Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

 
 
 
Dövriyyə vəsaitlərinin norması iqtisadi və sosial inkişaf proqramı (biznes  – 
plan)  tərtib  edilərkən  iş  vahidinin  plan  maya  dəyəri,  toxumun  səpin,  heyvanın 
yemlənməsi normasını hesablamaq yolu ilə müəyyən edilir. 
 
Normaya  əsasən  xüsusi  dövriyyə  vəsaitlərinin  pul  ifadəsində  normativi 
hesablanır. Normativ hər balans maddəsi üzrə rüblük və planlaşdırılan ilin axırına 
hesablanır.  
 
Dövriyyə  vəsaitlərinin  normalaşdırılmasının  təsərrüfat  üçün  istehsalat  və 
maliyyə  əhəmiyyəti  var.  İstehsalat  əhəmiyyəti  ondan  ibarətdir  ki,  təsərrüfatda 
minimum  normada  ehtiyat  saxlanılır.  Hansı  ki,  təsərrüfatda  ehtiyat  daima 
olmalıdır.  Maliyyə  əhəmiyyəti  isə  ondan  ibarətdir  ki,  hesablanmış  normativ 
həcmində  dövriyyə  vəsaitlərinin  xüsusi  ödənilmə  mənbələri  müəyyənləşdirilir; 
daha doğrusu xüsusi və borc dövriyyə vəsaitlərinin (həddi) müəyyən edilir. 
 
Normativi işləmək üçün təsərrüfat rəhbərindən və baş mütəxəsislərdən ibarət 
komissiya  yaradılır.  Normativi  müəyyən  etmək  üçün  istehsalın  ixtisaslaşması, 
təsərrüfatla təchizam məntəqəsi və tədavül təşkilatı arasındakı məsafə, hesablaşma 
ardıcıllığı və s. öyrənilir. 
 
Normativin  həcminə  bilavasitə  aşağıdakılar  təsir  edir:  planlaşdırılan  ilin 
axırına bitməmiş işin həcmi, traktorların, kənd təsərrüfat maşınlarının və digər əsas 
vəsaitlərin  miqdarı,  toxuma,  əkmə  materiallarına  və  yemə  təlabat;  cavan  və 
kökəlmədə  olan  heyvanların  miqdarı;  istehsal  edilən  və  satılan  məhsulların 
miqdarı, həmçinin material qiymətlilərinə tələbat. 
 
Hər balans maddəsi (xüsusi normativ) və təsərrüfat üzrə (ümumi normativ) 
işlənmiş  normativi  təsərrüfat  rəhbəri  təsdiq  edir.  Təsdiq  olunmuş  normativ 
haqqında həmin müəssisəni kreditləşdirən bank şöbəsinə məlumat verilir. 
 
Xüsusi  normativin  hesablanması  2  metodla  –  bilavasitə  hesab  və  analitik 
metodla yerinə yetirilir. 
 
Bilavasitə hesab metodundan istifadə edilərkən normativ, planlaşdırılan ilin 
konkret  şəraitinə  əsasən  hesablanır.  Yəni  istehsal  planına,  əkin  sahəsinə, 
heyvanların hərəkətinə və s. uyğun olaraq. 
 
Analitik  metod  hesabat  ilinin  məlumatlarına  əsaslanır.  Hər  ayın  axırına 
dövriyyə vəsaiti qalığı diqqətlə təhlil edildikdən sonra, onlardan ən azı seçilir. 
 
Bilavasitə  hesab  metodu  ilə  bitkiçiliyin  və  heyvandarlığın  bitməmiş 
istehsalı,  toxum  və  əkmə  materialları,  cavan  və  kökəlməkdə  olan  heyvanlar, 
gələcək  dövrün  xərcləri  üzrə  dövriyyə  vəsaitinin  normativi  hesablanır.  Xüsusi 
normativin  həcmi  dövriyyə  vəsaitinin  xüsusi  mənbə  hesabına  ödənilməsi 
prinsipindən asılıdır.  
 
Kənd  təsərrüfatı  müəssisələrində  normalaşdırmanın  2  prinsipindən  – 
maksimum və minimum – istifadə edilir. 
 
Maksimum prinsipdən istifadə edilərkən planlaşdırılan ilin axırına dövriyyə 
vəsaitlərinin  qoyuluşu  tam  olaraq  xüsusi  mənbə  hesabına  yaradılır.  Bu  prinsiplə 
dövriyyə vəsaitlərinin bilavasitə hesab metodu ilə normalaşdırılır. 
 
Minimum  prinsipdən  istifadə  edilərkən  planlaşdırılan  ilin  axırına  dövriyyə 
vəsaitlərinin  ümumi  qoyuluşunun  yalnız  bir  hissəsi  xüsusi  mənbə  hesabına 
ödənilir. Planlaşdırılan ilin axırına qoyuluşun qalan hissəsi borc, cəlb olunan və s. 
mənbələr hesabına ödənilir. 
KitabYurdu.az 
125
 


 
 
 
Xüsusi  dövriyyə  vəsaitlərinin  normativi  minimum  prinsiplə  hesablanarkən 
analitik metod tətbiq edilir. 
 
Ümumiyyətlə  bilavasitə  hesab  metodundan  əsasən  çətin  şəraitli 
təsərrüfatlarda istifadə olunur.  
 
Kənd təsərrüfatı müəssisələrində qeyd olunan müxtəlif metod və prinsiplərə 
uyğun  olaraq  konkret  xüsusi  dövriyyə  vəsaitlərinin  normativinin  hesablanmasına 
baxaq. 
 
Birinci  qrupda  maksimum  prinsip  üzrə  bilavasitə  hesab  metodu  ilə 
normativin hesablanması. 
 
Toxum və əkmə materialları, cavan və kökəlməkdə olan heyvanlar, bitkiçilik 
və heyvandarlıqda bitməmiş istehsal, gələcək dövrə xərclər üzrə normativ bu qrupa 
aiddir.  Bu  növ  üzrə  normativin  hesablanması  üçün  aşağıdakı  formuladan  istifadə 
edilir: 
N = Pq ∙ Pmd 
 
N – planlaşdırılan ilin axırına xüsusi dövriyyə vəsaitinin normativi; 
 
Pq – uyğun növ dövriyyə vəsaitlərinin gələn ilə keçirilən plan qalıcı (toxum, 
cavan və kökəlməkdə olan heyvanlar və s.); 
 
Pmd – hər vahidin (iş, diri çəki və s.) və ya satınalma qiymətinin plan maya 
dəyəri. 
 
Toxum  və  əkmə  materialları  üzrə  xüsusi  dövriyyə  vəsaitlərinin  normativi 
təsərrüfatda  sığorta  ehtiyatlarını  da  daxil  etməklə  toxuma  tələbatı  tam  əks 
etdirməlidir.  Hansı  bölgədə  payızlıq  əkinlər  məhsul  yığımına  qədər  yerinə 
yetirildikdə onda normativə payızlıq səpin üçün toxum ehtiyatı da daxil edilir. 
 
Normativ  hesablanarkən  əvvəlcə  hər  sort  üzrə  1ha  toxum  və  əkmə 
materialının  norması  müəyyən  edilir.  Bu  zaman  təsərrüfatda  qəbul  edilmiş  səpin 
norması,  1sen.  toxumun  saxlanma  yerinə  gətirilməsi,  işlənməsi  və  saxlanması 
xərcləri  də  daxil  edilməklə  plan  maya  dəyəri  əsas  götürülür.  Sonra  sığorta 
fondunun yaradılması üçün (10-15%) toxumun dəyəri də daxil edilməklə hər bitki 
üzrə  müəyyən  edilmiş  norma  əkin  sahəsinə  bürünür.  Toxum  satın  alındıqda 
normativə onun satın alma qiyməti üzrə dəyəri, təsərrüfata gətirilməsi, işlənməsi və 
saxlanması xərcləri də əlavə edilir. 
 
Bitkiçiliyin bitməmiş istehsalı üzrə normativi gələn ilin məhsullarına çəkilən 
xərclərin plan məbləğini əks etdirir. Əvvəlcə hər növ bitməmiş istehsalda material 
qiymətlilərin, əmək haqqının və digər pul xərclərinin məsrəfi normasına görə 1ha 
məsrəfin plan məbləği müəyyən edilir. Xüsusi istehsalın material qiymətliləri plan 
maya dəyəri ilə, satın alınanlar isə gətirilmə, saxlanma və s. xərcləri daxil etməklə 
satın alma qiyməti ilə hesablamaya daxil edilir. Normativi hesablamaq üçün plan 
üzrə işin həcmi 1ha məsrəfin dəyərinə vurulur. 
 
Heyvandarlıqda bitməmiş istehsal üzrə normativ də bitməmiş istehsalda ilin 
axırına qalan məsrəfin tam plan dəyərinə görə müəyyən edilir. Normativə daxildir: 
arıları qışda yemləmək üçün ehtiyat bal və şəkərin dəyəri; göllər və su tutarlar üzrə 
xərclər;  planlaşdırılan  ilin  axırına  inkubasiyaya  qoyulan  yumurtaların  dəyəri. 
Məsrəflər  plan  maya  dəyəri  ilə,  satın  alınan  material  qiymətliləri  isə  satın  alma 
qiymətləri ilə qəbul edilir. 
KitabYurdu.az 
126
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə