Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə37/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
Diaqnostika

RJ 45/LAN port – Daxili şəbəkəyə və internetə qoşulmaq üçün 8 pinli bağlantı istifadə olunur.
S/PDIF port – rəqəmsal səs çıxışını təmin edən portdur. Bu sayədə səs analoq çevrilməsi olmadan ötürüldüyü üçün itki olmaz.
Səs giriş-çıxış – Qulaqlıq və digər səs sistemləri qoşmaq üçün istifadə olunur. Açıq-mavi rəngdə olan Səs Girişinə CD, DVD ya da digər səs qaynaqları qoşula bilər. Açıq-yaşıl rəngdə olan Səs Çıxışına qulaqlıq və səs ucaldanlar qoşula bilər. Çəhrayı rəngdə olan mikrofon girişinə isə mikrofonlar qoşulur.
Fireware port – (IEEE1394) 6 pin və ya 4 pin-lidir. Kompüterə rəqəmsal kameraların və video yazıcıların qoşulması və yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuşdur.
e-SATA port – xarici SATA (external SATA) mənasını verir. e-SATA yeni bir standartdan başqa, SATA standartının xaricə bir uzatması olaraq da düşünülə bilər. e-SATA digər xarici qoşulmalardan daha üstün sürətə malikdir.

Yuva (port)

Max. ötürmə sürəti

Kabel uzunluğu

Firewire 400

50 MB/s

4.5 metre

Hi-Speed USB

60 MB/s

5 metre

USB 3.0

600 MB/s

5 metre

SATA I/II/III

150/300/600 MB/s

1 metre

e-SATA

600 MB/s

2 metre

VGA Portu – 15 pin-li VGA portuna monitor qoşulur. Anakartlara inteqrasiya şəklində olan VGA portu onboard VGA olaraq ifadə edilir.
Xarici qoşulmalardan başqa anakartlar daxili hissələri də qoşmaq üçün bir sıra yuvalara malikdirlər.
Floppy yuvası disket oxuyucuların, IDE və SATA yuvalar CD, DVD və sərt disklərin qoşulması üçün istifadə olunur. Fan(soyutma) yuvalarına konnektoların qoşulmasına da diqqət etməlisiniz. Əks halda sistem lazımi qədər soyumadığı üçün zərər görə bilər.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə