FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə4/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   2   3   4   5   6   7   8   9   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Dilçiliklə əlaqəsı:
Ana dilini tədris etmək, birinci növbədə Azərbaycan dilini (Azərbaycan türkcəsini) tədris etmək deməkdir. Dilçilik dil haqqında elm deməkdir. Azərbaycan dilinin bütün fonetik, qrammatik, leksik-semantik xüsusiyyətlərinin təlimi zamanı, sözsüz ki, dilçiliyi maraqlandıran və məşğul edən elmi-nəzəri münasibətlər, qanun-qaydalar, qrammatik tələblər təqdim edilir. Məsələn, fonetikanın təqrisi zamanı fonetik qanun və qaydalar, söz yaradıcılığının tədrisində sözlərin məna və tərkib xüsusiyyətləri kimi məsələlər elmi cəhətdən izah edilir. Morfologiya, sintaksisin tədrisi əvvəlki qrammatik-elmi mənimsətmələrin üzərində qurulur. Səsdən sözə, sözdən cümləyə, cümlədən fikir və üsluba dair bütün məsələlərin izahı məhz dilçiliyin tərkib semantikasına daxildir.
Qrammatika:Təsviri qrammatika; tarixi qrammatika üzrə məlumatlar dil dərslərinin nəzəri strukturunda əsas yer tutur.
Ədəbiyyatşünaslıqla əlaqəsı: Hər bir bədii əsər bədii dil, mövzu, idaya, bədii ifadə xüsusiyyətləri kontekstindən tədris edilməlidir. Bunlar ədəbiyyatşünaslıq elminin tərkib kateqoriyalarıdır.
Ədəbiyyatşünaslıq ədəbiyyat haqqında elm sahəsi kimi.
Bədii ədəbiyyatın ədəbi növ, janr mənsubluğu üzrə öyrətmə.
Tədris dinamikası hər bir əsər özünəməxsus janr və mövzu, məzmun, idaya, quruluş tərkibləri üzərində qurulur. Metodiki cəhətdən əsas vəzifə əsərin təhlil və təsnif prinsipləri üzrə öyrətmədir.
Tarixlə əlaqəsi: Ana dilinin tədrisi zamanı müxtəlif tarixi faktlarla, hadisə və əhvalatlarla, tarixi günlər, tarixi mərasimlər, milli-tarixi keçmişimiz, müasir həyatımız, o cümlədən milli dövlətçiliyimizin tarixi keçmişi və müasir siması ilə bağlı məsələlər haqqında məlumtlar verilir. Elmi-kütləvimətnlər məqalə və oçerklərin oxusu zamanı taixi faktlara və tarixi yaddaşlara müraciət edilir.
Təbiətşünaslıqla əlaqəsi: Yazı və oxu dərslərinin mövzusundan və xarakterindən asılı olaraq, nəzəri və təcrübi məşğələlərdə təbiətlə, təbiətşünaslıqla bağlı müxtəlif məlumatlar, təsvirlərdən bəhs edilir. Elmi-kütləvi mətnlərdə təbiətşünaslıq elminə aid olan mövzular da xüsusi yer tutur. Ətraf aləmlə tanışlıq məşğələsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə