Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

 
 
dövr  üçün  müqavilə  bağlanarkən  Qanunla  müəyyənləşdirilmiş  sığorta  haqqı  10 
faiz, iki və daha artıq hadisə baş verdikdə isə 20 faiz artırılır. 
 
Sığorta  olunan  bir  il  müddətində  nəqliyyat  vasitəsini  qəzasız  idarə  etdikdə 
yeni  dövr  üçün  müqavilə  bağlanarkən  Qanunla  müəyyənləşdirilmiş  sığorta  haqqı 
10 faiz, iki və daha artıq il qəzasız idarə edildikdə isə 20 faiz azaldılır. 
 
 Hüquqi  şəxslər  tərəfindən  ödənilən  sığorta  haqları  onların  istehsalat 
xərclərinə aid edilir. 
 
Sığorta ödənişinin verilməsi qaydası  
 
1.  Sığorta  ödənişi  vəsadət  edənin  ərizəsi  və  müvafiq  daxili  işlər  orqanının 
hadisənin  baş  verməsi  haqqında  arayışı  əsasında  verilir.  Ərizəyə  aşağıdakılar  aid 
edilməlidir: 
 
- səhhətə vurulan zərərlə əlaqədar – müvafiq tibb sənədləri, ölüm halında isə 
ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti və vərəsəlik 
hüququnu təsdiq edən sənəd; 
 
-  əmlaka  vurulan  zərərin  həcmi  (məhv  olunmuş  əmlakın  dəyəri)  və  zərərlə 
əlaqədar birbaşa xərclər barədə sənədlər. 
 
2.  Sığorta  ödənişinin  miqdarı  tələb  olunan  sənədlərin  və  ekspert  rəyinin 
əsasında  vəsadət  edənlə  birlikdə  sığortaçı  tərəfindən  müəyyən  edilir.  Sığortaçı 
sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 7 gün ərzində sığorta 
ödənişini verməli, yaxud yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina 
etməlidir. Əks halda sığorta olunana cərimə ödəyir. 
 
Sığorta  hadisəsi  haqqında  məlumatın  verilməsi  -Yol-nəqliyyat  hadisəsi 
baş verdikdə onun iştirakçıları (bu, mümkün olmadıqda polis əməkdaşları) 3 (üç) iş 
günü müddətində müvafiq sığortaçıya xəbər verməlidirlər. 
 
Sığortaçı zədələnmiş əmlaka baxmaq üçün məlumat aldıqdan sonra 24 saat 
ərzində öz nümayəndəsini göndərir.  
 
Zərər vuran nəqliyyat vasitəsinin sığortaçısına dərhal xəbər vermək mümkün 
olmadıqda  hadisənin  iştirakçıları  yaxınlıqdakı  dövlət  sığorta  orqanına  xəbər 
verirlər.  Bu  halda  dövlət  sığorta  orqanı  təcili  olaraq  müvafiq  sığortaçıya  hadisə 
haqqında  məlumat  verir  və  zərər  çəkənə  həmin  sığortaçının  adını  və  ünvanını 
bildirir. 
 
Sığorta haqları məbləğinin bölüşdürülməsi – Sığorta olunanlar tərəfindən 
ödənilən  sığorta  haqlarının  məbləği    müvafiq  surətdə  təkrar  sığortaya  verilən 
sığorta haqlarının məbləği çıxmaqla aşağıdakı qaydada bölüşdürülür. 
 
sığorta ödənişi fonduna    
      70 faiz 
 
ehtiyat fonduna 
           10 faiz  
 
yol-nəqliyyat hadisələri qarşısının alınması tədbirlərinə  
5 faiz 
 
işin aparılması xərclərinə        10 faiz 
 
mərkəzi sığorta ehtiyatına  
 
5 faiz 
 
Sığortaçılar  yol-nəqliyyat  hadisələri  qarşısının  alınması  tədbirlərinə 
ayırdıqları vəsaiti müvafiq daxili işlər orqanının hesabına köçürürlər. 
 
Risklərin  bölüşdürülməsi  –  Maliyyə  sabitliyini  təmin  etmək  məqsədilə 
sığortaçılar  nəqliyyat  vasitələri  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortası 
üzrə riskləri və sığorta haqlarını təkrar sığorta yolu ilə bölüşdürməlidirlər. 
KitabYurdu.az 
97
 


 
 
 
Təkrar  sığortaya  verilən  risklər  onların  Azərbaycan  Respublikasının 
sığortaçılarında  50  faizindən  az  olmamaqla,  o  cümlədən  müvafiq  dövlət  sığorta 
orqanında 25 faizindən az olmamaqla sığortalanmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
98
 


 
 
Mövzu 7. Müəssisələrin pul yığımlarının yaranması və istifadəsi. 
 
P l a n 
 
1. Müəssisələrin (təşkilatların) maliyyəsinin mahiyyəti və funksiyaları 
2. Kommersiya müəssisələrinin (təşkilatlarının) maliyyəsinin təşkili prinsipləri 
3. Kommersiya müəssisələrinin gəlir və xərcləri 
4. Kommersiya təşkilatlarının mənfəət və rentabelliyi  
5. Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərin və sosial-məişət ehtiyaclarına 
xərclərin maliyyələşdirilməsi 
6. Kənd təsərrüfatı müəssisələrinin fondları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
99
 


 
 
1. Müəssisələrin (təşkilatların) maliyyəsinin mahiyyəti və funksiyaları 
 
 
Müəssisənin  (təşkilatın)  maliyyəsi  ümumilikdə  maliyyə  sisteminin  əsas 
həlqəsidir. 
 
İctimai  istehsal  sferasına  xidmət  etmə  xüsusiyyətinə  görə  maddi  istehsal 
sahələrinin  müəssisələrinin  maliyyəsi  və  qeyri-istehsal  sahələri  təşkilatlarının 
maliyyəsi  bir-birindən  fərqlənir.  Mülkiyyət  formasından  asılı  olaraq  müəssisənin 
maliyyəsi  dövlət  müəssisələrinin  maliyyəsi  və  qeyri-dövlət  müəssisələrinin 
(xüsusi, kooperativ, birgə müəssisələr) maliyyəsinə bölünür. 
 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əsasən  təşkilati-hüquqi 
əlamətlərinə  görə  müəssisə  və  təşkilatlar  kommersiya  və  qeyri-kommersiya 
təşkilatlarına ayrılır. 
 
Müəssisələrin  maliyyəsi  ümumdövlət  məqsədlərinə  və  müəssisələrin  öz 
xərclərinin  maliyyələşdirilməsi,  pul  fondlarının  və  yığımlarının  formalaşması, 
bölüşdürülməsi  və  istifadəsi  ilə  əlaqədar  meydana  çıxan  iqtisadi  münasibətlər 
sisteminin məcmusunu ifadə edir. 
 
Maliyyənin  əsas  əlamətlərindən  biri  onların  pul  formasında  ifadəsi  və 
maliyyə münasibətlərinin pul vəsaitinin real hərəkəti vasitəsilə əks olunmasıdır. 
 
Müəssisənin  maliyyəsi  –  iqtisadi  bazisin  tərkibinə  daxil  olan  iqtisadi 
kateqoriyadır. İctimai istehsalda onlar bölgü iqtisadi münasibətlərini ifadə edirlər. 
 
Maddi  istehsal  sferası  müəssisələrinin  maliyyəsi  aşağıdakı  pul 
münasibətlərini özündə əks etdirir: 
 
-  müəssisə  və  təşkilatlar  arasında  göndərilmiş  məhsulların,  xammalın, 
materialların,  yerinə  yetirilmiş  işlərin,  göstərilən  xidmətlərin  və  s.  dəyərinin 
ödənilməsi, qiymətli kağızların alqı-satqısı zamanı yaranan münasibətlər; 
 
- müəssisə və təşkilatlarla onun işçi kollektivi arasında əmək haqqı, mükafat, 
müavinət və s. ödənildikdə; 
 
-  müəssisə  və  təşkilatlarla  dövlət  arasında  büdcəyə  vergi  ödənildikdə, 
büdcədən təxsisat aldıqda; 
 
-  müəssisə  və  təşkilatlarla  büdcədənkənar  dövlət  fondları  arasında  bu 
fondlara haqlar ödənildikdə; 
 
-  müəssisə  və  təşkilatlarla  banklar  arasında  kredit  aldıqda  və  kredit 
qaytarıldıqda,  faizlər  ödənildikdə,  banklara  müvəqqəti  azad  pul  vəsaitlərini 
depozitə verdikdə; 
 
- müəssisə ilə baş idarə arasında sahədaxili yenidənbölüşdürmə çərçivəsində 
baş verən münasibətlər (təsərrüfatdaxili ayırmalar və kreditin alınması); 
 
-  müəssisə  ilə  sığorta  şirkətləri  arasında  əmlak,  sahibkar  riski  və  s. 
sığortalandıqda; 
 
-  müəssisələr  ilə  tikinti-layihə  təşkilatları  arasında  investisiya  layihələri 
həyata keçirildiyi zaman. 
 
Bütün  bu  münasibətlərdən  aydın  olur  ki,  müəssisələrin  maliyyəsinin 
zəruriliyi  əmtəə-pul  münasibətlərinin  mövcudluğu  və  dəyər  qanununun  fəaliyyəti 
ilə sıx surətdə əlaqədardır. 
 
Maliyyənin  mahiyyəti  onun  funksiyalarında  təzahür  edir.  Müəssisələrin 
maliyyəsi iki funksiyanı – bölüşdürücü və nəzarət funksiyasını yerinə yetirir. 
KitabYurdu.az 
100
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə