Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

 
 
bütün  ödənişlərin  ödənilməsində  iştirak  edərək,  bank  ilə  sərbəst  kredit 
münasibətinə girmək hüququna malikdir. 
 
Kommersiya fəaliyyəti ilə məşğul olmayan müəssisə və təşkilatlara bankda 
cari  hesab  açılır.  Hesablaşma  hesabı  və  cari  hesabda  müəssisəyə  məxsus  olan 
xüsusi  vəsaitlər  saxlanılır.  Cari  hesab  sahibi  hesablaşma  hesab  sahibinə  nisbətən 
vəsaitdən  məhdud  çərçivədə,  yəni  smeta  daxilində  istifadə  edə  bilər.  Borc 
vəsaitlərinin  uçotunu  aparmaq  üçün  bank,  bankdan  borc  almaq  hüququna  malik 
olan müəssisələrə ssuda hesabları açır. 
 
Hesablaşma  hesabı  və  cari  hesabın  açılma  qaydası  Azərbaycan 
Respublikasının 
“Banklar 
və 
bank 
fəaliyyəti” 
haqqında 
qanunla 
müəyyənləşdirilmişdir. 
 
Hesablaşma  hesabının  açılması  üçün  kommersiya  bankına  aşağıdakı 
sənədlər təqdim edilməlidir: 
 
- müəyyən olunmuş formada ərizə; 
 
- müəssisənin dövlət qeydiyyatından keçməsi haqda sənəd; 
 
- müəssisənin yaradılması haqda təsis müqaviləsi
 
- nizamnamənin surəti; 
 
- müəssisə direktorunun səlahiyyətini təsdiq edən sənəd; 
 
- müəssisənin baş mühasibinin səlahiyyətini təsdiq edən sənəd; 
 
- birinci vəzifəli şəxslərin imzaları və müəssisənin möhür nümunəsi olan iki 
kartoçka; 
 
-  vergilər  idarəsinin    müəssisəni  vergiyə  cəlb  etmək  üçün  uçota  qəbul 
edilməsi haqda arayış; 
 
- müəssisənin DSMF-də uçota götürülməsi haqda arayış; 
 
- statistika orqanlarının qeydiyyat kartoçkası. 
 
Hesablaşma  hesabından  ödənişlər  hesablaşma  prinsiplərinə  uyğun  olaraq 
hesab  sahibinin  sərəncamı  və  ya  razılığı  ilə  hesabdakı  sərbəst  pul  vəsaiti 
müqabilində aparılır. 
 
Hesablaşma hesabının açılması hesablaşma-kassa xidməti haqqında bank ilə 
müştəri  arasında  müqavilə  imzalamaq  deməkdir.  Bu  zaman  bank  müştəriyə 
kompleks kassa hesablaşma xidməti göstərməsi haqda öhdəçilik qəbul edir. Bank 
hesablaşmalarının  aparılması,  pul  və  hesablaşma  çeklərinin  verilməsi,  şəxsi 
hesablardan  çıxarışın  verilməsi;  müştərinin  hesabına  daxil  olan  bütün  pul 
vəsaitlərinin  qorunub  saxlanması;  müştərinin  ilkin  tələbi  əsasında  pulların 
verilməsi  və  müştərinin  əməliyyatları  üzrə  kommersiya  sirrinin  saxlanması 
öhdəliyini qəbul edir. 
 
Müştəri  isə  öz  növbəsində  öz  pullarının  imkan  daxilində  tamamilə  bankda 
saxlanacağı;  kassa  və  hesablaşma  əməliyyatlarını  nizamlaşdıran  normativ 
sənədlərin  tələblərinə  əməl  edəcəyi,  lazımi  hesabat  sənədlərinin  banka  vaxtlı-
vaxtında təqdim edəcəyi öhdəliyini qəbul edir. 
 
Müştərilərə  hesablaşma-kassa  xidməti  ödənişli  əsaslarla  aparıldığından 
müqavilədə xidmətlərin dəyəri və onun ödənilmə qaydası ayrıca göstərilməlidir. 
 
Müqavilədə  habelə  tərəflərin  öz  üzərinə  götürdükləri  öhdəliklərin  yerinə 
yetirilməsi haqqında məsuliyyət də nəzərdə tutulur. 
KitabYurdu.az 
156
 


 
 
 
Bankın müştəriləri arasındakı hesablaşmalar banklar arasındakı hesablaşma 
kimi  meydana  çıxır.  Banklararası  hesablaşmalar  nağdsız  hesablaşmaların  əsasını 
təşkil  edir.  Belə  hesablaşmalar  müştərilərə  ayrı-ayrı  banklar  vasitəsilə  xidmət 
göstərildikdə  meydana  çıxır.  Banklar  arasındakı  bu  hesablaşmalar  korrespondent 
(müxbir)  münasibətləri  adlanır.  Korrespondent  hesabları  vasitəsilə  banklararası 
hesablaşmaların  qeyri-mərkəzləşdirilmiş  və  mərkəzləşdirilmiş  iki  variantı 
mövcuddur. 
 
Qeyri-mərkəzləşdirilmiş banklararası hesablaşmalar kommersiya banklarının 
bir-biri ilə korrespondent münasibətlərinə əsaslanır. 
 
Mərkəzləşdirilmiş  banklararası  hesablaşmalar  isə  Milli  Bankda  açılan 
korrespondent hesablar vasitəsi ilə aparılır. 
 
Respublikamızda  banklararası  hesablaşmaların  ikinci  variantından  – 
mərkəzləşdirilmiş  qaydadan  istifadə  edilir.  Bu  məqsədlə  Milli  Bankın  nəzdində 
zonalar üzrə hesablaşma-kassa mərkəzləri (HKM) yaradılmışdır. Hesablaşma kassa 
mərkəzlərində  bu  mərkəzin  üzvü  olan  banklara  korrespondent  hesab  açılır.  Bu 
hesabdan  ödənişlər  hesabda  olan  vəsaitlər  müqabilində  aparılır.  Bankın  müxbir 
hesabında  vəsait  olmadıqda  ödənişi  Milli  Bank  nisbətən  yüksək  faizlə  kredit 
(overdraft) hesabına apara bilər. Nağdsız hesablaşmaların iqtisadi bazasını maddi 
istehsal təşkil edir. 
 
İqtisadi  məzmununa  görə  nağdsız  hesablaşmalar  əmtəə  və  qeyri-əmtəə 
xarakterli  olurlar.  Əmtəə  xarakterli  hesablaşmalar  təsərrüfat  təşkilatları  arasında 
aparılır və nağdsız hesablaşmalar sisteminin ¾ hissəsinə qədərini təşkil edir.  
 
Qeyri-əmtəə  xarakterli  hesablaşmalarda  əsas  yeri  büdcə  ilə  hesablaşmalar; 
bank  ssudaların  alınması,  ödənilməsi,  ssudalara  görə  faizlər  üzrə  hesablaşmalar, 
cərimələr, əlavələr və s. təşkil edir. 
 
Satıcıların  və  alıcıların  hesablarının  yerləşdiyi  yerdən  asılı  olaraq 
hesablaşmalar  şəhərlərarası  (kənar  şəhərli)  və  şəhər  daxili  (yerli)  hesablaşmalara 
bölünür.  
 
Müxtəlif yaşayış məntəqələrində yerləşən, bu səbəbdən də müxtəlif yerlərdə 
yerləşən  bankların  xidmətindən  istifadə  olunmaqla  aparılan  hesablaşmalar 
şəhərlərarası (kənar şəhərli) hesablaşma adlanır. 
 
Bir  yaşayış  məntəqəsində  yerləşən və eyni  bankın və  ya  həmin  məntəqədə 
yerləşən  müxtəlif  bankların  xidmətindən  istifadə  etməklə  aparılan  hesablaşmalar 
şəhər daxili hesablaşma adlanır. 
 
Nağdsız  hesablaşmaların  aparılma  formaları  seçilən  zaman  hesablaşma 
iştirakçılarının yerləşdiyi yer xüsusi əhəmiyyət kəsb edir. 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
157
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə