Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə91/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   88   89   90   91   92   93   94   95   96

__________Milli Kitabxana__________
278
əlaqədar Lefkosa şəhərində təşkil olunmuş dövlət şənliklərində
iştirak  etmişdir  (12,  Payız,  2002, s.  60). 10  sentyabrda “Yeni
Türkiyə Araşdırma və Yayın Mərkəzi”nin rəhbəri Həsən Calal
Güzəlin  Mərkəzin  kollektivi  ilə  görüşü  keçirilmiş, əməkdaşlıq
məsələləri müzakirə edilmişdir (12, Payız, 2002, s.61).
Azərbaycanda Atatürk  Mərkəzinin 2002-ci il üçün hesaba-
tından (12,  Qış,  2002, s.  15-24) bunları  da  öyrənirik  ki, Azər-
baycanda  Atatürk  Mərkəzi  özünün ilk  böyük  kütləvi  tədbirini
2002-ci il  yanvar  ayının  14-də  Azərbaycan  Milli  Elmlər  Aka-
demiyasının  binasında  Türkiyənin  Azərbaycandakı  səfirliyi  ilə
birlikdə  keçirmişdir.  Bu  tədbir  Azərbaycan  Respublikası  ilə
Türkiyə  Respublikası  arasında  diplomatik əlaqələrin  qurulma-
sının  10  illiyinə  həsr  edilmiş  elmi-praktik  konfrans  olmuşdur.
Konfransda,  giriş  sözü  ilə  Mərkəzin müdiri  Professor  Nizami
Cəfərov, Türkiyə  Respublikasının  Azərbaycandakı  fövqəladə
və  səlahiyyətli  səfiri  Əhməd  Ünal  Ceviköz,  Azərbaycan  Res-
publikasının xarici işlər  naziri Vilayət Quliyev və Azərbaycan
Respublikası  prezidentinin  icra  aparatının  xarici əlaqələr
şöbəsinin  müdiri  Novruz  Məmmədov  çıxış  etmişlər (12,  Qış,
2002, s.  18-19). Konfransın  işində  bir  sıra alimlər  müxtəlif
mövzularda  məruzələr  etmişlər.  Tədqiqat  mövzumuzla  bağlı
maraqlı  çıxışı  ilə  seçilən Yaşar Kalafatın  araşdırması “Son  on
ildə Türkiyə – Azərbaycan münasibətlərinin sosial-mədəni xü-
susiyyətləri” mövzusunda olmuşdur. Bu konfransın materialları
ayrıca  kitab  şəklində  nəfis  nəşr  olunaraq  müxtəlif  təşkilatlara
paylanmışdır. Mərkəz  cari  ildə  bir  sıra  müəssisələrlə  əmək-
daşlıq  haqqında  razılaşmalar əldə  etmiş,  AMEA,  Qafqaz  Uni-
versiteti,  Çağ  Ğyrətim  A.Ş.  ilə  bir  sıra  elmi-praktik tədbirlər
həyata keçirmişdir (12, Qış, 2002, s. 20).
Azərbaycanda  Atatürk  Mərkəzi  2002-ci  ildə  həmçinin
Atatürk  irsinin  Azərbaycanda  təbliğinə  dair seminar (12,  Qış,
2002, s. 32-34) və 28 noyabr tarixində R.Behbudov adına Mah-
nı  Teatrında  Qafqaz  Universitetinin  10  illik  yubileyinə  həsr
olunmuş  seminar  keçirib. Seminarı  universitetin  rektoru  Erol


__________Milli Kitabxana__________
279
Oral açaraq, rəhbərlik etdiyi təhsil ocağı üçün tarixi əhəmiyyət
kəsb  edən  yubileyi yüksək  səviyyədə,  silsilə  elmi,  mədəni  və
sosial  tədbirlərlə  qeyd  etmək  niyyətində  olduqlarını söylədi:
“Biz  yubiley  münasibətilə  ötən  ayda  müxtəlif  seminarlar,
beynəlxalq  konfrans  və  simpoziumlar,  fakültə  seminarları,
sosial-mədəni  tədbirlər,  milli  və  rəsmi  bayramlar,  ədəbi-bədii,
xatirə gecələri keçirməyə başlamışıq” (12, Qış, 2002, s. 32).
Seminarda  görkəmli  alim, Azərbaycanda  Atatürk  Mərkə-
zinin müdiri Nizami Cəfərov  təhsil ocağının rəhbərliyi, müəl-
lim  və  tələbə  kollektivi  qarşısında  “Atatürk  ideologiyasının
Azərbaycanda  təbliği:  problemlər,  mülahizələr”  mövzusunda
məruzə etmişdir.
Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələrinin  inkişafın-
dakı  xidmətlərinə  görə  Azərbaycan  xalqının  ümummilli  lideri
Heydər Əliyev bir sıra  yüksək mükafatlara layiq görülmüşdür.
Məsələn,  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əli-
yev  2002-ci  il  avqustun  23-də  Prezident  sarayında  Türkiyənin
Mərmərə Qrupu strateji  və Sosial Araşdırmalar  Vəqfinin sədri
Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş-
dir.  O,  çıxışı  zamanı  demişdir:  “Mən  arzu  edirəm  ki,  vəqfiniz
bundan sonra daha da  genişlənsin,  yalnız Türkiyədə deyil,  bü-
tün  dünyada  fəaliyyətini  genişləndirsin.  Türk  Cümhuriyyətinə,
xalqına fayda versin və  Türkiyə – Azərbaycan dostluq və  qar-
daşlıq əlaqələrinin inkişafına  yeni-yeni töhfələr versin. Mənim
sizin  vəqfin  fəxri  sədri  seçilməyim,  ilk  növbədə  Azərbaycanla
Türkiyə  arasında  dostluq  və  qardaşlıq əlaqələrinin  inkişaf
etməsi  və  genişlənməsi  üçün  yeni  bir  vasitədir”  (12,  Payız,
2002, s. 10).
Bütövlükdə  türk  dünyasına  göstərdiyi  xidmətlərinə  və
xüsusilə  də, Azərbaycanda  Atatürk  Mərkəzi  yaradılmasından
sonra, dövlətimizin  başçısı  Heydər  Əliyev  2002-ci  ildə  “Baş
müəllim  Atatürk”  mükafatına  layiq  görülmüşdür  (12,  Payız,
2002, s.5-11).


__________Milli Kitabxana__________
280
Tarixi  taleyi,  milli  və  ədəbi  irsi  yaxın  olan  qardaş  Türkiyə
xalqı  ilə  mədəni-mənəvi  əlaqələri  inkişaf  etdirmək  sahəsində
son  illər  Türkiyədə  Birinci  Millətlərarası  Böyük  Azərbaycan
Konqresi (1990), Bakıda “Azərbaycan mühacirət ədəbiyyatı”na
həsr  edilmiş  Beynəlxalq  Elmi  Simpozium  (1991), İstanbulda
“Türk  dövlətlərinin  yaxınlaşmasında  və  tanınmasında  mətbua-
tın rolu” adlı konfrans (1993), Azərbaycan Milli Elmlər Akade-
miyasında  Türkiyə  Respublikasının  70-ci  ildönümünə  həsr
olunmuş  beynəlxalq  “Türkiyə-70”  elmi-praktiki  konfrans
(1993)  və  habelə  “Azərbaycan – Türkiyə”  cəmiyyəti  xətti  ilə
ölkələrimiz  arasında  çoxsaylı  müştərək  elmi-mədəni  müşa-
virələr,  simpoziumlar  və  konfranslar  keçirilmişdir.  Azərbay-
canda Atatürk Mərkəzinin yaradılmasından sonra isə bu istiqa-
mətdəki  elmi-mədəni  fəaliyyətlər  daha  sistemli  və  mütəşəkkil
mahiyyət qazanmaqdadır.
“Türk  Dünyasının  birliyi  strategiyası:  Heydər  Əliyevdən
İlham Əliyevə”  başlıqlı  yazısında (40) Azərbaycanda  Atatürk
Mərkəzinin  müdiri,  Milli  Məclisin  mədəniyyət  komissiyasının
sədri professor  Nizami  Cəfərov  yazır  ki,  “Heydər  Əliyev  türk
dövlətlərinin,  ümumən  türk  dünyasının  birliyinə  heç  zaman
sadəcə  etnik  köklərin  ümumiliyinə  əsaslanan  mədəni-etnoqra-
fik (yəni tarixdə qalmış) birlik kimi baxmaqla kifayətlənməmiş,
bu  birliyin  siyasi  perspektivlərinə  xüsusi  diqqət  yetirmişdir.
2000-ci  ildə  türkdilli  dövlətlərin  Bakıda  keçirilən  VI  zirvə
görüşündə  qəbul  olunmuş,  bilavasitə  Heydər  Əliyevin
düşüncələrini əks etdirən “Bakı bəyannaməsi” hər bir maddəsi
ilə bunu bir daha təsdiq edir”.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə