Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

 
 
 
Sığorta ödənişi zərərçəkənə verilir. Mülki  məsuliyyət  sığortası  üzrə  sığorta 
məbləği üçüncü şəxslərin iddialarını ödəmək üçün kifayət qədər deyildirsə, ödəniş 
sığorta olunanla razılaşdırılmaqla əmlak sığortası üzrə sığorta məbləğindən verilə 
bilər. 
 
Sığorta hadisəsi baş verdikdə sığorta olunanın aşağıdakı xərcləri də sığorta 
ödənişinə daxildir; 
 
1.  zərəri azaltmaq  məqsədi ilə  binaların, qurğuların,  avadanlığın sökülməsi 
və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 
 
2. zərər vurulan əmlakın qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər. 
 
Yanğının  daha  da  genişlənməsinin  qarşısını  almaq  məqsədilə  görülən 
yanğınsöndürmə tədbirləri nəticəsində əmələ gələn ziyan da sığorta ödənişinə daxil 
edilir. 
 
Üçüncü  şəxsin  sağlamlığına  vurulan  zərərə  görə  sığorta  ödənişi  mülki 
məsuliyyət sığortası üzrə sığorta məbləğindən aşağıdakı faizlərlə verilir: 
 
1. ölüm – 100 faiz; 
 
2. I qrup əlillik – 80 faiz; 
 
3. II qrup əlillik – 60 faiz; 
 
4. III qrup əlillik – 40 faiz; 
 
5. ağır xəsarət – 25 faiz; 
 
6. yüngül xəsarət – 5 faiz. 
 
 
Sığorta  olunanlara  güzəştlərin  verilməsi-Sığorta  müqaviləsinin  qüvvədə 
olduğu  bir  il  müddətində  sığorta  ödənişi  verilməmişdirsə,  sığorta  müqaviləsi 
növbəti  il  üçün  bağlanarkən  sığorta  olunana  qanunauyğun  hesablanmış  sığorta 
haqqı məbləğindən aşağıdakı qaydada güzəşt edilir: 
 
1. 2-ci il üçün 10 faiz; 
 
2. 3-cü və sonrakı illər üçün 15 faiz. 
 
Dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları 
tərəfindən  təsdiq  edilmiş  aşağıdakı  hallarda  sığorta  olunana  sığorta  haqqının 
ödənilməsində güzəşt edilir: 
 
1.  avtomatik  yanğın  xəbərçisi  və  ya  yanğınsöndürmə  qurğusu  olduqda  –  5 
faiz; 
 
2. yanğından mühafizə bölməsi olduqda – 10 faiz. 
 
 Sığorta olunanın ödədiyi sığorta haqları istehsalat xərclərinə aid edilir. 
Sığorta  haqlarının  bölüşdürülməsi-Sığorta  olunanlar  tərəfindən  ödənilən 
sığorta haqları aşağıdakı qaydada bölüşdürülür: 
 
1. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa 
uyğun olaraq yanğının qarşısı alınma tədbirlərini həyata keçirmək üçün yanğından 
mühafizə növlərinə - 5 faiz; 
 
2. işin aparılması üçün sığortaçıya – 15 faiz, o cümlədən sığorta agentlərinə 
verilən komisyon mükafatı – 5 faiz. 
 
Yuxarıda  göstərilən  məbləğlər  çıxıldıqdan  sonra  sığorta  haqlarının  qalan 
məbləğindən  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  sığorta  ehtiyatları 
yaradılır. 
 
KitabYurdu.az 
90
 


 
 
7. Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki 
məsuliyyətinin icbari sığortası. 
 
 
Azərbaycan  Respublikasının  ərazisində  nəqliyyat  vasitələri  sahiblərinin 
üçüncü 
şəxs 
qarşısında 
mülki 
məsuliyyətinin 
sığortası 
Azərbaycan 
Respublikasında    nəqliyyat  vasitəsi  sahiblərinin    mülki  məsuliyyətinin  icbari 
sığortası  haqqında  qanunu  bu  sahədə  münasibətləri  tənzimləyir,  sığorta 
müqaviləsinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsi qaydasını 
müəyyən edir. 
 
Azərbaycan  Respublikasının  ərazisində  nəqliyyat  vasitələri  sahiblərinin 
mülki məsuliyyətinin sığortası məcburidir. 
 
Sığortanın  məqsədi  –  Nəqliyyat  vasitəsi  sahibinin  mülki  məsuliyyətinin 
icbari  sığortası  əhalinin  sosial  müdafiəsinə  əlavə  təminat  verilməsi,  mühərrikli 
nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində fiziki və hüquqi şəxslərin 
əmlakına,  habelə  vətəndaşların  səhhətinə  vurulan  zərərlərin  vaxtında  ödənilməsi 
məqsədilə aparılan sığortadır. 
 
Sığortaçılar  –  mülkiyyət  formasından  asılı  olmayaraq  nəqliyyat  vasitəsi 
sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortasının  aparılması  üçün  lisenziya 
almış Azərbaycan Respublikasının sığorta təşkilatlarıdır. 
 
Sığorta  olunanlar  –  öz  mülki  məsuliyyətini  sığortalamış  nəqliyyat 
vasitələrinin sahibləridir. 
 
Nəqliyyat  vasitəsinin  sahibi  mülkiyyətində  nəqliyyat  vasitəsi  olan  (yaxud 
icarəyə götürülən) və onu istismar edən hüquqi və fiziki şəxslər hesab olunurlar. 
 
Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir. 
 
Nəqliyyat  vasitəsi  –  Bu  Qanuna  görə  sığorta  məqsədi  ilə  nəqliyyat 
vasitələrinə mühərrikin silindirinin həcmi 50 kub sm-dən artıq olan hər hansı minik 
və  ya  yük  avtomobilləri,  mikroavtobuslar,  avtobus,  trolleybus  və  tramvay, 
motosiklet və motorollerlər, traktorlar və yol-tikinti maşınları aid edilir. 
 
Üçüncü şəxslər  
1.  Aşağıdakılardan başqa  Qanuna görə  sığorta və daşınma  müqaviləsi üzrə 
tərəf  hesab  olunmayan,  yol-nəqliyyat  hadisəsi  nəticəsində  bütün  zərər  çəkən 
hüquqi və fiziki şəxslər habelə onların vərəsələri (hüquqi varisləri) üçüncü şəxslər 
sayılırlar. 
 
- zərər vuran nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü
 
- öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə 
və  ya  əmlakına  zərər  vuran  nəqliyyat  vasitəsinin  sahibinin,  yaxud  sürücüsünün 
həmin ailə üzvləri; 
 
- zərər vuran nəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən 
işçisi. 
 
2.  Yol  hərəkəti  zamanı  iki  və  daha  artıq  nəqliyyat  vasitəsinin  toqquşması 
nəticəsində zərər çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır. 
 
Nəqliyyat vasitəsi sahibinin vəzifələri   
1.  Nəqliyyat  vasitəsi  satın  alındığı  gündən  (xaricdə  satın  alındıqda 
Azərbaycan  Respublikası  sərhədini  keçdiyi  gündən)  onun  sahibinin  mülki 
KitabYurdu.az 
91
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə