|
![](/i/favi32.png) FəNNİn adi: ana dilinin təDRİSİ metodikasiHər ikisi qapalı olan hecalardan ibarət sözlərin yazılışı və tələffüzü üzrə öyrətmə: mək-tub, mək-təb, bağ-ban. Cey-ran, göy-çək
|
səhifə | 34/68 | tarix | 27.01.2023 | ölçüsü | 0,72 Mb. | | #99498 |
| ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.Hər ikisi qapalı olan hecalardan ibarət sözlərin yazılışı və tələffüzü üzrə öyrətmə: mək-tub, mək-təb, bağ-ban. Cey-ran, göy-çək...
Dörd hərfdən ibarət təkhecalı sözlərlə tanış olurlar: kənd, klub, gənc, cəng, rəng, Qənd, Fənd və s.
İki samitin yanaşı işlənməsi üzrə sözlərin öyrədilməsi üzrə iş: Cırtdan, fişəng, tüfəng, Çələng, neft-neftçi.. kənd-kəndli və s.
Sözlərin yazılışı ilə tələffüzünü ayırd edə bilirlər:
Yazılır: Deyilir:
Kənd- kənt
Kitab- kitap
Corab- corap
Sünbül- sümbül
Tapmaca- tappaca
Çörək- çörəy:
söyüd- söyüt,
dovşan- do_şan
fontan - fantan
Eyniköklü sözləri öyrənirlər:
Kitab-kitabxana-kitabxanaçı-kitabxanaçılıq;
Məktəb-məktəbli;
Çay-çayçı-çayxana-çaydan;
Bağ-bağça-bağban və s.
4. ƏLİFBA TƏLİMİNDƏN SONRAKI DÖVRDƏ mənimsətmə üzrə işin məzmunu:
Əlifba təlimindən sonrakı dövr—savad təlimindən sonrakıl dövr adlanır. Proqramda bu mərhələyə 93 saat ayrılıb.
Ümumiyyətlə, ı sinifdə Ana dilinin tədrisinə proqramda 279 saat ayrılıb.
Şagirdlərin yazı və oxu təlimləri genişləndirilir və təkmilləşdirlir;
Get-gedə irihəcmli mətnləri oxumaq və nəql etmək, əzbərləmək vərdişləri möhkəmlənir;
Oxu və yazıda buraxılan səhvlər aradan qaldırılır;
Şagirdlərin oxu sürətini artırmaq üzrə vərdişlər möhkəmləndirilir;
İrihəcmli nağıl və hekayələrin oxusuna zəmin yaradılır;
Səsli və səssiz oxu üzrə qaydalar öyrədilir;
Sözlərin və cümlələrin qrammatik xüsusiyyətləri haqqında məlumatlar dərinləşdirilir;
Qrammatik qaydaları elmi baxımdan şüurlu şəkildə mənimsətməyə üstünlük verilir;
Dostları ilə paylaş: |
|
|