__________
Milli Kitabxana__________
77
Azərbaycanın İstanbuldakı fövqəladə səlahiyyətli nümayəndəsi
Ə.M.Topçubaşovla görüşü zamanı tərəflər Osmanlı və Azər-
baycan türkləri arasında qardaşlıq münasibətlərinin mövcud
olduğunu bildirdilər. Sultan VI Mehmet Ə.M.Topçubaşova
xitabən qeyd etdi: “Əmin ola bilərsiniz ki, Osmanlı türkləri heç
vaxt sizdən köməyini əsirgəməyəcəkdir” (62, s. 66).
Tədqiqatçıların qənaətinə görə Azərbaycan – Türkiyə tari-
xinin ən
az bilinən qismi; Azərbaycan SSR dövrüdür.
Betül As-
lan “Türkiye – Azerbaycan əlaqələri ve İbrahim Ebilov (1920-
1923)” əsərində yazır: “Halbuki, 1920-1922-ci illər arasında
TBMM ilə Azərbaycan hökuməti arasında həm diplomatik,
həm siyasi və həm də iqtisadi əlaqələr vardı. 1920-ci ilin so-
nunda TBMM Hökuməti Azərbaycanda təmsilçilik açmış, bir il
sonra da Azərbaycanın təmsilçiliyi Ankarada açılmışdır. Azər-
baycan bundan başqa Kars, Trabzon və Samsunda olmaqla,
Türkiyədə üç konsulluq yaratmışdır. Bu dövr müddətində
Azərbaycan, Türkiyə Milli Azadlıq Hərəkətinə də imkan
daxilində maddi və mənəvi yardımlar etməyə çalışmışdır”
(132, s. 15).
“Atatürk və Nərimanov” (82) əsərində Azərbaycan – Tür-
kiyə mədəni əlaqələrinə də toxunan professor Şamil Qurbanov
yazır ki, Mustafa Kamal Paşa özü N.Nərimanova məktub
yazmış və borc pul verməsini xahiş etmişdir. Türkiyənin səfiri
Məmduh Şövkət bəy 1921-ci il martın 17-də həmin məktubu
Nərimanova çatdırdı. Nərimanov dərhal 500 kiloluq qızıl
göndərdi. Bunun 200 kilosu büdcə üçün saxlanır, qalanı isə
ayrı xərclərə sərf olunur. Daha sonra Rusiyadan 10 milyon qızıl
yenə göndərildi. Türkiyənin vəziyyəti bir qədər yüngülləşir.
N.Nərimanov Mustafa Kamal Paşaya yazırdı: “Paşam qardaş
qardaşa borc verməz, əl tutar” (82, s.43).
Bununla belə, Azərbaycanın türk dövlətləri ilə münasibətlə-
rinin birinci mərhələsində əlaqələri Türkiyə ilə Moskva tərəfin-
dən tənzimlənən əlaqələr çərçivəsindən kənara çıxmamış, yal-