Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə44/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   40   41   42   43   44   45   46   47   48
Diaqnostika

Doğru RAM seçimi:
RAM seçməzdən əvvəl PC-nizin bəzi xüsusiyyətlərinə nəzər salmalısınız. Anakartın dəstəklədiyi RAM modellərini və həcmlərini, anakartda neçə RAM slotu olduğunu, dəstəklənən RAM sürətlərini bilməyiniz vacibdir. Bunun üçün anakart istehsalçısının rəsmi internet səhifəsinə və ya anakart istifadə kitablarına nəzər sala bilərsiniz.
Əgər istifadə etdiyiniz RAM sizi qane etmirsə və anakart üzərindəki bütün RAM slotları dolu isə o zaman daha az həcmli RAM-ları yenisi ilə əvəz edə bilərsiniz. Misal üçün 512 MB-lıq RAM 1 GB-lıq RAM-la əvəz oluna bilər. Daha da performans əldə etmək üçün sistemdəki RAM modullarıın hər mənada uyğunluq təşkil etməsi tövsiyyə olunur. Yəni müxtəlif həcmli RAM-lar əvəzinə eyni həcmli və sürət uyğunluğu olan RAM-ların istifadəsi daha məqsədə uyğundur. Anakartın dəstəklədiyindən daha sürətli bir RAM istifadə edə bilərsiniz, ancaq unutmamaq lazımdır ki, bu RAM anakartın təyin etdiyi sürətlə işləyəcək, yəni performans baxımından heç bir artış müşahidə olunmayacaq.
RAM modulları elektrostatik həssas elementlərdir. PIN və konnektorlara bir başa toxunmaq olmaz. RAM modulları hər zaman künclərindən tutulmalı və elektrostatik boşalmaya qarşı tədbirlər görülməlidir.
RAM xətaları:
RAM xətaları müxtəlif şəkillərdə özünü biruzə verə bilər. Komputerin heç açılmamasıSistem donmalarıParity və ECC xəta mesajlarıMavi ekran (BsoD: Blue Screen Of Death) bir RAM xətası ola biləcəyi kimi təmamilə RAM-dan uzaq bir xətanın da göstəricisi ola bilər.
Sistemin açılmaması:
Xüsusən də yeni RAM montajı olunduğu halda sistem açılmırsa bu yeni qurulan RAM-da xəta olması mənasına gəlir. Bu sistem açılmaması iki şəkildə özünü göstərə bilir: 1. Sistemin heç açılmaması (bip səsləri); 2. POST ekranının RAM yoxlanışından əvvəl ilişməsi.
RAM modullarının slotlara düzgün yerləşdirilməməsi, RAM istehsal xətası və elektrostatik boşalma bu xətaların mənbəyi ola bilər.
Xəta mesajları:
Windows sistem donmaları və səhifə xətaları adətən eyni vaxtda meydana çıxarlar. Həqiqi RAM xətalarında xəta verən adres hər zaman eyni olmalıdır. Buna əmin olmaq üçün çıxan xətanı qeyd etmək və sonrakı xətalarla müqayisə etmək lazım gəlir.
Parity/ECC Xətaları:
Həqiqi bir Parity/ECC xətası hər zaman yaddaşın eyni yerində ortaya çıxar. İstilik, toz və enerji də Parity xətalarına səbəb ola bilər.
Mavi Ekranlar:
PC-də potensial olaraq faciəyə səbəb ola biləcək bir vəziyyət yarandıqda işə düşən “təhlükə” mexanizmi vardır.


NMI (non-maskable interrupt-masqalanmaz əməliyyat dayandırma tələbi) adlanan bu prosesi CPU görməməzlikdən gələ bilməz. NMIBsoD ekranı ilə özünü göstərər. Əgər bu xətada da RAM adresi təkrarlanırsa, o zaman xəta mənbəyini RAM hesab etmək olar. Ancaq başqa tipli xətalar da mavi ekrana səbəb ola bilər.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə