Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3


CPU socket – Prosessorların qoşulması üçün yuvadır Yaddaş yuvaları



Yüklə 1,6 Mb.
səhifə38/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   34   35   36   37   38   39   40   41   ...   48
Diaqnostika

CPU socket – Prosessorların qoşulması üçün yuvadır Yaddaş yuvaları – RAM-ların qoşulduğu yuvalardır BIOS və BIOS batareyası – BIOS-da sistem açılışında lazımi olan və sistemin nələri dəstəklədiyi ilə əlaqədar məlumatlar mövcutdur. Qeyd: CPURAM və BIOS haqqında daha ətraflı məlumatı yuxarıda göstərdiyimiz linklərdən əldə edə bilərsiniz!
BUS:
Verilənlər yolları (bus) anakart üzərindəki hissələrin bir-biriləri arasında məlumat ötürülməsini təmin edən yollardır. Verilənlər yolu ilə sadəcə verilənlər ötürülməz. Kontrol siqnalları ilə hissələrin işləmələri tənzim olunarkən, adres məlumatları ilə hissələrin istifadə etdiyi verilənlərə çatma yolu bildirilmiş olur.
ISA : 1984-cü ildən inkişaf etdirilmiş. 8-16 bit verilənlər yoluna sahibdir. Kanal genişliyi çox aşağı olduğundan yeni nəsil anakartlarda istifadə olunmur. Adres yolu 24 bit, sürəti 8.33 Mhz-dir.
PCI (Peripheral Component İnterconnect – Periferiya qurğuların qoşulma kartı): Bu verilənlər yolu 64 bit-dir və 1993-cü ildən inkişaf etdirilməyə başlanılmışdır. 33 və ya 66 MHz saat sürətlərində işləyir. PCI yuvaları (slot) ağ rəngli olub modem, səs kartı, şəbəkə kartı, TV kartı kimi qurğuların qoşulması səbəbiylə sayı digər yuvalara nisbətən daha çoxdur. Onboard texnologiyasının inkişafı ilə PCI slotlara qoşulan qurğuların sayı azalmışdır.
AGP (Accelerated Graphics Port – Sürətləndirilmiş qrafik port): AGP kanalı 32 bit genişliyindədir və 66 MHzsürətində işləyir. 533 MHz verilənlər yolu sürətinə qalxa bilən və eyni saat sürətində 2, 4 və 8 qat daha sürətli məlumat ötürülməsini təmin edən 2xAGP, 4xAGP və 8xAGP növləri vardır. AGP verilənlər yolu sadəcə ekran kartları üçün istifadə olunur.
PCI-X: PCI-X, server platformalarında uzun müddətdir istifadə olunan bir verilənlər yoludur. PCI-X standartının məqsədi PCI slotlarından daha yüksək kanal genişliyi əldə edib “Gigabit Ethernet” kimi server platformalarında şəbəkə kartlarının lazımi kanal genişliyi ilə təmin etməkdir.

PCI Express: PCI-e, güc istifadəsini, xüsusilə AGP limitlərini genişlədən, sistem yaddaşını daha az istifadə edərək ekran kartı və digər qurğuların xərclərini azaltma imkanı verən bir verilənlər yoludur. PCI-e 1.1-də xət başına sürət 250 MB/s, PCI-e 2.0-da isə 500 MB/s-dir. PCI-e 2.0 PCI-e 1.1 ilə uyğun olaraq inkişaf etdirilmişdir. Yəni PCI-e 2.0 dəstəkli bir anakart aldığınızda köhnə PCI-e 1.1 ekran kartınız yeni anakartda işləməyə davam edəcək, ancaq sürət PCI-e 1.1 sürətində olacaq.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə