Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə70/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   93

 
 
Çeklərlə hesablaşma zamanı çek verən, çek doldurulduqdan sonra çek alanla 
birlikdə  həmin  çekin  benifisiar  banka  (hesabına  müəyyən  məbləğdə  pul  köçürən 
benifisiara  xidmət  göstərən  bank)  təqdim  edir.  Çekin  məbləğinin  qalığa  uyğun-
olub  olmaması  benifisiar  bank  tərəfindən  möhürlə  təsdiq  edilir.  Deməli  çekin 
düzgünlüyü benifisiar bankda yoxlanılır. 
Çeklər  ilə  hesablaşma  zamanı  sənəd  dövriyyəsi  aşağıdakı  kimi  həyata 
keçirilir. Mal material qiymətlisi alan müəssisə hesablaşma çeki yazaraq onu mal 
satana təqdim edir. Çekdə; ödəniş məbləği; (yazı və rəqəmlər) ödəniş alanın adı; 
çekin  yazıldığı  yer;  ödənişin  aparılma  tarixi  göstərilməlidir.  Yazılmış  çek,  çek 
verənin imza və möhürü ilə rəsmiləşdirilir. 
 
5. Akkreditivlərlə hesablaşma.  
 
Nəğdsiz  hesablaşmaların  bir  forması  da  akkreditiv  vasitəsi  ilə  aparılan 
hesablaşmadır.  Akkreditiv-alıcı  bankının  alıcının  akkreditiv  ərazisində  göstərdiyi 
şərtlərlə ona göndəriləsi malın və göstərilən xidmətin dəyərinin satıcıya ödənilməsi 
haqda  satıcı  bankına  verdiyi  tapşırıqdır.  Hesablaşmanın  bu  formasından  yalnız 
kənar şəhərli  hesablaşmalarda istifadə olunur. Akkreditiv fəaliyyət müddəti bank 
tərəfindən  məhdudlaşdırılır  və  onun  fəaliyyət  müddəti  satıcı  ilə  alıcı  arasında 
bağlanan  müqavilə  ilə  müəyyən  edilir.  Akkreditiv  qaydasında  hesablaşmanın  bir 
xüsusiyyəti  də  ondadır  ki,  ödəniş  satıcının  yerləşdiyi  yerdə  aparılır.  Akkreditiv 
vasitəsi  ilə  hesablaşmanın  üstünlüyü  ondadır  ki,  ödənişə  zəmanət  verilir,  lakin 
əvvəlcədən  ödəniş  forması  deyildir.  Belə  ki,  akkreditiv  məbləği  satıcının 
hesablaşma hesabı olduğu bankda bronlaşdırılır və satıcı əmin olur ki, onun yola 
saldığı  malların  dəyəri  yola  salınma  sənədləri  banka  təqdim  olunan  kimi 
ödəniləcəkdir.  
Azərbaycan  Respublikasında  akkreditivlər  ilə    hesablaşmalarda  yalnız 
sənədli akkreditiv formasından istifadə oıunur. 
Sənədli  akkreditiv  elə  bir  sazişdir  ki,  onun  əsasında  bank  (emitet  bank) 
müştərinin (akkreditivə əmir verənin - applikantın) xahişi ilə və onun sərəncamına 
əsasən hərəkət edərək ödənişi üçüncü şəxsin (benifisiarın) adına aparmalıdır. 
Akkreditiv  açmaq  üçün  applikant  –  yəni  akkreditivin  açılması  üçün 
sərəncamla emitet banka müraciət edən alıcı-banka ərizə ilə müraciət edir. Ərizədə 
aşağıdakılar göstərilmişdir: 
a) mal göndərənin adı; 
b) akkreditivin məbləği; 
c) akkreditivin müddəti; 
d) ödənişin hüquqi əsası; 
e) malların və xidmətlərin adı, qiyməti, sayı. 
Göstərilən  rekvizitlərin  biri  olmadıqda  emitet  bank  tərəfindən  akkreditiv 
açılmır. 
Akkreditiv  açılması  haqqında  məlumat  satıcı  təşkilata  poçt  akkreditivi 
formasında iki üsul ilə çatdırıla bilər: 
1) xidmət göstərən bank vasitəsi ilə;  
2) benifisar vasitəsilə təqdim etmək yolu ilə. 
KitabYurdu.az 
161
 


 
 
Birinci  halda  akkreditiv  ərizəsi    4  nüsxədə,  ikinci  üsulda  isə  üç  nüsxədə 
tərtib edilir: hər iki halda ərizənin ikinci nüsxəsi bankın möhürü ilə təsdiqlənərək 
üçüncü  nüsxə  ilə  birlikdə  satıcıya  çatdırılır.  Birinci  halda  o  hesablaşma  kassa 
mərkəzi vasitəsi ilə və ya poçtla, ikinci halda isə applikantın müvəkkillərinə verilir 
ki, o da öz növbəsində ərizənin ikinci nüsxəsini benifisiara verir. Üçüncü nüsxəni 
isə özündə saxlayır. 
Benifisiar  bank  akkreditivinin  həqiqiliyini,  onun  zahiri  əlamətlərinə  görə 
diqqətlə  yoxlamalıdır.  Akkreditiv  alıcının  xüsusi  vəsaiti  və  ya  da  bank  krediti 
hesabına açıla bilər. Hər iki mənbədən istifadə etməklə akkreditiv açılmasına icazə 
verilmir.  Akkreditivin  qüvvədə  olması  müddəti  də  applikant  tərəfindən  müstəqil 
qaydada  müəyyən  edilir.  Akkreditiv  ssuda  hesabına  açılarsa  onun  müddəti 
ssudanın müddətinə uyğunlaşdırılmalıdır. Akkreditivdən bir müştəri adına açılmış 
müəssisə istifadə edə bilər.  
 
Akkreditiv  göstərilən  müddətdə  istifadə  olunmazsa  o  bağlanır  və  məbləğ 
aidiyyatı üzrə geri qaytarılır. 
 
Akkreditiv  üzrə  ödənişləri  həyata  keçirmək  üçün  satıcı  təşkilat  akkreditiv 
şərtlərində  nəzərdə  tutulan  sənədləri  banka  təqdim  etməlidir.  Bank  həmən 
sənədlərin  (mal  nəqliyyat  sənədləri,  yola  salınmış  mallar  üzrə  hesab  qaimə) 
qanuniliyini yoxlayır və onun qanunuliyinə əmin olduqdan sonra icra üçün qəbul 
edir. 
 
 
6. Ödəmə tələbnaməsi (aksept). 
 
Əvvəllər  nisbətən  geniş  yayılmış,  hazırda  isə  bəzi  hallarda  tətbiq  olunan 
hesablaşma  formalarından  biri  də  ödəmə  tələbnamə  tapşırığı  vasitəsi  ilə  aparılan 
hesablaşmalardır.  Hesablaşmanın  bu  forması  bankın  inkasso  əməliyyatı  ilə 
əlaqədardır. 
 
İnkasso  əməliyyatı  zamanı  ödəmə  tələbnaməsi  –  tapşırığı  müəssisə 
tərəfindən ona xidmət edən banka təqdim olunur və ödəniş üçün həmin hesablaşma 
sənədləri  satıcıya  xidmət  edən  bank  vasitəsilə  alıcı  bankına  göndərilir.  Satıcı 
təşkilat  həmin  sənədi  özünə  xidmət  göstərən  banka  təqdim  etmədən  ödəyici 
təşkilata  da  göndərə  bilər.  Göründüyü  kimi  hesablaşmanın  bu  formasında 
hesablaşma  əməliyyatları  və  yaxud  hesablaşmanın  aparılma  təşəbbüsü  satıcı 
təşkilata  məxsusdur  və  ondan  başlanır.  Ona  görə  də  hesablaşmaların  təşkili 
prinsipinə  görə  ödəniş  üçün  təqdim  olunan  tələbnamələr  ödəyicinin  razılığı 
əsasında ödənilməlidir. Yəni ödəyici tərəfindən akseptləşdirilməlidir. Ona görə də 
hesablaşmanın  bu  forması  aksept  hesablaşma  forması  kimi  qəbul  edilmişdir. 
Ödəyicinin  razılığını  almaq  məqsədilə  ödəyici  bankında  həmin  tələbnamə  xüsusi 
jurnalda  qeydiyyatdan  keçirilir  və intizam  qaydasında  akseptləşdirmək  üçün  yəni 
ödənişə  münasibətləri  bildirmək  üçün  ödəyici  təşkilata  verilir.  Akseptin  müxtəlif 
formalarından istifadə olunur. Belə ki, müsbət aksept, mənfi aksept əvvəlcədən və 
sonradan aksept, tam və qismən aksept, eləcə də malın və hesablaşma sənədlərinin 
aksepti formaları mövcuddur. 
KitabYurdu.az 
162
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə