Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

 
 
yerinə  gətirilmə  xərci  də  nəzərə  alınmaqla  plan  maya  dəyəri  ilə  yerinə  yetirilir. 
Qeyd edilən bu üç normativ üçün bir hesablama tərtib olunur. 
 
-  Ehtiyat  hissələri  və  təmir-texniki  materiallar  üzrə  xüsusi  dövriyyə 
vəsaitlərinin  normativi,  texniki  xidmətin  təmin  olunması,  həmçinin  təsərrüfatın 
emalatxanasında maşınların, avadanlıqların, aqreqatların və nəqliyyat vasitələrinin 
cari və əsaslı təmirini aparmaq üçün lazımi ehtiyat yaradır. O, ehtiyat hissələrinin 
və  təmir  materiallarının,  həmçinin  bir  neçə  əsas  fondların  illik  məsrəfi  haqqında 
məlumata əsasən hesablanılır. 
 
Traktorların,  avtomobillərin  və  kənd  təsərrüfatı  maşınlarının  ilin  əvvəlinə 
dəyərlərinin  ilk  qiyməti  ilə  0,6%-i  həcmdə  onların  mühərriklərinin  və 
aqreqatlarının  dəyişdirilməsi  fondunun  normativi  müəyyən  edilir.  Traktorların, 
kombaynların  və  digər  kənd  təsərrüfat  maşınların,  avtomobillərinin, 
avadanlıqlarının, invertarlarının əsaslı və cari təmirinə planlaşdırılan xərclərə görə, 
ehtiyat hissələrinin və təmir-texniki materiallarının illik məsrəfi müəyyən edilir. 
 
Ehtiyat hissələrinin əsaslı və cari təmirə məsrəfi, təmirin miqdarından və bir 
təmirə  orta  hesabla  ehtiyat  hissələrinin  məsrəfindən  asılı  olaraq  hesablanılır. 
Avtomobillar,  traktorlar,  kombaynlar  və  digər  aqreqatlar  üzrə  təmirin  miqdarı, 
müəyyən  edilmiş  təmirarası  müddətdən  asılı  olaraq  müəyyən  edilir.  Ehtiyat 
hissələrinin məsrəfi, keçən ildə bir təmirə faktiki orta məsrifə görə hesablanılır. 
 
-  Təxirə  salınmaz  ehtiyaclara  kassadakı  pul  vəsaitlərinin  qalığı  üzrə 
normativ,  planlaşdırılan  ilə  ümumi  əmək  haqqı  fondunun  0,2%-i  həcmində 
müəyyən edilir. Bu normativ eyni zamanda ayrı-ayrı təsərrüfatlar üçün kassadakı 
pul vəsatinin qalığı ola bilər. 
 
Hesablaşma  və  ya  cari  hesablardakı  pul  vəsaitlərinin  qalıqları  üzrə  xüsusi 
dövriyyə vəsaitlərinin normativləri müəyyən edilir.  
 
Əksəriyyət  dövriyyə  vəsaitlərinin  normativi  minimum  həddə,  bəzi  hallarda 
tələbata  uyğun,  ilin  ayrı-ayrı  dövrlərində  isə  normadan  artıq  ehtiyat  hesablanır. 
Belə ki, yem üzrə normativdən artıq ehtiyat heyvanların qışlaması dövründə, neft 
məhsulları üzrə əsas sahə işlərinin aparılmasına hazırlıq dövründə, ehtiyat hissələri 
üzrə  təmir  işlərinə  hazırlıq  dövründə  normativdən  artıq  ehtiyat  yaradılır. 
Təsərrüfatda  xüsusi  mənbə  hesabına  yalnız  müəyyən  edilən  həcmdə  normativ 
yaradılır. Normativdən artıq ehtiyat kredit hesabına formalaşdırılır.  
 
Normativin  hesablanması  üçün  əsasən  dövriyyə  vəsaitlərinin  yekun 
planlaşdırılması  (rüblük  və  ilin  axırına)  aparılır.  Bura  daxildir:  uyğun  dövriyyə 
vəsaitlərinin  qalığının  və  onların  ödənilmə  mənbələri  planın  hesablanması, 
həmçinin  uyğun    dövriyyə  vəsaitlərinin  normativinin  və  onların  yaradılması 
mənbələrinin müəyyən edilməsi. 
 
Dövriyyə  vəsaitlərinin  normativi  və  planı  çox  vaxtı  bir-birindən  fərqlənir. 
Belə  ki,  “yem”  üzrə  plan  qışlama  dövrünün  axırına  qədər  təsərrüfatın  tələbatı 
həcmində olmalıdır.  Bu    dövriyyə  vəsaiti  üzrə normativ  yemin  sığorta  ehtiyatını, 
daha doğrusu təsərrüfatın 1-2 aylıq yemə olan tələbatı əks etdirir. 
 
Təsərrüfatda  dövriyyə  vəsaitlərinin  yekun  planlaşdırılmasını  aparmaq  üçün 
sosial  inkişaf  proqramında  xüsusi  dövriyyə  vəsaitlərinin  normativləri  və  onların 
ödənilməsi  mənbələri  cədvəlindən  istifadə  edilir.  Bu  cədvəlin  birinci  bölməsində 
hər  bir  xüsusi  dövriyyə  vəsaitinin  normativi  və  yekun  normativ  məbləğini 
KitabYurdu.az 
129
 


 
 
müəyyən edilir. İkinci bölmədə xüsusi dövriyyə vəsaitlərinin ödənilmə mənbələri 
planlaşdırılır.  Bu  mənbələrə  aiddir:  ilin  əvvəlinə  xüsusi  dövriyyə  vəsaitləri, 
möhkəm passivlər, mənfəət büdcə təxsisatı, kredit və s.  
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
130
 


 
 
Mövzu 10. Pulun mahiyyəti və rolu 
 
P l a n 
 
1. Pulun yaranması və mahiyyəti. 
 
 
 
 
 
 
2. Pulun növləri.   
 
 
 
 
 
 
 
 
3. Pulun funksiyaları. 
 
 
 
 
 
 
 
 
4. Bazar iqtisadiyyatında pulun rolu.   
 
 
 
 
 
5. Pul sistemi. 
 
 
 
 
 
 
 
 
 
6. Azərbaycan pul sisteminin inkişaf tarixi. 
 
 
Ə D Ə B İ Y Y A T 
 
1. Reyhan Əsgərova. Pul, kredit və banklar, Bakı-2007.   
2. 
R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
KitabYurdu.az 
131
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə