FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


vergi sisteminin keyfiyyət ölçüsüdür



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə28/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   24   25   26   27   28   29   30   31   ...   130
[kitabyurdu.org]-KY0000338

vergi sisteminin keyfiyyət ölçüsüdür. 
Məlum olduğu kimi, vergi ödəyicisinin üzərinə düşən vergi 
yükünün artması nəticəsində əvvəlcə vergi sisteminin səmərəliliyi 
yüksəlir və öz maksimumuna çatır, sonra isə kəskin surətdə aşağı düşür. 
Bu zaman büdcə sisteminin itkilərinin yeri doldurulmaz olur, çünki vergi 
ödəyicilərinin müəyyən hissəsi ya müflisləşir, ya da öz fəaliyyətini 
dayandırır, digər hissəsi isə ödəməli olduqları vergilərin məbləğinin 
minimallaşdırılmasının qanuni və ya qeyri-qanuni yolunu tapırlar. 
Sonradan vergi yükünün səviyyəsi aşağı salındıqda belə dağılmış 
istehsalı bərpa etmək üçün illər tələb olunur. Bundan başqa, vergidən 
yayınmanın real yolunu tapan vergi ödəyicisi vergi yığımlarınının 
əvvəlki səviyyəsi bərpa olunduqda belə vergiləri tam həcmdə 
ödəməyəcək. 
Buna görə də vergi yükünün optimal səviyyəsinin müəyyən 
edilməsi problemi inkişaf səviyyəsindən asılı olmayaraq istənilən 
ölkənin vergi sisteminin qurulması və təkmilləşdirilməsində mühüm rol 
oynayır.
Beynəlxalq vergitutma təcrübəsi göstərir ki, vergi ödəyicilərindən 
tutulan vergilər onun məcmu gəlirinin 
30-40 faizindən çox olduqda
iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkə iqtisadiyyatına qoyulan 
investisiyaların həcmi azalır, ölkədəki biznes mühiti öz cazibərdarlığını 
itirir. Bununla əlaqədar olaraq dövlətin vergi siyasəti vergi yükünün 
optimal səviyyəsinə nail olmağa yönəldilməlidir. 
Lakin bir çox ölkələrdə vergi yükü göstəricisinin kəmiyyəti 
yüksəkdir. Məsələn, 
İsveçdə 
vergi sistemi elə qurulmuşdur ki, vergi 
ödəyiciləri özlərinin gəlirlərinin 50% və daha artıq hissəsini dövlət 
xəzinəsinə ödəyirlər. Bu heç də onların istehsalın inkişafına marağını 
azaltmır. Burada heç bir paradoks yoxdur. 
KitabYurdu.az 
30


Belə ki, başqa ölkələrdə vergi ödəyicilərinin öz gəlirləri hesabına 
həll etdikləri sosial xarakterli problemləri bu ölkələrdə dövlət öz 
vəsaitləri hesabına həll edir. Bu isə ağır vergi yükündən narazılığın 
qarşısına sədd çəkir və maraqlar balansı gözlənilmiş olur. 
Adətən tez-tez fikir irəli sürülür ki, vergi yükü göstəricisinin 
səviyyəsi nə qədər aşağıdırsa, iqtisadiyyat daha surətlə və dinamik 
inkişaf edir. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, vergi yükü 
dövlətin öz normal fəaliyyətini təmin edə biləcək həcmdə vergilərin 
büdcəyə daxil olmasını təmin etməlidir. 
Vergi yükünün hesablanmasına müxtəlif yanaşmalar mövcuddur. 
Praktikada ən ümumi şəkildə vergi yükü vergi daxilolmalarının 
cəminin ümumi daxili məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi 
təyin olunur. 
Başqa sözlə V 
K = ─── ×100% 
YDM 
burada K – vergi yükü; 
YDM – ümumi daxili məhsul; 
V – vergi daxilolmalarının həcmi. 
Müəyyən iqtisadi amillərin vergi daxilolmalarının həcminə təsirini 
xarakterizə etmək üçün makroiqtisadiyyatda vergilərin 
elastiklik əmsalı adlanan göstəricidən istifadə olunur. Bu əmsal 
aşağıdakı düsturla hesablanır: 
∆X ∆Y 
E = ─── * ─── 
X Y 
burada E – elastiklik əmsalı; 
X – vergi daxilolmalarının ilkin səviyyəsi; 
∆X – vergi daxilolmalarının artımı; 
Y – təsiri öyrənilən amilin kəmiyyəti; 
∆Y – təsiri öyrənilən amilin artımı. 
Vergilərin elastiklik əmsalı göstərir ki, müəyyən amilin 1 faiz 
dəyişməsi nəticəsində vergi daxilolmalarının həcmi neçə faiz dəyişəcək. 
Bu əmsalın qiyməti vahiddən böyük, kiçik və ona bərabər ola bilər. Əgər 
vergilərin elastikliyi əmsalın ümumi milli məsula nəzərən təyin olunursa 
və onun qiyməti vahidə bərabərdirsə, bu o deməkdir ki, ümumi milli 
məhsula nisbətən dövlətin vergi gəlirlərinin payı sabit qalır. Məsələn, 
AFR-də son iyirmi il ərzində ümumi milli məhsula nəzərən bütün 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə