Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

 
 
 
Müəssisənin  maliyyəsinin  bölüşdürücü  funksiyası  vasitəsilə  ictimai 
məhsulun,  ümumi  gəlirin,  müəssisənin  sərəncamında  qalan  mənfəətin  bölgüsü, 
məqsədli  pul  fondlarının,  əsas  və  dövriyyə  vəsaitlərinin,  amortizasiya  fondunun 
yaradılması və istifadəsi həyata keçirilir. 
 
Müəssisənin maliyyəsinin nəzarət funksiyası gəlirlərin formalaşdırılmasına, 
müəssisələrin  məsrəflərinə,  pul  fondlarının  səmərəli  istifadə  edilməsinə,  büdcəyə 
vergilərin  ödənilməsinə,  büdcədənkənar  sosial  fondlara  ayırmalara  nəzarət 
edilməsində  təzahür edir.  Maliyyə  nəzarəti pul  fondlarının  məqsədli  təyinatı üzrə 
istifadəsi prosesində həyata keçirilir.   
 
 
2. Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsinin təşkili 
prinsipləri 
 
 
Kommersiya  müəssisələrinin  maliyyəsinin  təşkili  onların  təsərrüfat 
fəaliyyətinin təşkili xüsusiyyətlərinin əsaslanır. 
 
Kommersiya  müəssisələrində  (təşkilatlarında)  xüsusi  maliyyə  resurslarının 
ilkin  formalaşması  müəssisənin  təsis  edilməsi  anında  –  yəni,  nizamnamə  fondu 
yarandığı  vaxt  baş  verir.Təsərrüfat  subyektinin  təşkilati-hüquqi  formasından  asılı 
olaraq, nizamnamə kapitalın əmələ gəlmə mənbəyi aşağıdakılar ola bilər: səhmdar 
kapital  (səhmdar  təşkilatlarında);uzunmüddətli  kredit,  büdcə  vəsaitləri  və  digər 
mənbələr.  Fəaliyyətdə  olan  müəssisələrdə  maliyyə  resurslarının  əsas  mənbəyi 
məhsul (iş və xidmət) satışından daxilolmalar təşkil edir ki, onun da hesabına gəlir 
və mənfəət, habelə amortizasiya, ehtiyat və digər pul fondları yaradılır.  
 
Kommersiya 
müəssisələrinin 
(təşkilatlarının) 
maliyyəsinin 
təşkili 
prinsiplərinə  aşağıdakılar  daxildir:  özxərciniödəmə,  özünümaliyyələşdirmə, 
müəssisənin  maliyyə  müstəqilliyi,  dövlət,  malgöndərən,  banklar,  işçi  kollektivi 
qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə maraqlılıq və iqtisadi məsuliyyət; 
maliyyə planlaşdırılması ilə kommersiya hesabının uyğunlaşdırılması. 
 
Özxərciniödəmə – maliyyə-təsərrüfat fəaliyyətinin elə bir prinsipidir ki, bu 
zaman müəssisənin xərcləri tamamilə öz gəlirləri hesabına ödənilir. 
 
 Özxərciniödəmə  –  təsərrüfat  (kommersiya)  hesabının  başlıca  prinsipi  və 
əsas  şərtidir  ki,  bu  zaman  məhsulun  (əmtəə,  iş  və  xidmət)  istehsalı  və  satışı  ilə 
əlaqədar  cari  xərcləri    tam  ödəməyi  və  mənfəət  götürməyi  nəzərdə  tutur. 
Özxərciniödəmə  prinsipi  müəssisəyə  zəruri  olan  material,  əmək  və  pul  resursları 
vermək və onun rentabelli işini təmin etmək qabiliyyətindən ibarətdir. 
 
Özünümaliyyələşdirmə  –  təsərrüfatın  bazar  metodları  ilə  aparılmasına 
aiddir  ki,  bu  zaman  xüsusi  maliyyə  mənbələri  təsərrüfat  fəaliyyətini 
maliyyələşdirmək üçün kifayət edir. 
 
Özünümaliyyələşdirmə –  müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini həyata 
keçirməyin  elə  prinsipidir  ki,  bu  zaman  nəinki  cari  xərclər,  həm  də  kapital 
qoyuluşu  və  habelə  müəssisənin  sosial-iqtisadi  inkişafının  maliyyələşdirilməsi  və 
gələcək  dövrün  xərcləri  xüsusi  maliyyələşdirmə  mənbələri  ilə  təmin  edilir. 
Kommersiya  müəssisələrinin  mənfəəti,  amortizasiya  və  digər  pul  vəsaiti  fondları 
onun  iqtisadi  və  sosial  inkişafının  maliyyələşdirilməsinin  başlıca  mənbəyi  olur. 
KitabYurdu.az 
101
 


 
 
Bankların və digər kredit təşkilatlarının kreditləri müəssisələrinin xüsusi mənbələri 
hesabına ödənilir. 
 
Özünümaliyyələşdirmə  müəssisənin  tam  maliyyə  müstəqilliyi  ilə  qırılmaz 
surətdə  əlaqədardır.  Maliyyə  müstəqilliyində  müəssisə  öz  maliyyə,  material  və 
əmək  resurslarına  sərbəst  sərəncam  vermək,  iqtisadi  maraqlarda  çıxış  edərək 
dövriyyəyə borc və cəlb edilmiş vəsaitləri axtarıb tapmaq və istifadə etmək hüququ 
vardır. 
 
Müəssisədə  kommersiya  fəaliyəti  nəticələrinə  maddi  maraq  prinsipi 
müəssisənin  və  onun  kollektivinin  fəaliyyəti  qazanılmış  müsbət  nəticələrinə  görə 
maddi  mükafatlandırma  mənbəyi  kimi  mənfəət  əldə  edilməsində  təzahür  edir. 
Dövlətin  və  müəssisə  işçilərinin  maraqları  müəssisənin  rentabelli  fəaliyyəti  ilə 
təmin edilə bilər. 
  
Müəssisənin iqtisadi məsuliyyəti büdcə, məqsədli fondlar, digər müəssisələr 
və  banklar  qarşısında  öhdəliklərin  yerinə  yetirilməsinə  görə  qanunvericilik 
qaydalarında  müəyyən  edilmiş  maliyyə  sanksiyası  sistemi  vasitəsilə  təmin  edilir. 
Vergi  qanunvericiliyi  pozan  vergi  ödəyiciləri  üçün  xüsusi  məsuliyyət  forması 
nəzərdə tutulur. Müəssisə öhdəliyinə öz əmlakı ilə məsuliyyət daşıyır. 
 
Müəssisənin iqtisadi məsuliyyəti sahibkarlıq riskinin sığortalanması sistemi 
ilə  və  müəssisənin  maliyyə  resurslarında  sığorta  şirkətlərindən  daxil  olan  sığorta 
ödəmələrinin rolunun artması ilə güclənir. 
Kommersiya  müəssisələrinin  maliyyəsinin  mühüm  prinsiplərindən  biri  də 
maliyyə planlaşdırılması ilə kommersiya hesabının uzlaşdırılmasıdır. 
İnvestisiya  fəaliyyətində  heç  bir  firma  maliyyələşdirməyə  və  son  maliyyə 
nəticəsi  ilə  əsaslandırılmış  layihə  (plan)  işləyib  hazırlamadan  işə  başlaya  bilməz. 
Firmadaxili  planlaşdırma  əsasında  müqavilələr  bağlanır,  müsabiqə  əsasında 
sifarişlər  yerləşdirilir.  Planların  işlənib-hazırlanması  (xaricdə  onları  layihə 
adlandırırlar)  istehlakçıların  tələbatının  dərindən  öyrənilməsinə,  rəqiblərinin 
təcrübəsinin  öyrənilməsinə,  müəssisənin  maliyyə  imkanlarının  təhlilinə  əsaslanır. 
Yaxşı hazırlanmış plan kommersiya hesabının müsbət nəticələrinə xidmət edir. 
 
 
 
 
3. Kommersiya müəssisələrinin gəlir və xərcləri 
 
Kommersiya  təşkilatlarının  pul  gəlirləri  məhsul  (iş  və  xidmət)  satışından, 
digər  əmlakların  satışından  (əsas  fondların,  inventarların,  qeyri-material 
aktivlərinin  və  s.)  daxilolmalardan;  satışdankənar  gəlirlərdən,  icarə  haqqından 
əmələ gəlir. 
 
Pul  gəlirlərinin  başlıca  mənbəyi  məhsul  (iş  və  xidmət)  satışından 
daxilolmalardan  ibarətdir.  Onun  həcmi  məhsul  satışının  həcmi  və  qiyməti  ilə 
müəyyən edilir. Öz növbəsində məhsul (iş və xidmət) satışının həcmi isə bazarın 
tələbindən, bazarda tələb və təklifdən asılıdır.  
 
Mövcud  qaydaya  əsasən  gəlir  dedikdə,  aktivlərin  (pul  vəsaiti,  digər 
əmlakların) daxil olması nəticəsində və (və ya) bu təşkilatın kapitalının artmasına 
KitabYurdu.az 
102
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə