Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

 
 
Pul sisteminin sxematik quruluşu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
6. Azərbaycan pul sisteminin inkişaf tarixi. 
 
Azərbaycanın pul dövriyyəsi onun dövlətçilik tarixi ilə bağlıdır. Ölkəmizin 
ərazisində  tapılan  gümüş  dirhəmlər  Azərbaycanda  daxili  bazarın  mövcudluğunu 
sübut  edən  əsas  faktlardandır.  Hələ  eramızdan  əvvəl  III  əsrdə  Albanlar  və 
Atropatenalılar  Makedoniyalı  İskəndərin  sikkəsinə  bənzər  pullar  kəsməyə 
başlamışlar.  
 
 
 
 
“Dədə-Qorqud” 
dastanının 
məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə 
bərabər pul artıq müəyyən rol oynayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XVIII  əsrdə  Səfəvilər  dövləti  zəiflədi 
ki,  bunun  da  nəticəsində  Azərbaycan  ayrı-ayrı  xanlıqlara  parçalanmağa  məruz 
qaldı.  Pul  sistemi  baxımından  bu  xanlıqların  hər  biri  özünün  pulunu  kəsirdi.  Bu 
dövrlərdə Şuşada, Qubada, Dərbənddə, Naxçıvanda və Təbrizdə gümüş abbası və 
yarım abbası, mis fulus və s. Şəkidə mis fulus və gümüş, yarım abbası kəsilirdi. Bir 
sözlə Azərbaycanın vahid pul sistemi yox idi və bu pulların sabit qiyməti də yox 
idi,  hər  xanlığın  pulu  öz  ərazisində  əsas  pul  kimi  işlədilirdi,  başqa  ərazidə  o  öz 
dəyərini xeyli itirirdi. Aydın məsələdir ki, bu vəziyyətdə ölkənin ticarət əlaqələri, 
ümumi  vəziyyəti  və  nüfuzu  zəifləyir.  Ölkənin  zəifləməsindən  məharətlə  istifadə 
Pul sisteminin tipləri 
Kağız-kredit pul sistemi 
mis
 
bimetalizm 
Metal pul sistemi 
gümüş
 
Qa
pa

 va
lyut

Axsa
ya

va
lyut
a sis
temi
 
qızıl
 
monometalizm 
İkili v
alyut

sis
temi
 
P
ara
lel va
lyut

sis
temi
 
Qız
ıl
 sikkə 
standa
rtı
 
Qız
ıl
 külçə
 
standa
rtı
 
Qız
ıl
 de
viz 
standa
rtı
 
KitabYurdu.az 
140
 


 
 
edən İran və Rusiya 1828-ci ildə öz aralarında Türkmənçay müqaviləsi bağlayaraq 
Azərbaycanı  Şimali  və  Cənubi  Azərbaycana  ayırmaqla  öz  müstəmləkələri  elan 
etdilər. 
 
 
 
 
 
 
 
 
Artıq  1860-cı  ildə 
Rusiya imperiyası özünün Dövlət Bankını açdı. Hər bir dövlətin mərkəzi bankının 
əsas xüsusiyyətləri bu banka da aid edilirdi.   
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın müstəqillik əldə etməsi 
ilə əlaqədar (1991-ci il 18 oktyabr) olaraq 1992-ci il 11 fevral tarixli Azərbaycan 
Respublikası  Milli  Bankının  yaradılması  haqqında  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanı  ilə  Dövlət  Bankının,  SSRİ  Sənaye-Tikinti  Bankının,  SSRİ 
Aqrar-Sənaye  Bankının  Azərbaycan  Respublikası  bankları  bazarında  Azərbaycan 
Respublikasının  Milli  Bankı  yaradılmışdır.  Milli  Bankın  1992-ci  ildə 
yaradılmasına  baxmayaraq  artıq  1991-ci  il  25  may  Azərbaycan  Respublikası 
iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununun 14-cü maddəsi 
Azərbaycanda  müstəqil  bank  sisteminin  yaradılmasını  onun  statusunu  və 
səlahiyyətlərini  müəyyən  etmiş  və  milli  pul  vahidinin  tədavülünün  hüquqi 
əsaslarını təsbit etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
141
 


 
 
Mövzu 11. Pul tədavülü. İnflyasiya. 
 
P l a n 
 
1. Pul tədavülü, onun təşkili və quruluşu. 
2. Pul tədavülü qanunu. 
3. Bank multiplikatorunun mahiyyəti. 
4. Pul aqreqatları. 
5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri. 
6. Pul islahatları. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
142
 


 
 
1. Pul tədavülü, onun təşkili və quruluşu. 
 
Pullar  daim  dövlətlə,  təsərrüfat  subyektləri  və  fiziki  şəxslər  arasında 
hərəkətdədirlər. Pulların nağd və nağdsız şəkildə hərəkət edərək öz funksiyalarını 
yerinə yetirməsi pul tədavülü adlanır. Pul tədavülü iki yerə: nağd və nağdsız pul 
tədavülünə  ayrılır.  Nağdsız  pul  tədavülü  –  dəyərin  elə  hərəkətidir  ki,  bu  zaman 
nağd pullardan deyil, çeklər, veksellər, kredit kartları və başqa kredit sənədlərindən 
istifadə edilir. Nağd pul tədavülü – pulların tədavül və tədiyyə funksiyasını yerinə 
yetirdiyi  zaman  nağd  formada  hərəkətidir.  Hər  iki  dövriyyə  arasında  qarşılıqlı 
əlaqə mövcuddur. Belə ki, pullar daim tədavülün bir sferasından digərinə keçməklə 
hərəkətdə  olurlar.  Yəni,  nağd  pullar  kredit  təşkilatlarında  hesaba  keçirilməklə 
nağdsız pullara, əksinə nağdsız pullar bankın kassalarından müştəriyə nağd şəkildə 
verilməklə nağd pullara çevrilirlər. 
Pul  dövranı  anlayışı  altında  isə  müəyyən  vaxt  ərzində  nağd  və  nağdsız 
formada  bütün  ödəmələrin  məcmusu  başa  düşülür.  Pul  dövranı  ümumi  daxili 
məhsulun  (ÜDM)  və  Milli  gəlirin  yaranması,  bölgü  və  yenidən  bölgüsü 
proseslərini  özündə  cəmləşdirir.  Rasional  təşkil  olunmuş  pul  dövranı  bu 
göstəricilərin artım tempinə uyğun gəlir. Əgər pul dövranının artım tempi ÜDM və 
Milli gəlirin artım tempini üstələyirsə, demək ölkədə inflyasiya prosesi baş verir. 
Pul  dövranı  strukturunda  nağdsız,  ödəmə  və  nağd  pul  dövranı  bir-birindən 
fərqlənir. Ödəmə dövranına – nağdsız ödəmələr və əmək haqlarının verilməsi ilə 
bağlı müəyyən qədər nağd pul ödəmələri də aiddir. Nağdsız dövrana – təsərrüfat 
subyektlərinin  qarşılıqlı  ödəmələri  və  s.  yolla  aparılan  nağdsız  hesablaşmalardan 
istifadə  etməklə  məcmu  pul dövranının bir  hissəsini  təşkil  edir.  İqtisadi  cəhətdən 
inkişaf  etmiş  və  normal  fəaliyyət  göstərən  bank  sisteminin  təşkil  olunduğu 
dövlətlərdə  nağdsız  dövran  məcmu  pul  dövranının  90%-nə  qədərini  təşkil  edir. 
Nağd pul dövranına isə məcmu pul dövranının bir hissəsini təşkil edən ödəmə və 
tədavül  vasitəsi  kimi  istifadə  olunan  pullar  aiddir.  Nağd  pul  dövranı  özündə 
müəyyən vaxt ərzində (ay, rüb, il) həyata keçirilən nağd pullarla baş verən bütün 
əməliyyatları əhatə edir.   
 
 
 
 
Pulların 
bir 
tədavül 
sferasından digər tədavül sferasına keçmə mexanizmi pul dövranının elastikliyinin 
təmin  olunmasında,  onun  tənzimlənməsində  və  pulların  rasional  xərclənməsinə 
nəzarətin  həyata  keçirilməsində  çox  böyük  rol  oynayır.  Nağd  pul  ödəmələrindən 
istifadə sahəsi əsasən əhalinin gəlirləri ilə müəyyənləşir.   
 
 
 
 
Pul  tədavülü  aşağıdakılar  arasında  pul  hərəkətinin  ayrı-ayrı 
kanallarından formalaşır.  
 
 
 
 
 
 
 
 
- Mərkəzi və kommersiya bankları arasında;  
 
 
 
 
- Kommersiya bankları arasında; 
 
 
 
 
 
 
 
- Müəssisə və təşkilatlar arasında; 
 
 
 
 
 
 
- Banklar, müəssisə və təşkilatlar arasında;   
 
 
 
 
- Müəssisə, təşkilat və əhali arasında;   
 
 
 
 
 
- Fiziki şəxslər arasında;   
 
 
 
 
 
 
 
- Müxtəlif təyinatlı maliyyə institutları və əhali arasında.   
 
Bu kanalların hər birində pullar qarşılıqlı hərəkətə malikdirlər.   
Pul 
tədavülü əmtəə satışı və qeyri-əmtəə xarakterli ödəniş və hesablaşmalarla əlaqədar 
KitabYurdu.az 
143
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə