Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 17. Hidrosferin və biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar olan
fövqəladə hadisələrin
xüsusiyyətləri.
Mühazirəçi:
E.K.Qafarov
Mühazirənin planı :
1.
Su ehtiyatlarının tükənməsinin əsas səbəbləri.
2.
Dəniz bioloji mühitinə neft çirkləndiricilərinin təsiri.
3. Ətraf mühitin keyfiyyətinin dəyişməsinin obyektiv və subyektiktiv səbəbləri.
Ədəbiyyat:
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh.
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki
müdafiə) Bakı 2010, səh.388
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
7.
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
1.
Su ehtiyatlarının tükənməsinin əsas səbəbləri.
Otuz il bundan əvvəl ölkənin əksər rayonlarında yerli təbii su mənbələri əhalinin
və iqtisadiyyatın suya olan ehtiyaclarını həm miqdarca, həm də keyfiyyətcə
ödəmək üçün kifayət edirdi. Son illərdə sənaye və mülki tikintinin güclü inkişafı
nəticəsində su mənbələrinin istifadə edilmə imkanı kəskin surətdə azalmışdır.
Su ehtiyatlarının azalması üç əsas səbəblə izah olunur:
1) İnsan fəaliyyətinin biosferə təsiri nəticəsində su ehtiyatlarının tükənməsi;
2) Suya olan tələbatın kəskin surətdə artması;
3) Su mənbələrinin kütləvi surətdə çirklənməsi.
İnsan fəaliyyətinin biosferə təsiri nəticəsində (məsələn, su hövzələrinin
dayazlaşması, bir sıra kiçik çayların itməsi, göllərin quruması və s.) su
ehtiyatlarının tükənməsi meşələrin qırılması, çöllüklərin fasiləsiz şumlanması,
meliorasiya şəbəkələrinin düşünülmədən inkişafı, maldarlıq üçün otlaqların
tənzimlənməməsi və s. səbəblərdən baş verir.
Suya tələbatın kəskin surətdə artması bir sıra amillərlə bağlıdır.
Birincisi, böyük su sərfi tələb edən texnoloji proseslərin inkişafı (məsələn, pambıq
və ya yuna nisbətən süni liflərin hazırlanması xeyli çox su sərfi tələb edir).
Sənayenin sürətlə inkişafı nəticəsində onun suya tələbatı ildə 6-8% artır.
İkincisi, insanların əmək və məişət şəraitlərinin yaxşılaşması nəticəsində məişət
ehtiyaclarına sərf olunan suyun miqdarı ildən-ilə artır. Hazırda böyük şəhərlərdə
gündə hər bir nəfərə düşən su sərfi 200 l-ə çatır və yaxın gələcəkdə bunun 400 l-ə
çatacağı gözlənilir.
Üçüncüsü, kənd təsərrüfatında su sərfi (suvarmaya, məişət ehtiyaclarına və s.)
müntəzəm surətdə artır.
Şəhərlərdə istehlakçılar arasında suyun əlverişsiz paylanması da öz təsirini
göstərir. Belə ki, bir sıra müəssisələrində texniki məqsədlərlə içməli sudan istifadə
edilir.
Suyun çirklənməsi dedikdə, su obyektinə suyun tərkibini və xassələrini pozaraq
onu su istifadəçiləri üçün yararsız edən və ya orada su orqanizmlərinin yaşayış
şəraitini pisləşdirən miqdarda (qatılıqda) çirkləndiricilərin daxil olması nəzərdə
tutulur. Suyun təbii çirklənmə mənbələri daşqınlar, sahillərin yuyulması,
çirklənmiş atmosfer yağıntıları, torpaqdan yuyularaq daxil olan elementlər olur.
Suyun antropogen çirklənməsi insanın məişət, kənd təsərrüfatı, sənaye və digər
fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif maddələrin maye, bərk və ya kollond
halında su hövzələrinə atılması nəzərdə tutulur.
Su mənbələrinin çirklənməsi prosesində çox vaxt ora sənaye tullantı sularının
atılması həlledici rol oynayır. Bəzi rayonlarda su hövzələrinin ümumi
çirklənməsində sənaye sularının xüsusi çəkisi 70-90% təşkil edir. Su hövzələrinə
ən böyük ziyan vuran amil kimya, neftçıxarma, neft emalı, neft-kimya, sellüloz-
kağız sənaye müəssisələrinin tullantı sularıdır.
Su hövzələrinin digər geniş yayılmış çirklənmə mənbəyi kənd təsərrüfatında
məhsuldarlığı artırmaq və ziyanvericilərlə mübarizə məqsədi ilə kütləvi surətdə
tətbiq edilən kimyəvi gübrələrdir.
Suyu çirkləndirən amillər öz xarakterinə görə bioloji, kimyəvi, mexaniki, fiziki
(suyun isidilməsi, radiasiya təsiri və s.) ola bilər. Su hövzələrində suyun
çirklənməsi bioloji məhsuldarlığı aşağı salır, təsərrüfat və ekoloji itgilərə şərait
yaradır.
Su hövzələrinin çirklənməsi onların flora və faunasının kasadlaşmasına səbəb olur.
Bundan əlavə, şirin su mənbələrinin çirklənməsi, onun keyfiyyətinin pisləşməsi
əhalinin sağlamlığını böyük təhlükə qarşısında qoyur və çox vaxt yoluxucu
xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
2.
Dəniz bioloji mühitinə neft çirkləndiuricilərinin təsiri.
.
Təbiətdə olan bütün növ çirkləndiricilər, o cümlədən, insanın fəaliyyəti nəticəsində
əmələ gələn çirklənmələr son nəticədə Dünya okeanına daxil olur. Həmin
çirkləndiricilərə bütün növ sənaye çirkabları və tullantıları, o cümlədən zəhərli və
təhlükəli maddələr daxildir.
Dəniz mühitinin çirklənməsi əsasən, insanın dəniz dilindəki fəaliyyəti ilə, məsələn,
neft və qazın kəşfiyyatı, çıxarılması, həmçinin gəmiçilikdə, yəni gəmi sularının
dənizə atılması ilə bağlıdır. Külli miqdarda neft və neft məhsullarının çıxarılması,
daşınması, emal edilməsi, paylanması və istehlak dəniz mühitini müxtəlif yollarla
çirkləndirir.
Neftdaşıyan gəmilərdə və neft quyuları yerləşən platformalarda qəzalar baş
verdikdə dəniz mühiti daha geniş miqyasda çirklənir. Bəzən də gəmilərdən dənizə
neft qalıqları bilərəkdən atılmaqla mühit çirklənir.
Dənizin bioloji mühitinə neft çirkləndiricilərinin zərərli təsiri aşağıdakı formalarda
təzahür edir:
1. Dəniz orqanizmlərinin neft pərdəsi ilə bürünüb boğulması nəticəsində onların
birbaşa məhv edilməsi.
2. Dəniz orqanizmlərinin neft məhsulu ilə təması nəticəsində zəhərlənərək məhv
olması.
3. Qəza nəticəsində neft dağılan yerdən müəyyən məsafədə müşayiət olunan, suda
həll olmuş toksik komponentlərin təsirindən dəniz orqanizmlərinin birbaşa məhv
olması.
4. İnkişafda olan, körpə orqanizmlərin məhv olması.
5. Dəniz orqanizmlərinin qidalandığı dəniz məhsullarının məhv olması.
6. Dəniz orqanizmlərinin neftlə təması nəticəsində müxtəlif xəstəliklərə qarşı
müqavimətlərinin zəifləməsi.
7. Dənizin balıq ehtiyatlarının məhv edilməsi.
8. Müxtəlif dəniz orqanizmlərinin yaşamaq və fəaliyyət göstərmək
qabiliyyətlərinin aşağı düşməsi.
Son zamanlar dənizə kimya sənayesi tullantılarının və radiaktiv tullantıların
atılması dəniz mühitinə olduqca böyük mənfi təsirlər göstərir.
Yuxarıda göstərilən üç əsas çirklənmə mənbələrindən (neft məhsulları, kimya
istehsal tullantıları, radioaktiv tullantılar) əlavə dəniz mühiti bir sıra digər
mənbələrdən də - təmizlənməmiş tullantı suların dənizə buraxılması, kənd
təsərrüfatı sahələrindən kimyəvi gübrələrin, pestisidlərin yuyularaq dənizə
axıdılması və s. çirklənə bilər.
Bunun nəticəsində dəniz mühitinin flora və faunası tamamilə məhv ola bilər,hətta
bəzi canlı orqanizmlərin nəsli kəsilə bilər.Nəzərə almaq lazımdır ki,su mühitində
yaşayan canlılrın əksəriyyətində insanlar qidalamaq üçün də istifadə
edirlər.Buradan belə qənaətə gəlmək olar ki,dəniz və okean mühitində yaşayan
canlıları məhvi və nəslinin kəsilməsi ərzaq təhlükəsizliyinə ,sənayenin dayanıqlı
fəaliyyətinə də mənfi təsirsiz ötüşmür.Həmçinin yuxarıda qeyd edilən sahə üzrə də
işləyən insanların ,bu sahədə işsizlik problemləri meydana gələ bilər.
Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, hidrosferin dəyişməsi ilə əlaqədar
olan baş verən fövqəladə hadisələrin nəticələri sosial-iqtisadi tənəzzülə gətirib
çıxarır.
3.
Ətraf mühitin keyfiyyətinin dəyişməsinin obyektiv və subyektiv səbəbləri.
Dialektik materializm öyrədir ki, təbiəti və cəmiyyəti özündə birləşdirən
obyektiv dünyanının ən əsas xüsusiyyətlərindən biri predmetlərin və hadisələrin
ümumi əlaqəsinin mövcudluğu təşkil edir. Bu əlaqələrin xarakteri çox müxtəlif ola
bilər. Bundan başqa onlar durmadan qarşılıqlı fəaliyyət vəziyyətindədirlər. Məhz
elə səbəb-nəticə əlaqələrinin mürəkkəbliyi bu və ya digər texniki ya iqtisadi
prosesin uzaq nəticələrinin proqnozlaşdırılmasının əsas çətinliyi təşkil edir. Engels
yazırdı: “Messopotamiyada, Yunanıstanda, Kiçik Asiyada və digər yerlərdə
meşələri qırmaq yolu ilə əkin torpaqları əldə etmək istəyən insanların heç
yuxusuna belə gəlməzdi ki, onlar bu yolla bu ölkələrinin hazırkı səhralaşmasının
əsasını qoymuş, meşələrlə bərabər onları suyun yığılması və saxlanılması
mərkəzlərindən məhrum etmişlər”.
Eyni zamanda, özlərinin, ailələrinin yaşaması üçün yollar axtaran o nəsillərin,
gələcəyi görmədən əldə etdikləri “təbiətin ram edilməsi” üsullarını düzgün
sayaraq, bu cür hərəkət etmələrini də anlamaq olar. Engels yazırdı: “Lakin, gəlin
özümüzü təbiət üzərində qələbələrimizlə aldatmayaq. Hər belə qələbəyə görə o
bizdən intiqam alır. Doğrudur, hər bir belə qələbə bizim birinci mərhələdə
gözlədiyimiz nəticəni verir, lakin sonrakı, ikinci və üçüncü mərhələlərdə, tamamilə
başqa, özü də əksər hallarda birincinin əhəmiyyətini puç edən, gözlənilməz
nəticələrlə, sonuclanır”.
Belə məlum olur ki, maddi istehsalın artımı əhali artımını əhəmiyyətli dərəcədə
qabaqlayır. Əgər son yüz il ərzində insanların sayı 3 dəfə artıbsa, həmin müddətdə
istehsal artımı daha çox yüksəlib. Hazırda Yerin tərkindən hər il 100,0 mlrd. ton
filiz: yanacaq, o cümlədən 4,0 mlrd. ton neft və təbii qaz, 2,0 mlrd. ton daş kömür,
tikinti materialları çıxarılır. Əkin sahələrinə 94,0 mln. ton mineral gübrə, 2,0 mln.
ton zəhərli maddələr səpilir. Atmosferə 200,0 mln. tondan artıq SO2, 50,0 mln. ton
karbohidrogen, 150,0 mln. ton SO2, 53,0 mln. ton azot oksidi birləşmələri, 250,0
mln. ton mexaniki toz qarışıqları tullanılır. Dünya okeanına ildə 10,0 mln. tona
qədər neft məhsulu atılır. Hər il 6-7 mln. ha. torpaq kənd təsərrüfatı üçün yararsız
hala düşür.
MDB ölkələrində ildə 5,0 mlrd. ton bütün xammal növlərindən, yəni sutkada hər
adambaşına 50,0 kq istifadə olunur. Bütün dünyada, o cümlədən Rusiyada da
müasir sənaye istehsalının xüsusiyyəti ondan ibarətdir ki, istifadə olunan
resursların 1-10%-i hazır məhsula çevrilir, qalan 90-99%-i isə enerjidaşıyıcısı,
təkrar emal xammalı və əsas etibarı ilə ətraf mühiti çirkləndirən tullantılardan
ibarətdir.
Cəmiyyət və təbiət arasında maddələr mübadiləsi prosesinin strukturu və
mərhələləri:
Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi və bunun ətraf mühitə təsiri məsələlərinə
baxıldıqda aşağıdakı mərhələləri qeyd etmək lazımdır.
1. Ehtiyatların kəşfiyyatı və axtarışı. Bu mərhələdə mühitə təsir cüzidir.
2. Təbii ehtiyatların sənaye üsulu ilə mənimsənilməsi iki mərhələdən ibarətdir: a)
əldə olunan ehtiyatların istifadəsinə texnoloji hazırlıq; b) infrastruktur
mənimsənilmə.
Bu mərhələlərdə müəyyən dərəcədə müşahidə edilən ciddi ekoloji ziyan, nəticə
etibarı ilə landşaftların düşünülməmiş dəyişdirilməsi, infrastruktur sahəsində
perspektiv planlaşdırma qərarları ola bilər. Təmizləyici qurğulara, yeraltı
sərvətlərinin qeyri-filiz hissəsinin istifadəsinə kifayət qədər diqqətin olmaması
neqativ nəticələrə gətirib çıxara bilər.
3. Ehtiyatların istehsalı 4 mərhələni birləşdirir: a) ilkin xammalın alınması; b)
enerji və materialların əldə edilməsi; v) materiallara müvafiq forma verilməsi; q)
materialların yığma və montaj prosesləri ilə “uyğunlaşdırılması”. Bu mərhələlərdə
aşağıdakı, daha səciyyəvi olan çirklənmələr: daş kömür hasilatında, - şor şaxta
suları, boş süxur terrikonları; neftçıxarmada, - lay suları, yerin üst qatının, o
cümlədən su hövzələrinin çirklənməsi, oksigen rejiminin pozulması; filiz
hasilatında;
qeyri-filiz
tullantıları.
Əldə olunmuş materialların kondensə olunması,
zənginləşdirilməsi zamanı mühit təkcə qeyri-filizlərlə deyil həm də hasilat
prosesinin aparılması, təbii ehtiyatların təmizlənməsi, zənginləşdirilməsi üçün
zəruri olan reagent və enerjinin hesabına təkrar çirkləndiricilərlə də çirkləndirilir.
4. Ehtiyatların istehlakı. Bu mərhələdə əmələ gələn tullantılar təkrar xammal və ya
ətraf mühitin çirkləndiriciləri ola bilər.
5. Mineral və energetik resursların istehsalının və istehlakının tulllantılarının təbii
proseslərin dövrü hərəkət sisteminə qaytarılması. Bu mərhələ “ekoloji resikliklik”
adı almışdır. Bu həm təbii ekoloji resikliklik, məsələn kənd təsərrüfatı istehsalının
tullantıları olan samanın, tağım və digərlərinin çürüyərək torpağa qaytarılması və
ya insan tərəfindən tənzimlənən resikliklik ola bilər.
6. Materialların və enerjinin təkrar istifadəsi. Bu mərhələ təkrar xammalın yığılıb
istifadə edilməsidir. İnkişaf etmiş ölkələrdə təkrar xammal və enerjidən istifadənin
həcmi ilbəil artır.
7. Material və enerji ehtiyatlarının yenidənbərpası: a) təbii özünübərpa; insan
tərəfindən tənzimlənən bərpa.
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə olunmasını
kateqoriyası mahiyyətcə eyni problemin iki tərəfidir. Bütün ölkələrdə ətraf mühitin
çirklənmə səviyyəsi artdıqca təbii ehtiyatların, potensialın bərpasına qoyulan
xərclər də artır. Yeni xammal ehtiyatlarının geoloji tədqiqatına, kəşfiyyatına
qoyulan xərclər dəfələrlə artır. Su hövzələrinin həcmləri azaldıqca yenilərinin
yaradılmasına çəkilən xərclər kəskin surətdə yuxarı qalxır. Məsələn, əgər 50,0
mln.kub m. həcm üçün xərc indeksini 100 qəbul etsək, onda 5,0 mln.kub m. həcm
üçün xərc indeksi 400 təşkil edər. Ekoloji resiklikliyi təmin etmək üçün də (bu
prosesin normal keçməsi üçün bütün mane olan qıraq qarışıqlar çıxarılmalıdır)
xərclər kəskin surətdə yüksəlir.
Psevdoiqtisadi anlayışlara görə cəmiyyət özünün hər bir maddi istehsal
mərhələsində, durmadan artan xərclər tələb edən təbiəti mühafizə tədbirlərinin
həyata keçirilməsini sonraya qoymağa çalışır. Bunun nəticəsi olaraq həm ətraf
mühitin vəziyyəti pisləşir, həm də təbii ehtiyatların tükənməsi səbəbindən onların
qiyməti artır. Bu “ictimai dairəni” sübut edən çoxsaylı nümunələr vardır.
Son onillikdə təbiətdən istifadənin iqtisadiyyatı kimi elmi istiqamət inkişaf
etməkdədir. Bu elmin çərçivəsində təbiəti mühafizə maraqları ilə istehsalat
maraqları arasında kompromis axtarışları durmadan davam edir. Mahiyyət etibarı
ilə
söhbət
maddi
istehsal
prosesində
təbiətə
vurulan
ziyanın
minimallaşdırılmasından gedir. İstehsalçı, subyektiv olaraq vurduğu ekoloji ziyanı
ödəməkdə maraqlı olmur və buna görə də bu ödəmələrin alınması təbiəti mühafizə
üzrə qanunlara əsasən tənzimlənir. Bu qanunların mahiyyəti ondan ibarətdir ki,
təbiətə vurulan ziyana görə kompensasiya xərclərinin istehsal xərclərinə onun
ayrılmaz hissəsi kimi daxil edilməsi təmin edilir. Nəticə etibarı ilə texnologiyaların
tullantısız və ya az tullantılı istehsal istiqamətində təkmilləşdirilməsinə, bütün növ
təbii ehtiyatlardan qəti surətdə səmərəli istifadə edilməsinə stimul yaranır. Bu da
ətraf mühitin səmərəli mühafizəsinə aparan əsas yoldur.
Təbii mühitin pisləşməsinin subyektiv səbəblərinə təbiətdən istifadədə, təsərrüfat
fəaliyyətinin planlaşdırılmasında yol verilən səhvləri, o cümlədən həddən artıq
enerji tutumlu istehsal növlərinin yaradılmasını aid etmək olar.
Yoxlama sualları:
1.Su ehtiyatlarının tükənməsinin əsas səbəbləri nədir?
2.
Dənizin bioloji mühitinə neft çirkləndiricilərinin zərərli təsiri hansı formalarda
təzahür edir?
3.Biosferin vəziyyətinin dəyişməsinə təsir edən amillər hansılardır?
Dostları ilə paylaş: |