Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə72/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   93

 
 
 
Kreditin quruluşu sabit və dəyişməzdir. Kredit bir-biri ilə sıx əlaqədə olan 
elementlərdən təşkil olunmuşdur. Bu elementlərdən ən başlıcası bu münasibətlərin 
subyektləridir.  Kredit  sövdələşmələrində  subyekt  hər  zaman  kreditor  və 
borcalandır. Kreditor və borcalanlar ilk növbədə əmtəə mübadiləsi bazası əsasında 
yaranır.  Alqı-satqı  prosesləri  zamanı  alıcı  hər  zaman  satdığı  əmtəənin  pul 
ekvivalentini ala bilmir, həmçinin satıcı aldığı malın qiymətini dərhal ödəyə bilmir. 
Belə hallarda ödəmə yalnız müəyyən vaxt keçdikdən sonra baş verir. Beləcə, satıcı 
kreditor,  alıcı  isə  borcalan  olur.  Deməli,  kredit  münasibətlərinin  obyekti  dəyərin 
borc  verilən  hissəsi,  subyektləri  kreditor  və  borcalandır  (debitor).  Bu 
münasibətlərdə  şəxsi  vəsaitlərini  müəyyən  prinsiplər  əsasında  borc  verən  tərəf 
kreditor, krediti götürən və aldığı borcu qaytarmalı olan tərəf isə  borcalan və ya 
debitordur.  
 
Borc  verə  bilmək  üçün  kreditorun  müəyyən  qədər  vəsaiti  olmalıdır.  Bu 
vəsaitlərin  mənbəyi,  həm  şəxsi  yığım,  həm  də  yenidən  istehsal  prosesinin  digər 
subyektlərindən götürülmüş resurslar ola bilər. Müasir iqtisadiyyatda kreditor-bank 
krediti  nəinki  öz  resursları  hesabına,  həmçinin  onun  hesablarında  saxlanılan  cəlb 
edilmiş  və  səhm  və  istiqrazlarının  yerləşdirməsi  nəticəsində  cəmləmiş  olduğu 
vəsaitlər hesabına da  verə  bilər.  Kredit kimi  yalnız pul vəsaitləri deyil, həmçinin 
reallaşma üçün nəzərdə tutulan mal da iştirak edə bilər (kommersiya krediti). 
 
Yerləşdirilmiş vəsaitlərə nəzərən kreditorun vəziyyəti ikili xarakter daşıyır. 
Belə ki, kreditor  (bank) borc verərkən öz  resursları  ilə  yanaşı,  digər  müəssisə və 
təşkilatların resurslarını da istifadə etdiyindən, öz əməliyyatlarını yerinə yetirərkən 
elə  etməlidir  ki,  onun  müştəriləri  öz  hesablarından  vəsait  götürmək  istədikləri 
zaman bankın bu vəsaitləri verməyə maddi imkanı olsun. Bu o deməkdir ki, yalnız 
ayrı-ayrı  müəssisələr  və  individual  borcalanlar  deyil,  həmçinin  kreditor  da  öz 
müştərilərindən aldığı borcu vaxtında geri qaytarmalıdır.  
 
Sərbəst  qalan  pul  vəsaitlərinin  kreditorlar  tərəfindən  mobilizə  edilməsi 
səmərəli  xarakter  daşıyır.  Belə  ki,  bu  proses  resursların  “işləyən  pullara” 
çevrilməsinə imkan yaratmış olur. Kreditor bu vəsaitləri yerləşdirdiyi zaman həm 
öz  şəxsi  məqsədlərini,  həm  də  yenidən  istehsal  prosesinin  digər  iştirakçılarının 
məqsədlərini qorumaq üçün onların səmərəli istifadəsini təmin edir. 
 
Kredit  hərəkətinin mərhələləri: borc verilən dəyərin  hərəkətini  aşağıdakı 
kimi təsəvvür etmək olar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Burada:  
Ky  –  kreditin yerləşdirilməsi; 
Kba –  kreditin borcalan tərəfindən alınması; 
Ki   –  kreditin istifadəsi; 
Rs   –  resursların sərbəstləşdirilməsi; 
Dq  –  müvəqqəti borc alınan dəyərin qaytarılması; 
Kq  –  kredit  formasında  yerləşdirilən  vəsaitlərin  kreditor  tərəfindən 
geri alınması; 
K
y
 – K
ba
 – K
i
...R
s
...D
q
... – K
q

 
KitabYurdu.az 
166
 


 
 
 
Kreditin  verilməsi  yalnız  o  zaman  mümkün  ola  bilər  ki,  borc  verilən 
obyektin  istehlak  xüsusiyyətlərindən  istifadə  olunsun,  və  o  çıxdığı  nöqtəyə  geri  
qayıtsın. 
 
Yuxarıda  nəzərdən keçirdiyimiz    bu  mərhələlərin  toplumu  kreditin  –  təkcə 
kreditə  aid  olmayan  mərhələləri  özündə  birləşdirən,  borc  verilən  dəyərin  tam 
dövranı  kimi  –  hərəkətini  görməyə  imkan  verir.  Ümumiyyətlə,  əvvəldə  də  qeyd 
etdiyimiz  kimi,  kredit  münasibətləri  tədavül  sahəsində  yarandığından,  kreditə 
yalnız  dəyərin  kreditordan  borcalana  və  əksinə  keçməsi  mərhələlərini  aid  etmək 
olar. 
 
Kreditin əsasını onun mahiyyəti təşkil edir. Kreditin mahiyyətini isə ictimai 
tələbatın  reallaşması  üçün  dəyərin,  qaytarılma  əsasında  hərəkəti  kimi  müəyyən 
etmək olar. 
 
 Kreditin rolu onun iqtisadiyyatda, əhali və dövlətdə tətbiqindən asılı olaraq 
xarakterləşir. Əmtəələrin nisyə satılması, məhsul istehsalı və satışının fasiləsizliyi, 
istehsalın  genişlənməsi,  əsas  fondların  artırılması,  məhsuldar  qüvvələrin  inkişaflı 
məhz kreditin sayəsində baş verir. 
 
Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  kredit  tətbiqinin  əsaslandırılmış 
sərhədlərinin  müəyyən  olunması  və  onların  qorunması  kredit  əməliyyatlarının 
ayrı-ayrı  iştirakçılarının  və  bütövlükdə  iqtisadiyyatın  xeyrinədir.  Məhz  kredit 
qoyuluşlarının optimal səviyyəsi şəraitində kreditin iqtisadiyyata təsiri müsbət ola 
bilər. Kreditin əlavə təqdimi müəssisə və təşkilatların resurslardan qənaətlə istifadə 
və  əmtəələrin  istehsal  və  reallaşması  proseslərinin  tezləşdirilməsində  marağının 
azaltmış olar. 
 
 
3. Kreditin funksiyaları və növləri. 
 
Kreditor  və  borcalan  arasında  bağlanmış  kredit  sövdələşmələri  dəyərin 
yenidən bölüşdürülməsi mərhələsində yaranır. Mübadilə zamanı müvəqqəti sərbəst 
qalan dəyər borcalana keçir, sonra öz sahibinə qayıdır. Kredit üçün xarakterik olan 
bu  proses  onun  birinci  funksiyasını  –  yenidən  bölgü  funksiyasının  yaranmasına 
səbəb olur. 
Bu  funksiyanın  xüsusiyyətləri  hansılardır?  İlk  növbədə  onu  ayırd  etmək 
lazımdır ki, kredit vasitəsilə məhz nə yenidən bölünür. Borc sövdələşməsi zamanı 
kreditor  birinci  halda  borcalana  müvəqqəti  istifadəyə  mal-material  qiymətliləri, 
ikinci halda isə bu gün müasir kredit üçün xarakterik olan pul vəsaitləri verə bilər. 
Hər  iki  halda  sövdələşmənin  mahiyyətinin  eyni  olmasına  baxmayaraq,  ötürülən 
obyekt  müxtəlifdir.  Lakin  bu  müxtəliflik  obyektin  məzmununa  deyil  yalnız 
formasına aiddir. Formasından asılı olmayarq hər iki halda dəyərin yenidənbölgüsü 
baş verir.  
Kreditin  yenidənbölgüsü  funksiyası  bütövlükdə  dəyərin  yenidənbölgüsü 
deyil, müvəqqəti sərbəst qalan dəyərin yenidənbölgüsü əhatə edir. 
 
Kreditin  ikinci  funksiyası  –  həqiqi  pulların  kredit  əməliyyatları  ilə  əvəz 
olunması  vasitəsilə  tədavül  xərclərinə  qənaət  edilməsi  fuksiyasıdır.  Müasir 
iqtisadi şəraitdə bu əvəz olunma üçün hər cür şərait yaranmışdır. Mal və xidmətlərə 
KitabYurdu.az 
167
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə