Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

 
 
əhatə edir:   
 
I mərhələ - sikkənin silinməsi;   
 
 
 
 
 
 
II mərhələ - dövlət tərəfindən sikkənin şüurlu korlanması, 
sikkənin metal məzmununun aşağı salınması; 
 
 
 
 
 
 
 
III  mərhələ  -  dövlət  tərəfindən  kağız  pulların  məcburi 
kurslarının təyin edilməsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
Kağız pulların istehsalı dövlət tərəfindən həyata keçirilir. 
Onun istehsalının müəyyən həddi vardır. Bu pulların mahiyyəti ondan ibarətdir ki, 
onlar  dövlət  tərəfindən  özünün  büdcə  kəsirinin  bağlanması  üçün  buraxılan  pul 
nişanlarıdır.  Kağız  pulların  emitenti  dövlət  orqanı  olan  xəzinədarlıqdır.  Qeyri-
sabitlik  kağız  pulların  təbiətinə  xas  olan  bir  əlamətdir.  Bu  pullar  dəfinə 
funksiyasını yerinə yetirməyə qadir deyillər. Elə buna görə də bu pullar daim pul 
dövriyyəsinin kanallarında ilişib qalır və onu doldurur və artaraq qiymətdən düşür 
ki,  son  nəticədə  inflyasiyanın  yaranmasına  səbəb  olur.  Hazırda  bu  proseslərin 
qarşısının  alınması  hər  bir  dövlət  tərəfindən  mərkəzi  banklara  həvalə  edilmişdir. 
Mərkəzi  bank  pul  emissiyasının  həddini  müəyyən  edir  və  onun  tədavülə 
buraxılmasını öz üzərinə götürür. Beləliklə, mərkəzi bank pul emissiyasını həyata 
keçirir. 
 
 
 
 
 
 
 
 
 
Əmtəə 
mübadiləsinin genişlənməsi ilə əlaqədar kommersiya və bank kreditlərinə gündən-
günə artan tələbat kredit pulların meydana gəlməsinə şərait yaratmış oldu. Kredit 
pullar  öz  inkişafında  sonrakı  mərhələlərdən  keçmiş  oldu:  veksel,  banknot,  çek, 
elektron pullar və onların son növlərindən olan kredit kartları.   
 
 
 
 
 
Veksel  –  qanunla  müəyyən  olunmuş  qaydada  tərtib 
edilmiş, üzərində göstərilən müddətdə və yerdə ödəniləcək məbləğ göstərilən borc 
öhdəliyidir. Vekselin əsas xüsusiyyətləri: 
 
 
 
 
 

mücərrədlik;  
 
 
 
 
 
 
 
 
 

yəqinlik; 
 
 
 
 
 
 
 
 
 
 
 
- tədavül qabiliyyətidir. (ötürücü veksellərə aiddir)  
 
 
Vekselin müxtəlif növləri mövcuddur. Bunlar əsasən sadə veksellər, ötürücü 
veksellər, xəzinə vekselləri, dostluq vekselləridir.   
Sadə 
veksellər 
– 
borclunun müəyyən məbləği göstərilən müddətdə ödəməsi haqda yazdığı və imza 
etdiyi borc sənədidir. 
 
 
 
 
Ötürücü  veksellər  –  (tratta) 
əsasən xarici ticarət əlaqələrində istifadə olunan veksellərdir.   
 
 
 
 
 
 
 
Xəzinə  veksellərindən  söhbət  gedərkən 
burada borclu tərəf kimi dövlət iştirak edir.   
 
 
 
 
 
 
 
 
 
Dostluq veksellərini ayrı-ayrı şəxslər bir-birlərinə
onları sonradan banka uçota təqdim etmək şərtilə yazırlar. 
 
 
 
 
 
 
Banknot  kredit  pulların  inkişafının  növbəti  mərhələsi 
hesab  olunur.  Banknot  tədavülü  də  əsasən  veksel  tədavülünün  əsasında  meydana 
gəlmişdir.    
 
 
 
 
 
 
 
 
 
Banknot  –  bankın  borc  öhdəliyidir.  Banknotun  vekseldən  iki  başlıca  fərqi 
aşağıdakılardır: 
-  əvvəla,  müddətinə  görə,  belə  ki,  veksel  müddətli  borc  öhdəliyi  olduğu 
halda, banknot müddətsiz borc öhdəliyidir.ju 
- ikincisi, təminatına görə, belə ki, veksel tədavülə ayrı-ayrı hüquqi və fiziki 
şəxslər  tərəfindən  buraxılıb,  individual  zəmanətə  malik  olduğu  halda,  banknotlar 
KitabYurdu.az 
134
 


 
 
tədavülə  ölkənin    mərkəzi  bankı  tərəfindən  buraxılıb  dövlət  zəmanətinə  malik 
olurlar. 
 
 
 
 
 
 
Banknotlar  –  (bank  biletləri) 
pul  nişanı  növü  olub,  mərkəzi  bank  tərəfindən  tədavülə  buraxılan  qanuni  ödəmə 
vasitəsidir.   
 
 
Azərbaycanda  250,  500,  1000,  10000,  50000 
manatlıq  banknotlar  tədavül  edir.  “Azərbaycan  Respublikasında  pul  nişanlarının 
nominal  dəyərinin  və  qiymətlər  miqyasının  dəyişdirilməsi”  (denominasiyası) 
haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  7  fevral  2005-ci  il  fərmanına 
əsasən  ölkəmizdə  2006-cı  il  yanvar  ayının  1-dən  etibarən  yeni  pul  nişanları 
dövriyyəyə  buraxılmışdır.  Denominasiya  tədbirlərinin  həyata  keçirilməsi 
əskinaslarla  bərabər  tədavülə  sikkələrin  də  buraxılmasını  zəruri  etdi. 
Denominasiyadan sonra 2006-cı ildən tədavülə 6 nominalda əskinas (1, 5, 10, 20, 
50 və 100 manat), 6 nominalda sikkə (1, 3, 5, 10, 20, 50 qəpik) buraxılmışdır. Bu 
proseslər,  yəni  manatın  yeni  nominal  strukturu  nəğd  ödəmələri  maksimum 
sadələşdirmiş oldu. 
 
 
Çek  –  hesab  sahibinin  kredit  təşkilatına, 
çeksaxlayana  üzərində  göstərilən  məbləği  ödəməsi  barədə  verdiyi  əmri  özündə 
tərənnüm edən, müəyyən olunmuş formada pul sənədidir. Başqa sözlə desək, çek 
faktiki  olaraq  ötürücü  vekselin,  hesab  sahibinin  kommersiya  bankına  yazdığı  bir 
növü kimi ortaya çıxır.   
 
 
 
 
 
 
 
 
Çek qısamüddətli pul sənədi kimi qanuni hüquqa malik ödəmə vasitəsi hesab 
olunmur və pul emissiyasından fərqli olaraq, çeklərin tədavülə buraxılışı qanunla 
tənzimlənmir.  O,  bütövlükdə  kommersiya  tədavülünün  tələblərinə  uyğun 
müəyyənləşir. 
 
 
 
 
 
Çeklərin 
aşağıdakı 
növləri 
vardır: 
 
 
 
 
 
 
Adlı çeklər – bu çekin üzərində 
ad  yazılır  və  bu  çek  digər  şəxslərə  verilə  bilməz.  Adsız  çeklərin  isə  əksinə 
üzərlərində ad göstərilmir. 
 
Orderli  çeklər  –  müəyyən  bir  şəxsin 
xeyrinə  və  yaxud  onun  əmrinə  əsasən  yazılır  və  çek  sahibi  çeki  veksel 
indossomentinə oxşar yolla başqa birinə verə bilər.  
 
 
 
 
 
 
 
Hesablaşma  çeki  –  nəğdsiz  hesablaşma  sferasında 
fəaliyyət göstərən çeklərdir. 
 
 
 
 
 
 
 
 
 
 
Aksept olunmuş çeklər üzrə bank müştəriləri cari hesablarında 
olan  depozit  hüdudunda  çekləri  akseptləşdirə  bilər.  Yəni  bu  çeklərin  üzərlərində 
göstərilən  məbləğ  bank  tərəfindən  onun  depozitində  bu  məbləğ  olmasa  belə, 
müştəriyə ödənilən çeklərdir.   
 
 
 
Müasir  bank  sisteminin 
ən  böyük  nailiyyəti  EHM-in  tətbiqi  ilə  çeklərin  elektron  kredit  kartları  ilə  əvəz 
olunması olmuşdur. Bu kartlar nəinki hesablaşmalarda nəğd pulları və çekləri əvəz 
etdi, həmçinin sahibinə bankdan qısamüddətli ssuda almaq hüququ da vermiş oldu.
 
 
Elektron  pullar  real  pulların  modelləşmiş  formasıdır.  Emissiya 
təşkilatları  –  emitent  onların  müxtəlif  sistemlərdə  müxtəlif  cür  adlandırılan, 
elektron  analoqlarını  buraxırlar.  Sonra  bu  pullar  istifadəçilər  tərəfindən  alınır  və 
onlar  bu  pulların  köməyilə  alış-veriş  etmiş  olurlar.  Bu  zaman  satıcı  emitentlə 
hesablaşmalar apararaq öz borcunu geri alır.  
 
 
 
 
 
 
 
 
 
Beləliklə,  satıcının  hesabında  pul  artır,  alıcının 
hesabında isə  azalmış  olur.  Emissiya  zamanı hər bir  pul  vahidi  elektron  möhürlə 
təsdiqlənir  ki,  bu  da  ödəmə  zamanı  onu  buraxan  struktur  tərəfindən  yoxlanılır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
135
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə