Həmçinin  məhsulların  satışı  mərhələsində  də  əməliyyatların 
sürətləndirilməsində  və  tədavül  sferasında  artıq  vəsait  qoyuluşunun  qarşısınım 
alınmasında kredit əsas amildir. 
Kreditin  iştirak  etdiyi  əsas  sahə  tam  dövriyyənin  istehsal  mərhələsidir. 
Kredit  resurslarından  istehsalat  ehtiyatlarının  yaradılmasına,  həmçinin  istehsalat 
xərclərinə istifadə olunur. Bu mərhələdə də kredit onların hərəkətini sürətləndirir. 
Bu baxımdan kredit tam dövriyyənin üç mərhələsinin hamısında iştirak edir. 
K-t  müəssisələrinə  kredit  qoyuluşu  ilə  əlaqədar  əsas  işlərdən  biri  də 
kreditdən  səmərəli  istifadə  olunmasıdır.  Kreditin  səmərəliliyini  müəyyən  etmək 
üçün bir neçə göstəricidən istifadə olunur. Kredit qoyuluşunun tam səmərəliliyini 
müəyyən etmək üçün ümumi məhsulun, ümumi və xalis gəlirin, mənfəətin kreditin 
hər manatına nisbətini müəyyən etmək lazımdır.Bundan başqa ümumi məhsulun və 
gəlirin  kreditin  hər  manatına  artımını  müəyyən  etmək  olar.  Məhsul  istehsalının, 
satışdan gəlirin və mənfətin artımını, kredit və xüsusi vəsait qoyluşunun artımı ilə 
müqayisə  etməklə,  xüsusi  və  borc  resurslarından  səmərəli  istifadənin  artımını 
müəyyən etmək olar. 
Kreditdən  istifadənin  səmərəliliyini  müəyyən  etmək  üçün  onun  dövriyyə 
göstəricisindən istifadə olunur. Bura aiddir: 
1.  Kredit  dövriyyəsinin  əmsalı-  bunu  hesablamaq  üçün,  il  ərzində 
ödənilən(qaytarılan) ssuda məbləği, orta illik borca bölunür. 
2.  Kredit  dövriyyəsinin  davam  etməsi-  bunu  hesablamaq  üçün  ildəki 
günlərin miqdarı,kreditin dövriyyə əmsalına bölünür. 
Qısa  müddətli  kredit  k-t  müəssisəsinə  verilərkən  qısa  müddətli  kreditin 
ümumi prinsiplərinə əməl olunur. 
 
2. Qısa müddətli kreditləşmə obyektlərinin xarekteristikası. 
 
 
K-t  müəssisələrində  xüsusi  mənbə  vəsaiti  hesabına  ödənilməyən  dövriyyə 
vəsaitləri qısa müddətli kreditləşmənin obyektləridir. K-t məhsullarının istehsalı və 
satışının  mövsümliyi  ilə  əlaqədar  dövriyyə  vəsaitinin  normadan  artıq  qalığı 
kreditləşmə obyektlərinin əsasını təşkil edir. 
 
Ümumi  kreditləşmə  obyektlərinin  tərkibinə  aiddir:  istehsalat  ehtiyatları  və 
hazır  məhsullar  (o  cümlədən  cavan  və  kökəlmədə  olan  heyvanlar),  istehsalata 
məsrəflər,  gələcək  dövrə  xərclər,  hazır  məhsulların  qalığı,  yüklənmiş  mallar 
(ödənilməsi  vaxtında  daxil  olmayan)  üzrə  tədarük  təşkilatları  və  sair  alıcılarla 
hesablaşmalar. Əmtəə-material qiymətliləri və istehsala məsrəflərin kreditləşdirilən 
ehtiyatlarının  həcmi,  xüsusi  dövriyyə  vəsaitlərinin  ümumi  normativinin  uçotu  ilə 
müəyyən edilir. 
 
Xüsusi  mənbə  hesabına  ödənilməyən  təmir  xərcləri  ümumi  kreditləşmə 
obyektlərinə aiddir. 
 
Ümumi kreditləşdirilən obyektləri nəzərdən keçirək: 
 
1.  İstehsalat  ehtiyatları  və  hazır  məhsullar.  Bu  qrupa  cavan  və  kökəlmədə 
olan  heyvanlar  da  daxildir.  Yəni  bütün  növ  mal-qaranın  cavan  və  kökəlmədə 
olanları, yaşlı quşlar, vəhşi heyvanlar, arı ailələri. 
KitabYurdu.az 
176
 


 
 
 
İlin  əvvəlinə  böyümədə  və  yemləmədə  olan  heyvanların  bütün  plan 
qoyuluşu xüsusi mənbə qoyuluşu hesabına yaradılır (necə ki, normative maksimum 
prinsiplə hesablanır). Yemləmə mərhələsində cavan və kökəlmədə olan heyvanlara 
vəsait qoyuluşu artır. Bu vaxt xüsusi mənbə vəsaiti artımı ödəyə bilmir. 
 
11 N-li hesabda uçota alınan cavan və kökəlmədə olan heyvanların qalığının 
xüsusi  dövriyyə  vəsaiti  hesabına  və  kreditor  borcu  hesabına  ödənilməyən  hissəsi 
üçün  kreditdən  istifadə  olunur.  Kreditləşməyə  heyvanlar  doğulan  gündən  əsas 
sürüyə keçirilənə və ya satılana qədər qəbul olunur. Kreditə tələbat hesablanarkən 
mal-qaranın  dəyəri  balans  qiymətilə,  keçən  il  doğulanlar  faktiki  maya  dəyəri  ilə, 
cari  ildə  doğulanlar  doğumun  plan  qiyməti  üzrə,  cari  ildə  diri  çəki  artımı  –  çəki 
artımının  plan  maya  dəyəri  üzrə,  alınan  mal-qara  –  satın  alınma  qiyməti  üzrə 
qiymətləndirilir. 
 
Bu  obyektlər  üzrə  kredit  yemləmə  müddətində  cəlb  edilir.  Bu  maddə  üzrə 
ilin  axırına  qalıq  normativə  çatdırılmalı  və  kreditdən  istifadə  etməməklə  xüsusi 
vəsait hesabına ödənilməlidir. 
 
Yem üzrə normativ minimum yem ehtiyatı sığortasını əks etdirir. Təcrübədə 
il  ərzində  normativdən    artıq  qalıq  yaradılır,  bu  da  kreditləşmə  obyektidir.  Bu 
obyekt  üzrə  kreditləşməyə  yemlərin  qalıqları  qəbul  edilir.  Kreditləşən  qalığın 
həcmi,  ümumi  dəyərindən  yem  üzrə  normativi  və  yem  üzrə  malgöndərənlərə 
kreditor  borcunu  çıxmaqla  müəyyən  edilir.  Bu  obyekt  üzrə  əsasən  kredit 
məblığinin  cəlb  edilməsi  payız  -qış  dövrlərində  olur.  Bu  isə  yemin  yığılması  və 
heyvanların  qışlaması  vaxtı  ilə  əlaqədardır.  Qışlama  dövrünün  axrında  və  otlaq 
dövrünün  əvvəlində  yem  üzrə  kreditin  məbləği  minimuma  enir  və  ya  tamamilə 
ödənilir. Yemlərin tədarükü vaxtı isə yenidən kredit məbləği artır. 
 
Sair  istehsalat  ehtiyyatları  və  hazır  məhsulların  tərkibində  toxum  və  əkmə 
materialları,  ehtiyyat  hissələri  və  təmir  üçün  materiallar,  neft  məhsulları,  bərk 
yanacaq, mineral və üzvü gübrələr, təmir və əsas fəaliyyətə lazım olan sair tikinti 
materialları,  az  qiymətli  əşyalar,  emal  üçün  xammal,  satış  və  emal  üçün  k-t 
istehsalı məhsulları da kreditləşdirilir. 
 
Əsas növ istehsalat ehtiyyatları üzrə normativlər minimum həcmdə müəyyən 
edilir. İl ərzidə təssərüfatda normativdən artıq ehtiyyatlar kredit hesabına ödənilir. 
Material qiymətlilərinin uyğun qalığının ödənilməsi kreditləşmə obyektidir. 
 
Qalığın  kreditləşmə  həcmi,  əmtəə  material  qiymətlilərin  ümumi 
dəyərindən(az  qiymətli  tez  xarab  olan  əşyaların  köhnəlmə  məbləğini  çıxmaqla) 
normativi,  bu  material  qiymətliləri  üzrə  kreditor  borclarını  çıxmaqla  müəyyən 
edilir. 
 
Kreditləşmə  obyektlərindən  biri  də  istehsalata  məsariflərdir.Mövsümü 
normativdən  artıq  bitkiçiik,  heyvandalıq  və  sanaye  üzrə  istehsalata  məsrəflər 
kreditləşdirməyə qəbul edilir. 
 
Bitkiçilik  üzrə  məsrəflər  ilin  əvvəlində  xüsusi  mənbələr  hesabına  ödənilir. 
İşlər yerinə yetirilərkən bu məsrəflər artır və onları ödəmək üçün kredit formasında 
borc resurslarından istifadə olunur. Cari ilin məhsullarına məsrəflərlə yanaşı cələn 
ilin məhsullarına da məsrəflər edirlər. Bu da xüsusi dövriyyə vəsaitləri normativi 
hesabına  ödənilməlidir.  Ola  bilər  ki,  bu  işləri  yerinə  yetirərkən  xüsusi  dövriyyə 
vəsaitləri keçən ilin bitməmiş istehsalatında olsun.(adətən məhsul yığımına qədər). 
KitabYurdu.az 
177
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə