Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Sosial təhlükələrin bəzi növlərini nəzərdən keçirək:  Şantaj



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
Sosial təhlükələrin bəzi növlərini nəzərdən keçirək: 
Şantaj 
- hüquqi praktikada hər hansı bir qazanc, fayda əldə etmək üçün müəyyən 
şəxsi rüsvay edə, ləkələyə biləcək gizli sirlərini ifşa etməklə hədələməkdən
qorxutmaqdan ibarət cinayət kimi qiymətləndirilir. Şantaj insanın sinir sisteminə 
mənfi təsir göstərməklə təhlükəlidir. 
Dələduzluq (fırıldaqçılıq)
- yalan və ya etimaddan, inamdan sui-istifadə edərək 
dövlət, ictimai və ya özəl əmlaka yiyələnməkdən (və ya əmlaka sahiblik hüququnu 
əldə etməkdən) ibarət cinayətə deyilir. 
Dələduzluğun qurbanı olan şəxs çox gizli psixi-fizioloji sarsıntılara məruz qalır. 


Banditizm (quldurluq)
- dövlət idarələrinə, ictimai idarələrə, yaxud ayrı-ayrı 
şəxslərə basqın etmək məqsədilə silahlı dəstələrin (bandaların) təşkil edilməsindən, 
həmçinin belə dəstələrin tərkibində olmaq və onların basqınlarında iştirak 
etməkdən ibarət cinayətdir. Cəmiyyət və şəxsiyyət üçün çox təhlükəlidir. 
Qarətçilik (soyğunçuluq)
- dövlət əmlakına, ictimai və ya şəxsi əmlaka 
yiyələnmək məqsədilə basqın edilən şəxsin həyatı və sağlamlığı üçün təhlükəli 
zorakılıq göstərməklə və ya zorakılıq göstərmək hədəsi ilə yerinə yetirilən 
basqından ibarət cinayətdir. 
Zorlama 
- fiziki güc tətbiq etməklə (zorakılıqla), hədələməklə və ya zərərçəkən 
qadının acizliyindən istifadə etməklə onunla cinsi əlaqəyə girmək. Cinayət 
məsələsi belə cinayətə görə ən yüksək cəza verilməsini (ağırlaşdırıcı hallarda) 
nəzərdə tutur. 
Girov götürmə
- cinayətin bir növüdür. Girov götürmənin mahiyyəti - Girov 
götürülən tərəfdən olan bir qrup şəxsi müəyyən tələblərin yerinə yetirilməsinə 
məcbur etmək məqsədilə digər bir qrupdan olan insanları (bunlar çox vaxt uşaqlar 
və qadınlar olur) tutub saxlanmasından ibarətdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə