Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

 
 
2.kreditin və faizlərin hesablanması və qaytarılması qaydaları; 
3.tərəflərin (borcalanların və borcverənlərin) hüquq və vəzifələri
4.kreditin təminatı; 
5.tərəflərin məsuliyyəri; 
6.müqavilənin müddəti; 
7.yekun müddəalar; 
8.tərəflərin rekvizitləri və imzaları. 
Kredit müqqaviləsinin bağlanması üzrə bankın öhdəliyi: 
4.1. “Borcverən”: 
4.1.1.    müqavilədən  irəli  gələn  öhdəliyin  icrasını  təmin  etmək  məqsədilə  tərəflər 
arasında  girov  (ipoteka)  müqaviləsi  bağlandıqdan,  həmin  müqavilə  dövlət 
qeydiyyatına  alındıqdan  və  ipoteka    predmeti  baş  vermiş  sığorta  hadisəsinə  görə 
sığorta ödənişini almaq hüququ “Borcverən”ə (fayda götürən) məxsus olmaq şərtilə 
tam və ya qismən sığorta olunduqdan sonra  Əlavə Kredit Müqavilələri ilə nəzərdə 
tutulmuş qaydada və müddətlərdə krediti “Borcalan”a verir; 
4.1.2. “Borcalan” tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə 
nəzarəti həyata keçirir və bunu “Borcalan”dan tələb edir; 
4.1.3. öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsinə və ya pozulmasına görə 
bu  müqavilədə  nəzərdə  tutulmüş  dəbbə  pulunun    (cərimənin,  peniyanın  ) 
ödənilməsini və öhdəliyin icrasını “Borcalan”dan tələb edir; 
4.1.4.  kreditdən  istifadəyə  görə  faizlərin  hesablanmasının  və  tutulmasının 
düzgünluyünə riayət edir
4.1.5. kreditin və kredit üzrə hesablanmış faizlərin uçotunu aparır; 
4.1.6.  “Borcalan”ın  tələbi  ilə  bu  müqavilə  üzrə  öhdəliyin  tam  və  ya  qismən  icrası 
barədə ona müvafiq sənəd təqdim edir
4.1.7.  “Borcalan”ın  bank  hesablarından 
 
kredit  və  ona  hesablanmış  faiz  borcunu, 
eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, 
həmçinin dəbbə pulunu (cərimənin, peniyanı) akseptsiz qaydada silə bilər
4.1.8.    “Borcalan”ın  razılığı  olmadan  bu  müqavilədən  irəli  gələn  tələb  hüququnu 
istənilən vaxt üçüncü şəxslərə güzəşt edə bilər. 
4.1.9. Borc alan bu Müqavilənin və ya müvafiq Əlavə Kredit Müqaviləsinin şərtlərini 
pozduqda, Borc verən tərəfindən tələb edilən sənədləri təqdim etmədikdə, Borc alanın 
əmlak  vəziyyəti  əhəmiyyətli  dərəcədə  pisləşdikdə  və  bunun  nəticəsində  kreditin 
qaytarılması  təhlükəyə  məruz  qala  bildikdə,  bu  Müqavilə  ilə  nəzərdə  tutulan  kreditin 
bütövlüklə və ya qismən Borc alana verilməsindən imtina etmək
4.1.10.  Xüsusi  hallarda  kredit  məbləğini  və  ona  hesablanmış  faizləri  vaxtından  əvvəl 
tələb etmək və girov qoyulmuş əmlaka ödəniş yönəltmək. 
4.2. “Borcalan”: 
4.2.1. Kreditdən müvafiq Əlavə Kredit Müqaviləsində göstərilən məqsədli təyinatına 
uyğun istifadə etmək şərti ilə qəbul edir, kreditdən hər hansı qeyri-qanuni məqsəd, o 
cümlədən  çirkli  pulların  yuyulması  (qeyri-qanuni  yolla  əldə  edilmiş  gəlirin 
leqallaşdırılması)  və  terrorizmin  maliyyələşdirilməsi  üçün  istifadə  etməyəcəyinə 
təminat verir və buna görə məsuliyyət daşıyır; 
4.2.2. krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış 
müəyyən olunmuş müddətlərdə “Borcverən”ə qaytarır; 
KitabYurdu.az 
180
 


 
 
4.2.3.  kreditin  verildiyi  tarixdən  5  (beş)  təqvim  müddətində  kreditin  öz  təyinatına 
uyğun  istifadə  edilməsini  təsdiq  edən  müvafiq  sənədi  “Borcverən”ə  təqdim 
etməlidir
4.2.4. özündən asılı olmayan səbəblərə görə kreditdən onun verildiyi tarixdən 3 (üç) 
təqvim günü müddətində məqsədli təyinatına uyğun istifadə edə bilmədikdə, dərhal 
bu barədə “Borcverən”i xəbərdar etməli və aldığı krediti ona qaytarmalıdır; 
4.2.5.    özünün  fəaliyyəti,  iqtisadi-maliyyə  imkanları  və  bu  Müqavilədən  irəli  gələn 
öhdəliyin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar (dövlət 
büdcəsinə,  digər  hüquqi  və  fiziki  şəxslərə  olan  borclar,  kreditorlar  qarşısında  icra 
edilməmiş  mülki-hüquqi  öhdəliklər  və  sair)  haqqında  verdiyi  məlumatların  və 
təqvim etdiyi sənədlərin düzgünlüyünü təsdiq edir və buna görə məsuliyyət daşıyır.  
4.2.6.  öhdəliyin  vaxtında  və  lazımi  qaydada  icra  edilməməsinə  və  ya  pozulmasına 
görə müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu ( cəriməni, peniyanı) “Borcverən”ə 
ödənilməsini təmin edir; 
4.2.7.  kredit  və  ona  hesablanmış  faiz  borcunu,  eləcə  də,ödənilməsi  gecikdirikmiş 
kredit və kreditdən istifadəyə görə faiz borcunu, həmçinin dəbbə pulunu (cəriməni, 
peniyanı)  özünün  hesabından  akseptsiz  qaydada  silmək  hüququnu  “Borcverən”ə 
verir; 
4.2.8.  kreditin  alınması  üçün  “Borcverən”ə  təqdim  etdiyi  sənədlərdə  hər  hansı  bir 
dəyişiklik baş verdikdə həmin dəyişikliyin baş verməsindən sonrakı 3 (üç) iş günü 
ərzində bu barədə “Borcverən”i yazılı surətdə xəbərdar etməlidir; 
4.2.9.  bu  müqavilə  üzrə  öhdəliyini  tam  və  ya  qismən  icra  etdikdə  bu  barədə 
“Borcverən”dən müvafiq sənədin ona verilməsini tələb edə bilər. 
4.2.10.Ipoteka  qoyulmuş  əmlakı  onun  tam  dəyərində  və  Kredit  müqaviləsinin 
qüvvədə  olduğu  bütün  müddətə  (tam  və  ya  hissə-hissə)  öz  vəsaiti  hesabına  məhv 
olma  və  zədələnmə  riskindən  Ipoteka  saxlayanın  (Borc  verən)  xeyrinə 
sığortalamaqla sığorta şəhadətnaməsini və sığorta haqqının ödənilməsini təsdiq edən  
sənədin surətini Borc verənə təqdim etməlidir
.
 
 
 
 
5.Girov müqaviləsi. 
 
  Girov-öhdəliyin  icrasının  təmin  edilməsi  üsuludur.  Girova  əsasən    borclu  təmin 
olunmuş  öhdəliyi  icra  etmədikdə  kreditor-girov  saxlayan  girov  qoyulmuş  əmlakın 
dəyərindən  təminat  almaqda  başqa  kreditorlar  qarşısında  üstünlük  hüququna 
malikdir. 
  Girovqoyan-girov  qoyulan  əmlaka(hüquqlara)  mülkiyyət  və  ya  tam  təsərrüfatşılıq 
səlahiyyəti  hüququ  olan,  əsas  borc  üzrə  borclu  kimi,  yaxud  girov  təqdim  edən 
üçüncü şəxs kimi Azırbaycan Respublikasının və xarici ölkələrin  fiziki və hüquqi 
şəxsləridir. 
  Girovsaxlayan  (kreditor)-borclunun  öhdəliyinin  lazımi  qaydada  icra  edilməsini 
təmin  etmək  məüsədi  ilə  girovu  qəbul  edən  Azərbaycan  Respublikasının  və  xarici 
ölkələrin fiziki və hüquqi şəxsləridir. 
KitabYurdu.az 
181
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə