Fənn: Maliyyə, pul tədavülü və kredit


 Pulun yaranması və mahiyyəti



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

 
 
1. Pulun yaranması və mahiyyəti. 
 
Pul  tarixi  iqtisadi  kateqoriya  kimi  cəmiyyətin  inkişaf  zəruriliyindən  doğan 
bir məhsuldur. Pul geniş diapazonu əhatə edən və maksimum likvidlik dərəcəsinə, 
daha  dəqiq  desək  əmtəə  və  xidmətlərə  çevrilməyə  malikdir.  Pulun  tarixi  inkişafı 
yolunda  ən  başlıca  elmi  açıqlama  ondan  ibarətdir  ki,  o  kortəbii  şəkildə  meydana 
gəlmişdir.   
 
 
 
İlk pullar – hələ maldarlıq dövründə bu işlə 
məşğul  olan  maldarlar  arasında  meydana  gəlmişdir.  Çoban  tayfalarının  ayrılması 
mal-qara ilə mübadiləyə gətirib çıxardı. Mal-qara ilə pul funksiyasının qovuşması 
tarixdə iz buraxmışdır. Qədimdə “öküz” adını metaldan hazırlanmış pul daşıyırdı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İkinci  böyük  ictimai  əmək  bölgüsü:  -  sənətin  əkinçilikdən  ayrılıb  müstəqil 
sahəyə çevrilməsi mübadilənin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin 
təkmilləşməsinə gətirib çıxardı. Pul şəklində müxtəlif metallar; əvvəlcə mis, tunc, 
qurğuşun  və  s.,  daha  sonra  isə  mübadilənin  getdikcə  inkişafı,  dünya  bazarının 
yaranması ilə nəcib metallar olan qızıl və gümüş kəsilməyə başlandı. Onlar daha 
yüksək dəyərli, təbiətinə görə yekcins olmalarına, xarici mühitin təsirinə davamlı 
olmalarına  görə  ekvivalent  rolunu  oynamağa  qadir  idilər.  Məhz  bu  mərhələdən 
sonra bütün əmtəə kütləsi iki qütbə ayrıldı. Bu qütblərin birində ümumi ekvivalent 
rolunu  oynayan  xüsusi  əmtəə  -  pul,  digərində  isə  çoxlu  miqdarda  bütün  başqa 
əmtəələr durur. 
 
 
Ümumiyyətlə,  mübadilənin  inkişafı  dəyərin 
aşağıdakı formalarının bir-birilə əvəz olunması yolu ilə baş verirdi. 
 
 
 
 
 
 
1.  dəyərin  sadə  və  təsadüfi  forması.  Bu  forma 
mübadilənin  ilkin  mərhələsinə  uyğun  gəlirdi.  Belə  ki,  bu  mərhələdə  mübadilə 
təsadüfi  xarakter  daşıyırdı.  Bir  əmtəə  özünün  dəyərinə  uyğun  gələn  başqa  bir 
əmtəə ilə dəyişdirilirdi.   
 
 
 
 
 
 
 
2. 
tam  və  ya  geniş  dəyər  forması  əməyin  ilkin  bölüşdürülməsinin  inkişafı  ilə 
bağlıdır.  Bununla  əlaqədar  mübadilə  prosesi  çoxlu  sayda  ictimai  əmək  mallarını 
əhatə etdi. Bu isə ona gətirib çıxarırdı ki, çoxlu sayda ekvivalent-əmtəənin olması 
hər bir əmtəənin yekun dəyərinin olmasına imkan vermirdi. 
 
 
 
 
 
 
 
 
 
3. 
dəyərin 
ümumi 
forması: 
mübadilənin sonrakı inkişafı çoxlu  sayda əmtəələrin içindən  müəyyən  əmtəələrin 
seçilib bazarda başlıca mübadilə aləti rolunu oynamasına gətirib çıxardı. 
 
 
 
 
4. dəyərin pul forması isə mübadilənin növbəti inkişafı 
ilə  bağlı  olaraq,  əmtəələrin  içindən  bir  əmtəənin  seçilib  ümumi  ekvivalent  rolunu 
oynaması ilə bağlıdır. 
 
 
 
 
 
 
 
 
 
Bu  rol  getdikcə  nəcib  metalların  üstündə  möhkəmləşməyə  başladı.  Bu  isə 
qızıl və gümüşün bazarın ekvivalent rolunu üzərinə götürə biləcək əmtəəyə - pula 
olan bütün tələblərinə cavab verməsi ilə əlaqədar idi. Bu tələblər aşağıdakılardan 
ibarət idi:   
 
 
 
 
 
 
- yekcinslik; 
 
 
 
 
 
 
 
 
 
 
- istənilən miqdarda əldə edilməsinin çətinliyi;   
 
 
 
- dəyərini itirmədən bölünməsi
 
 
 
 
 
 
- yığcamlığı; 
 
 
 
 
 
 
 
 
 
 
- uzun müddət saxlanılması.   
 
 
KitabYurdu.az 
132
 


 
 
 
 
 
 
Sikkənin  meydana  gəlməsi  pulun  formalaşmasında 
həlledici  rol  oynadı.  Sikkə  əmtəə  istehsalının  inkişafı,  mübadilənin  artması, 
quldarlıq  dövlətlərinin  iqtisadi,  siyasi  güclənməsi,  tacirlər  sinfinin  artması 
nəticəsində  meydana  gəlmişdi.  İlk  qızıl  sikkələr  b.e.ə.  313  –cü  ildə  üzərində  öz 
əksini təsvir edən Makedoniyalı İskəndərin olmuşdur. 
 
 
 
Əmtəə kimi pul əmtəənin istehlak dəyərinə və pul kimi pul münasibətlərinin 
daşıyıcısının istehlak dəyərinə malikdir. Demək, pul əmtəəsi iki dəyərin (abstrakt 
və  mübadilə  dəyərinin)  daşıyıcısı  olur.  Hər  bir  əmtəədə  olduğu  kimi  pul  daxili 
dəyərə  malikdir.  Yəni  pulun  da  istehsalı  üçün  əmək  sərf  edilir.  Pulun  mübadilə 
dəyəri  –  alıcılıq  qabiliyyəti  və  nisbi  dəyər  ifadəsidir.  Pulun  daxili  və  mübadilə 
dəyərinin  sərbəstliyi  nisbidir.  Bu  dəyərlərə  həm  dövlət,  həm  də  bazar  şəraiti  təsir 
edə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
Pulun mahiyyəti: o ümumi ekvivalentdir, əmtəələrin qiymətlərini müəyyən 
edir,  məcmu  milli  məhsulu  bölüşdürür,  müxtəlif  ictimai  münasibətləri  həyata 
keçirir, o  əmtəələrin  mübadilə  alətidir, dəyərin  mühafizəçisi  rolunu  yerinə  yetirir. 
Dəyərin  əmtəədə  deyil,  pulda  mühafizəsi  əmtəələrin  saxlanma  xərclərini  azaldır, 
onların korlanmasının qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, bu mühafizə 
inflyasiyanın olmadığı bir şəraitdə mümkündür. Aydın məsələdir ki, inflyasiyanın 
baş verdiyi bir şəraitdə pulun dəyərin mühafizəsi rolu bir qədər arxa plana keçir. 
Belə  ki,  pulun  qiymətdən  düşməsi,  onun  alıcılıq  qabiliyyətinin  aşağı  səviyyədə 
olması bu məsələni çətinləşdirmiş olur.  
 
 
2. Pulun növləri. 
 
Pulun  növləri:  meydana  gəldiyi  dövrdən  tarixi  təkamül  yolu  keçmiş  pul  
xeyli dəyişikliklərə məruz qalmış, təkmilləşmiş, özünün daha mükəmməl formasını 
tapmağa çalışmışdır və bu proses hələ də davam etməkdədir. Buna görə də bu illər 
ərzində pulun müxtəlif növləri meydana gəlmişdir.  
 
 
 
 
 
 
 
 
 
Öz  təkamülü  dövründə  pullar  aşağıdakı 
mərhələlərdən keçmişlər: 
 
 
 
 
 
 
 
 
 
 
 
metal pullar – kağız pullar – kredit pullar – elektron 
pullar 
 
Metal  puldan  hələ  qədim  zamanlarda,  26  əsr  bundan  əvvəl 
sikkələr  şəklində  Çində,  qədim  Lidiyada  istifadə  olunmağa  başlamışdır.  Sonralar 
XIX-XX əsrin əvvəllərində Rusiyada sikkələrdən olduqca geniş istifadə olunmağa 
başlanılmışdır.  Bu  dövrlərdə  istifadə  olunan  qızıl  və  gümüş  pulların  üzərlərində 
göstərilən  dəyərlər  onların  real  dəyərləri  ilə  üst-üstə  düşürdü.  Getdikcə  bazar 
münasibətlərinin  artması  və  gündən-günə  mükəmməlləşməsi,  dövriyyədə  əmtəə 
mübadiləsinin  genişlənməsinə  səbəb  oldu  ki,  bu  da  öz  növbəsində  artıq  qızıl  və 
başqa  qiymətli  metal  pulları  sıxışdırmağa  başladı.  Belə  ki,  əmtəələrin  artması  və 
onların mübadiləsinin genişlənməsi qızıl pul istehsalı ilə üst-üstə düşmədi. Qızılın 
az olması, bu pulların tədavülə az buraxılması əmtəə tədavülündə onların vasitəçi 
rol  oynaya  bilməsinə  mane  oldu  və  qızıl  pullar  getdikcə  kağız  pullarla  əvəz 
olunmağa başladılar. 
 
 
 
Kağız  pullar  tam  qiymətli  pulların 
nümayəndələridir. Beləliklə, kağız pulların meydana gəlməsi aşağıdakı mərhələləri 
KitabYurdu.az 
133
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə