|
Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3
|
səhifə | 40/48 | tarix | 29.11.2023 | ölçüsü | 1,6 Mb. | | #139327 |
| Diaqnostika CPU (məqalə 2)
Əvvəlcə CPU-u performansının xarici saat sürəti (sistem kristalı), CPU sürəti, adreslənə bilən yaddaş miqdarı, CPU paketi, keş yaddaş miqdarı, Pipelining (İş xətləri), istifadə edilən enerji, nüvə sayı, istehsal texnologiyaları kimi bəzi amillərdən asılı olduğunu nəzərinizə çatdıraq.
Sistem kristalı əsasən anakarta lehimlənmiş olur və CPU-nun və kompüterin digər hissələrinin işləmə sürətlərini təyin edir. CPU və digər PC hissələri üçün fərqli kristallar mövcuddur.
CPU-u sürəti isə sistem kristalının təyin etdiyi sürətlə CPU vuruğunun hasilindən alınan sürətdir.
Adress yolundakı şin sayı CPU-nun istifadə edə biləcəyi maksimum RAM miqdarını təyin edir. İlk prosessorlar 32 bit adres yoluna sahib ikən, günümüzdə istifadə olunan prosessorlar isə 32 və ya 64 bit yola sahibdirlər.
Pipelining – birdən çox əmrin CPU-nun fərqli hissələrini istifadə edə bilməsidir. Bu da CPU-nun eyni zamanda birdən çox işi yerinə yetirməsinə şərait yaradar.
Enerji sərfiyyatı:
Köhnə CPU-lar 5 Volt gərginliyə ehtiyac duyardılar. Daha sonra bu göstərici 3.3 Volt-a endirildi. Daha sonrakı inkişaf mərhələlərində enerji sərfiyyatı bir az da endirilmişdir, ancaq bir standart yoxdur. Daha az enerji istifadəsi həm də daha az isinmə deməkdir.
İntel və AMD firmalarının CPU Ailəsi və bəzi modelləri aşağıdakı cədvəllərdə verilmişdir:
Intel ailəsi:
İntel CPU Ailəsi
|
Modellər
|
İlk modellər
|
386; 486
|
P5
|
Pentium; Pentium MMX
|
P6
|
Pentium Pro; Pentium II M; PII Celeron, PII Xeon; Pentium III; Pentium III M; Pentium III S; PIII Celeron, PIII Xeon
|
Netburst
|
Pentium 4; Pentium 4 HT; Pentium 4 EE; P4 Celeron; P4 Xeon; Pentium D; Pentium XE; Celeron D
|
Mobile
|
Pentium M; Celeron M
|
Core
|
Core Solo; Core Duo; Celeron M; Core Celeron
|
Core2
|
Core2 Duo; Core2 EE; Core2 Celeron; Core 2 Xeon; Core2 Quad; Celeron DC
|
Atom
|
–
|
Core i Seriyası
|
Core i3; Core i5; Core i7; Core i7 EE; Core i7 Xeon
|
Itanium
|
Itanium I; Itanium II
|
Dostları ilə paylaş: |
|
|