Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə90/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

__________Milli Kitabxana__________
275
və  Türkiyə  Cümhuriyyəti  araşdırmaları  (1941 – 2003)”  adlı
biblioqrafik  kitabda azərbaycanlı  alimlərin  və  müəlliflərin
Azərbaycanda  və  xarici  ölkələrdə  Türkiyə  Cümhuriyyətinə  və
Atatürkə aid qeyri-dövri mətbuatda çap olunmuş əsərləri barə-
də məlumatlar toplanmışdır (11).
Azərbaycanda  Atatürk  Mərkəzinin  direktoru  professor
Nizami  Cəfərov  Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələri-
nin  tarixindən  bəhs  edərək  yazır  ki, müstəqil  Azərbaycan
dövlətinin təşəkkülünə qədər Azərbaycanda Atatürkə (və onun
qurucusu  olduğu  Türkiyə  dövlətinə)  münasibətin  tarixi  aşağı-
dakı mərhələlərdən ibarət olmuşdur: Əsasən müsbət münasibət
mərhələsi (20-ci illər); Əsasən mənfi münasibət mərhələsi (30-
cu illərin əvvəllərindən 50-ci illərə qədər); “Liberal” münasibət
mərhələsi (50-ci illərdən 80-ci illərin ortalarına qədər); Roman-
tik  münasibət  mərhələsi  (80-ci  illərin  sonu  90-cı  illərin  əvvəl-
ləri) (11, s.5).
Əlbəttə, düşünmək olmaz ki, rəsmi ideologiyanın Atatürkə
(və  Türkiyəyə)  münasibəti  bütün  mərhələlərdə  Azərbaycan
xalqının münasibətinə uyğun gəlir, –xalqın dünyanın ən böyük
(və müstəqil!) türk dövlətinə, eləcə də onun qurucusuna müna-
sibəti həmişə müsbət olmuşdur. Lakin etiraf etmək lazımdır ki,
Sovetlər  Birliyinə  daxil  olan  bütün  xalqlar  kimi  Azərbaycan
xalqı da rəsmi ideologiyanın mövqeyində dayanmağa məhkum
edilmiş, özünəməxsus mövqe nümayiş etdirməyə çalışanlar isə,
xüsusilə, 30-50-ci illərdə “layiqincə” cəzalandırılmışlar.
Azərbaycanda atatürkçülüyün sözün əsl mənasında (və  ne-
cə varsa o cür!) təbliği, yayılması 90-cı illərin ortalarından baş-
lamışdır. Həmin mərhələni  (əslində  dövrü!)  fərqləndirən  əsas
keyfiyyət  Atatürkün  (Türkiyənin)  dövlət  quruculuğu  təcrübə-
sindən  müstəqil  Azərbaycan  dövlətinin  qurulması  prosesində
istifadə olunması idi ki, bu da birinci növbədə müasir Azərbay-
can  dövlətçiliyinin banisi  Heydər  Əliyevin  fəaliyyətində  bila-
vasitə təzahür edir. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin
yaradıcısı  Atatürkə  münasibəti  yalnız  bir  böyük  dövlət  xadi-


__________Milli Kitabxana__________
276
minin başqa bir böyük dövlət xadiminə yüksək qiymət verməsi
deyil,  eyni  zamanda  tarixin  kifayət  qədər  sərt  sınaqlarından
çıxmış  mükəmməl  bir  siyasi-ideoloji,  təcrübə  sisteminin  (ata-
türkçülüyün!) müasir dövrün həm lokal (Azərbaycan), həm  də
qlobal (ümumdünya) tələblər baxımından dəyərləndirilməsi ki-
mi  də  diqqəti  çəkir.  Atatürk  türk  xalqını,  türk  dövlətçiliyini,
Heydər Əliyev isə  Azərbaycan xalqını, Azərbaycan dövlətçili-
yini  xilas etmişlər. Və əlahəzrət Tarix dəfələrlə sübut etmişdir
ki,  bir  dahinin  fəaliyyəti  ondan  sonra  gələn  başqa  bir  dahinin
fəaliyyətində  daha  mükəmməl,  daha  canlı  şərh  olunur,  nəinki
akademik mülahizələrdə, yaxud sxematik texnologiyalarda (11,
s.4-5).
Yarandığı  qısa  bir  müddət  ərzində  mərkəz  xalqlarımızın
mədəniyyət  tarixində  mühüm  hadisələrə  çevrilmiş  bir  sıra
tədbirlər  həyata  keçirmişdir.  Məsələn,  Azərbaycanda  Atatürk
Mərkəzində  “Latin  əlifbası  Azərbaycanda,  Türkiyədə  və  türk
dünyasında”  mövzusunda  beynəlxalq  konfrans  keçirilmişdir
(12, 2004, № 2, s. 32-33). İyunun 17-də Azərbaycanda Atatürk
Mərkəzində  ümummilli  liderimiz  Heydər  Əliyevin  “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18
iyun  tarixli  fərmanının  3-cü  ildönümünə  həsr  olunmuş  “Latin
əlifbası  Azərbaycanda,  Türkiyədə  və  türk  dünyasında”
mövzusunda  beynəlxalq  konfrans  keçirilmişdir.  Konfransı
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi (MQV),
Azərbaycanda  Atatürk  Mərkəzi,  Azərbaycan – Türkiyə  parla-
mentlərarası əlaqələr  üzrə  işçi  qrupu,  Türkiyə – Azərbaycan
parlamentlərarası dostluq qrupu təşkil etmişdir (12, 2004, № 2,
s. 32). Konfransda Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələ-
rinə dair maraqlı fikir mübadiləsi olmuşdur. Sonra konfrans öz
işini  Milli  Məclisin  deputatı,  professor  Nizami  Xudiyevin  və
MQV icra şurasının üzvü, ordu generalı Nüjdət Timurun sədrli-
yi  ilə – “Türk  ölkələrinin  inkişafında  latın əlifbasının əhəmiy-
yəti”  və  “Latın əlifbasının  ümumdünya əməkdaşlığına  təsiri”
iclaslarında  davam  etdirmişdir.  Professorlar  Mahir  Aydın,


__________Milli Kitabxana__________
277
Tofiq  Hacıyev,  Nejdət  Öztürk,  Kamal  Abdullanın və  başqa-
larının məruzələri dinlənilmişdir (12, 2004, № 2, s. 33).
Türkiyənin Radio və Televiziya Qurumunun TRT-nin sədri
Şenol Dəmiröz və qonağı Bakıya səfərdə müşayiət edən İstan-
bul  Böyükşəhər  Bələdiyyəsinin  mədəniyyət  məsələləri  üzrə
müşaviri,  həmyerlimiz,  professor  Tofiq  İsmayılov  2004-cü  il
noyabrın  27-də  Azərbaycanda  Atatürk  Mərkəzində  olmuşlar
(12, 2004, № 4  s. 38).
Ümumiyyətlə, Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələ-
rinin  inkişafındakı  fəaliyyətlər  baxımından  Azərbaycanda
Atatürk  Mərkəzinin  yaradılması  haqqında  xalqımızın  ümum-
milli lideri Heydər Əliyevin sərəncamı tarixi və mədəni hadisə
kimi dəyərləndirilməlidir. Burada faktları sadalamaqla mövzu-
muzdan  kənar şərhçiliyə  yer  verməmək  üçün  yalnız  2002-ci
ildə görülmüş bəzi işləri nəzərdən keçirməklə mərkəzin fəaliy-
yətinə nəzər yetirək.
2002-ci  ilin 15  iyulunda Türkiyənin  Azərbaycandakı  səfir-
liyinin müşaviri Gürsal Evrenin və Quzey Kibrız Türk Cümhu-
riyyətinin  Bakı  nümayəndəsi  Mustafa  Ervanın  Mərkəzin  kol-
lektivi  ilə  görüşü  keçirilmişdir. Görüşdə qonaqlara  Mərkəzin
fəaliyyəti  barədə  geniş  məlumat  verilmiş,  Atatürk  Mərkəzinin
Türkiyənin və Quzey Kıbrız Türk Cümhuriyyətinin müvafiq el-
mi qurumları ilə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 17
iyulda TİKA-nın  Azərbaycandakı  nümayəndəsi  Fikrət  Özər
səlahiyyət  müddətinin  başa  çatması  ilə  əlaqədar  Mərkəzdə
olmuşdur.  Görüşdə  TİKA  ilə  Atatürk  Mərkəzi  arasında əmək-
daşlığın  perspektivləri  barədə  fikir  mübadiləsi  aparılmışdır.
Ötən il ərzində Mərkəz IX Türk Dövlət və Topluluqları, Dost-
luq  və İşbirliyi qurultayında  (İstanbul)  Quzey  Kıbrız  Türk
Cümhuriyyətinin  müstəqilliyi  ilə  əlaqədar  Lefkoşa  Şəhərində
keçirilən tədbirlərdə, Osmanlı dövlətinin qurulmasına həsr edil-
miş  tədbirdə  (Biləcik)  iştirak  etmişdir.  17-22  iyul  tarixində
Mərkəzin  müdiri,  AMEA-nın  müxbir  üzvü, professor  Nizami
Cəfərov  Quzey  Kıbrız  Türk  Cümhuriyyətinin  müstəqilliyi  ilə


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə