Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

 
 
 Dövriyyə  vəsaitlərinin  təşkili  və  onların  tam  dövriyyəsi  kənd  təsərrüfatı 
istehsalı sahəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.  
Bitkiçilikdə  dövriyyə  vəsaitlərinin  qoyuluşu  eyni  vaxtda  həyata  keçirilmir 
(izah etməli). 
Heyvandarlıqda  bitkiçiliyə  nisbətən  qoyuluş  bərabər  olması  ilə  seçilir. 
(Südlük istiqamətli heyvandarlıqda, quşçuluqda).  
 
 
2. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu 
 
 
Dövriyyə  vəsaitləri  təkrar  istehsal  prosesində  istehsal  sferasını  və  tədavül 
sferasını avanslaşdıran vəsaitlərə bölünürlər.  
 
İstehsal sferasında vəsaitlər aşağıdakı qruplara bölünür: 
 
1)  İstehsalat  ehtiyatları  –  toxum  və  əkmə  materialları,  yem  və  döşəmə 
materialları,  neft  məhsulları,  ehtiyat  hissələri,  mineral  kübrələr,  biopreparatlar  və 
zəhərli maddələr, tara, yardımçı müəssisələr üçün xammal, yanacaq, az qiymətli və 
tez xarab olan əşyalar, tikinti materialları (təmir üçün); 
 
2)  Cavan  və  kökəlməkdə  olan  heyvanlar  –  bütün  növ  cavan  heyvanlar, 
kökəlməkdə  olan  yaşlı  heyvanlar,  əsas  sürüdən  çıxdaş  edilərək  kökəldilməyə 
qoyulmuş mal-qara; 
 
3) Bitməmiş istehsalat – bitkiçilikdə, heyvandarlıqda, sənayedə, köməkçi və 
sair istehsalatda bitməmiş istehsala məsrəflər. 
 
Tədavül sferasındakı vəsaitlərə aşağıdakı qruplar aiddir: 
 
1)  Əmtəəlik  məhsullar  –  satış  və  əmək  ödənişi  üçün  ayrılan  bitkiçilik, 
heyvandarlıq və sair sahənin məhsulları; 
 
2) Hesablaşmadakı vəsaitlər – tədarük təşkilatlarının, sair alıcıların və ayrı-
ayrı şəxslərin borcları, əsas fəaliyyət üzrə sair növ debitor borcları; 
 
3)  Pul  vəsaitləri  –  kassadakı,  hesablaşma  hesabındakı  vəsaitlər,  əsas 
fəaliyyət üzrə akkreditivlər və limitləşdirilmiş çeklər, sair növ pul vəsaitləri. 
 
Uçotu və maliyyə işlərini sadələşdirmək məqsədilə dövriyyə vəsaitlərinə bir 
neçə  növ  əsas  fondlar  aid  edilir.  Hansı  ki,  onların  dövriyyə  xüsusiyyəti  istehsal 
dövriyyə  fondlarına  yaxındır.  Belə  əsas  fondlara  aiddir:  yaşlı  quşlar,  vəhşi 
heyvanlar, dovşanlar, arı ailələri, təcrübə üçün istifadə edilən heyvanlar. 
 
Kənd  təsərrüfatı  müəssisələrində  əsas  yeri  istehsal  dövriyyə  fondları  təşkil 
edir.  Əgər  müəssisədə  iri  həcmli  əmtəə  fondlarının  qoyuluşu  və  xeyli  pul 
ehtiyatları  tələb  olunmursa,  onda  həmin  müəssisədə  tədavül  fondlarının  xüsusi 
çəkisi çox olmur. 
 
Dövriyyə  vəsaitlərinin  quruluşu  istehsal  təyinatından  və  ixtisaslaşmadan 
asılı olaraq dəyişir. Təsərrüfat pambıqçılıq təyinatlı olduqda dövriyyə vəsaitlərinin 
tərkibində  çiyid,  mineral  kübrələr,  zəhərli  maddələr,  neft  məhsulları,  əmtəəlik 
məhsullar  çoxluq  təşkil  edir.  Heyvandarlıq  təyinatlı  təsərrüfatlarda  isə  cavan  və 
kökəldilməkdə olan heyvanlar, yem, heyvanların saxlanmasına məsrəflər dövriyyə 
vəsaitlərinin tərkibində çoxluq təşkil edir. 
KitabYurdu.az 
123
 


 
 
 
Müəssisənin digər aqrar sənaye kompleksi müəssisələri ilə qarşılıqlı iqtisadi 
əlaqəsi və maliyyə intizamının vəziyyəti də dövriyyə vəsaitlərinin quruluşuna təsir 
edir. 
 
Dövriyyə  vəsaitlərinin  quruluşu  il  ərzində  kəskin  dəyişir.  (İzah  etmək. 
Qışda, yaz-yay dövründə və payızda)... Beləliklə, dövriyyə vəsaitləri bir formadan 
digər formaya keçir, tam dövriyyəni fasiləsiz tamamlayır.  
 
 
3. Dövriyyə vəsaitlərinin yaranma mənbələri 
 
 
Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb 
olunmuşlara bölünür. 
 
Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan 
əlavə onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha 
doğrusu  möhkəm  passivlər  hesabına  da  yaradılır.  Xüsusi  dövriyyə  vəsaitlərinin 
mənbəyi balansın passiv tərəfində birinci bölmədə əks olunur.  
 
Xüsusi  dövriyyə  vəsaitlərinin  mənbəyinə  –  dövriyyə  vəsaitlərinin 
artırılmasına yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə 
vəsaitlərini artıran digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan 
material  qiymətlilərin  dəyəri,  iqtisadi  həvəsləndirmə  və  xüsusi  təyinatlı  fondların 
vəsaitləri,  dövriyyə  vəsaitlərinin  tamamlanmasına  yönəldilən  məqsədli  
maliyyələşmələr və s. aiddir. 
 
Möhkəm  passivlərə  təsərrüfatın  dövriyyəsində  fəaliyyətdə  olan  aşağıdakı 
vəsaitlər aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə 
minimum  borclar,  qarşıdakı  xərclərə  və  ödəmələrə  ehtiyatlar,  təsərrüfat  üsulu  ilə 
yerinə  yetirilən  əsaslı  təmir  üçün  material  ehtiyatlarının  yaradılmasına  ayırmalar, 
dövriyyə  vəsaitlərinin  tamamlanması  üçün  müvəqqəti  istifadə  edilən  vəsait, 
müvəqqəti sərbəst olan iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri.  
 
Borc  dövriyyə  vəsaitinə  –  əsasən  kreditlər,  cəlb  olunan  –  resurslara  isə 
malgöndərənlərə borc və s. kreditorlar, maliyyə orqanlarına borc və s. aiddir. 
 
 
4. Dövriyyə vəsaitlərinin normalaşdırılması 
 
 
Müəssisələrin  gələcək  fəaliyyəti  onların  dövriyyə  vəsaiti  ilə  təminatından 
asılıdır.  Dövriyyə  vəsaitlərinin  çatışmazlığı  təkrar  istehsalın  gedişinə  mane  olur. 
Normadan artıqlığı isə dövriyyə sürətinin azalmasını, rentabelliyin aşağı düşməsini 
şərtləndirir. 
 
Bazar  təsərrüfatı  gerçəkliklərində  dövriyyə  vəsaitləri  hər  bir  element  üzrə 
«normalaşdırılmalıdır»  və  dövriyyə  vəsaitlərinin  effektiv  idarə  edilməsi  belə  bir 
yanaşmanı tələb edir. 
 
Kənd  təsərrüfat  müəssisələrində  dövriyyə  vəsaitləri  normalaşdırılır,  daha 
doğrusu  ayrı-ayrı  növ  material  qiymətliləri  və  məsrəflər  üzrə  xüsusi  norma  və 
normativlər müəyyən edilir. 
KitabYurdu.az 
124
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə