Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

 
 
Müasir  “dünya  pulları”  dedikdə,  beynəlxalq  münasibətlərə  xidmət  edən  və 
beynəlxalq hesablaşmalarda istifadə olunan pullardan bəhs edilir. 
 
 
 
4. Bazar iqtisadiyyatında pulun rolu. 
 
Pulun bazar iqtisadiyyatında rolu onun funksiyalarında özünü göstərir. Belə 
ki,  əmtəələrin  dəyəri  pullarla  ifadə  olunur,  burada  pul  həm  dəyəri  ölçür,  həm  də 
pullu kapitalın yaranmasına xidmət edir. Tədavül funksiyasında pul həm alqı-satqı 
prosesində vasitəçidir, həm də kapitaldır. Hər hansı bir əmtəə kreditə satılırsa pul 
həm  tədiyyə  vasitəsidir,  həmçinin  də  yenə  də  kapitaldır.  İstehsal  vasitələrinin 
alınması  üçün  pul  yığılırsa,  deməli  pul  dəfinə  funksiyasını  yerinə  yetirir,  eyni 
zamanda kapital kimi fəaliyyət göstərir. Pul sənayenin, yeni təsərrüfat sahələrinin 
yaranması  üçün  ilkin  şəraitin  yaranmasına  xidmət  göstərir,  iqtisadi  proseslərin 
artırılmasına, bir sözlə bazar iqtisadiyyatının inkişafına xidmət göstərir. Pul sənaye 
kapitalının ilk və son nəticəsidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
İnkişaf  etmiş  ölkələrdə  pul  həmçinin  pul-kredit 
tənzimlənməsinin  mühüm  obyektidir.  Bu  proses  hər  bir  ölkənin  mərkəzi  bankı 
tərəfindən  müəyyən  olunur.  Belə  ki,  ölkənin  ticarət  prosesləri,  ümumiqtisadi 
vəziyyəti  nəzərə  alınaraq  pul  kütləsinin  dəyişilmə  istiqaməti  müəyyənləşir  və  bu 
pul  kütləsinin  dövlət  tərəfindən  tənzimlənməsi  kredit  alətləri  vasitəsilə  mərkəzi 
banklara  həvalə  edilir.  Bu  zaman  mühüm  ümumiqtisadi  vəzifələr  mütləq  nəzərə 
alınmalıdır.  Pul-kredit  tənzimlənməsi  bazar  iqtisadiyyatı  münasibətlərində  pul 
kütləsinin  artmasının  qarşısının  alınmasına,  ölkədə  inflyasiya  prosesinin  aradan 
qaldırılmasına,  məcmu  milli  məhsulun  artırılmasının  stimullaşdırılmasına  xidmət 
göstərir.  
 
 
5. Pul sistemi. 
 
Pul  sistemi  –  ölkədə  pul  tədavülünün  təşkili  forması  olub,  tarixən 
formalaşmış və milli qanunauyğunluqlarla möhkəmləndirilmiş bir sistemdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Pul 
sisteminin quruluş prinsipləri pul sisteminin elementlərində və ya məcmu halında 
özünü biruzə verərək bu sistemə təsir edir. Bu elementlər aşağıdakılardan ibarətdir:
 
 
 
 
 
 
 
 
 
1. əmtəələrin qiymətlərinin ölçülməsinə xidmət edən pul vahidi
 
2. rəsmi qiymət məbləği; 
 
 
 
 
 
 
 
3. pul nişanlarının növləri; 
 
 
 
 
 
 
 
4. emissiya sistemi; 
 
 
 
 
 
 
 
 
5.  milli  valyuta  kursları  və  onun  xarici  valyutaya  dəyişdirilmə 
ardıcıllığı.   
 
 
 
 
 
 
 
 
 
 
 
Pul  vahidi  –  qanunvericilik  qaydasında  müəyyənləşdirilmiş  bütün 
əmtəələrin qiymətlərini özündə tərənnüm edən və onları ölçməyə xidmət edən pul 
nişanlarıdır.  Bir  qayda  olaraq pul  vahidi  bərabər  kiçik  hissələrə  bölünür.  Bir  çox 
KitabYurdu.az 
138
 


 
 
ölkələrdə bu gün onluq bölgü sistemi mövcuddur və fəaliyyət göstərir. Belə ki, 1 
ABŞ dolları = 100 sent, 1 funt sterlinq = 100 pens, 1 rus rublu = 100 qəpik. 
 
 
 
 
 
 
 
Pul  vahidlərinin  adlandırılması  tarixi 
bir prosesdir. Lakin bir sıra hallarda (inqilab dövründə) dövlət pul vahidlərinə yeni 
ad  təyin  edə  bilər.  Məsələn,  Fransada  Napoleon  Bonapart  hakimiyyətə  gəldikdə 
“napolendor”  adlı  pul  vahidi  müəyyən  edilmişdi.  1922-ci  ildən  1947-ci  ilə  qədər 
Rusiyada iki pul vahidi “rubl” və “çervon” mövcud idi.   
 
Qiymət 
miqyası  –  bu  dəyərin  pul  vahidi  ilə  ölçülməsidir.  Metal  pul  tədavülü  dövründə, 
yəni  pul  əmtəəsinin  –  metalın pulun  bütün  funksiyalarını  yerinə  yetirdiyi  zaman, 
qiymət miqyası bu ölkədə pul vahidi elan olunmuş metal pulun çəkisi ilə müəyyən 
olunurdu.  Dövlət  qiymət  miqyasını  qanunvericilik  qaydasında  müəyyən  edirdi.
 
 
 
Əvvəllər  sikkələrin  çəkisi  onların  qiymət  həcmi  ilə  üst-üstə 
düşürdü və bu prinsip bir sıra pulların adına da təsir etmişdi. Məsələn, funt sterlinq 
bir funt gümüşü tərənnüm edirdi. Lakin tarixi təkamül nəticəsində pulların çəkisi 
onların  qiymət  miqyasından  uzaqlaşırdı.  Bu  dövlət  tərəfindən  metal  pul  tədavülü 
dövründə dövlətin xəzinəsinin artırılması məqsədilə etdiyi dəyişikliklər nəticəsində 
sikkələrin  çəkisinin  azalması,  onların  tərkibinin  daha  ucuz  metallarla 
dəyişdirilməsi və bir sıra başqa məsələlərlə bağlı idi. 
 
 
 
 
 
 
 
 
Pul  nişanlarının  növləri.  Hazırda  heç  bir  ölkədə 
metal  pul  tədavülü  sistemi  mövcud  deyil.  Pul  nişanlarının  əsas  növləri  bankın 
kredit  biletləri,  (banknotlar)  dövlət  kağız  pulları  (xəzinə  biletləri)  və  ölkənin 
qanuni ödəmə vasitəsi hesab olunan xırda pullardır. 
 
 
 
Emissiya  sistemi  –  emissiya  təşkilatının,  daha  dəqiq,  mərkəzi  bankın 
öhdəliklərinin qəti müəyyən olunmuş qaydada tədavülə buraxılmasıdır. Bu mənada 
emissiya  olunmuş  pullar  dedikdə  mərkəzi  bankların  öhdəlikləri  nəzərdə  tutulur. 
Digər tərəfdən iqtisadi ədəbiyyatlara nəzər saldıqda görürük ki, tədavülə gündəlik 
olaraq pulların buraxılışı onların tədavüldən yığılması ilə uzlaşdırılır. Buna görə də 
emissiya  pulların,  tədavüldə  olan  pul  kütləsinin  ümumi  artımına  gətirən 
buraxılışıdır. Emissiya sistemi özündə aşağıdakıları birləşdirir:   
1.  emissiya 
mərkəzi; 
 
 
 
 
 
 
 
 
 
2.  emissiya 
qanunvericiliyi. 
 
 
 
 
 
 
 
 
Valyuta 
kursları.  Valyuta  kursu  anlayışı  altında  bir  valyutanın  başqa  valyutaya  nisbətən 
qiyməti  başa  düşülür.  Xarici  valyutaların  kurslarının  (məzənnələrinin)  təyin 
edilməsi qiymət təyin etmə adlanır. Bu mexanizm iki yerə bölünür: 
 
 
- Birbaşa    
 
 
 
 
 
 
 
 
 
- Dolayı 
 
 
 
 
 
 
 
 
 
 
 
Birbaşa valyuta kursları dedikdə bir xarici valyuta vahidinin müəyyən 
miqdarda milli valyuta vahidinə bərabər olması, dolayı valyuta kursları dedikdə isə 
bir  vahid  milli  valyutanın  müəyyən  miqdarda  xarici  valyuta  vahidinə  bərabər 
olması  başa  düşülür.  Milli  valyuta  vahidinin  xarici  valyutaya  nisbətən  rəsmi 
məzənnəsinin  müəyyənləşməsi  və  milli  valyutanın  xarici  valyutaya  dəyişdirilmə 
ardıcıllığı ölkənin valyuta qanunvericiliyi ilə tənzimlənir.  
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
139
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə