Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   40   41   42   43   44   45   46   47   ...   96

__________Milli Kitabxana__________
134
mi və özəl məqsədləri cəmiyyətin istək və ehtiyacları doğrultu-
sunda hazırlanmış olan dərs proqramlarına görə yenə sahə mü-
təxəssislərindən  təşkil  olunmuş  komissiyalarda  dərs  kitabları
yazdırıla bilir.
Dərs  kitablarının  yayımında  işlədiləcək  türkcənin,  türk
topluluqlarının  yabançı  olmadığı,  hələ  işlətdikləri  kəlmə  və
deyimlərdən ibarət bir dil olmasına səy göstərilməlidir.
Dilin  millət  həyatındakı  yerini  yaxşı  müəyyənləşdirərək,
türk topluluqlarının aralarında birlik və həmrəyliyin yaradılma-
sında və davranışda ən önəmli ünsür tətbiqi dildir. Əsaslı qay-
dalara malik və türk topluluqlarını yabançı olmadığı, hələ işlə-
dilən  kəlmə və deyimlərdən ibarət daha açıq ifadə ilə  yaşayan
dilin dərs kitablarında işlədilməsinə diqqət edilməlidir.
Proqramları dərs kitabları, dərs kitabalrını da tədris vasitə-
ləri təqib edər. Dərs kitablarındakı mövzuların daha yaxşı anla-
şılması  və  qavranılması  üçün  təhsil  vasitə  və  ləvazimatlarına
ehtiyac  duyulan  bu  məsələdə  də Türkiyə  və  Türk  Respublika-
ları  öz  çevrə  imkanlarına  bağlı  olaraq  təhsil  vasitə  və  ləvazi-
matlarını hazırladırlar (159, s.145).
Ortaq  təlim-tərbiyə  proqramlarinin  hazirlanmasi  və  inkişaf
etdirilməsi  komissiyasinin  məlumatinda  mövcud  vəziyyət  belə
xarakterizə edilir ki, Türk Cümhuriyyətləri arasında imzalanan
əməkdaşlıq  müqavilələri,  razılaşma  sənədləri  və  protokollarda
egitim  məsələsinə  önəmli  yer  verilmişdir.  Tərəflərin  bu  məsə-
lədə çoxyönlü əməkdaşlığını nəzərdə tutan bu mətnlərdə öyrən-
ci mübadiləsi ilə texnika və ticarət sahələrindəki təhsil üzərində
ağırlıqla durulmaqdadır.
Bu çərçivədə öyrənci mübadiləsi gerçəkləşdirilmiş, Türkiyə
Cümhuriyyəti  digər Türk  Cümhuriyyətlərində  bəzi  məktəblər
açmış  və  Türkiyədəki  orta  təhsil  təşkilatlarının  proqramlarına
“Türk ləhcələri” dərsi əlavə edilmişdir.
Qısa müddətdə nail olunan bu inkişaf ortaq mədəni dəyər-
lərə sahib türk cümhuriyyətlərinin təhsil sahəsində də daha irəli


__________Milli Kitabxana__________
135
səviyyədə  əməkdaşlıq  etmələrinə  uyğun  bir  zəmin  hazırla-
mışdır (159, s.147).
Problemlərə  gəldikdə  isə,  deyilə  bilər  ki,  inkişafin  təməli
görülənlərlə  kifayətlənməyib  daha  yaxşısını  axtarma  və  prob-
lemləri gerçək ölçüləri ilə ortaya qoyub bunların həlli təklifləri
vermə zehniyyətinin hakim olmasıdır. Aşağıda müəyyən edilən
problemlər bu anlayışla gündəmə gətirilmişdir:
1. Təhsil  sahəsində  geniş  bir əməkdaşlığın  ilk  şərti,
tərəflərin  bir-birilərinin  təhsilləri  haqqında  yetərli  məlumata
sahib  olması  və  bu  məlumatların mütəxəssislər  səviyyəsində
yayılmasıdır.  Bütün  xoş  niyyətli  fəaliyyətlərə  baxmayaraq  bu
məsələdə istənilən inkişafa nail olunmamışdır.
2. Bir  mütəxəssisin  başqa  bir  ölkənin  təhsil  proqramları
haqqında görüş bəyan edə bilməsi üçün o ölkənin sadəcə təhsil
sistemini deyil, eyni zamanda iqtisadi, mədəni və siyasi struk-
turunu da ümumi xətləri ilə çox yaxşı bilməsi lazımdır. Ancaq
Türk  Cümhuriyyətlərindəki  təhsil  mütəxəssislərinin  bu  müxtə-
lif  bölgələrə  yetişməsinə  nail  olacaq  yetərli  işlər  görülmə-
mişdir.
3. Türkiyə Cümhuriyyəti tərəfindən  digər  Türk  Respubli-
kalarında, o cümlədən Azərbaycanda açılan məktəblərdə tətbiq
edilmək  üzrə  o  ölkənin  istək  və  ehtiyaclarına  uyğun  şəkildə
təhsil proqramları hazırlama çalışmaları sonuclandırılmamışdır.
Türkiyədə həyata keçirilən  təhsil proqramları sözügedən mək-
təblərdə də tətbiq edildiyi təqdirdə, Türkiyənin şərtlərinə uyğun
insan  yetişdiriləcəkdir.  Bu  durum  xüsusilə, peşə  təhsili  sahə-
sində  sözügedən  məktəblərdə  yetişən  gənclərin  öz  ölkələrində
iş tapa bilməmələri kimi bir çox nəticə meydana gətirə bilir.
4. Türk  Respublikalarında  icbari  təhsil  mərhələsində  çox
yaxşı  təhsil  görmüş  yetkin  insan  potensialı  vardır.  Bu  insan-
ların qısa müddətli yaygın təhsil proqramları ilə ölkənin ehtiyac
duyduğu  sahələrdə  ara  insan  gücü  olaraq  yetişdirmələri  müm-
kündür. Beləcə ölkənin insan gücü qaynağı ən qısa zamanda və


__________Milli Kitabxana__________
136
ən  ucuz şəkildə  inkişaf  edən  texnologiyaya  uyğunlaşa  biləcək
keyfiyyətlərə qovuşdurula bilir.
5. İqtisadi  sistemlərin  istədiyi  insan  tipləri  bir-birindən
fərqlidir.  Bu  səbəblə  bir  ölkədəki  iqtisadi  sistem  dəyişikliyi
təhsil proqramlarında da ciddi dəyişikliklərə səbəb olur. Təhsil
proqramlarında  lazımi  dəyişikliklər  edilmədiyi  təqdirdə  mə-
nimsənən  ekonomik  model  ilə  təhsilin  yetişdirdiyi  insan  bir-
biri  ilə  çatışır  və  böhran  meydana  gəlir.  Ancaq  sosialist  iqti-
sadiyyatından sərbəst bazar iqtisadiyyatına keçmə qərarı verən
Türk  Respublikaları  ilə  Türkiyə  Cümhuriyyəti  arasında  bu
məsələdə ciddi çalışmalar aparılmaqdadır.
6. Bir öyrəncinin hər şeyi deyil, həyatda özünə lazım olan
şeyləri  öyrənməsi  gözlənilməlidir.  Bundan  başqa  öyrəncinin
şəxsiyyətini  inkişaf  etdirə  bilməsi  üçün  təhsil  proqramlarının
çox  ağır  olmaması şərtdir.  Ancaq  istər  Türkiyədə təhsil  alan
digər  Türk  Cümhuriyyətlərinin  öyrənciləri,  istərsə  Türkiyənin
digər  Türk  Cümhuriyyətlərində  açdığı  məktəblərdə  təhsil  alan
öyrəncilərə çox ağır təhsil proqramları altında adətən əzilmək-
dədirlər. Çünki öncədən oxuduqları dərslərdən və mövzulardan
hər  hansı  bir  azaltma  edilmədən  sürəkli  yeni  dərs  və  mövzu-
larla qarşı-qarşıya qalmaqdadırlar.
7. Türkiyədə  təhsil  alan  digər  Türk  Cümhuriyyətlərinin
öyrənciləri  Türkiyənin  şərtlərinə görə  yetişməkdədir.  Bu
vəziyyət  sözü  gedən  gənclərin  uyğunlaşa  bilməmə  və  iş  tapa
bilməmə  səbəblərilə təhsillərini  tamamladıqdan  sonra  öz
ölkələrinə  dönməmə  kimi  bir  sonuc  meydana  gətirə  bilir.
Həmçinin, İstanbulda  həmin  öyrəncilər  üzərində  aparılan  bir
araşdırma,  hələ  indidən  bu  meylin olduqca  yüksək  olduğunu
göstərmişdir (159, s.148-149).
Türkiyənin  digər türk respublikaları, o cümlədən Azərbay-
canla olan elmi-mədəni əlaqələrlə bağlı yuxarıda xülasə edilən
problemlərin  həlli  üçün komissiyalar  tərəfindən  edilmiş təklif-
lər inkişaf etdirilərkən aşağıdakı prinsiplərdən çıxış edilmişdir:


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə