Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

__________Milli Kitabxana__________
66
dövrdə Qərb dövlətləri Türkiyənin Qafqazla, xüsusilə də Azər-
baycanla  bağlı  siyasətini  müəyyən  qədər  dəstəkləyir,  təbii  qə-
bul  edir  və  bunu  Türkiyənin  güclənməsi,  türk-müsəlman  birli-
yinin real təhlükəsi kimi qiymətləndirmirdilər. Əslində, Qərbin
SSRİ-nin  bu  qəbildən  olan  əhali  qrupuna  təsir  göstərmək,
həmin  xalqları  Moskvadan  narazı  salmaq  və  onlarla  hansısa
şəkildə iş aparmaq üçün başqa imkanı da yox idi. Amma SSRİ-
nin dağılması,  müstəqil  dövlətlərin  yaranması  ilə  Qərb  Tür-
kiyənin  bu  dövlətlər  və  xalqlar  arasında  möhkəmlənməsinə,
onları  etnik-dini  yaxınlıqdan  istifadə  edərək  öz  ətrafında
birləşdirməsinə  və  beləliklə  də,  Avropada  öz  mövqeyini  daha
da  gücləndirməsinə heç bir vəchlə  yol verə bilməzdi. Odur  ki,
Qərb  dövlətləri  Türkiyənin  Qafqazda,  Orta  Asiyada  “NATO-
nun  ümumi  maraqlarını  qorumaq”  adı  altında  vaxtilə  dəstək-
lənən sərbəst və təkbaşına fəaliyyətini hazırda o qədər də qəbul
etmir (62, s.560-562).
Azərbaycanın büynəlxalq aləmlə inteqrasiyasında, regional
təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siya-
si-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə
ilə  hərtərəfli  əməkdaşlığın  genişlənməsinə  xüsusi  əhəmiyyət
verən Heydər  Əliyev 1993-cü ildə  yenidən hakimiyyətə qayıt-
dıqdan  sonra  bu  istiqamətdəki  kursun  yüksələn  xətt  üzrə  inki-
şafını təmin etdi.
1993-cü ilin dekabrında respublika parlamentinin sədri Tür-
kiyə  Böyük  Millət  Məclisinin  sədri  H.Cindorukun  dəvəti  ilə
Türkiyəyə qısa müddətli rəsmi səfər etdi. Səfər zamanı ikitərəf-
li münasibətlər, regionda sülh və təhlükəsizliyin qorunması mə-
sələləri  müzakirə  olundu.  Həmin  ilin  dekabrında  Azərbaycan
nümayəndə  heyəti  Türkiyə  Böyük  Millət  Məclisinin  dəvəti  ilə
Türkiyəyə  səfər  etdi.  Səfər  zamanı  keçirilən  çoxsaylı  görüşlər
ikitərəfli  əlaqələrin  inkişafında  müsbət  rol  oynadı.  Siyasi  mü-
nasibətlər  iki  ölkə  arasında  ticarət-iqtisadi,  elmi-texniki,  mə-
dəni və humanitar əlaqələrin inkişafına kömək etdi (5, s.487).


__________Milli Kitabxana__________
67
Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyevin
Türkiyəyə  1994-cü  il  fevralın  8-dən  11-dək  davam  edən  ilk
rəsmi  səfəri  ikitərəfli  əlaqələrin  inkişafına  yeni  təkan  verdi.
Ankarada  aparılan  danışıqlardan  sonra  fevralın  9-da  Azərbay-
can Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq
və  qarşılıqlı  yardım  haqqında  protokol,  elmi,  texniki,  mədəni
və  iqtisadi  sahələrdə  əməkdaşlıq  haqqında  saziş,  dostluq  və
hərtərəfli  əməkdaşlığın  inkişafı  barədə  müqavilə,  siyasi  məs-
ləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və
qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.
Dövlət  rəhbərlərinin  müntəzəm  xarakter  almış  qarşılıqlı
səfərləri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı ilə
müşayiət  olunurdu.  1995-ci  il  dekabrın  7-9-da  Türkiyə  prezi-
denti  Süleyman  Dəmirəlin  Azərbaycana  rəsmi  səfəri  zamanı
imzalanmış  Birgə  Bəyanat  və  iqtisadi  əməkdaşlıq  haqqında
memorandum  dostluq  münasibətlərini  müəyyənləşdirən  prin-
siplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğu-
nu bir daha təsdiq etdi.
İkitərəfli əlaqələrin möhkəmlənməsi və dostluq münasibət-
lərinin  inkişafı  Azərbaycan – Türkiyə  əməkdaşlığının əhatə
çərçivəsini  genişləndirdi.  1996-cı  ildə  iki  ölkə  arasında  hərbi,
texniki  və  elm  sahələrində  əməkdaşlığa  dair  bir  sıra  sənədlər
imzalandı (62, s.566-567).
Beləliklə, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin
normal,  sivil,  qrşılıqlı  faydalı  iqtisadi-siyasi əməkdaşlıq  və  tə-
rəfdaşlıq  müstəvi  üzərinə  keçirmək  üçün  çox  ciddi  və  məq-
sədyönlü  iş  apararaq  tezliklə  müsbət  nəticələrə  nail  oldu.  Hər
şeydən  əvvəl,  region  dövlətlərini  və  beynəlxalq  qurumları  iki
ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sirf
etnik  amillər  əsasında  deyil,  iki  müstəqil  dövlətin  beynəlxalq
birgəyaşayış  normalarına  söykənən  qarşılıqlı  mənafeyi  üzə-
rində  qurulduğuna  inandırmaq  mümkün  oldu.  Bu  da  Azər-
baycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteq-
rasiyası qarşısında əlverişli imkanlar açdı (62, s.232).


__________Milli Kitabxana__________
68
1995-ci ildə Türkiyənin  baş naziri T.Çillər, xarici işlər  na-
ziri Ə.İnönü, Energetika naziri V.Atasoy, əmək və sosial təmi-
nat naziri M.Kul Azərbaycana səfər etdilər. Türkiyə prezidenti
S.Dəmirəlin səfəri zamanı o, Milli Məclisin iclasında çıxış etdi,
qaçqınlarla,  ictimaiyyətin  nümayəndələri,  iş  adamları  ilə
görüşdü,  birgə  bəyanat,  televiziya  yayımları  haqqında əmək-
daşlıq  müqaviləsi  imzalandı,  iki  ölkə  arasında  avtomobil  daşı-
maları  haqqında  sazişin  təsdiqi  və  qüvvəyə  minməsi  barədə
notalar  mübadiləsi  edildi. 1996-cı  il  aprelin  14-də isə Türki-
yənin  baş  naziri  və  Ana  Vətən  Partiyasının  sədri  M.Yılmaz
Azərbaycanda səfərdə oldu. O, Azərbaycan prezidenti, baş na-
ziri və parlamentin sədri ilə görüşdü. Bir il içərisində baş nazir
səviyyəsində  edilən  bu  üçüncü  səfər  ikitərəfli  münasibətlərin
səviyyəsinin  göstəricisi  ola  bilərdi.  Bütün  beynəlxalq  təşkilat-
larda  aparılan müzakirələrdə və danışıqlarda Türkiyənin Azər-
baycanın haqq işini bundan sonra da həmişə müdafiə edəcəyini
nəzərə çatdıran M.Yılmaz bildirdi ki, Dağlıq Qarabağın müstə-
qillik  iddialarına  qətiyyən  yol  verilməyəcəkdir.  Baş  nazir
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin da-
ha  da  inkişaf  etdirilməsinin  vacibliyini  qeyd  etdi.  Bir  sıra
sahələrdə  əməkdaşlığa  dair  mühüm  sənədlər  və  birgə  bəyanat
imzalandı. Azərbaycanla Türkiyə  arasında əməkdaşlıq haqqın-
da  sazişin  qüvvəyə  minməsi  barədə  notalar  mübadiləsi  edildi
(5, s.490).
1996-cı  ildə  türk  dövlət  başçılarının  IV  Zirvə  toplantısı
keçirilən  zaman  ikitərəfli  qaydada  Azərbaycan – Türkiyə  mü-
nasibətləri  də  müzakirə  edildi.  Həmin  il  oktyabrın  24-də  Tür-
kiyənin  Azərbaycan  Respublikasındakı  yeni  səfiri  O.Lağoğlu
Azərbaycan  prezidenti  H.Əliyevə  öz  etimadnaməsini  təqdim
etdi.  1997-ci  il  fevralın  ortalarında  Türkiyə  Böyük  Millət
Məclisinin  nümayəndə  heyəti  Azərbaycana  səfər  etdi.  Səfər
zamanı  keçirilən  görüşlərdə  ikitərəfli  siyasi  münasibətlərin,  o
cümlədən  parlament  əlaqələrini  inkişaf  etdirməyin  vacibliyi
göstərildi. Martın 18-20-də isə TBMM sədri M.Qələmli Azər-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə