Fənnin adı: Fəlsəfə Sərbəst işin növünün adı: Esse/Təqdimat


d) Həqiqət və onun meyarları



Yüklə 33,98 Kb.
səhifə5/5
tarix09.01.2022
ölçüsü33,98 Kb.
#82729
1   2   3   4   5
İdrak haqqinda təlim kopyası

d) Həqiqət və onun meyarları

İdrakın əsas məqsədi elmi həqiqətə nail olmaqdır. Həqiqət dedikdə dialektik fəlsəfə o bilikləri nəzərdə tutur ki, bunlar həmin predmeti düzgün əks etdirsin, ona uyğun olsun. Fəlsəfədə həqiqət təkcə idrakın məqsədi deyil, həmdə tədqiqat predmetidir. Belə demək olar ki, həqiqət anlayışı elmin mahiyyətini ifadə edir. Filosoflar çoxdandır ki, elə bir idrak nəzəriyyəsi yaratmağa çalışırlar ki, ona elmi həqiqətin əldə edilməsi prosesi kimi baxsınlar. Bu yolda əsas ziddiyyətlər subyektin fəallığının və bilik əldə etmək imkanının müvafiq obyektiv real dünyaya qarşı qoyulmasıdır.

Lakin həqiqət çoxlu aspektlərə malikdir, ona müxtəlif nöqteyi– nəzərdən, yəni məntiqi, qnoseoloji və nəhayət ilahiyyat nöqteyi– nəzərindən baxmaq olar.

Bəs həqiqət nədir? Həqiqətin klassik fəlsəfi konsepsiyalarında baxılması tarixi antik dövrə gedib çıxır. Məsələn, Platon belə hesab edirdi ki, şeylərə müvafiq şeylərdən danışanlar doğru danışır. Onların haqqında başqa cür danışanlar yalan danışır. Uzun müddət həqiqətin klassik konsepsiyası idrak nəzəriyyəsində üstün yer tutmuşdur. Fikirlərin gerçəkliklə adekvatlığı bu qəbildəndir. Av­qustin həqiqi ideyaların anadangəlmə olması haqqında təlimi in­kişaf etdirmişdir. Avqustindən fərqli olaraq materialistlər elmin nailiyyətlərinə və bəşəriyyətin əsrlər boyu davam edən praktikasının uğurlarına arxalanıb iddia edirlər ki, həqiqət obyektivdir. Həqiqət obyektiv surətdə mövcud olan dünyanı əks etdirdiyinə görə, həqi­qətin məzmunu insan şüurundan asılı deyildir. Həqiqətin məzmunu tamamilə onun əks etdirdiyi obyektiv proseslərlə müəyyən olunur.

Bəs həqiqətin kriteriyası nədir? Həqiqətin kriteriyasını müəy­yənləşdirmək məsələsi fəlsəfənin başlıca problemlərindən biri hesab olunur. Bu məsələdə filosoflar arasında böyük fikir ayrılığı mövcu­d­dur. Ən ifrat nöqteyi– nəzərə görə, həqiqətin kriteriyası yoxdur. Onun tərəfdarlarının fikrincə, ya ümumiyyətlə həqiqət yoxdur, yaxud da vardır, hamıya və hər şeyə xasdır.

İdealistlər– rasionalizm tərəfdarları həqiqətin kriteriyası kimi təfəkkürün özünü götürürdülər. Çünki yalnız təfəkkür predmeti ay­dın təmsil etmək qabiliyyətinə malikdir. Dekart və Leybnits kimi filosoflar ilkin həqiqətlərin öz– özünə olması fikrinə əsaslanaraq onun intellektual intuisiya vasitəsilə daha da aydın olmasını irəli sürürdülər. Onların dəlilləri riyaziyyatın imkanları ilə əlaqələn­diri­lir­di İ.Kant həqiqətin yalnız formal, məntiqi kriteriyasını qəbul edirdi. Digər aqnostiklər də həqiqətin meyarı (kriteriyası) olma­dığını əsaslandırmağa cəhd edirlər. Bir çox filosoflar idrakın həqi­qiliyi kriteriyasını təsəvvürlərin və anlayışların aydın və anlaşıqlı olmasında, bunların ümumi mənasında, kollektiv təcrübədə axtarır­dılar.



Marksa görə, idrak özü öz həqiqiliyinin meyarı ola bilməz. Biliyin həqiqiliyinin meyarını idrak xaricində– praktikada axtarmaq lazımdır. «İnsan təfəkkürünün predmet həqiqiliyinə malik olub– olmadığı məsələsi heç də nəzəriyyə məsələsi olmayıb, əməli məs­ə­lədir. İnsan öz təfəkkürünün həqiqiliyini, yəni kerçəkliyini və qüdrətini, bu dünyaya məxsus olduğunu praktikada sübut etməlidir. Praktikadan təcrid olunan təfəkkürün gerçək olub– olmadığı haqqındakı mübahisə xalis sxolastik məsələdir» (K.Marks). İnsan öz anlayışlarının obyektiv həqiqiliyini praktika vasitəsilə sübut edir. İnsan idrakı mütləqdir., suverendir, çünki obyektiv həqiqəti verə bilir, şeylərin düzgün inikasını verə bilir. Fəlsəfədə mütləq və nisbi həqiqət anlayışlarından istifadə edilir. Dolğun və bitkin formada olan obyektiv həqiqətə mütləq həqiqət deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün deyildir. İnsan mütləq həqiqətə birdən– birə gəlib çatmır. Mütləq həqiqət nisbi həqiqətlərdən əmələ gəlir.

Nisbi həqiqət belə bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin dolğun əks etdirmir, onu müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. Dialektik fəlsəfə həqiqətin meyarı kimi praktikanı götürür. Bu və başqa ideyanın, elmi nəzəriyyənin həqiqiliyi haqqında istənilən qədər mübahisə etmək olar, lakin bu mübahisəni yalnız praktika– istehsal, siyasi həyat, elmi eksperiment həll edə bilər.
Yüklə 33,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə