Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

 
 
        -  müxtəlif  növ  depozit  hesablara  görə  kommersiya  banklarının  müştəriyə 
ödədiyi faiz dərəcəsi; 
        -  kredit  resurslarının  strukturu  (cəlb  olunan  vəsaitlərin  həcmi  nə  qədər  çox 
olarsa faiz dərəcəsi də böyük olar); 
        - kreditin formaları; 
        - kredit təşkilatlarının növləri; 
        - kreditin cəlb olunması ilə investisiyaların növləri; 
        - kreditləşmənin müddətləri; 
        - kredit təşkilatlarının əməliyyat növləri; 
        - kreditin təminat dərəcəsi (kreditin təminatı nə qədər aşağıdırsa faiz dərəcəsi 
bir o qədər yüksək olar); 
 
- ölkədəki inflyasiyanın səviyyəsi, pul tədavülün sabitliyi. 
 
Borc  faizi  kreditə  olan  tələb  və  təklifin  qarşılıqlı  münasibəti,  yığım  və 
investisiyaların həcmi, gəlir və xərclərə müəyyənləşir. 
 
Bu  prinsip  borcalanların,  müəssisələrin  təsarrüfat  hesabına  stimullaşdırıcı 
təsir  göstərir  və  müəssisələrin  xüsüsi  resurslarının  artırılmasını,  cəlb  edılmiş 
vəsaitlərdən qənaətlə istifadəni təmin edir. Kreditor üçün isə bu prinsip gəlir əldə 
etmək üçün təminat verir. 
Kreditin  formaları  onun  strukturu  və  müəyyən  dərəcədə  kredit 
münasibətlərinin  mahiyəti  ilə  sıx  bağlıdır.  əvvəldə  qeyd  etdiyimiz  kimi  kreditin 
strukturu kreditoru, borcalanı və borc verilən dəyəri özündə birləşdirilir. 
 
Borc verilən dəyərdən asılı olaraq kreditin əmtəə, pul və qarışıq formalarını 
bir-birindən ayırmaq məqsədəuyğundu olardı. 
 
Kreditin əmtəə forması onun pul formasını qabaqlamışdır. Tarixi faktlara 
əsasən belə  hesab  etmək  olar ki,  kredit  dəyərin  pul  formasından  əvvəl,  mübadilə 
ekvivalenti kimi ayrı-ayrı əşyalar (xəz dərilər, heyvanlar və s.) çıxış etdiyi zaman 
yaranmışdır.  İlk  kreditorlarkimi  artıqistehlaq  mallarına  malik  subyektlər  çıxış 
edirlər.  Müasir  iqtisadiyyatda  kreditin  əmtəə  forması  hələ  də  qalmaqdadır.  Bu 
kredit  formasından  əmtəələrin  müddətli  ödəmə  vasitəsilə  satılmasında,  həmçinin 
hansı bir əmtəənin icarəyə götürülməsində istifadə olunur. 
 
Kreditin  pul  forması  müasir  təsadüfatda  ən  çox  istifadə  olunan  formadır. 
Aydındır  ki,  pul  əmtəə  dəyərlilərin  mübadiləsində  imumi  ekvivalent,  universal 
tədavül və ödəmə vasitəsi olduğundankreditin bu forması daha çox üstünlük  təşkil 
edir. Kreditin pul formasından bu gün həm dövlət, həm ayrı-ayrı vətəndaşlar istər 
ölkə daxilində, istərsə də onun hüdudlarında aktiv şəkildə istifadə edirlər. 
 
Kreditin  əmtəə  və  pul  forması  yanaşı  kreditin  qarışıq  formasından  da 
istifadə olunur. Bu forma, kredit eynizamanda həm əmtəə, həm də pul formasında 
fəaliyyət göstərdiyi zaman ortaya çıxır. Bahalı avadanlıqların əldə edilməsi zamanı 
yalnız  lizinq  krediti  deyil,  əldə  olunan  texniki  avadanlığın  qurulması  və  işə 
salınması üçün pul formasıda tələb olunur. 
 
Əgər  kredit  əmtə  formasında  verilib  geri  qaytarılması  pul  vəsatləri  ilə  baş 
verirsə və ya əksinə əgər borc şəklində pul verilib,kreditəmtəə ilə geri qaytarılırsa 
bu kreditin qarışıq formasıdır. 
KitabYurdu.az 
170
 


 
 
 
Kreditin  qarışıq  formasından  əsasən  ən  çox  inkişaf  etməkdə  olan  dövlətlər 
istifadə  edirlər.  Daxili  iqtisadiyyatda  müddətli  ödəmələrlə  əmtələrin  satışı  bu 
kreditin tədricən pul şəklində ğeri qaytarılması ilə müşayət olunur. 
 
Kreditləşmə prosesində kreditor kimi  kimin iştirak etməsindən asılı olaraq 
kreditin aşağıdakı formaları mövcuddur: 
 
KREDİTİN FORMALARI 
 
Kommersiya krediti- satıcılar tərəfindən malların və ğöstərilən xidmətlərin 
müddətli ödəmələrlə alıcılara əmtəə formasında təqdim etdiyi kreditlərdir.Kreditin 
bu formasından malların reallaşmasının tezləşdirilməsi məqsədilə istifadə olunur. 
 
Bu  kredit  forması  kommersiya  bankı  vasitəsilə  ödənilən  borc  öhdəliyi- 
veksel  forması  ilə  təsdiqlənir.Kommersiya  kreditinin  xüsusiyyəti  ondan  ibarətdir 
ki, burada borc kapitalı sənaye kapitalı ilə qovuşur. Onu da qeyd etmək lazımdır ki, 
kommersiya kreditinin faizi malın qiymətinə və vekselin məbləğinə daxil olur. 
 
Bank  krediti-  kommersiya  bankları  və  diğər  kredit  təşkilatları  tərəfindən 
pul  vəsaitləri  formasında  hüquqi  və  fiziki  şəxslərə,  hımçinin  dövlətə  və  xarici 
müştərilərə  verilən  kreditdir.  Bank  krediti  kommersiya  kreditinin  sərhədlərini 
həcm,  müddət,  istiqamət  etibarılə  üstələyir.  Başqa  sözlə  daha  ğeniş  sahəni  əhatə 
edir. 
 
Bank  krediti  və  kommersiya  kreditinin  fərqləndirici  və  oxşar  cəhətləri 
müvcuddur ki, bunu da aşağıdakı cədvəldən ğörmək olar. 
 
 
Bank və  kommersiya kreditlərinin fərqli cəhətləri 
 
Bank krediti 
Kommersiya krediti 
1.Faiz dərəcəsi yüksək olur 
1.faiz dərəcəsi aşağı olur 
2.obyekt-pul kapitalıdır 
2.obyekt-dəyərin əmtəə formasıdır 
3.həm əmtəə tədavülünə,həm də kapital 
yığımına xidmət edir. 
3.yalnız  əmtəə  tədavülünə  xidmıt 
göstərir. 
Bank krediti 
Beynəlxalq 
kredit
 
Dövlət krediti 
Kommersiya 
krediti 
İstehlak krediti 
İpoteka krediti 
Kreditin 
formaları 
KitabYurdu.az 
171
 


 
 
4.məhdudiyyətsizdir 
4.kredit xətti və hərəkəti ünvanlıdır 
 
 
Bank  krediti  məhdudiyyətsizdir  dedikdə,  kreditləşmənin  məbləği  və 
müddətinin  məhdudlaşmaması  nəzərdə  tutulur.Kommersiya  kreditində  isə  kredit 
xətti və hərəkəti ünvanlı olmaq  la  əmtəə  istehsalçıdan  istehlakçıya,  ya  da  sonrakı 
satışla məşğul olan ticarət şirkətinə ötürülür. 
 
Bank krediti və kommersiya kreditinin ümumi cəhətləri: 
- Onların təbiətləri eynidir; 
-  Resursların  əmtəə  və  pul  formasında  genişlənməsi  banklar  vasitəsilə  baş 
verir və bu da kommersiya və bank kreditinin çulğalaşmasına səbəb olur. 
İstehlak krediti - uzun müddətli istifadə üçün nəzərdə tutulan əşyaların əldə 
edilməsi məqsədilə əhaliyə ticarət kompaniyaları, banklar, ixtisaslaşdırılmış qeyri-
bank institutları tərəfindən müddətli ödəmə ilə verilən kreditdir. Bu kredit həm pul, 
həm də əmtəə şəklində verilir. Bu kreditin bank və firma formaları mövcuddur. 
Dövlət  krediti  -  kreditin  elə  bir  formasıdır  ki,  bu  zaman  borcalan  kimi 
dövlət və ya yerli hakimiyyət orqanları şıxış edir.Kreditin özü isə mərkəzi bank və 
ya  maliyyə  kredit  institutları  tərəfindən  reallaşan  dövlət  qiymətli  kağızlarına 
çevrilir. 
 
Beynəlxalq  kredit  –  dövlətlər  və  beynəlxalq  iqtisadi  təşkilatlar  arasındakı 
münasibətləri əhatə edən kredit formasıdır. Bu kreditin həm  kommersiya, həm də 
bank forması mövcuddur. 
 
 
 
 
5. İpoteka və banklararası kredit. 
 
İpoteka  krediti  –  qədimdə  borc  verən  borclunun  torpağına,  üzərində  bu 
əmlakın,  torpağın  borc  öhdəliyi  olduğunu  bildirən  yazı  olan  sütun  bərkidirdi.  Bu 
sütun  ipoteka  adlanırdı.  İpoteka  və  daşınmaz  əmlakın  girovu,  demək  olar  ki, 
sinonim  kimi  götürülür  və  eyni  məna  kəsb  edir.  Dəqiq  desək  “ipoteka”  termini 
daşınmaz əmlakın girovu, “ipoteka krediti” isə bu növ girovun təminatı ilə verilən 
borcdur. 
 
İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və 
girovnamə başa düşülür. 
 
Girovnamə - borcalanın daşınmaz əmlakının girov qoyulmasını təsdiqləyən 
və  kreditora  və  ya  girovnamənin  digər  sahibinə  sənəddə  göstərilən  əmlakı, 
borcalanın onun borcunu ödəməsinin təminatı olaraq satma hüququnu təsdiqləyən 
sənəddir.  Bu  sənəd  girov  müqaviləsi  ilə  eyni  zamanda  natarial  qaydada 
təsdiqlənməlidir.  Sənədin  bir  nüsxəsi  ipotekanın  ilkin  girovsaxlayanına  verilir, 
digər  nüsxəsi  isə  təsdiqlənən  yerdə  saxlanılır.  Bu  nüsxə  girov  saxlayanın 
öhdəliyinin təminatı kimi girov şəklində ötürülə bilər. 
 
İpoteka  kredit  müqaviləsi  faktiki  olaraq  uzunmüddətli,  tərəflərin  qarşılıqlı 
maraqlarına xidmət edən razılaşdırılmış şərtləri ilə tərtib olunan sənəddir. Kreditor 
–  bank  üçün  bu  verdiyi  borcun  uzunmüddətli  gəlirlə  qaytarılmasıdır  ki,  bu 
qaytarılma  daşınmaz  əmlakla  təmin  olunur.  Borcalan  –  girovqoyan  üçün  isə  bu 
KitabYurdu.az 
172
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə