Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə8/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
Diaqnostika

ATA RAİD


Kompyuter sisteminin xətalara qarşı dayanıqlığını artırmaq məqsədi ilə disk yığıcılarının asılı olmayan izafi massiv prinsipi RAİD işləməşdir. Bu prinsip yaddaş qurğusu olan sərt disklər üçün nəzərdə tutulmuşdurş bu prinsipin əsasını bir neçə sərt disklərdən istifadə olunmasıdır. Bu prinsipi həyata keçirmək üçün apparat təminatı və xüsusi proqram təminatı olmalıdır. Ilk vaxtlarda bir neçə vinçestrin sadə şəkildə onların yaddaş sahələrinin birləşdirilməsi nəzərdə tutulurdu. Məlum oldu ki, belə birləşdirmə etibarlığı aşağı salır və praktiki olaraq cəld işləmə sürətini yüksəltmir. 1992 ci ildə xüsusi təşkilat yaradıldı ki, bu problemi həll etsin. Hal hazırda bu təşkilat RAİD prinsipini 7 səviyyəsini realizə etmişdir. Bu prinsip üçün RAİD kontrolleri platası istifadə olunur. Müəyyən uyğun proqramlardanda istifadə etmək olar. Ancaq bu prinsip məsləhət görülmür. Indi ayrı-ayrılıqda BOATD in səviyyələrinə baxaq.

  1. RAİD 0 səviyyəsi. Bu səviyyə paylanma səviyyəsi adlanır. Bu halda fayllar bir neçə diskə yazılır və onlar böyük həcmli bir disk qurğusu kimi işləyir. Bu səviyyənin köməyi ilə oxu və yazı əməliyyatları sürətlə həyata keçirilir. Ancaq etibarlılıq aşağı səviyyədə olur. Bu səviyyəni həyata keçirmək üçün ən azı 2 disk qurğusu olmalıdır.

  2. RAİD 1 səviyyəsi (Güzgü əksi) Bir diskdə yazılmış informasiya digər diskdə də yazılır. Bununla yüksək dayanıqlı sistem alınır. Bu rejimi həyata keçirmək üçün minimum 2 disk qurğusu lazımdır.

  3. RAİD 2 ci səviyyəsi səhvlərin təshihi kodundan istifadə. Verilənlər eyni vaxtda bitlərə ayrılır. Və bir neçə diskdə səhvlərin təshihi kodu RCC yazılır. Bu səviyyə RCC prinsipini malik olmayan yaddaş qurğuları üçün istifadə olunur. Bu halda verilənlərin yüksək sürətlə ötürülməsi təmin olunur. Bu səviyyəni həyata keçirmək üçün bir neçə disk qurğusu lazımdır. Qeyd edək ki, bütün JCST və ATA disk qurğuları ECC prinsipinə malikdirlər.

  4. RAİD 3 səviyyə. Cütlüyə görə nəzarət TRAİD o səviyyəsindən istifadə etməklə cütlüyə görə nəzarəti aparan əlavə disk qurğusuda istifadə olunur. Bu halda xətalara qarşı dayanıqlı sistem alınır. Bu səviyyənin realizə etmək üçün minimum 3 disk qurğusu lazımdır.

  5. RAİD 4 cü səviyyə. Cütlüyə görə nəzarət sistemli bağlanmış verilənlər. Bu səviyyə RAİD 3 səviyyəsinə analojidir. Fərq ondan ibarətdir ki, informasiyanın yazılması aslı olmayan disk qurğularına böyük həcimli bloklar şəklində aparılır. Bu halda böyük həcimli faylların oxunma sürəti artır. Minimum 3 disk qurğusu lazımdır.

  6. RAİD 5 ci səviyyəsi. Bölünmüş cütlüyə görə nəzarətli bağlanmış verilənlər. Bu səviyyədə RAİD 4 səviyyəsinə oxşardır. Ancaq fərq ondan ibarətdir ki, sərt disklərin kateqoriyalarından aslı olaraq cütlüyə görə nəzarət paylanmış şəkildə aparılır. Minimum 3 disk qurğusu lazımdır. RAİD 6

  7. RAİD 6 cı səviyyə . Cütlüyə görə nəzarətin ikili bölünmüş bağlanan verilənlər. RAİD beş səviyyəsinə uyğundur. Fərq ondan ibarətdir ki, cütlüyə görə nəzarət iki dəfə aparılır. Bu sistemi daha yüksək dayanıqlı edir. Minimum 4 disk qurğusu lazımdır.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə