__________Milli Kitabxana__________
79
Qərb Türkiyənin bu dövlətlər və xalqlar arasında möhkəmlən-
məsinə, onları etnik-dini yaxınlıqdan istifadə edərək öz ətra-
fında birləşdirməsinə və beləliklə də, Avropada öz mövqeyini
daha da gücləndirməsinə heç bir vəchlə yol verə bilməzdi.
Odur ki, Qərb dövlətləri Türkiyənin Qafqazda, Orta Asiyada
“NATO-nun ümumi maraqlarını qorumaq” adı altında vaxtilə
dəstəklənən sərbəst və təkbaşına fəaliyyətini hazırda o qədər də
qəbul etmirlər (62, s. 562).
Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də
Orta Aasiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən
türk dövlətləri, İslam dininə mənsub xalqlarla əlaqə üçün
mühüm vasitə rolunu oynaya bilər. Azərbaycan 1991-ci ildə öz
müstəqilliyini bərpa edəndən sonra, 1991-ci il noyabrın 9-da
onu tanıyan ilk dövlət məhz Türkiyə oldu.
1989-cu il sentyabr ayının 23-də Azərbaycan Respublikası
Ali Sovetinin növbədənkənar sessiyası “Azərbaycan SSR-in
suverenliyi haqqında” Konstitusiya aktını qəbul etdi və bundan
sonra dünya dövlətləri ilə birbaşa əlaqələr yaradılmasına baş-
landı. Bu dövlətlər sırasında ön yerlərdən biri isə, şübhəsiz ki,
Türkiyəyə məxsus idi. 1990-ci ilin yanvar ayında Azərbaycan
Respublikasının hökumət nümayəndə heyəti Türkiyəyə səfər
etdi. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən
sonra, 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz
Türkiyə oldu.
1991-ci ilin matr ayında isə Türkiyə Prezidenti Turqut Özal
SSRİ-yə rəsmi səfər çərçivəsində Azərbaycanda oldu. Bundan
başqa, həmin görüşlərarası vaxtında müxtəlif rəsmi səviy-
yələrdə bir sira qarşılıqlı səfərlər olmuşdu. Həmin görüşlərdə
Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında 20-dək
protokol imzalanmış və bu sənədlər ilk dövrlərdə dövlətlərimiz
arasında qarşılıqlı əlaqələrin qurulması üçün hüquqi-normativ
baza olmuşdur. Türkiyə rəsmi və işgüzar dairələrində Azər-
baycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş,
dövlət və hökumət, həmçinin digər müxtəlif səviyyəli görüş-
__________Milli Kitabxana__________
80
lərdə bu münasibət dəfələrlə vurğulanmışdır. Bu baxımdan,
1997-ci ilin may ayında Azərbaycan – Türkiyə dövlət başçı-
larının görüşündə Türkiyə prezidenti Süleyman Dəmirəlin de-
diyi sözləri qeyd etmək yerinə düşərdi: “Azərbaycanın müstə-
qilliyini biz öz müstəqilliyimiz qədər qiymətləndirir, onun
səylərinə mümkün olan bütün köməyi göstərməyi özümüzə
borc bilir və bundan şərəf duyuruq” (103, s. 22-27).
Bir sıra tarixçilər, siyasətçilər, politoloqlar Azərbaycanın
Türkiyə üçün müsəlman-türk dünyasının “giriş qapısı”,
Türkiyənin öz növbəsində Azərbaycan üçün Avropa “qapıları-
nın açarı” olduğu haqda fikirlər də irəli sürürlər. Müəyyən za-
man kəsiyində bu fikirlərlə bəlkə də razılaşmaq olardı. Lakin
hazırki dövrdə vəziyyət bir qədər dəyişmişdir. Belə ki, hətta
bəzi Avropa tədqiqatçıları da bu fikrin yanlış və müəyyən
məqamlarda Azərbaycanın Avropaya inteqrasiyasını bir qədər
də ləngidən, əngəlləyən bir fikir olduğunu bildirirlər. Onlarla
razılaşırıq və belə hesab edirik ki, Azərbaycan – Avropa əlaqə-
ləri vasitəçilərsiz, birbaşa qurularsa daha uğurlu olar. Və hətta,
yeri gəldikcə Azərbaycan dövləti Türkiyənin Avropaya inteqra-
siyasında ona yardımçı ola bilər. Bunu Avropa Birliyi – Azər-
baycan, Avropa Birliyi – Türkiyə münasibətləri bir daha təsdiq
edir. Azərbaycanın Türkiyə üçün müsəlman-türk dünyası üçün
“giriş qapısı” ola biləcəyi fikrinə gəlincə isə, qeyd etmək istər-
dik ki, Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə əla-
qələrini nəzərdən keçirərkən aydın olur ki, bu dövlətlərin Azər-
baycanla əlaqələri özü hələ istənilən səviyyədə qurulmayıb.
Türkiyə ilə əlaqələr isə birbaşa qurulur və bu əlaqələrin səviy-
yəsi də bir o qədər qənaətbəxş hesab oluna bilməz. Dövlətlə-
rimiz daha çox beynəlxalq və regional iqtisadi layihələrin
hazırlanıb həyata keçirilməsində bərabər tərəflər kimi iştirak
edirlər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan və Tür-
kiyənin əlverişli geosiyasi və geostrateji mövqeləri ölkələrimizi
yalnız bir-biri üçün deyil, ümumən dünya üçün mühüm
məkana çevirmişdir. Bu isə öz növbəsində, qloballaşma, inteq-
__________Milli Kitabxana__________
81
rasiya proseslərinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövr-
də dövlətlərimizə öz gələcəklərini tarixi həqiqətlər və ümumi
mədəni dəyərlər üzərində qurmaları üçün əlverişli zəmin yarat-
mışdır. Azərbaycan – Türkiyə əməkdaşlığı və tərəfdaşlığı məhz
göstərilən amillərin təsiri altında qısa, lakin zəngin tarixi inki-
şaf yolu keçərək bu gün artıq strateji müttəfiqlik müstəvisinə
keçmişdir (103, s. 28-29).
Türkiyənin Azərbaycanın müstəqilliyini tanımasından dər-
hal sonra, ABŞ dövləti Türkiyəyə bir qədər tələsməməyi məs-
ləhət gördü, belə ki, dünyanın digər fövqəl dövləti olan Sovet
İttifaqının mövcudluğu şəraitində Türkiyənin tələskənliyi dün-
yada gərginliyin artması ilə nəticələnə bilərdi. Buna cavab
olaraq 1991-ci il noyabr ayının 11-də Türkiyə Respublikasının
Xarici İşlər naziri Səfa Gəray bəyanatla çıxış etdi və bildirdi ki,
Sovet İttifaqının əsaslı dəyişikliklər yoluna qədəm qoyması
bütün dünyada olduğu kimi, Türkiyə – Sovet münasibətlərinə
də müsbət təsir göstərmişdir. Türkiyə öz qonşusu ilə dostluğa
və səmərəli əməkdaşlığa həmişə böyük əhəmiyyət vermişdir və
indi də onunla münasibətləri qarşılıqlı hörmət əsasında qurur.
Hazırda Türkiyə Respublikası yeni türk dövlətlərinin müstəqil-
liklərini tanımaq məsələsini özünün SSRİ-yə münasibətdə
ümumi siyasəti çərçivəsində müzakirə edir. Azərbaycanın istiq-
laliyyətini tanımaq haqqında Türkiyə hökumətinin qərarı isə
türk xalqının iradəsini ifadə edir (12 noyabr 1991). Elə həmin
gün Türkiyə respublikasının Bakıdakı Baş konsulu Altan Kara-
manoğlu Azərbaycan Respublikasının istiqlaliyyətinin tanın-
ması haqqında Türkiyə Xarici İşlər Naziri Səfa Gərayın bəya-
natını Türkiyə Rüesublikası hökuməti adından Azərbaycan
Respublikasının Prezidentinə təqdim etdi (103, s. 30-31).
1991-ci ilin dekabrında Azərbaycan Xarici İşlər Nazirliyi
rəsmən məlumatlandırılmışdı ki, Türkiyə Respublikasının hö-
kuməti ilə Türkiyə Respublikasının Bakı şəhərindəki Baş kon-
sulluğunu Azərbaycanda Türkiyə Respublikasının səfirliyinə
çevirməyi qərara almışdır. 1991-ci ilin dekabrında Türkiyənin
Dostları ilə paylaş: |