Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

 
 
uzunmüddətli investisiya krediti almanın yeganə yoludur. Bu kreditdən əsasən evin 
alınması və ya tikilməsi, yaxud da torpaq alınması üçün verilən kreditdir. 
 
İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri 
müəyyən funksiyanı yerinə yetirir: 
 
1. borcalan; 
 
2. kreditor-bank; 
 
3. investor; 
 
4.  kommersiya  banklarından  ipoteka  kreditinin  alıcısı  funksiyasını  yerinə 
yetirən struktur. 
 
 Banklararası  kredit  (BAK)  –  bankların  birində  resurs  çatışmazlığı 
digərində isə artıq resurs olan zaman onların bir-birlərinə verdikləri kreditlərdir.  
 
Praktiki  olaraq  bütün  bankların  vaxtaşırı  sərbəst  kredit  resursları  olur.  Bu 
sərbəst  resurslar  gəlir  gətirsin  deyə,  banklar  onları  digər  borcalan  banklara 
yerləşdirməyə can atırlar. Resursların bu cür yerləşdirilməsi banklar üçün onların 
təsərrüfata  cəlb  olunmasından  çox  əlverişlidir,  daha  dəqiq  desək  təminatlıdır.  Bu 
zaman  kredit  resurslarını  cəlb  etmək  üçün  borc  alan  bankın  müxtəlif  səbəbləri 
vardır: 
 
- Bank likvidliyinin operativ şəkildə tənzimlənməsi; 
 
- Aktiv əməliyyatların artırılması üçün əlavə vəsaitlərə tələbat və s. 
 
Banklararası  kredit  bazarında  yeni  açılmış  banklar  da  hələ  kifayət  qədər 
müştəri toplaya bilmədiklərindən aktiv kreditor kimi çıxış edə bilirlər. 
 
Kreditin  bu  formasında  resursların  bölüşdürülmə  şərtləri  və  müddətləri 
müxtəlifdir. Beynəlxalq təcrübədə belə kreditlərin 1,3 və 6 aylıq növləri daha çox 
istifadə  olunur.  Bu  kreditlərin  həddi  isə  bir  günlə  bir  neçə  il  arasındadır. 
Banklararası kreditlərin cəlb olunması 2 yolla həyata keçirilir. 
 
1. sərbəst şəkildə, birbaşa danışıqlar yolu ilə; 
 
2. maliyyə vasitəçilərinin köməyi ilə. 
 
Birjadankənar  banklararası  bazarda  kreditlərin  verilməsi  və  bağlanması 
şərtləri  kommersiya  banklarının  özləri  tərəfindən  müəyyənləşir.  Lakin  bu 
münasibətlərin  əsasında  kredit  münasibətlərinin  subyekti  kimi  borcalan-bankın 
qiymətləndirməsi  durur.  Bu  zaman  ən  vacib  anlardan  biri  də  borcalan-bankla 
müxbir  münasibətlərinin  olması,  onun  maliyyə  və  pul  bazarlarındakı  mövqeyi, 
maliyyə vəziyyəti, müştəri bazasıdır. 
 
Banklararası kreditlər və ya depozitlər kredit və ya depozit müqavilələri ilə, 
banklararası kredit bazarındakı əməkdaşlıq isə əsas razılaşma ilə rəsmiləşdirilir. 
 
Banklararası  kredit  bazarında  əməkdaşlıq  üçün  əsas  razılaşma  dedikdə 
qarşılıqlı  əlverişli  şərtlərlə  qısamüddətli  banklararası  kreditlərin  bir-birlərinə 
təqdim 
olunmasından 
söhbət 
gedir. 
Məbləğin, 
kreditin 
müddətinin 
müəyyənləşməsi isə müqavilə ilə baş verir. Kredit müqaviləsi aşağıdakıları nəzərə 
almalıdır: 
 
-  müqavilənin  predmeti  –  müəyyən  məbləğdə  qısamüddətli  kreditin  təqdim 
edilməsi; 
 
- kreditləşmənin obyekti (nizamnaməyə uyğun istifadə üçün vəsaitlərin cəlb 
olunmasında bankın tələbatı); 
 
- müqavilənin müddəti; 
KitabYurdu.az 
173
 


 
 
 
- müqavilənin qiyməti; 
 
- kreditin təminatı; 
 
- müqavilənin yerinə yetirilməsində tərəflərin öhdəlik və cavabdehlikləri; 
 
- müqavilənin digər şərtləri. 
 
Banklararası  kredit  təminatsız  da  verilə  bilər.  Lakin  buna  baxmayaraq, 
banklararası  kredit  müqavilələrinin  əksəriyyəti  müəyyən  təminatın  təqdim 
olunması ilə aparılır. BAK müqaviləsində əsasən təminat kimi borcalanın mülkü, 
kassa və müxbir hesablarında olan vəsaitlər çıxış edə bilər. 
 
Banklararası  müqavilələrin  çox  hissəsi  müddətli  formada,  yerdə  qalan 
hissəsi  isə  müddətsiz  formada  bağlanır.  İqtisadi  qeyri-sabitlik  şəraitində  bankın 
gələcək  maliyyə  vəziyyəti  şübhə  altında  olduğundan  banklararası  müqavilənin 
müddətsiz  forması  BAK-nın  minimum  müddətini  müəyyən  edir  və  müddət 
bitdikdə  bu  kredit  müddətsiz  kredit  kimi  istənilən  vaxt  qabaqcadan  xəbərdarlıq 
edilməklə  borcalan  bankdan  geri  tələb  oluna  bilər.  Əgər  borcalan  bank  onu 
qaytarmaq imkanına malik deyilsə o dərhal başqa banklara müddətli depozit üçün 
müraciət edir. 
 
Müddətsiz  müqavilədə  faiz  dərəcəsi  onun  bütün  fəaliyyət  müddətində 
dəyişməz qalır. Müddətli müqaviləyə əsasən isə faiz dərəcəsinə onun bazarda cari 
vəziyyətlə bağlı səviyyəsinə görə yenidən baxılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
174
 


 
 
 
Mövzu 14.  Dövriyyə vəsaitlərinin qısa müddətli kreditləşdirilməsi.  
 
P l a n 
 
1.  Kənd  təsərrüfatı  istehsalının  mövsümiliyi  və  qısa  müddətli  kreditin 
zəruriliyi. 
2. Qısa müddətli kreditləşmə obyektlərinin xarakteristikası. 
3. Qısa müddətli kreditə təlabatın hesablanması. 
4. Kredit  müqaviləsi 
5.Girov müqaviləsi. 
 
Ədəbiyyat 
 
1.Girov haqqında Azərbaycan Respublikasının Qanunu.(3 iyul 1998-ci il) 
 
 
 
1. Kənd təsərrüfatı istehsalının mövsümiliyi və qısa müddətli kreditin 
zəruriliyi. 
 
K-t  istehsalının  fərqləndirici  xüsusiyyətlərindən  biri  də  istehsal  dövrünün 
uzunluğu  və  istehsal  dövri ilə  iş  dövrünün  üst  -üstə  düşməməsidir.Bu xüsusiyyət 
dövriyyə vəsaitlərinin tam dövriyyəsində və təşkilində təbii olaraq özünü göstərir. 
Dövriyyə vəsaitlərinə təlabatın artıb –azalması bitkiçilikdə daha kəskin olur. 
Qış dövründə dövriyyə vəsaitlərinin qoyuluşu azalır, yazda birdən-birə artır, yığım 
dövründə isə maksimuma çatır. Sonra dövriyyə vəsaiti qoyuluşu gəlir hesabına geri 
qaytarılır.  Heyvandarlıqda  da  dövriyyə  vəsaitlırinə  təlabat  dəyişir,  amma  burada 
bitkiçiliyə  nisbətən  dəyişiklik  azdır.  Kökəlmədə  olan  heyvanlar  üzrə  dövriyyə 
vəsaitlərinin  qoyulişu  daima  artır  və  heyvanlar  kökəlmədən  ayrılaraq  satışa 
verildikdən sonra şəkilən xərclər qaytarılır. 
Göründüyü  kimi  dövriyyə  vəsaitinə  tələbatın  kəskin  dəyişməsinin  onların 
xüsusi  və  borc  mənbələrindən  ödənilməsinin  fərqləndirilməsini  zəruri  edir. 
Dövriyyə vəsaitlərinin qoyuluşunun  hamısının xüsusi mənbə hesabına ödənilməsi 
müsbət hal hesab  olunmur.  Bunun üçün  gərək  il boyu xeyli  mıbləğdə pul vəsaiti 
toplansın  ki,  bu  da  pul  dövriyyəsinin  düzgün  təşkil  olunmaması  deməkdir.Yaxşı 
olar ki, mövsümi məsrəflər kredit hesabına ödənilsin. 
Xüsusi  dövriyyə  vəsaitləri  normativ  həcmində  müəyyən  edilir.  Xüsusi 
dövriyyə vəsaitlərindən artıq məsrəflərin qısa müddətli kredit hesabına ödənilməsi 
daha məqsədə uyğundur. 
Mövsümdə  əsas  istehsal  fəaliyyəti  üzrə  ödəmələr  üçün  xüsusi  resurslar 
çatışmadıqda kreditdən istifadə olunur. Bu baxımdan k-t müəssisələrində dövriyyə 
vəsaitlərinin  yaradılmasının  əsas  mənbələrindən  biri  də  kreditdir.  Dövriyyə 
vəsaitlərinin  tam  dövriyyəsinin  hər  mərhələsində  kredit  iştirak  edir.  Belə  ki, 
materialların  alınmasını  və  malgöndərənlərlə  hesablaşmalar  üzrə  əməliyyatları 
KitabYurdu.az 
175
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə