Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə41/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
Diaqnostika

AMD ailəsi:

AMD CPU Ailəsi

Modellər

İlk modellər

386 və 486

K5

K5; K5 Geode

K6

K6; K6 II; K6 III

K7

Athlon; Athlon XP; Athlon MP; Duron; Sempron; Sempron M

K8

Athlon64; Athlon64 M; Athlon64 FX; opteron; Turion64; K8 Sempron; K8 Sempron M; Athlon64 X2; Turion64 X2

K10

Phenom; Phenom X3; Phenom FX; Opteron; Turion64; Turion64 Ultra; K10 Athlon64; Sempron; Phenom II

FSB, HT-Link və QPI-Link anlayışları:
FSB, HT-Link və QPI-Link CPU ilə RAM arasındakı xarici verilənlər yolunun texnologiyasıyla bərabər sürətini də ifadə edir. İlk olaraq Intel və AMD firması bu texnologiyanı FSB (Front Side Bus) olaraq adlandırırdı. Athlon 64 ilə AMD firması MCC-ni (MCC əvvəlki məqalələrdə şərh olunmuşdur) CPU daxilinə inteqrasiya etdi və yeni texnologiyanı HT-Link (Hyper Transport) olaraq adlandırdı. Intel isə Core i7 ilə birlikdə MCC-ni CPU daxilinə yerləşdirdi və QPI-Link (QuickPath Interconnect) adını verdiyi verilənlər yolu texnologiyasını istifadə etməyə başladı. Yeni verilənlər yolu texnologiyaları daha yüksək sürət və eyni zamanda daha çox PC hissəsinin verilənlər yolundan istifadə etməsini təmin edir.
Intel və AMD firmalarının istehsalı olan CPU-ların xarakteristikaları haqqında rəsmi internet səhifələrindən daha geniş məlumat əldə edə bilərsiniz!
CPU seçimi:
Seçməli olduğunuz prosessor modeli ehtiyacınızdan asılı olaraq dəyişə bilər. Intel firması Server-lər, workstation-lar üçün Intel Itanium, Intel Xeon, Core i7 kimi modelləri, AMD firması isə Opteron modelini tövsiyyə edir.
Dizaynerlər, video montajı ilə məşğul olanlar, oyun həvaskarları kimi istifadəçilər Core 2 Duo, Core 2 Extreme, Core 2 Quad, Core i7, AMD Athlon X2, AMD Phenom modellərini seçə bilərlər.
Ev və xırda təhsil komputeri istifadəçiləri üçün Celeron, Pentium D, AMD Sempron, AMD Athlon modelləri ilə kifəyətlənmək olar.
Mobil PC-lər və digər daşına bilən cihazlar üçün Core Duo, Core 2 Duo, Celeron M, AMD Turion 64, Intel Atom prosessorları inkişaf etdirilmişdir.
Ehtiyacınızı təmin edəcək CPU seçərkən bəzi nüanslara da diqqət etməlisiniz. Əvvəlki məqaləmizdə də dediyimiz kimi anakartlar seçdiyiniz CPU-nu dəstəkləməyə bilər. Bundan başqa RAM-larınız da prosessorla uyğunluq təşkil etməli və kifayət edə biləcək enerji blokuna da sahib olmağınız vacibdir. Bir prosessoru dəyişmək qərarı aldığınız zaman bu xərcləri də nəzə almalısınız.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə