Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

 
 
 
Təsərrüfatda  təmirin  maliyyələşdirilməsi  planının  ümumi  məbləği 
planlaşdırılan  ilə  təmirin  plan  dəyərini,  planlaşdırılan  ilə  keçirilən  kreditor 
borcunun  qaytarılmasına  xərcləri,  ilin  əvvəlinə  ödənilməyən  mənbələr  üzrə 
xərcləri, dövriyyə vəsaitləri normativinin artımını, planlaşdırılan ilin axırına təmir 
üçün vəsaitlərin qalığını (gələn ilin əvvəlində təmir işlərini yerinə yetirmək üçün) 
təmin etməlidir. 
 
Təsərrüfat təmir fondunun vəsaitini özünün hesablaşma hesabında saxlayır. 
Təmiri  başa  çatmış  obyekt  üzrə  podratçı  təşkilatla  hesablaşma,  yerinə  yetirilmiş 
işin  qəbulu  aktına  əsasən  (2b№  li  forma)  hesablaşma  hesabından  yerinə  yetirilir. 
Podrat üsulu ilə müqavilə və ya naryad sifarişi əsasında maşınların, avadanlıqların 
və  nəqliyyat  vasitələrinin  təmirinə  görə  hesablaşma  təsdiq  edilmiş  preyskuranta, 
smetaya və ya kalkulyasiyaya əsasən təmirin dəyərinə uyğun yerinə yetirilir. Haqq-
hesaba yerinə yetirilmiş işin qəbulu aktı əlavə edilir. Hansı ki, orada preyskuranta, 
smetaya və  ya kalkulyasiyaya istinad edilir,  müqavilənin və ya naryad sifarişinin 
tarixi və nömrəsi qeyd edilir.  
 
Maşınlar,  avadanlıqlar  və  nəqliyyat  vasitələrinin  təmiri  təsərrüfat  üsulu  ilə 
yerinə  yetirildikdə,  materiallara,  yüklərin  daşınmasına  görə  ödəmə  hesabların 
ödənməsi  yolu  ilə  yerinə  yetirilir.  Təmir  obyektinin  smeta  dəyəri  həddində 
maşınların,  aqreqatların,  avadanlıqların,  binaların,  qurğuların  təmiri  üzrə  yerinə 
yetirilən  işlərin  dəyəri  haqqında  arayışa  əsasən  əmək  haqqı  ödənilir.  Arayışa 
təsərrüfatın baş mühəndisi və baş mühasibi imza edir.  
 
Yerinə  yetirilmiş  iş  haqqında  arayış  təmir  obyektinin  plan  dəyərindən  çox 
olmamaqla  faktiki  işə  görə  doldurulur.  Əgər  təsərrüfat  üsulu  ilə  aparılan 
maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinin preyskurant qiyməti 
yoxdursa,  onda  təmirin  dəyəri  əmək  haqqına  məsrəflərə,  materialların,  ehtiyat 
hissələrinin  dəyərinə,  qaimə  xərclərinə,  köməkçi  istehsal  xidmətlərinin  və  kənar 
təşkilatların xidmətlərinin dəyərinə əsasən müəyyən edilir. 
 
Təmir  olunan  obyektin  qəbul-təhvil  aktına  əsasən  son  hesablaşma  aparılır. 
Aktda  digər  göstəricilərlə  yanaşı  faktiki  yerinə  yetirilən  təmirin  həcminin  smeta 
dəyəri  də  göstərilir.  Təmirə  illik  plandan  artıq  məsrəf  təmir  fondundan  və  digər 
mənbələrdən nəğd ödənilir. 
 
Təmir  üçün  təmir  olunan obyektin  sökülməsindən  alınan  materiallardan və 
avadanlıqlardan  istifadə  edilərsə  mədaxil  edilən  materialların  və  avadanlıqların 
dəyəri təmir işlərinə xərci azaldır. 
 
Mövsümlə  əlaqədar  olaraq  təmir  fondunun  vəsaitində  çatışmazlıq  olduqda 
təsərrüfat kredit ala bilər. Kredit I, II və III rüblərdə rüblük plandan artıq təmir üzrə 
təcili  işləri  yerinə  yetirmək  üçün  vəsait  çatışmadıqda  alınır.  Kredit  növbəti  ildə 
təmir  fonduna  ayırmalar  daxil  edildikdə  ödənilir.  Kreditin  qaytarılma  vaxtı 
çatdıqda kredit hesablaşma hesabında axtarılır. Hesabda vəsait olmadıqda o vaxtı 
uzadılmış kredit hesabına keçirilir.   
 
    
 
 
 
 
 
KitabYurdu.az 
120
 


 
 
Mövzu 9. Dövriyyə vəsaitləri 
 
P L A N 
 
1.  Dövriyyə  vəsaitinin  mahiyyəti  və  kənd  təsərrüfatında  dövriyyəsinin 
xüsusiyyətləri 
2. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu 
3. Dövriyyə vəsaitlərinin yaranma mənbələri 
4. Dövriyyə vəsaitlərinin normalaşdırılması  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
121
 


 
 
1. Dövriyyə vəsaitinin mahiyyəti və kənd təsərrüfatında dövriyyəsinin 
xüsusiyyətləri 
 
 
Bəllidir  ki,  beynəlxalq  mühasibat  standartlarına  görə  hər  bir  müəssisənin 
aktivləri 4  qrupa  – dövriyyə  kapitalı  və  ya  vəsaitlərinə, investisiyalara, daşınmaz 
əmlak  və  avadanlıqlara  və  qeyri-maddi  aktivlərə  bölünür.  Azərbaycan 
terminologiyasına  uyğun  ifadə  etsək,  korporasiyanın  aktivləri  əsas  vəsaitlər, 
dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən ibarət olur. 
 
Bizə bəllidir ki, əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 
amortizasiya  edilən  və  təsərrüfat  prosesində  istifadə  olunan  aktivlər  –  avadanlıq, 
bina və s.- dir. Biz bilirik ki, kapital qoyuluşları uzunmüddətli qiymətli kağızlara, 
yeni əsas vəsaitlər yaradılmasına və s. yönəldilən vəsaitlərdir. 
 
 Qeyri-maddi  aktivlərin  fiziki  subsidiyaya  malik  olmayan,  ancaq  dəyərə 
malik olan uzunmüddətli aktivdir. 
 
Dövriyyə  vəsaitləri  –  nominal davam  edən  istehsal tsikli,  istehsal tsikli  bir 
ildən  az  olanda  isə  il  ərzində  yenidən  nağd  pula  çevrilən  kassa  və  başqa 
vəsaitlərdir. 
 
Normal  istehsal  tsikli  isə  istehsala  yönələn  vəsaitlərin  yenidən  nağd  pula 
çevrilməsi üçün lazım olan orta müddətdir. 
 
Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən 
nağd pula çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik. 
 
Hər bir kənd təsərrüfat müəssisəsi istehsal fəaliyyətini yerinə yetirmək üçün 
lazımı miqdarda dövriyyə vəsaitlərinə malik olmalıdır.  
 
Dövriyyə vəsaitlərinin əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır: 
1.  Onlar  2  hissədən  ibarətdir:  istehsal  dövriyyə  fondları  və  tədavül 
fondlarından.  Birincilər  istehsal  sferasına  xidmət  edir  ki,  –  yeni  dəyər  yaradılır, 
ikincilər – tədavül sferasındadır ki, orada yeni dəyər yaradılmır. 
2.  Dövriyyə  fondları  və  tədavül  fondları  tam  dövriyyədə  bir  dəfə  və  tam 
iştirak edir, dövriyyə başa çatdıqdan sonra o, təzələnir. 
3.  Dövriyyə  vəsaitləri  dəyəri  əks  etdirir. Tam  dövriyyə  prosesində  onlar  üç 
mərhələdən keçərək, eyni zamanda üç formada (pul – əmtəə – pul) çıxış edir. 
Kənd  təsərrüfat  müsəsisədə  dövriyyə  vəsaitlərinin  təşkilinin,  digər  maddi 
istehsal  sahələrinə  nisbətən  özünə  məxsus  xüsusiyyətləri  var.  Dövriyyə 
vəsaitlərinin  avanslaşdırılması  dövrü  uzundur.  Xalq  təsərrüfatının  digər,  istehsal 
prosesi bərabər, iş dövrü isə fasiləsiz olan sahələrinə nisbətən kənd təsərrüfatında 
dövriyyə  vəsaitlərinin  həcmi  çoxdur.  Dövriyyə  vəsaitləri  il  ərzində  bərabər 
bölüşdürülmür.  Dövriyyə  vəsaitlərinin  qaytarılması  təbii  amillərin  təsirindən 
bitkilərin  yetişməsi  və  heyvanların  böyüməsi  ilə  əlaqədar  eyni  vaxtda  həyata 
keçirilir. 
Dövriyyə vəsaitlərinin əhəmiyyətli xüsusiyyətlərindən biri də onların natura 
formasında  istehsal  prosesində  təzələnməsidir.  Toxum,  əkmə  materialları,  yem, 
üzvi kübrələr tam dövriyyə prosesində xüsusi istehsal hesabına təzələnir. Bu növ 
dövriyyə vəsaitləri satışa verilmir, növbəti istehsal dövrü üçün istehsal sferasında 
saxlanılır. Bu dövriyyə vəsaitlərinin dövriyyəsini uzadır. 
KitabYurdu.az 
122
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə