Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları



Yüklə 0,52 Mb.
səhifə1/4
tarix17.09.2018
ölçüsü0,52 Mb.
  1   2   3   4



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
VALEHOVA GÜNAY YUSİF qızının
DOLAYI VERGİLƏRİN UÇOT VƏ AUDİTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI”

mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060403 - “Maliyyə”
İxtisaslaşma: “Vergi və vergiqoyma”


Elmi rəhbər : Magistr proqramının rəhbəri :

i.e.n., dos.T.Ə.Sadıqov i.e.n.,dos.İ.M.Rzayev

___________________ ____________________

Kafedra müdiri: i.e.d., ƏLƏKBƏROV.Ə.Ə
______________________________

BAKI - 2016
M Ü N D Ə R İ C A T

Giriş ...................................................................................................... 3-8

Fəsil 1. Dolayı vergilərin uçot və auditinin məqsəd və vəzifələri

    1. Dolayı vergilərin uçotunun məqsəd və vəzifələri ...................... 9-12

1.2. Dolayı vergilərin auditinin məqsəd və vəzifələri ........................ 13-17

1.3. Dolayı vergilərin tətbiqi xüsusiyyətləri və onların büdcə

daxilolmalarında yeri .................................................................... 18-24
Fəsil 2. Dolayı vergilərin uçot və auditinin aparılması metodikası

2.1. Əlavə dəyər vеrgisi üzrə büdcə ilə hеsablaşmaların uçоtu ............ 25-32

2.2. Aksiz üzrə büdcə ilə hesablaşmaların uçotu ................................... 33-40

2.3. Əlavə dəyər vergisi auditinin aparılması metodikası .................... 41-60

2.4. Aksiz vergisinin auditi .................................................................... 61-70
Fəsil 3. Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları

3.1. Dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların uçotunun

təkmilləşdirilməsi yolları ................................................................. 71-75

3.2 Dolayı vergilərin auditinin təkmilləşdirilməsi yolları ..................... 76-84



Nəticə və təkliflər ................................................................................ 85-88

İstifadə olunmuş ədəbiyyatların siyahısı ....................................... 89-91

Xülasə .......................................................................................................92
GİRİŞ

Bildiyimiz kimi dolayı vergilər inkişaf etmiş keçid iqtisadiyyatlı dövlətlərdə, eyni zamanda ölkəmizdə büdcə daxilolmalarında xüsusi yer tutuduğuna və dövlət büdcəsinin stabil gəlir mənbəyi hesab olunduğuna görə onların uçotunun aparılması, uçotun məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi labüddür. Azərbaycan Respublikasında dolayı vergilərin uçotu “Vergi Məcəlləsi”, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər hüquqi sənədlərlə tənzimlənir. Həmin sənədlərdə şirkət və fiziki şəxslərin öz vergi bəyannamələrini hazırlayarkən riayət etməli olduqları xüsusi qaydalar qeyd olunub.

Vergitutma məqsədləri üçün mühasibat hesabatı (müəssisənin müəyyən tarixə aktiv (kapital) və passivlərini (öhdəliklər), göstərən hesabat) və vergi bəyannamələrinin hazırlamasında vergilərin dəqiq və düzgün uçota alınması mühüm əhəmiyyət kəsb edir. Müəssisə tərəfindən vergilərin, o cümlədən dolayı vergilərin uçotunun düzgün aparılması dövlət orqanları üçün əhəmiyyətli olmaqla yanaşı, eyni zamanda müəssisələrə vergi ili ərzində mənfəət və zərərlərin hərtərəfli öyrənilməsinə imkan verir. Müəssisələr büdcə gəlirlərində dolayı vergilərdən əhəmiyyətli xüsusi çəkiyə malik olan ƏDV və aksizlər üzrə hesab-fakturaları və hesabatlarının hazırlanmasına, güzəştlərin düzgün tətbiq olunmasına, gəlir və xərclərin, vergitutma bazasının düzgün müəyyən edilməsinə görə məsuliyyət daşıyırlar[29]1.

Məlumdur ki, vergi fiskal siyasətin həyata keçirilməsində dövlət üçün mühüm əhəmiyyət kəsb edir çünki, bazar münasibətləri dövləti iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi proseslərindən azad etmir. İqtisadiyyatın effektiv və səmərəli idarə olunması üçün dövlət güclü və sağlam büdcəyə malik olmalıdır. Büdcənin əmələ gəlmə mənbəyi əsasən vergilər, xüsusilə də dolayı vergilər olduğuna görə onların uçotun aparılması, eləcə də hesablanması, tutulmasının düzgünlüyü və vaxtında büdcəyə ödənilməsi üzərində nəzarət olduqca vacibdir.

Dövlət tərəfindən vergilərin hesablanması, tutulmasının düzgünlüyü və vaxtında büdcəyə ödənilməsi üzərində nəzarətin ən səmərəli forması onların audit yoxlanmasıdır. Vergilərin auditi dedikdə, təkcə vergi ödəyicilərinin vergidən yayınması, vergi mənbəyinin gizlədilməsi, mühasibat sənədlərinin qaydada olmaması və onların uçotunun düzgün qurulmaması hallarının aşkar edilməsi deyil, eyni zamanda vergi orqanlarının öz işlərini səmərəli, qərəzsiz, obyektiv şəkildə, qanun və digər nomativ sənədlərə uyğun formada icra olunması nəzərdə tutulur.

Bazar iqtisadiyyatının tələblərinə uyğun vergi sisteminin qurulması tətbiq edilən uçot qaydalarından əhəmiyyətli dərəcədə asılıdır. Dolayı vergilərin uçot və auditi bazar iqtisadiyyatında irəliləyən və inkişaf edən bir ölkə kimi respublikamızda aktual bir prosesdir. Ölkəmizdə bazar mexanizmlərinin fəaliyyəti üçün lazım olan normal şərait yaradılır. Həmin proseslər bu mexanizmlərdən biri və əsası olan vergilərin köməyi ilə tənzimlənir. Müstəqil bir dövlət kimi respublikamızda iqtisadiyyatın idarə edilməsi istiqamətində möhkəm hüquqi bazanın olması təqdirəlayiq bir haldır. Bunun nəticəsidir ki, vergilərin uçot və auditinin aparılmasında dövlət orqanları və vətəndaşların hüquq və öhdəlikləri qanun və digər hüquqi sənədlərlə tənzimlənir. Dolayı vergilərin dövlət büdcəsindəki rolu və əhəmiyyəti nəzərə alınaraq Vergi Məcəlləsidə ƏDV, Aksizlər və Mədən vergisinin norma və dərəcələri, vergi ödəyicilərinin hüquq və öhdəlikləri aydın qeyd olunmuşdur[30]2.

Respublikamızın neft-qaz ölkəsi olduğunu nəzərə alsaq mədən vergisinin uçot və auditinin nə dərəcədə əhəmiyyətli olduğunu görərik. Bu baxımdan dolayı vergilərin uçot və auditi eyni zamanda onların təkmilləşdirilməsi yollarının araşdırılması respublikamızda aktual bir mövzudur.

Dünyada baş verən siyasi və iqtisadi proseslər nəticəsində 2015-ci ildə neftin qiymətinin kəskin azalması bir daha sübut etdi ki, büdcə gəlirlərini neftdən asılı vəziyyətdə saxlamaq düzgün siyasət deyil. Büdcədə neft gəlirlərinin gözlənilməz şəkildə azalması, dövləti vergi gəlirləri ətrafında düşünməyə və vergi dərəcələri, vergi nəzarəti və auditi, vergilərin tətbiqi ətrafında düşünməyə məcbur etdi. Bunun nəticəsi idi ki, 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq olundu və 2016-cı il yanvarın 1-dən qüvvəyə mindi. Dəyişikliyin əsasən ƏDV, mədən vergisi, aksizli malların dövriyyəsinə nəzarət istiqamətində olması dolayı vergilərin, eyni zamanda onların uçot və auditinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olmasını bir daha göstərdi. Onu da qeyd etmək istərdim ki, 2015-ci ildə milli valyutamızın iki dəfə kəskin devalvasiyası nəticəsində məşğulluğun aşağı düşməsi, manatın alıcılıq qabiliyyətinin azalması, qaçılmaz infilyasiya kimi mənfi iqtisadi göstəriciləri dövlət yalnız fiskal siyasətlə aradan qaldıra bilər.

Hazırda təsərrüfat fubyektləri (fərdi sahibkarlar) tərəfindən dolayı vergilərin uçot və auditinin aparılması metodikasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etməsi və aktuallığı bu problemin lazımınca nəzəri və praktiki cəhətdən öz həllini tapmaması dissertasiya mövzusunun seçilməsinə, eləcə də tədqiqat dairəsinin müəyyənləşdirilməsinə, onun məqsəd və vəzifələrinin müəyyənləşdirilməsinə səbəb oldu.

Tədqiqat mövzusunun aktuallığı və praktiki əhəmiyyəti. Vergilərin uçot və auditinin aparılması metodikasının təkmilləşdirilməsi, uçotun nəzarət funksiyasının gücləndirilməsi, vergi uçotunun və effektli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə uçot informasiyasının operativ və analitikliyinin yaxşılaşdırılması üzrə tövsiyyə və təkliflər verilməsi dissertasiyanın praktiki əhəmiyyətini təşkil edir.

Dissertasiya işində əsas dolayı vergilərdən olan ƏDV və aksizlərin hesablanması və həmin vergilərin büdcəyə köçürülməsi üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi qaydası, dolayı vergilərin audit yoxlamasının aparılması metodikası geniş şəkildə şərh edilmişdir.



Tədqiqat obyekti kimi dolayı vergilərin uçot və auditi əsas götürülmüşdür. Vergi uçоtunun yaranmasına səbəbi, dövlətin ictimai həyatda mühüm rol oynaması оlmuşdur. Bazar iqtisadiyyatı şəraitində inkişaf edən ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi, istehsal və qeyri-istehsal sferasında müəssisə və digər iqtisadi subyektlərin kəmiyyət və keyfiyyət baxımından genişlənməsinə təkan verdi. Həmin iqtisadi subyektlərin dövlətə ödəməli olduğu vergilərin düzgün hesablanması və vaxtında ödənilməsinə nəzarətlə əlaqədar olaraq vergi uçotu nəzəriyyə və təcrübəsinin, audit xidmətinin metodoloji prinsiplərinin geniş məzmunda öyrənilməsi tələb olunur.

Dünya ölkələri arasında yaranan iqtisadi əlaqələr mühasibat uçotunu və nəticə etibarilə vergilərin uçotunu vacib beynəlxalq münasibətlər vasitəsinə çevirmişdir. Kapitalizmin yaranması və inkişafı uçota dair elmi mülahizələrin meydana gəlməsinə şərait yaratdı. Vergilərin uçotu dövlət maliyyə hesabatlarında vergiləri diqqət mərkəzində saxlamaq, vergidən yayınmaların qarşısını almaq və nəzarəti asanlaşdırmaq məqsədilə həyata keçirilən bir uçot növüdür.



Dissertasiya işinin məqsəd və vəzifələri. Dissertasiyanın yazılmasında əsas məqsəd Azərbaycan Respublikasında dolayı vergilərin uçot və auditinin aparılması metodikasına nəzər salmaq, mövcud mexanizmdəki nöqsan və çatışmazlıqları aşkara çıxarmaqdan, onun daha dərindən mənimsənilməsindən və təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir.

Qarşıda qoyulmuş məqsədə nail olmaq üçün tədqiqat işinin qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:



  • müəssisələrin təşkilati-texniki xüsusiyyətləri və onun vergilərin uçot və auditinə təsiri xarakterinin öyrənilməsi;

  • müəssisələrdə dolayı vergilərin uçot və auditinin aparılması praktikasını təhlil etmək;

  • müəssisələrdə dolayı vergilərin uçot və auditinin aparılması metodikasının təkmilləşdirilməsi üzrə tövsiyyələr işləyib hazırlamaq;

  • vergilərin düzgün hesablanması, tutulması və əvəzləşdirilməsi, eləcə də vaxtında dövlət büdcəsinə köçürülməsi üzərində vergi nəzarətinin daha səmərəli metodlarını müəyyən etmək;

  • büdcə ilə hesablaşmaların uçot və auditinin təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırlamaq.

Tədqiqatın elmi yeniliyi. İşin elmi yeniliyi indiki bazar iqtisadiyyatı şəraitində vergilərin uçotu və onun auditinin aparılması metodikasının təkmilləşdirilməsi üzrə əsaslandırılmış nəzəri qaydaların və praktiki tövsiyyələrin işlənməsidir.

Dissertasiya işində elmi yeniliklər əsasən aşağıdakılardan ibarətdir:



  • büdcəyə ödənilən dolayı vergilərin təsnifatı diaqram şəklində təklif edilmişdir;

  • müəssisələrdə büdcə ilə hesablaşmaların uçot və auditinin keçirilməsinin əsas istiqamətləri müəyyən edilmişdir;

  • elektron auditin tətbiqi və onun əhəmiyyəti araşdırılmışdır;

  • elektron vergi hesab-fakturalarının tətbiqi və uçotunun aparılması mexanizmi araşdırılmışdır;

  • vergi orqanları tərəfindən müvafiq vergi xidmətlərinin həyata keçirilməsi və onların xarakterik üsulları nəzərdən keçirilmişdir;

  • vergi uçotunun tətbiqinin metodoloji əsasları hazırlanmışdır;

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiyada nəzərdən keçirilən məsələlərin işıqlandırılmasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq qanunvericiliyə, normativ aktlara, təlimatlara, metodiki göstərişlərə və iqtisadi ədəbiyyata istinad edilmişdir.

Mövcud informasiyalar əsasında iqtisadi nəzəriyyənin induksiya, deduksiya(ümumidən xüsusiyə), analiz və sintez metodlarının köməkliyi ilə dissertasiya işinə dair lazımi təkliflər irəli sürülmüşdür



Dissertasiyanın həcmi və strukturu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən, eləcə də istifadə olunmuş ədəbiyyatların siyahısından ibarət olmaqla 92 səhifə həcmindədir.

Girişdə mövzunun aktuallığı geniş şəkildə əsaslandırılmış və onun tədqiqinin əhəmiyyəti vurğulanmışdır.

Birinci fəsildə dolayı vergilərin uçot və auditinin məqsəd və vəzifələri açıq­lanmış, onların büdcə daxilolmalarında yeri nəzərdən keçirilmişdir. Belə ki, həmin fəsildə əvvəlcə dolayı vergilərin uçotunun, sonra isə auditinin məqsəd və vəzifələri açıqlanmışdır. Fəslin sonunda dolayı vergilərin mahiyyəti açıqlanmış, onların ölkəmizin vergi sistemindəki rolu və dövlət büdcə gəlirlərindəki mövqeyi dəyərləndirilmişdir.

Dissertasiyanın ikinci fəsli dolayı vergilərin uçotunun aparılması qaydası və həmin vergilərin audit yoxlamasının aparılması metodikasına həsr olunmuşdur. Həmin fəsildə əvvəlcə əsas dolayı vergilərdən olan ƏDV və aksilərin hesablanması və ödənilməsi üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi qaydası geniş şəkildə işıqlandırılmışdır. Fəslin sonunda isə büdcə vergi daxilolmalarında böyük xüsusi çəkiyə malik olan əlavə dəyər vergisinin aparılması metodikası göstərilmişdir.

Nəhayət dissertasiyanın sonuncu fəslində dolayı vergilərin uçot və auditindəkı mövcud problemlərin müəyyən edilməsi və təkmilləşdirilməsi üzrə tövsiyyələr verilmişdir. Bu fəsildə əvvəlcə dolayı vergilərin uçotu, sonra isə auditinin təkmilləşdirilməsi yolları üzrə bəzi fərziyyələr irəli sürülmişdir.

Dissertasiyanın nəticə hissəsində tədqiqat işində aparılmış nəzəri təhlilin gedişində əldə olunan müddəalar ümumiləşdirilmiş və tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.

Sonda isə istifadə edilmiş ədəbiyyat siyahısı verilmişdir.

Fəsil 1. Dolayı vergilərin uçot və auditinin məqsəd və vəzifələri


    1. Dolayı vergilərin uçotunun məqsəd və vəzifələri

Mövcud qanunvericiliyə uyğun olaraq tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə mühasibat (maliyyə) uçotu aparmadan fəaliyyət göstərə bilməz. Mühasibat uçotu müəssisənin idarəetmə və informasiya sisteminin tərkib hissəsidir. Belə ki, mühasibat uçotu göstəriciləri müəssisənin əmlak və maliyyə resurslarının vəziyyəti, investisiya və kredit siyasətinin nəticəliliyi, məsrəflər və istehsalın səmərəliliyi haqqında tam informasiyanı təmin edir. Bununla yanaşı, uçot məlumatları təsərrüfat fəaliyyətini idarə və mənfəət üzrə planın yerinə yetirilməsinə nəzarət etmək, perspektiv istehsal proqramları hazırlamaq imkanı verir.

Digər tərəfdən dolayı maliyyə marağı olan vergi orqanları, auditor firmaları, investorlar, eləcə də digər müəssisələr mühasibat uçotunun kənar istifadəçilərinə aid edilir. Vergi orqanları digər kənar informasiya istifadəçilərindən fərqli olaraq nəinki yalnız hesabat, eləcə də dövlət (bələdiyyə) vergilərinin ödənilməsinin düzgünlüyünün yoxlanması üçün lazım olan bütün digər uçot informasiyası ilə tanış ola bilər. Vergi Məcəlləsinin 16-cı maddəsinə uyğun olaraq vergi ödəyicisi aşağıdakıları etməyə, yəni vergi orqanları və onun vəzifəli şəxslərinə məcəllədə müəyyən edilmiş hallarda və qaydada lazımi sənəd və məlumatları təqdim etməyə, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vergilərin hesablanması və ödənilməsi üçün lazım olan bütün mühasibat və digər sənədləri, eləcə də gəlirlərin alınmasını, hüquqi şəxslər üçün isə xərclərin çəkilməsini və vergilərin ödənilməsini (tutulmasını) təsdiq edən sənədlərin qorunub saxlanmasını təmin etməyə borcludur[1]3.

Vergi orqanları qanunvericilikdə müəyyən edilmiş qaydada vergi öhdəçiliyində mühasibat kitablarını, hesabatları, sxemləri, nağd pul vəsaitlərini, qiymətli kağızları və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri yoxlaya, eləcə də səyyar yoxlama zamanı vergi ödəyicilərindən və onun vəzifəli şəxslərindən məlumatları, arayışları və yoxlama ilə əlaqədar lazımi izahatları ala bilər.

Vergi ödəyiciləri “Mühasibat uçotu haqqında” qanuna əsasən müəyyən edilmiş qaydada uçot sənədlərini aparmağa borcludur. Belə ki, vergi ödəyicisi olan istənilən şəxs onda vergi öhdəliyi, vergilərin tutulması, Vergi Məcəlləsinə uyğun olaraq məlumatların verilməsi üzrə öhdəliklərin yaranmasına səbəb olan əməliyyatları mütləq sənədlərlə rəsmiyyətə salmalıdır.

Bazar iqtisadiyyatının mühasibat uçotunun qarşısında qoyduğu tələblər olduqca sərt və onun əhatəsi genişdir. Bu isə hər şeydən əvvəl idarəetmənin əsas məqsədinin müəssisə fəaliyyətinin son nəticəsi olan mənfəətin alınmasına yönəldilməsi ilə əlaqədardır.

Müasir uçot sistemi elmi nailiyyətlərə və praktikaya, eləcə də dünya standartlarına əsaslanmalıdır. Müəssisəınin mühasibat uçotu sistemində həm daxili, həm də kənar istifadəçilər üçün lazım olan etibarlı informasiya formalaşmalıdır.

Hal-hazırda müəssisələr özünün istehsal, kommersiya, vasitəçilik və digər fəaliyyəti prosesi zamanı çoxsaylı hesablaşmalar həyata keçirirlər ki, bunların da arasında ən önəmli yeri büdcə ilə hesablaşmalar tutur. Belə ki, qanunvericiliyə uyğun olaraq müəyyən fəaliyyət növü ilə məşğul olan və qanunla nəzərədə tutulmuş qaydada gəlir əldə edən istənilən şəxs vergi ödəməli və müvafiq surətdə vergi öhdəlikləri üzrə büdcə ilə hesablaşmalar aparmalıdır.

Mühasibat uçotunun ən mühüm sahəsi dolayı vergilər üzrə vergi öhdəliklərinin hesablanması və büdcəyə köçürülməsidir. Müəssisə tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsi, satılmış malların (işləırin, xidmətlərin) dəyərinin alıcılar (sifarişçilər) tərəfindən ardıcıl və tam şəkildə ödənilməsi həm təsərrüfat subyektinə, həm də bütövlükdə iqtisadiyyata münasibətdə effektiv təsərrüfatçılığın ayrılmaz və mühüm şərtidir. Büdcə qarşısında vergi öhdəliklərinin tam və vaxtında ödənilməsi vergi ödəyicisinin birinci dərəcəli vəzifəsidir[32]4.

Vergilərin hesablanmasının düzgünlüyünə və büdcəyə vaxtında köçürülməsinə görə şəxsən baş mühasib məsuliyyət daşıyır. Mühasibat uçotunda formalaşan bəzi göstəricilərin vergiqoyma məqsədləri üçün korrektə olunmasına baxmayaraq, vergilərin hesablanması və ödənilməsi prosesi mühasibat uçotunun bütün sahələrini əhatə edir.

Bazar iqtisadiyyatının mühasibat uçotunun qarşısında qoyduğu tələblər olduqca sərtdir və onun əhatəsi genişdir. Bu isə hər şeydən əvvəl idarəetmənin əsas məqsədinin müəssisə fəaliyyətinin son nəticəsi olan mənfəətin alınmasına yönəldilməsi ilə əlaqədardır. Müasir uçot sistemi elmi nailiyyətlərə, praktikaya və dünya standartlarına əsaslanmalıdır. Müəssisənin mühasibat uçotu sistemində həm daxili, həm də kənar istifadəçilər üçün lazım olan etibarlı informasiya formalaşmalıdır.

Düzgün təşkil olunmuş və vaxtında aparılmış hesablaşmalar (o cümlədən büdcə ilə) son nəticədə geniş təkrar istehsalının fasiləsizliyini, dövriyyə vəsaitlərinin, təsərrüfat subyektlərinin müstəqilliyini təmin edir.

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar:



  • pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi;

  • dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi;

  • dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməısi;

  • vaxtı keçmiş borcların olmaması məqsədilə büdcə ilə hesablaşmaların vaxtında yoxlanılması;

  • dolayı vergilər üzrə vergi bazasının tam və düzgün müəyyən edilməsi;

  • dolayı vergilər üzrə vergi dərəcələrinin düzgün tətbiq edilməsi, ödəmələr hesablanarkın cəbri hesablaşmaların və onların uçotda əks etdirilməsi üzərində nəzarətin gücləndirilməsi;

  • müvafiq hesabat formalarının düzgün tərtib və vergi orqanlarına vaxtında təqdim edilməsi;

  • 68 “Büdcə ilə hesablaşmalar” hesabı üzrə sintetik və analitik hesabın düzgün aparılması.

Dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların başlıca məqsədi qanunvericiliyin tələblərinə müvafiq olaraq müəssisənin büdcə qarşısında olan vergi öhdəliklərinin vaxtında və tam həcmdə ödənilmısinin təmin edilməsindən ibarətdir.


    1. Dolayı vergilərin auditinin məqsəd və vəzifələri

Bazar iqtisadiyyatına keçən bir ölkə kimi Azərbaycan Respublikasında sahibkarlıq inkişaf edir və yeni formalı müəssisələr yaranır. Lakin təcrübə göstərir ki, bazar münasibətlərinin formalaşması və sürətli inkişaf müasir Azərbaycanda müsbət amillərlə yanaşı, həm də çətin, ziddiyyətli və mürəkkəb proseslərin yaranmasına təkan verir. Təəssüflə qeyd etmək istərdim ki, heç də bütün müəssisələr öz gəlir və xərclərini, mühasibat və vergi uçotlarında düzgün əks etdirmirlər. Məhz bu səbəbdən ölkəmiz müstəqillik qazandıqdan sonra bazar münasibətlərinin inkişafının ilk illərindən etibarən dövlət çoxsaylı vergi ödəyicilərinnin vergi ödəməkdən yayınması halları ilə qarşılaşır. Bu kimi halların nəticəsidir ki, bir çox inkişaf etmiş və etməkdə olan ölkələrdə “Gizli iqtisadiyyat” kimi maliyyə problemi ortaya çıxır. “Gizli iqtisadiyyat”ın yaranma səbəbi vergidən yayınma olduğuna və bu ÜDM-un düzgün hesablanmasında problem yaratdığına görə hər bir dövlət vergilərin hesablanması, tutulmasının düzgünlüyünə, onların vaxtında və tam büdcəyə ödənilməsinə, həmçinin ümumilikdə onların uçotunun aparılmasına nəzarət etməlidir. Əks təqdirdə vergidən yayınma hallarının artması büdcənin gəlir hissəsində əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi məsul bir vəzifə durur. Çünki statistika göstərir ki, vergi cinayətləri ilbəil artır.

Bildiyimiz kimi əvvəlki illərdə büdcə daxilolmalarında neft gəlirlərinin həcmi üstünlük təşkil edirdi. Lakin hazırki dövrdə neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən büdcəyə neft daxilolmaları azalıb. Məlumdur ki, ölkəmizdəki mövcud vəziyyətlə əlaqədar işsizlik səviyyəsinin artması əhalinin alıcılıq qabiliyətinə əks təsir göstərib. Bununla əlaqədar müəssisə və firmaların gəlirlərinin azalması, onları xərclərini azaltmaq məqsədilə vergidən yayınmağa təşviq edir. Cari vəziyyətlə əlaqədar olaraq büdcədə vergi daxilolmalarının üstünlük təşkil etdiyini, eyni zamanda dolayı vergilərin həcminin büdcədə xüsusi əhəmiyyətini nəzərə alsaq dolayı vergilərin auditinin nə dərcədə vacib və aktual olduğunu görərik. Dolayı vergilərin auditi vergi orqanı tərəfindən vergi bəyannamələrinin, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar əsasında həyata keçirilən səyyar vergi yoxlamasıdır.

Onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydalar üzrə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərini və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

Dolayı vergilərin auditinin əsas məqsədi iqtisadi subyektlər tərəfindən büdcəyə ödənilən dolayı vergilərin formalaşması və uçotda əks etdirilməsinin mövcud qanunvericilikdə müəyyən edilmiş normalara uyğunluğu və etibarlılıq dərəcəsi haqqında auditor rəyinin tərtib edilməsidir[33]5.

Respublikamızda qüvvədə olan müvafiq qanunlara əsasən hər bir vergi ödəyən müəssisə və ya fiziki şəxs vergilərin düzgün hesablanması və ödənməsini təmin etməyə borcludur. Vergi məcəlləsinə əsasən vergi ödəyən fiziki və hüquqi şəxslər hesabat ilinin hər rübündə hesablanmış və tutulmuş gəlirlərə dair, təsdiq olunmuş forma üzrə vergi orqanlarına hesabatın təqdim olunması təmin edilməlidir.

Qeyd etdiyimiz kimi dolayı vergilər respublikamızda dövlət büdcəsinin gəlir hissəsini formalaşdıran əsas vergilərdəndir. Təəssüflər olsun ki, respublikamızda əlavə dəyər yaradan məhsul və xidmətlərin hamısından dolayı vergi tutulmur. Buna səbəb olan amillər kimi aşağıdakıları qeyd etmək olar:


  • vergi qanunvericiliyinə əməl olunmaması;

  • vergi bəyannamələrinin düzgün tərtib olunmaması;

  • dolayı vergilərin düzgün hesablanmaması;

  • dolayı vergilərin büdcəyə tam və vaxtında köçürülməməsi;

  • mühasibat uçotu və vergi bəyannamələrindəki göstəricilərin eyni olmaması

  • dolayı vergilər üzrə tətbiq olunmuş vergi dərəcələrinin düzgün hesablanmaması.

  • vergi cinayətlərinin günü-gündən artması.

Bəs qeyd olunan amilləri yaradan səbəb nədir? Əgər vergi cinayətlərini kriminalistik baxımdan nəzərdən keçirsək, demək olar ki, onların əsasında vergi orqanlarının simasında dövlət və vergiödəyicilər arasında olan konflikt dayanır. Vergi cinayətlərinin yaranması səbəbləri nəinki digər sahələr üzrə olan cinayətlərdən, həmçinin iqtisadi sahədə olan cinayətlərdən də öz spesifik cəhətləri ilə fərqlənir. Bu cinayətlərin törədilməsinə əsas təkan verəcək səbəblər kimi aşağıdakıları qeyd etmək olar:

  • ölkənin iqtisadi həyatında baş verən köklü dəyişikliklərin doğurduğu iqtisadi səbəblər (məsələn, istehsalın aşağı düşməsi və müəssisə gəlirlərinin azalması);

  • vergi qanunvericiliyinin yetkin olmaması, onda olan qeyri-stabillikdən yaranan hüquqi səbəblər;

  • vətəndaşların əksəriyyəti üçün səciyyəvi olan vergi sisteminə mənfi münasibətdən doğan psixoloji səbəblər.

Vergiləri ödəməkdən yayınma əməli başlıca olaraq 2 qrup üsulla törədilə bilər:

1) vergilərin ödəyicisi tərəfindən saxta mühasibat və vergi sənədlərinin tərtib edilməsi, həmin sənədlərə yanlış məlumatların daxil edilməsi, əmlakın, gəlirlərin və ümumiyyətlə, vergitutma obyektinin gizlədilməsi, işçilərin sayının düzgün göstərilməməsi, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsi, onların real əmək haqlarının gizlədilməsi və s. üsullarla;

2) mühasibat və vergi sənədlərində hər şeyin qaydasında olmasına baxmayaraq vergilərin ödənilməməsi:

Vergiləri ödəməkdən yayınma fiziki şəxslər tərəfindən daha çox qanunvericilikdə nəzərdə tutulmuş hallarda gəlirlər haqqında bəyannamə təqdim etməməklə, gəlirlərin həcmini azaltmaqla və ya xərclərin həcmini artırmaqla, əmlakı uçotdan gizlətməklə, öz fəaliyyəti və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə, bəyannamə verməyə borclu olan şəxs olduğunu gizlətməklə, vergi güzəştləri əldə etmək üçün saxta sənədlər təqdim etməklə və digər üsullarla, hüquqi şəxslər tərəfindən isə mühasibat və vergi sənədlərinə gəlirlərin azaldlmasına, xərclərin artırılmasına və ya vergi tutulması üçün əhəmiyyət kəsb edən digər faktların qəsdən saxtalaşdırılmasına yönəlmiş həqiqətəuyğun gəlməyən, yalan məlumatların daxil edilməsi, əmlakın gizlədilməsi, təşkilatın həyata keçirdiyi kommersiya və ya başqa təsərrüfat-maliyyə əməliyyatlarının qeydiyyata alınmaması və s. üsullarla törədilə bilər. Qeyd olunan mənfi halların və qanun pozuntularının qarşısının alınması üçün vergi orqanları tərəfindən müntəzəm olaraq vergi auditi hayata keçirilir. Audit nəticəsində cinayət hadisələri aşkara çıxarılır və onların qarşısı alınır, vergi qanunvericiliyini pozanlara qarşı maliyyə və inzibati sanksiyalar tətbiq edilir.

Vergi uçotundakı mövcud problemləri nəzərə alsaq, dolayı vergilərin auditinin qarşısında duran aşağıdakı vəzifələri müəyyən etmiş olarıq[12]6:


  • vergi ödənişlərindən yayınma hallarının və vergi borclarının gecikdirilməsinin qarşısının alınması məqsədilə dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların vaxtında və düzgün yoxlanılması;

  • büdcəyə və digər istiqamətlərə ödəmələr hesablanarkən riyazi hesablaşmalar və onların uçotda düzgün əks etdirilməsi üzərində nəzarət;

  • büdcə ilə hesablaşmaların dəqiqliyi, düzgünlüyü və qanunauyğunluğu istiqamətində nəzarətin həyata keçirilməsi;

  • dolayı vergilərin vergitutma obyektlərində mühasibat uçotunun qurulması və aparılmasının keyfiyyətinin yoxlanılması;

  • vergi qanunvericiliyində baş verən cari dəyişikliklər haqqında vergi hesablamalarına görə cavabdeh olan əməkdaşların informasiyaya malik olması dərəcəsinin və normativ hüquqi aktların onlar tərəfindən düzgün edilib-edilməməsinin yoxlanması;

  • dolayı vergi üzrə məbləğlərin büdcə ilə hesablaşmalara aid edilməsinin nə dərəcədə əsaslı olması və düzgünlüyünün yoxlanılması;

  • vergi qanunvericiliyinə riayət olunmasının yoxlanılması;

  • vergi qanun pozuntularının profilaktikası.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və yeni iqtisadi sistemə, bazar iqtisadiyyatına keçdikdən sonra iqtisadiyyatda islahatlar aparılmış, iqtisadiyyatın bir çox sahələrində olduğu kimi dövlətin əsas maliyyə planı olan dövlət büdcəsi yenidən işlənib hazırlanmışdır. Bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsinin gəlirlərinin öyrənilməsi ən vacib məsələlərdən biridir.

Vergi auditini həyata keçirən hər bir müfəttiş yadda saxlamalıdır ki, vergilərin dövlətin iqtisadi, siyasi və sosial proqramlarının icrasında əhəmiyyəti əvəzedilməzdir. Əvvəldə qeyd etdiyimiz kimi ölkəmizdə dolayı vergilərin həcmi büdcənin vergi daxilolmalarında xüsusi yerə malikdir.




    1. Dolayı vergilərin tətbiqi xüsusiyyətləri və onların büdcə daxilolmalarında yeri

Bazar iqtisadiyyatının tələblərinə uyğun vergi sisteminin qurulması tətbiq edilən vergilərdən əhəmiyyətli dərəcədə asılıdır. Vergilər müxtəlif xüsusiyyətlərinə görə təsnifatlandırılır ki, bunlardan da əsas hesab olunan tutulma üsuluna görə təsniflandırmanın üzərində dayanaq.

Vergitutma nəzəriyyəsində vergilər formalaşma mexanizmindən asılı olaraq birbaşa və dolayı vergilərə bölünür. Dolayı vergilər əmtəə, iş və xidmətin qiymətindən tutulan və qiymətlərin üzərinə dövlət tərəfindən qoyulan əlavə kimi tətbiq olunan vergilərdir. Dolayı vergilərə əlavə dəyər vergisi, aksiz vergisi və mədən vergisi aid edilir.

Tutulma obyektinə görə dolayı vergilər dolayı universaldolayı fərdi olmaqla iki cür olur. Məsələn, əlavə dəyər vergisi dolayı universal vergi hesab olunur. Yəni bu vergi qanunvericiliklə tətbiq olunması qadağan edilməyən bütün məhsullara, işlərə və xidmətlərə tətbiq edilir. Aksiz vergisi isə dolayı fərdi vergi hesab olunur. Çünki bu vergi fərdi qaydada xüsusi müəyyən olunmuş mal və xidmətlərə tətbiq edilir.

Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir.

Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya bazarına çıxmasına kömək edir. Respublikamızda tətbiq edilən vergilər içərisində dolayı vergi statusuna sahib olan əlavə dəyər vergisi, aksizlər və mədən vergisi üzərində dayanaq və onların büdcə daxilolmalarında əhəmiyyətini araşdıraq.

Bildiyimiz kimi, dövlət sosial-iqtisadi sahələr, iqtisadiyyatın inkişaf etdirilməsi və s. kimi tədbirləri keçirmək üçün lazimi miqdarda maliyyə vəsaiti ilə təmin olunmalıdır. Dövlətin xərclərinin tam maliyyələşdirilməsini təmin etmək üçün maliyyə vəsaiti lazımdır. Deməli, büdcə gəlirləri dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləridir. Bu baxımdan büdcə gəlirləri çox mühüm əhəmiyyətə malikdir. Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin bir sıra problemlərinin həlli bazar mexanizmləri əsasında qeyri mümkündür. Məhz, bu problemlərin həlli büdcə vəsaitləri hesabına reallaşır.

Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində yeni yaranan ümumi daxili məhsulun bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə bölüşdürülməsi baş verir. Bununla da dövlətlə bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri yaranır. Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınması üsullarına, ödəniş müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənirlər.

Fikrimizcə, büdcə gəlirlərinin tərkibində vergilər üzrə daxilolmaları, onların da tərkibində dolayı vergilər üzrə daxilolmaları təhlil edərək qiymətləndirmək daha effektiv nəticə verər. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun IX maddəsinə əsasən büdcə gəlirləri aşağıdakı bölmələr hesabına formalaşır[5]7:


  1. Vergilərdən daxilolmalar;

  2. Vergi olmayan gəlirlər;

  3. Əsaslı gəlirlər;

  4. Rəsmi qaydada alınan vəsaitlər(transfertlər)

Onu da qeyd etmək lazımdır ki, vergi daxilolmaları büdcə gəlirlərinin böyük hissəsini təşkil edir.

İndi isə dolayı vergilərin büdcə gəlirlərinin formalaşmasında rolunu təhlil etmək üçün ayrı-ayrı vergi növləri üzrə statistik məlumatlardan istifadə edək və qiymətləndirməyə çalışaq.



Belə ki, Azərbaycan Respublikasının Dövlət Büdcəsinin gəlirlərində vergilərin xüsusi çəkisinə nəzər salsaq görərik ki,ölkəmizdə 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat məbləğində təsdiq edilib.
Dövlət büdcəsinin gəlirlərinin 7 112 000, 0 min manatını vergili gəlirlər təşkil edir.

Aşağıdakı diaqrama nəzər salsaq görərik ki, 2015-ci ildə 7 112 000,0 min manat vergi gəlirlərinin 44 faizini ƏDV üzrə vergi daxilolmaları təşkil edib[22].

Diaqram 1.1.


Diaqramda ƏDV, aksiz və yol vergisinin tərkibinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi, aksiz, xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi daxil edilib.

Beləliklə, dolayı vergilərin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mövqeyini qiymətləndirdikdən sonra deyə bilərik ki, dolayı vergilər üzrə daxilolmalar büdcə gəlirlərində aparıcı rol oynayır və onun vergi daxilolmalarına böyük təsiri vardır.

İndi isə vergilərin büdcə gəlirlərinin illər üzrə dinamikasındakı ümumi meylini və sturukturunda dəyişiklikləri analiz etmək üçün ayrı-ayrı vergi növləri üzrə statistik məlumatlardan istifadə edək və müqayisəli təhlil aparaq.

Dissertasiya işimiz dolayı vergilər istiqamətində olduğuna görə 1.1 saylı cədvəlin məlumatları əsasında dolayı vergilərin büdcə gəlirlərində illər üzrə dinamikasını xüsusi diaqram şəklində versək tədqiqatımızda daha effektiv nəticə əldə edərik.

Cədvəl 1.1.

Sıra №si



Gəlir mənbələri

İllər

2013

2014

2015




Məbləğ  (min manatla)

1

Fiziki şəxslərin gəlir vergisi

783 000

980 344

982 000

2

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

2 279 000

2 302 479

2 211 000

3

Hüquqi şəxslərin torpaq vergisi

31 000

35 399

48 000

4

Hüquqi şəxslərin əmlak vergisi

116 000

141 275

148 000

5

Əlavə dəyər vergisi

2 768 600

3 119 578

3 456 000

6

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

992 600

1 070 960

1 104 000

7

Sadələşdirilmiş vergi

117 000

153 395

145 000

8

Aksiz

594 000

797 328

 684 000

9

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

83 000

57 035

120 000

10

Yol vergisi

54 000

39 182

67 600

11

Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

19 000

16 868

17 600

12

Mədən vergisi

121 000

116 162

116 000

13

Gömrük rüsumları

285 400

365 894

348 400

Diaqramdamdan göründüyü kimi əvvəlki illərlə müqayisədə 2015-ci ildə dolayı vergilərin dinamikasında artım qeydə alınmır. Məlumdur ki, Azərbaycan iqtisadiyyatında hər il növbəti inkişaf səviyyəsinə nail olduqca, ümumi vergi daxilolmalarında dolayı vergilər üzrə daxilolmaların xüsusi çəkisi tərs mütənasib qaydada azalır. Dolayı vergilər üzrə daxilolmalar təsərrüfat dövriyyələrinin həcmi ilə müəyyən olunduğuna görə sənaye, ticarət və xidmət sferasında işgüzar fəallığın artması və ya azalması amilindən asılı olaraq dəyişir[17].

Əlavə dəyər vergisi və aksizlərin büdcənin vergi daxilolmalarında payına nəzər salsaq onun uçotunun düzgün aparılmasının nə dərəcədə əhəmiyyətli olduğunu görərik.
Diaqram 1.2.


Cədvəl 1.2

ƏDV üzrə vergi daxilolmaları haqqında məlumat

(min man.)


Göstəricilər

2012

2013

2014

Dövlət büdcəsinə vergi və sair daxilolmalar

6 025 366,5

6 663 633,4

7 133 622,4

ƏDV

1 483 585,3

1 723 917,5

2 048 656,7

Vergi daxilolmalarında ƏDV-nin

xüsusi çəkisi,

(%-lə)


25,0

26,0

29,0

Əvvəlki illə müqayisədə ƏDV-nin xüsusi

çəkisinin artımı (+), azalması (-),

(faizlə)





1,8

1,2

1.2 saylı cədvələ nəzər salsaq, görərik ki, ƏDV üzrə vergi daxilolmaları son üç il ərzində dinamik surətdə artmışdır. Belə ki, ƏDV üzrə vergi daxiolmalarının ümumi büdcə vergi daxilolmalarındakı xüsusi çəkisi 2012-ci ildə 25%, 2013-cü ildə 26%, 2014-cü ildə isə 29 faiz təşkil etmişdir.

Əvvəlki illə müqayisədə ƏDV-nin xüsusi çəkisi 2013- cü ildə 2012-ci ilə nisbətən 1,8 5 artığı halda, bu göstərici 2014-ci ildə 2013-cü ilə nisbətən 1,2% təşkil etmişdir.

1.3 saylı cədvələ nəzər salsaq, ötən illərlə müqayisədə aksiz vergisi üzrə daxilolmaların dinamikasının müxtəlif illərdə dəyişdiyini (artım və ya azalmasını) müşahidə etmiş olarıq.

Məsələn, 2012, 2013, 2014-cü illərdə aksiz vergisinin əvvəlki illə müqayisədə xüsusi çəkisi müvafiq olaraq 8,8, 12,5, 44,8 faiz təşkil etdiyi halda, bu göstərici 2011-ci ildə 7,7 %, 2015-ci ildə isə 7,5 faiz olmuşdur ki, bu da həmin vergi praqnozunun kəsrlə yerinə yetirildiyini göstərir.

Cədvəldən göründüyü kimi aksiz vergisinin büdcə daxilolmalarındakı xüsusi çəkisinin 2015-ci il istisna olmaqla ilbəil artığı müşahidə olunur. Fikrimizcə, 2015-ci ildə büdcə vergi daxilolmalarında aksiz vergisinin nisbətən az olmasına səbəb, həmin ildə dünyanın siyasi və iqtisadi fonunda baş verən hadisələr səbəbindən ABŞ dollarının rəsmi məzənnəsinin qalxması nəticəsində xaricdən idxal olunan aksiz mallarının həcminə mənfi təsir göstərməsidir.



Cədvəl 1.3

Aksizlər üzrə vergi daxilolmaları haqqında məlumat[23]8

(milyon manat)



Göstəricilər

2011

2012

2013

2014

2015

Vergi daxilolmaları

5 475

6 025

6 663

7 113

7 118

Aksiz

417

454

511

740

684

Vergi daxilolmalarında aksizin

xüsusi çəkisi,

(%-lə)


7,6

7,5

7,6

10,4

9,6

Əvvəlki illə müqayisədə aksizin xüsusi

çəkisinin artımı (+), azalması (-),

%-lə


-7,7

8,8

12,5

44,8

-7,5

Ondu da qeyd etmək vacibdir ki, dolayı vergilərin müsbət cəhətləri ilə yanaşı, çatışmayan cəhətlərindən biri onun inflyasiya xarakterli olmasındadır. Hazırki dövr üçün respublikamızda milli valyutanın dəyər itirməsi nəticəsində, təbii,eyni zamanda süni qiymət artımlarının olması infilyasiyanı qaçılmaz edib.

Fikrimizcə, 2016-cı ildə büdcə daxilolmalarında infilyasiya yaradan dolayı vergilərin birbaşa vergilərlə müqayisədə azlıq təşkil etməsi mövcud iqtisadi böhranın bəzi mənfi nəticələrindən yayınmağa kömək edər.


Fəsil 2. Dolayı vergilərin uçot və auditinin aparılması metodikası


: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə