Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   42   43   44   45   46   47   48   49   ...   96

__________Milli Kitabxana__________
140
məliyik. Ona görə ki, biz özümüzün gələcək həyatımıza təmiz
qan  hazırlamaq zorundayıq. Burada  yetişmiş olan uşaqlarımız,
gənc dövlətimizə yeni bir güc verəcək, onlar milliyyətçi, türkçü
olaraq yetişəcəkdir. Bizim Türkiyə ilə fevral ayında imzalamış
olduğumuz  ikili  müqavilədə,  çox  önəmli  maddələr  və  proq-
ramlar mövcuddur. Sözü güdən maddə və proqramların bəziəri,
həyata keçirilməkdədir. Bu gün buna görə Milli Egitim Bakan-
lığına  çox  minnətdar  olduğumuzu  bildirmək  istəyirəm.  9-11
may  tarixləri  arasında  (1993)  Bakıda  bir  sərgi  açılmışdı.  Bu
sərgi Türkiyədəki ögrənim  sonucunda  əldə  etdikləri  yeni
nəticələrdən təşkil edilmişdi. Bu sərgi Bakıda çox böyük maraq
oyandırdı.  Sərginin  keçirildiyi  salon  insanlarla dolu  idi.
Gerçəkdən  bu  sərgi  bizim  Bakıda ən  böyük  maraq  görən  bir
sərgi  olaraq  qiymətləndirildi,  sabah  saat  10.00-da  açılması
gərəkən  sərgini  ziyarət  üçün  insanlar  sabah  saat  08.00-dan
etibarən  ziyarət  üçün  gözləyirdilər  və  axşama  qədər  sərgini
ziyarət edənlərin ardı-arası kəsilmirdi (159, s.13-14).
Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələri  hər nə  qədər
yüksələn  xətlə  inkişaf  etsə  də  bu  sahədə  kifayət  qədər  prob-
lemlər də vardır ki, tədricən bunların həllinə çalışılmalıdır. Bu
problemlər  demək  olar  ki,  iki  ölkənin  təhsil  işçilərinin  toplaş-
dıqları bütün tədbirlərdə vurğulanmışdır. Türk dövlət və toplu-
luqlarının  səkkizinci  dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurul-
tayında  (2000,  24-26  mart) bununla  bağlı,  ümumiyyətlə  isə
Türkiyə Cümhuriyyəti ilə Türk Dünyasi Arasinda elm və təhsil
problemlərinə  dair  bir  sıra  qərarlar  qəbul  edilmişdir.  Burada
qeyd  edilmişdir  ki,  Türkiyə  istər  dövlət  olaraq,  istərsə  də  özəl
qurum  və  dərnəklər  olaraq  türk  ölkələrində  məktəblər  açmaq-
dadırlar.  Ancaq  bu  həm  yetərli  deyildir,  həm  də  həm  də  bəzi
problemlər doğurmaqdadır. Bu məktəblərin məqsədi missioner-
lik  fəaliyyətindən  çox,  uşaqlara  həm  Türkiyə  türkcəsini  öyrət-
mək,  həm  də  elmi  və  müasir  bir  bilgi  ilə  təmin  olunmalarıdır.
Bundan başqa, müxtəlif təriqət və məzhəblərin görüşü ilə deyil,
laiq bir şəkildə öyrədilməlidir (157, s.237).


__________Milli Kitabxana__________
141
Bu ölkələrdə mütləq sağlam universitetlər yaradılması zəru-
ridir.  Bu  universitetlər  həm  təhsil  baxımından,  həm  də  dərslər
baxımından  müasir  bir  şəkildə  qurulmalıdır.  Universitet  təhsil
mütəxəssislərnə  yetərli  maddi  və  mənəvi  imkan  verilməlidir.
Bu  məsələdə  addımlar  atılmazsa  universitetlər  məqsədlərinə
uyğun irəliləyə bilməz.
Oralardan  Türkiyəyə  gələcək  tələbələrin  seçimi  məsələsi
çox  önəmlidir.  YÖK-ün  hazırladığı  hesabata  görə,  Türkiyəyə
gələcək  tələbələrin  seçimi  ÖSYM  Başqanlığı  tərəfindən  o
ölkələrin  paytaxtlarında  seçmə  və  yerləşdirmə  imtahanı  ilə
aparılmışdır.  Ancaq  imtahana  girməyənlər  də  əlaqəli  ölkələrin
israrı  ilə  Türkiyədə  ali  təhsil  proqramlarına  yerləşdirilmişdir.
Türkiyədə  bu  proqramlara  yerləşdirilən  tələbələrdən  bir  qismi
proqramlarını  bəyənməyərək  dəyişdirmə  tələbində  olmuş,
YÖK  də  bunu  qəbul  edərək  bu  tələblərini  yerinə  yetirmişdir.
Məhz bu cür problemlərin ağılla, müasir və elmi üsullarla həll
edilməsində yarar vardır.
Türkiyəyə gələn tələbələrin istər seçimində, istər Türkiyəyə
gəliş tarixlərində, istərsə də yerləşdirilmələrində önəmli şəkildə
plansızlıq  və  koordinasiyasızlıq  mövcuddur.  Bu  görülə  bilmə-
diyi təqdirdə bu tələbələrin yetişməsi istənilən səviyyədə olma-
yacaqdır.  Bundan əlavə,  gələn  tələbələr  psixoloji,  pedaqoji,
iqtisadi, şivəsəl və s. səbəblərlə mühitə uyğunlaşa bilməməkdə
və uğursuz olmaqdadırlar (157, s.238).
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin  belə  bir  möh-
kəm təməl üzərində qurulması səbəbindən sonrakı illərdə ölkə-
lərimiz  arasındakı  təhsil  əməkdaşlığı  da  günü-gündən  geniş-
lənməyə  başlamışdır.  Azərbaycanda  fəaliyyət  göstərən  təhsil
müəssisələri  içərisində Türkiyə  qurumlarının  açdığı  məktəb-
lərin  xüsusi  çəkisi  vardır.  Bunların  həm  keyfiyyət,  həm  də
kəmiyyət baxımından getdikcə daha geniş fəaliyyət göstərməsi
Azərbaycan – Türkiyə mədəni əlaqələrinin səmərəli perspektiv-
lərindən  xəbər  verir.  Ümummilli  liderimiz  Heydər  Əliyev
1995-ci il 12 iyul tarixində Türkiyənin baş nazirini vətənə yola


__________Milli Kitabxana__________
142
salarkən  xanım  Tansu  Çillərlə  birlikdə  yolüstü  Türkiyənin
“Çağ”  Öyrətim İşlətmələri Şirkətinin  açdığı  Qafqaz  Univer-
sitetində  olmuş,  şirkət  rəhbərliyi  və  Universitet  rektorundan
universitetin  fəaliyyəti  haqqında  məlumat  almışdır (17, s.76).
1995-ci ilin 8 dekabrında Süleyman Dəmirəl və Heydər Əliyev
BDU-nun  tələbə  yataqxanasında  məskunlaşmış  qaçqınlarla
görüşmüş,  Xətai  rayonundakı  3  saylı  uşaq  evində  olmuş,
Bakıda fəaliyyət göstərən Türk Anadolu liseyini ziyarər etmiş,
Azərbaycanın  və  Türkiyənin  işgüzar  dairələrinin  nümayən-
dələri  ilə  görüşmüş,  iki  ölkənin  KİV  nümayəndələri  üçün
mətbuat  konfransı  keçirmişlər (17, s.80). 1996-cı  ilin 7
oktyabrında Azərbaycan  Respublikasının  Prezidenti  Heydər
Əliyev  “Çağ”  Öyrətim İşlətmələri Şirkətinin  Qubada  fəaliyyət
göstərən özəl türk liseyinin yeni binasının təməlinin qoyulması
mərasimində  iştirak  etmək  üçün  gəlmiş  Türkiyənin  dövlət
nazirləri  Namik  Kemal  Zeybek  və  Ahmet  Demircanı  qəbul
etmişdir. 1997-ci  ilin 1  martında  Azərbaycan  Respublikasının
Prezidenti  Heydər  Əliyev Türkiyənin  Milli  Təhsil  Naziri
Mehmet Sağlamı qəbul etmişdir (17, s.92). O, 27 dekabr 1997-
ci  il  tarixində  Türkiyənin  “Samanyolu”  televiziyasının  rəhbəri
Naci Tosunu, texniki müdiri Nihat Özdemiri, “Çağ” Ö.İş.A.Ş.-
nin  Azərbaycan  üzrə  prezidenti  Adem  Öcalı, “Zaman”  qəze-
tinin Azərbaycan  təmsilçisi  Ersin  Demircini  və  “Samanyolu”
televiziyasının  Azərbaycan  təmsilçisi  Tahir  Karanfili  qəbul
etmişdir.  Adı  çəkilən  qurumların,  o  cümlədən  təhsil  sahəsində
böyük  uğurlar  qazanmış  “Çağ”  Ö.İ.A.Ş.-nin  rəhbərliyi  möh-
tərəm  Prezidentə şirkətin  Azərbaycandakı  fəaliyyətləri  və
bundan  sonrakı  gələcək  işləri  haqda  geniş  məlumat  vermişdir.
“Çağ”  Ö.İş.A.Ş.-nin  Azərbaycan  üzrə  prezidenti  Adem  Öcal
1993-cü  ildə Bakıda  açılan  Qafqaz  Universitetinin müasir
təhsil kompleksini tikmək üçün Xırdalan qəsəbəsində 20 hektar
torpaq  sahəsi  ayrıldığını  bildirərək,  özülqoyma  mərasimində
Zati-alilərini  də  gözlədiklərini  ifadə  etmişdir.  Universitet  və
məktəblərin fəaliyyətlərindən çox məmnun olduğunu və onları


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə